Microsoft Word Nax. Mr. Az?ri-son end doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə72/77
tarix06.02.2018
ölçüsü2,85 Kb.
#26730
1   ...   69   70   71   72   73   74   75   76   77

 
216
Yatağın geoloji quruluşunda qayma, çaqıl, çınqıl və qum-gil qarışı-
ğı ilə təmsil olunmuş allüvial-prolüvial çöküntülər iştirak edir.  
Faydalı qazıntının kəşf olunmuş qalınlığı 5,25-5,95 m, örtük süxur-
ların qalınlığı isə 0,1-0,2 m təşkil edir.  
Yatağın qayma-çınqıl qarışığının  qırıntı süxurları zəif çeşidlənərək 
həm şaquli, həm də üfqi vəziyyətdə növbələşmə  müşahidə olunmur və  
süxurlar zəif yuvarlaqlaşmışdır. 
Süxurların petroqrafik tərkibinə görə qranodiorit, porfirit, andezit, 
qabbro və andezit-porfiritlə təmsil olunmuş maqmatik süxurlar (87-94%) 
üstünlük təşkil edir. Çökmə süxurların miqdarı 1-4%-dir. 
5 mm-dən böyük hissəciklərin orta miqdarı yataq üzrə 65%, o cüm-
lədən 40 mm-dən böyük hissəciklər 43%, 200 mm-dən böyük qaymalar 
15% təşkil edir. Qumlar çox xırda və incədənəli olub, yüksək miqdarda - 
4,6%-dən 26%-dək, orta hesabla 15%  lilli-gilli hissəciklər saxlayır.  
Çaqıl-çınqıl qarışığı  aşağıdakı fiziki-mexaniki xüsusiyyətlərlə  sə-
ciyyələnir: kopyorda zərbəyə qarşı müqavimət “PM”- 64-160 vahid, orta 
hesabla 96 vahid, fırlanan barabanda
 
sürtülmə -18-25%, orta hesabla 
23%, silindrdə  xırdalanma –8,8-15,8%, orta hesabla 10,9%. Natrium 
sulfatda 5 tsikl tədqiqatdan sonra ümumi çəkidə itki 3%-dən azdır.  
Texnoloji tədqiqatların nəticəsinə görə  çınqıl “200” markalı beton 
istehsalına yararlıdır. 
Çaqıl-çınqıl qarışığı çeşidlənmiş xammal kimi dəmir yollarında 
ballast örtüyünə yararlıdır. Qaymalar isə  xırdalandıqdan sonra dəmir 
yolları üçün ballast kimi istifadə olunan çınqıl istehsalında istifadə oluna 
bilər. Yastı hissəciklərin yüksək miqdarda olmasına baxmayaraq, qayma-
çaqıl materialından “200” markalı adi hidrotexniki və asfaltbeton isteh-
salında əlavə kimi istifadə etmək olar. 
Yatağın dağ-texniki şəraiti əlverişlidir. 
Yataq istismar olunur. Çaqıl-çınqıl qarışığının B+C
1
 kateqoriyaları 
üzrə qalıq ehtiyatları 2921 min m
3
 təşkil edir. 
 
4.8.2. Gənzəçay yatağı 
 
Ordubad  şəhərindən 0,5 km şərq-cənub-şərqdə, Gənzəçayın quru 
çaybasar hissəsində  yerləşir.  
Yataqda 1977-ci ildə T.M.Seyidov və O.İ.İsmayılov tərəfindən 
kəşfiyyat işləri aparılmışdır. 


 
217
Yataq 1,2 km
2
 sahəni əhatə edir və Gənzəçayın Araz çayına qovuş-
duğu yerdən başlayaraq  şimala doğru 50-80 m-dən 400-600 m-dək 
enində 4 km məsafədə uzanır.  
Oroqrafik cəhətdən yataq Zəngəzur silsiləsinin cənub-qərb hissəsi-
nin alçaq dağlıq və dağətəyi hissələrini əhatə edir.  
Yatağın geoloji quruluşunda allüvial-prolüvial çöküntülərlə  təmsil 
olunmuş Müasir dövr çöküntüləri iştirak edir.  
Faydalı qat qalınlığı 1,1-5,0 m-ə çatan qayma,  ayrı-ayrı iri qırıntı-
lar və çınqıl-qum qarışığından ibarətdir. 
Petroqrafik tərkibinə görə süxurlar intruziv, vulkanogen-çökmə və 
metomorfik süxurlardan ibarətdir.  
Süxurun 80%-dən çoxunu 70-20 mm-lik fraksiya təşkil edir. Gilli, 
lilli və tozvari hissəciklərin miqdarı 0,5-0,9%, suudma qabiliyyəti isə 
0,15%-dir.  
Yastı və iynəvari formaların miqdarı 14-15% təşkil edir. Xırdalan-
ma üzrə  çınqıllar “X-12”, şaxtayadavamlılığına görə  “Şax.-25” marka-
sına  uyğun gəlir.  
Betonda aparılan tədqiqatlar göstərir ki, hazırlanmış çınqıllar “300” 
markadan aşağı olmayan tikinti betonu istehsalı üçün yararlıdır.  
Qumlar ağır təbii qumlar qrupuna aid olub, irilik moduluna görə 
orta irilikli, yəni  2,0-2,5-ə uyğundur. Gilli, lilli və tozvari hissəciklərin 
miqdarı 14-16% təşkil edir. 0,14 mm-dən kiçik hissəcikləri yumaqla  
irilik modulu 2,5 mm-dən böyük və bütün növ tikinti işləri üçün yararlı 
zənginləşdirilmiş iri qum almaq olar. 
Yatağın dağ-texniki şəraiti əlverişlidir. 
Yatağın B+C
1
 kateqoriyası üzrə ehtiyatları 5400 min m
3
 təşkil edir. 
 
4.8.3. Əylis yatağı 
 
Ordubad rayonu ərazisində Ordubad şəhərindən 1,0-2,0 km cənub-
qərbdə yerləşir. Yataqdan 1,0 km cənub-şərqdə Ordubad dəmiryol stan-
siyası yerləşir. Yataq Araz çayının sol sahilində, Ordubad və Əylis çayla-
rının mənsəbləri arasında yerləşərək, 46,3 ha sahəni əhatə edir. 
1985-1986-cı illərdə Azərbaycan Dəmir Yolları İdarəsinin Mühən-
dis Qurğularının və Sənaye Müəssisələrinin Yol Təsərrüfatlarının layihə-
ləşdirilməsi üzrə Dövlət İnstitutunun və Yollar Nazirliyinin texniki tap-
şırığı nəzərə alınaraq dəmir yollarında ballast örtüyünə yararlı çınqılların 


 
218
alınması üçün quraşdırılmış  xırdalayıcı-çeşidləyici  qurğunu xammalla 
təmin etmək məqsədilə yataqda kəşfiyyat işləri aparılmışdır. 
Yataq bölünməyən Müasir və Üst Dördüncü dövr yaşlı kompleks 
süxurlardan təşkil olunaraq, az və ya çox dərəcədə  bərabər paylanmış 
qayma və  çınqıllardan və qum hissəcikləri ilə birlikdə qeyri-bərabər 
paylanmış lil və gil hissəciklərindən təşkil olunmuş qayma-çaqıl-çınqıl- 
qum qarışığından ibarətdir. Qayma-çaqıl-çınqıl-qum qarışığı Araz çayı 
hövzəsinin sol sahilində geniş  ərazini əhatə edərək 10 km uzunluğunda 
şleyf  əmələ  gətirir. Bu şleyfdə  Gənzəçay, Ordubad və  Əylis yataqları 
yerləşir.  
Yatağın üst hissəsi 3-4 m qalınlığında  əsasən böyük miqdarda iri 
(0,5 m-dən böyük) qaymalardan təşkil olunmuşdur. Bu çöküntüləri təc-
rübi olaraq bir-birindən ayırmaq mümkün olmadığına görə qrunt sula-
rının səviyyəsinə qədər (10-20 m) kəşf olunmuş bütün qalınlıq  Dördün-
cü dövr sisteminin bölünməyən Üst və Müasir şöbələrinə aid edilmişdir. 
Faydalı qatın qalınlığı kəsilişlər üzrə 6 m-dən 20 m-dək dəyişərək  
orta hesabla 14,69 m təşkil edir.  
Gilcə ilə  təmsil olunan örtük süxurlar yatağın ancaq cənub hissə-
sində müşahidə olunur və qalınlığı 0,2 m-dən 1,1 m-dək dəyişir.  
Faydalı qat bütövlükdə 24100-80 saylı Dövlət Standartının tələblə-
rinə cavab verir və tikinti işləri üçün çay daşlarından çınqıl və qum 
istehsalı üçün yararlıdır. Qaymalar və çaqıl dəmir yollarında ballast 
örtüyü kimi 7392-85 saylı Dövlət standartının tələblərinə cavab verən 
yüksək keyfiyyətli çınqıl (S-20, S-20M, Z-75) istehsalı üçün yararlıdır. 
Bu çınqıllar həmçinin keyfiyyəti üzrə 10260-82 və 10268-80 saylı Döv-
lət Standartlarının tələblərinə cavab verir və  tikinti işlərinə yararlıdır.  
Qayma-çaqıl materialının (5 mm-dən yuxarı) miqdarı 67%, o 
cümlədən 60 mm-dən iri qaymalar 34% təşkil edir. 
Qumda lilli və gilli hissəciklərin miqdarı 4,6-20,0%, orta hesabla 
14,7%, 0,14 mm-dən kiçik hissəciklərin miqdarı isə 12-40% təşkil edir. 
Tikinti işlərində istifadə olunan xırda  çınqılların (5-10 mm) və yol 
tikintisində istifadə olunan 5-25 mm ölçülü çınqılların istifadədən əvvəl 
yuyulması tələb olunur.  
5-70 mm ölçülü  çınqıllar lil və gil hissəcikləri ilə yüksək dərəcədə 
çirkləndiyinə görə 8268-82 saylı Dövlət Standartının tələblərinə cavab 
vermir. 5 mm-dən kiçik qum hissəçikləri də lilli və gilli hissəciklərlə 
yüksək dərəcədə çirkləndiyindən təbii vəziyyətdə 8736-85 və 10268-80 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə