Microsoft Word Nax. Mr. Az?ri-son end doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə70/77
tarix06.02.2018
ölçüsü2,85 Kb.
#26730
1   ...   66   67   68   69   70   71   72   73   ...   77

 
210
Layşəkilli yatımlar perspektivli hesab olunur. 
V.V.Tixomirov tərəfindən aparılan geoloji-kəşfiyyat işləri nəticə-
sində kəsilişdə aşağıdan yuxarıya  4 lay aşkar edilmişdir. 
I lay - gillərin arasında lay şəklində rast gəlinir. Gips ağ, boz, bəzən 
isə  çəhrayı  rəngdə olub, əsas kütləsi xırdadənəli, qəndgörünüşlü, bəzən 
yağlı parıltılıdır.  Qalınlığı 95 sm-dən 120 sm-dək dəyişir. Orta qalınlığı 
116 sm. 
II lay - gillərin arasında lay şəklində rast gəlinir. Layın aşağı    və 
yuxarı hissələrində qalınlığı 15-35 sm olan təmiz gips müşahidə olunur. 
Layın qalınlığı 100-130 sm-dir (orta qalınlıq 120 sm).  
I və II layların arasında 5 metr qalınlığında gil qatı ayrılır. Burada 
15 sm qalınlığında gips laycıqları müşahidə olunur və istinad layı kimi 
maraq kəsb edir və istismar zamanı istifadə oluna bilər. II laydan 2,5 m 
yuxarıda III lay yerləşir. 
III lay ən qalın lay olub, müəyyən qədər gillidir. Layın qalınlığı 
130-175 sm arasında dəyişərək orta qalınlıq 140 sm-ə çatır. 
III və IV layların arasındakı məsafə 1,6-1,8 m təşkil edir.  
IV lay ən az izlənilən lay olub, qalınlığı 90-110 sm (orta qalınlıq 
100 sm) təşkil edir. 
Gips dənizin laqun hissəsində, dənizdən ayrılmış körfəzlərdə suyun 
fasiləsiz buxarlanması nəticəsində əmələ gəlmişdir. 
4 lay üzrə gipsin kimyəvi tərkibi aşağıdakı cədvəldə verilir. 
 
Cədvəl 27 
 
Gipsin kimyəvi tərkibi,  %-lə 
 
Layın №-si CаО 

3
 
МgО Hidravlik 
su 
 
1.
 
 29,46
37,40 
2,50 
17,1 
2.
 
 29,15
37,50 
2,50 
17,2 
3.
 
 27,33
33,92 
3,13 
19,12 
4.
 
 28,92
37,19 
2,23 
19,32 
 
Qırılmaya qarşı müvəqqəti müqavimətin nəticələri aşağıdakı  cəd-
vəldə verilir. 
 


 
211
Cədvəl  28 
 
Qırılmaya qarşı müvəqqəti müqavimətin nəticələri (кq/sm
2

 
Əlavə 3 
gündən sonra 
7 gündən sonra 
28 gündən sonra 
3% 20,1-21,2  18,9-20,0 
23,4-25,8 
4% 20,4-22,9  18,6-21,4  21,4-23,97 
5% 17,3-22,2  19,1-20,8 
21,5-26,7 
 
Sıxılmaya qarşı müvəqqəti müqavimətin nəticələri aşağıdakı  cəd-
vəldə verilir. 
 
Cədvəl 29 
 
Sıxılmaya qarşı müvəqqəti müqavimətin nəticələri (кq/sm
2

 
Əlavə 
3 gündən sonra  7gündən sonra  28 gündən sonra 
3% 291-355 
385-411 484-530 
4% 320-353 
355-504 400-504 
5% 302-359 
369-410 440-479 
 
Sement zavodunda aparılan tədqiqatlar nəticəsində müəyyən edilmiş-
dir ki, Qarğalıq yatağının gipsi standartın tələblərinə tam uygun gəlməsə 
də  portland və pussolan sementinin istehsalına əlavə kimi yararlıdır. 
Qarğalıq yatağına yaxın perspektivli sahələrə: 1) 3 m qalınlığında 
yüksək keyfiyyətli gips olan İsmayıllı; 2) Tazıuçan dağından  şərqdə 
qalınlığı 1 m-dən çox olan gəc (CаСО
4
.H
2
О-89,9%); 3) Xok kəndindən 2 
km cənub-qərbdə, Naxçıvan-Sədərək dəmiryol xəttindən 6,0-6,5 km 
məsafədə 1,3-1,5 m qalınlığında təmiz, tamamilə kristal, şəffaf gips; 4) 
Qarğalıq stansiyasından 5 km məsafədə, Gendərə sahəsində  1,0 m 
qalınlığında lay.
 
Axırıncı 2 sahə demək olar ki, istismar edilmişdir. 
Yatağın ümumi ehtiyatları 282722,6 ton təşkil edir. 
 
4.6.1.4. Gülüstan (Cuqa) gəc yatağı 
 
Yataq Naxçıvan  şəhərindən 50 km şərqdə, Ordubad-Sədərək dəmir-
yolundan şimalda, Culfa rayonunun Gülüstan kəndinin yaxınlığında yerləşir.  


 
212
Yatağın geoloji quruluşunda Üçüncü dövrün çöküntüləri iştirak 
edir. Həmin çöküntülər Dördüncü dövr yaşlı çöküntülərlə örtülüdür. Gəc 
layşəkilli yatım əmələ gətirir.  
1932-ci ildə N.Pirimov və M.E.Əfəndi tərəfindən 280x82 m sahədə 
tədqiqat işləri aparılmışdır. Həmin ərazidə gəcin qalınlığı 3 m təşkil edir. 
Gəc qalınlığı 3,5 m-ə çatan gilcə, qum və gil ilə örtülmüşdür. Onlar 
xırdadənəli, boz rəngli qumların altında yatır. Bütün bu süxurlar cənuba 
doğru, Araz çayı istiqamətində 14-15
0
 bucaq altında yatırlar.  
Gəcin kimyəvi tərkibində SiO

-0,52%,  К
2
О -0,24%, CаО  -
32,84%,  SО
3
-47,05%, H
2
О+200

-18,98% təşkil edir. 
Gəc açıq-sarı, sarımtıl-boz və tutqun-boz rəngdədir. Gəcin miqdarı 
98,37%-ə qədər, xüsusi çəkisi 1,2  t/m
3
-dir. 
Gülüstan (Cuqa) yatağındakı  gəcin yüksək keyfiyyətli olması  və 
dəmiryoluna yaxınlığı  yatağın istismar üçün əlverişli olduğunu göstərir.  
Gülüstan (Cuqa) yatağındakı  gəc tikinti işlərində suvaq materialı 
kimi, həmçinin kimya sənayesi və kənd təsərrüfatı üçün yararlıdır. 
15% istismar itkilərini nəzərə almaqla Gülüstan (Cuqa) gəc yatağı-
nın proqnoz resursları 35000 ton təşkil edir. 
 
4.7. Əhəng 
 
Azərbaycan Respublikası tikinti əhəngi istehsalı üçün yararlı kar-
bonatlı süxurlarla zəngindir. 
Təcrübi olaraq bütün mişar daşı  çıxarılan karbonatlı süxur yataq-
larının,  mərmər və mərmərləşmiş əhəngdaşı yataqlarının tullantılarından 
yandırmaqla tikinti əhəngi istehsal etmək mümkündür. Mişar daşı isteh-
sal olunan daş karxanalarında tullantı 50% və daha yüksək olduğundan
bütün məlum yataqların tullantıları tikinti əhəngi istehsalı üçün əsas 
xammal bazası ola bilər. 
Buna baxmayaraq respublikada bir neçə karbonatlı süxur yataqları 
müstəqil  əhəng istehsalı üçün öyrənilmişdir. Bu yataqların hamısı  əl-
verişli geoloji-iqtisadi şəraitdə yerləşməklə  Təbaşir və Abşeron yaşlı 
süxurlarla əlaqədardır. 
Əhəng istehsalına yararlı tikinti daşları üzrə  Т.М.Sеyidovun, 
N.М.Nəsirovun,  З.А.Аbbаsоvun,  А.İ.Salamоvun,  А.С.Qаsımovun, 
Q.М.Кrеntsеlin və digərlərinin böyük əməyi olmuşdur.  
Əhəng istehsalına yararlı karbonatlı süxurların tərkibində  CаCО
3
-
ün miqdarı 47%-dən az, MgCO
3
 5%-dən çox, hidravlik əhəng istehsalına 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə