Microsoft Word Nax. Mr. Az?ri-son end doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə74/77
tarix06.02.2018
ölçüsü2,85 Kb.
#26730
1   ...   69   70   71   72   73   74   75   76   77

 
222
  Çaqıldan alınmış çınqıllar sürtünmə üzrə “S-I” və “S-II” markaya, 
xırdalanmasına görə isə “X-12”markasına uyğun gəlir. Çınqılların tökmə 
həcm kütləsi  1330 kq/m
3
-dir. Gilli, lilli və tozvari hissəciklərin miqdarı 
0,15%, yastı və iynəvari hissəciklərin miqdarı isə 12,6% arasında dəyişir. 
Qumlar polimikt olub, irilik modulu 2,8-ə bərabərdir. Tökmə həcm 
kütləsi orta hesabla 1477  kq/m
3
, nəmlilik 1%-ə qədər, boşluqlar 43,5% 
təşkil edir. Qum-çınqıl qarışığında qumun miqdarı 26%-dir. Yüngül 
fraksiya  əsasən karbonatlardan, kvars və xloritdən ibarətdir. Yuyulduq-
dan sonra çınqıl və qumdan “300” markalı beton istehsalında istifadə 
etmək olar. Bunun üçün qayma və  çınqıllardan xırdalanma yolu ilə 
alınmış 20 mm-dən böyük çınqıllardan istifadə etmək olar. 
Yatağın B+C
1
 kateqoriyaları üzrə ehtiyatları 28,7 mln. m
3
 təşkil edir.  
 
 
4.8.7. Naxçıvan II  yatağı 
 
Yataq Babək rayonu ərazisində Naxçıvan şəhərindən 10,0-12,0 km 
şimal-şərqdə yerləşir. 
Yataq 1977-ci ildə T.M.Seyidov tərəfindən öyrənilmiş, 1978-1979-
cu illərdə yataqda  O.İ.İsmayılov və V.N.Nağıyev tərəfindən kəşfiyyat 
işləri aparılmışdır. 
Yatağın kəşf olunmuş hissəsinin uzunluğu 6,3 km, eni isə 150 m-
dir. Faydalı qatın kəşf olunmuş qalınlığı 6,0 m-ə çatır. 
Yataq 3 böyük geoloji strukturun - Naxçıvan törəmə muldası, 
Şərur-Culfa antiklinoriumu və Ordubad sinklinoriumunun kəsişmə hissə-
sində yerləşir. 
Geofiziki və hidrogeoloji məlumatlara görə Dördüncü dövr çökün-
tülərinin qalınlığı 50 m-dən çoxdur. Yataq ərazisində Dördüncü dövr 
çöküntüləri geniş inkişaf taparaq iki şöbə ilə - Üst və Müasir şöbələrlə 
təmsil olunur.  
Üst şöbə allüvial, allüvial-prolüvial və delüvial çöküntülərlə təmsil 
olunur və yataqda birincilər üstünlük təşkil edirlər. Bu çöküntülər 
Naxçıvançay hövzəsində  I çaybasardan yuxarıda  olan terrası əmələ gə-
tirir və çaybasar çöküntülərinin altında yatır.  I çaybasardan hündürdə 
olan terras üçün tez-tez pazlaşma müşahidə olunur. Burada  qayma-çaqıl 
çöküntüləri üstünlük təşkil edir və qum, gil və qumca ilə növbələşirlər. 
Öz xarakterinə görə onlar tipik akkumulyativ allüvial-prolüvial-
delüvial  əmələgəlmələrə aid edilir. 


 
223
Yataq Müasir dövrün allüvial-prolüvial çöküntülərindən təşkil 
olunmuşdur. Qayma-çaqıl-çınqıl fraksiyasının petroqrafik tərkibi Nax-
çıvançay hövzəsini və onun yuxarı axım hissəsini təşkil edən köklü 
süxurlarla sıx  əlaqədardır. Çöküntülər  əsasən andezit, andezit-dasit və 
dioritdən (40%-ə qədər), tufqumdaşları, tuf və tuffitdən (50%-ə qədər) və 
əhəngdaşlarından (20%-ə  qədər) ibarətdir. Dənəvərlik tərkibinə görə  
çınqıl xırdaqırıntılı olub, 5-20 mm-lik hissəciklər ümumi çınqıl kütləsinin 
60%-dən çoxunu, 5-40 mm-lik hissəciklər isə 88-95,5%-ni təşkil edir.  
Çınqılların tökmə həcm kütləsi 1,5-1,6 t/m
3
, xüsusi çəkisi 2,53-2,56 
q/sm
3
,  boşluqlar 27-37 %, qayma fraksiyasının yataq üzrə orta miqdarı 
8,02%, çaqıl-çınqıl  47,55%, qum 44,42% təşkil edir. 
Gilli, lilli və tozvari hissəciklərin miqdarı 1,5-3,0%-dir. 
Çınqılda yastı və iynəvari hissəciklərin miqdarı Dövlət standartında 
nəzərdə tutulan hədd daxilində (15%-dən az) olub, ümumi kütlənin 7-
12%-ni, zəif və aşınmış süxur dənələrinin miqdarı isə 1-4%-ni təşkil edir.  
Üzvi qalıqlar müşahidə olunmur. SО
3
-ün  miqdarı nümunələr üzrə 
0,01-0,1% arasında dəyişir. 
Çınqıllar sürtünmə üzrə “S-1”, xırdalanmasına görə “X-12”,  zər-
bəyə qarşı tədqiqatların nəticələrinə görə  “Z-50”, şaxtayadavamlılığına 
görə isə “Şax.-200”  markasına uyğun gəlir.  
Naxçıvan  II  yatağının çınqıllarından adi, ağır və hidrotexniki be-
tonların istehsalında istifadə etmək tövsiyə olunur. 
 Qumun  tökmə  həcm kütləsi 1,45-1,6 q/sm
3
, xüsusi çəkisi 2,59-2,64 
q/sm
3
, boşluqlar 29-40% təşkil edir. Dənəvərlik tərkibi: 2,5 mm ələkdə qalıq 
-10-18%, 1,25 mm ələkdə- 25-33%, 0,63 mm ələkdə 51-68% təşkil edir. 
İrilik modulu 2,57-2,79, gil və lil hissəciklərinin miqdarı 4,5-4,8%-dir. 
8736-85 saylı Dövlət Standartının tələblərinə görə  tədqiq olunan 
qumlar iridənəli qrupa aid edilir. 
Naxçıvan II  yatağının qumları yuyulduqdan sonra xırda doldurucu 
kimi  “250” markalı adi və hidrotexniki beton istehsalında istifadə oluna 
bilər. Üzvi qalıqların yalnız izlərinə rast gəlinir.  СО
3
-ün miqdarı 
nümunələr üzrə 0,16-0,17% arasında dəyişir. 
Yatağın 3,0-3,5 m dərinliyində  məcraaltı sulara rast gəlinir, sulu 
horizontun orta qalınlığı 15 m olub, aparılan hesablamalara görə gələcək-
də karxanaya xüsusi suaxımı 1 pm perimetrə 14 m
3
/gün təşkil edəcəkdir. 
Su axımı karxanada ciddi mürəkkəbləşməyə səbəb olmayacaqdır.    
Qum-çınqıl qarışığının B+C
1
 kateqoriyaları üzrə ehtiyatları 11103 
min m
3
,  C
2
 kateqoriyası üzrə isə 11097,5 min m
3
 təşkil edir.  


 
224
4.8.8. Cəhriçay yatağı 
 
Bilavasitə  Cəhri və Payız kəndlərinin yaxınlığında, Cəhriçay höv-
zəsində yerləşır.  
Yataq 1982-ci ildə T.M.Seyidov tərəfindən öyrənilmiş, 1985-ci ildə 
Cəhriçayında layihələndirilən bənd tikintisi məqsədilə “Azərhidro-su-
təsərrüfatı”nın sifarişinə uyğun olaraq H.M.Ramazanov və B.M.Kərimov 
tərəfindən  kəşfiyyat işləri aparılmışdır. 
Yataq Müasir dövrün allüvial çöküntüləri ilə mürəkkəbləşərək 
müxtəlif çökmə (karbonat), effuziv və vulkanogen süxurlardan təşkil 
olunmuş qayma, çaqıl, çınqıl və qumdan ibarətdir. 
Yataq  ərazisində iri fraksiyalar petroqrafik tərkibinə görə    əsasən 
əhəngdaşlarından, mergellərdən və bəzi  hallarda porfirit, tufqumdaşı və 
tufbrekçiyalardan təşkil olunmuşdur.  
Laboratoriya tədqiqatlarının nəticələrinə görə  Cəhriçay yatağının 
çaqıl və çınqılları fraksiyalar üzrə aşağıdakı kimidir: 120-80 mm - 1,9%; 
80-60 mm - 3,8%; 60-40 mm -11,9%; 40-20 mm-18,4%; 20-10 mm-
18,4%; 10-5 mm-20,1%; 5-2 mm - 3,9%; 2-1 mm -2,7%; 1-0,5 mm - 
2,6%; 0,5-0,25 mm- 4,0%; 0,25-0,01 mm - 5,4%;  <0,01 mm -4,1%. 
Həcm kütləsi ota hesabla 1,88 t/m
3
, xüsusi çəkisi 2,58 t/m
3

boşluqlar 37,35%, təbii nəmlik 6,43%, optimal nəmlik 1,22% təşkil edir. 
Üzvi qalıqların yalnız izlərinə rast gəlinir. 
Su analizinin nəticələrinə görə həll olmuş kimyəvi duzların miqdarı 
orta hesabla 0,11%, filtrasiya əmsalı orta hesabla 4,61 m/gün təşkil edir. 
Daxili sürtünmə bucağının tangesi 0,70-0,76 arasında dəyişərək, orta 
hesabla 0,72-yə bərabərdir.  
Gilli, lilli və tozvari hissəciklərin ümumi miqdarı 5,7%-dən 7,3%-
dək dəyişərək orta hesabla 5,55% təşkil edir. Çınqıllar “Şax.-50” tsikl 
şaxtaya davam gətirir. Çınqılda SО
3
-ün miqdarı 0,2-0,5%-dir.  
Çınqılda yastı  və iynəvari hissəciklərin miqdarı 29,9-32,0%, zəif 
süxur dənələrinin miqdarı 29,9-32,0% olub, çınqılın xırdalanması “X-12”, 
sürtünmə üzrə “S-II”, şaxtaya davamlılığına görə isə “Şax.-50” markasına 
uyğun gəlir. Texnoloji tədqiqatların nəticələri göstərir ki, Cəhriçay 
yatağının çınqıl və qumlarından ilkin yumadan sonra 10-20, 5-10 mm 
fraksiyalardan müvafiq olaraq 30 və 70% miqdarında istifadə etməklə 
“150” markadan aşağı olmayan beton istehsalında istifadə etmək olar. 
Cəhriçay yatağının qumları iridənəli qumlara aid olub, irilik mo-
dulu 2,55-2,87 arasında dəyişir. Adi və texnoloji sınaqlarda aparılmış 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə