Microsoft Word Nax. Mr. Az?ri-son end doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə76/77
tarix06.02.2018
ölçüsü2,85 Kb.
#26730
1   ...   69   70   71   72   73   74   75   76   77

 
228
10-20 mm-lik çınqıl fraksiyasından istifadə olunarsa,  daha yüksək 
markalı beton almaq mümkündür. 
Kimyəvi analizlərin nəticəsində müəyyən olunmuşdur ki, SiO
2
-nin 
miqdarı  5,00 - 62,5%, Al
2
O
3
-14,00-16,25%, Fe
2
O

-6,14-7,76%,  CaO-
5,18 - 8,92%, MgO-1,37 - 4,75%, y.z.i.-4,45 - 10,25%-dir. 
Alınmış nəticələr göstərir ki, Pircüvardüzü yatağının qumları kim-
yəvi tərkibinə görə adi və ağır beton istehsalına yararlıdır. 
Yataq susuzdur və istismar zamanı hidrogeoloji cəhətdən heç bir 
mürəkkəbləşmə gözlənilmir. 
Qumlar radiasiya təhlükəsizliyi normalarına tamamilə cavab verir 
və heç bir məhdudiyyət qoyulmadan bütün növ tikinti işlərində istifadə 
edilə bilər.  
Yatağın B+C
1   
kateqoriyaları üzrə ehtiyatları 12366 min m
3
 təşkil edir.  
 
4.9. Tikinti daşı 
 
Azərbaycan Respublikası tikinti daşları ilə son dərəcə zəngin  olub, 
əsasən ölkənin cənub-qərb hissəsində Kiçik Qafqaz ərazisində çox geniş 
yayılmışdır. Onların keyfiyyəti və sənayedə istifadə sahələri eyni deyildir.  
Ən vacib tikinti daşları  sırasına Kiçik Qafqaz, Abşeron yarımadası 
və Böyük Qafqazın cənub yamaclarında geniş yayılmış  əhəngdaşları 
daxildir.  
Onlara Devon dövründən başlayaraq Dördüncü dövr də daxil ol-
maqla bütün yaşlarda rast gəlinir. Paleozoy yaşlı  əhəngdaşlarına 
Naxçıvan MR-in qərb hissəsində, Mezozoy yaşlı  əhəngdaşları isə    
Abşeron yarımadası istisna olmaqla, Azərbaycanın bütün regionlarında 
rast gəlinir. 
Respublikada püskürmə süxurlardan ibarət az sayda tikinti daşı  
yataqları  aşkar edilmişdir. Onlar geniş yayılmaları  və böyük qalınlığa 
malik olmaları ilə fərqlənirlər. Əksər  püskürmə və metamorfik süxurlar  
yüksək fiziki-mexaniki xüsusiyyətlərinə görə karbonatlı süxurları üstələ-
yir və buna görə  də çox ciddi tikinti və qurğularda onlardan istifadə 
olunması məsləhət görülür. Çınqıllardan isə yüksək markalı beton isteh-
salında və yol tikintisində istifadə oluna bilər.  
Püskürmə süxurlarından tikinti  daşı yataqları aşkar etmək üçün ən 
perspektivli sahə Naxçıvan MR-in intruziv süxurları hesab olunur. Belə 
ki, Mehri-Ordubad plutonunda əlverişli geoloji-iqtisadi şəraitə və yüksək 


 
229
möhkəmliyə malik intruziv süxurların arasında tikinti daşı yataqları aşkar 
etmək mümkündür. 
Çınqılda yastı  və iynəvari hissəciklərin miqdarı ümumi kütlənin  
35%-dən, tozvari, gil və lil hissəciklərinin miqdarı 3%-dən, gil topalarının 
miqdarı 0,25%-dən, zəif süxurların miqdarı 10%-dən (200 və 300 markalı 
çınqıllarda zəif süxurların miqdarı 15%-ə qədər) çox olmamalıdır.  
Naxçıvan Muxtar Respublikası  ərazisində yalnız bir tikinti daşı 
yatağı aşkar edilmiş və öyrənilmişdir.  
 
4.9.1. Ordubad əhəngdaşı yatağı 
 
Ordubad şəhərindən 5-6 km qərbdə, Ordubad dəmiryol stansiyasın-
dan isə 4-5 km şimal-qərbdə yerləşir.  
Yataqda 1977-ci ildə T.M.Seyidov və O.İ.İsmayılov tərəfindən 
kəşfiyyat işləri aparılmışdır. Yatağın uzunluğu 600 m, eni 260-300 m 
olmaqla sahəsi 0,15-0,20 kv.km-dir. 
Yatağın geoloji quruluşunda Dat-Paleosen seriyasının böyük qalın-
lığa malik bölünməyən karbonat-terrigen süxurları  iştirak edir. Litoloji 
cəhətdən ritmik növbələşən  əhəngdaşlarından və ayrı-ayrı az qalınlıqlı 
(0,3-2,8 m) qara argillit laycıqları ilə təmsil olunan qumdaşlarından təş-
kil olunmuşdur. Süxurlar 255-265
0
 qərb və cənub-qərb istiqamətə 15-20
0
 
bucaq altında yatırlar. 
Yataq  şimal-qərb istiqamətli üstəgəlmə tipli qırılma pozulmaları   
və həmçinin çoxsaylı çatlarla doğranmışdır. 
Cənub yamacdakı uçurum  üzrə  layın qalınlığı 170-210 m-ə çatır. 
Faydalı qatın üst hissəsi qalınlığı 1,0-2,5 m olan qırıntı elüvial-delüvial 
çöküntülərlə örtülmüşdür. Qərb hissədə fayqalı qat Alt Eosenin vulkano-
gen süxurlarının altına gömülür.  
Bozumtul, açıq-sarı və qızılgül  rəngli əhəngdaşları laylı, incəlaylı 
olub, möhkəm, silisləşmiş, pelitomorf və  xırdadənəlidir.  Əhəngli qum-
daşları xırda-incədənəli və möhkəm olub, silisləşmişdir. Argillitlər çınqıl 
istehsalına yararlı olmayıb, aralıq örtük süxurlara aid edilmişdir.  
Fiziki-mexaniki tədqiqatların nəticələrinə görə süxurların  havada  
quru halda möhkəmlik həddi  490-647 kqgüc/sm
2
, su hopdurulmuş halda 
isə 456-619 kqgüc/sm
2
 təşkil edir.  
Əhəngdaşından alınmış çınqıl ancaq ikilaylı örtüyə malik  asfaltbe-
tonun alt qatı üçün yararlıdır. 


 
230
Silindirdə xırdalanmasına görə çınqıl  “800” markaya aid edilir və 
ikilaylı örtüyə malik  asfaltbetonun alt qatı üçün yararlıdır. 
Şaxtaya davamlılıq birbaşa dondurma yolu ilə təyin edilmiş və təd-
qiqatların nəticələrinə görə  “Şax.-25” markasına, natrium xlorda isə 
“Şax.-15” markaya uyğun gəlir.  
Texnoloji tədqiqatların nəticələri göstərir ki, əhəngdaşları asfaltbe-
tonun hazırlanmasında çınqıla nəcibləşdirici əlavə kimi yararlıdır. Yata-
ğın  ehtiyatları A+C
1
 kateqoriyaları üzrə 1752,9 min m
3
  təşkil edir.  


 
231
ƏDƏBİYYAT SİYAHISI 
 
Nəşr olunmuş əsərlər 
Аббасов  Н.А.  Особенности  размещения  и  условия  формирования 
медно - и  молибен-порфировых  месторождений  Ордубадского  рудного 
района. Автореф. Канд. Дисс. Баку. 2003.  
Абдуллаев  Р.Н.  Мезозойский  вулканизм  СВ  части  Малого  Кавказа. 
Изд.-во АН Азерб. ССР, Баку. 1963 ,227 с.  
Абрамович Е.Л. Генезис доломитовых формаций центральных Кара-
кумов. Изд. «ФАК» Узб. ССР, Ташкент, 1972. 
Авидон В.П. Предварительные испытания глин в полевых условиях. 
Москва, «Недра», 1968. 
Азадалиев  Дж.А.  Плутоногенно-триединные  процессы  контактово-
термального  метаморфизма,  скарнового  рудогенеза  и  медно-порфирового 
оруденения  (на  примере  Малого  Кавказа).  Автореф.  Докт.  Дисс.,  Баку, 
1998.  
Азадалиев Дж. А. Интрузия и контактово-термальный метоморфизм., 
Азербайджан., Б.1993. 
Азизбеков Ш.А. Геология Нахичеванской АССР. Москва, Госгеолте-
хиздат, 1961. 
Азизбеков  Ш.А.,  Бекташи  С.А.  Контактовый  метаморфизм  Мегри-
Ордубадского  гранитоидного  батолита.  Изв.  Ан  Азерб.ССР,  сер.  Геол., 
1961.  
Азизбеков Ш.А.,  Гухман  Н.Е.,  Керимов  А.Д.  Гюмушлугское  свин-
цово-цинковое  месторождение.  В  кн.:  Геология  Азербайджана.  Рудные 
полезные ископаемые. Изд.-во АН. Азерб. ССР, Баку. 1961, с.219-228.  
Альмухаметов Б.Я.,  Гончарова  Т.Е.  и  др.  Методические  рекомен-
дации по изучению трещиноватости и блочности горных пород на место-
рождениях облицовочного и стенового камня. Казань, 1985 г. 
Ахундов  В.Д.,  Зейналов  М.Б.,  Мамедов  Э.А.  Некоторые  данные  о 
составе  и  генезисе  верхнепалеозойских бокситовых  пpoявлeний  Приарак-
синской  зоны  Малого  Кавказа.  В  сб,:  Геология  и  генезис  месторождений 
цветных металлов Азербайджана. Изд.-во АГУ, Баку, 1984, с.67-70.  
Ахундов  В.Д.,  Халифазаде  Ч.М.  К  генезису  проявлений  бокситов 
Нахчыванской  АР.  В  сб.:  Вопросы  геологии  месторождений  полезных 
ископаемых Азербайджана. Изд. АГУ, Баку, 1981, с. 62-71.  
Ахундов Ф.А.  Доломиты.  Геология  СССР,  том 47. Полезные  иско-
паемые. Недра, М., 1976. 
Баба-заде B.М.,  Агасиев  М.А.,  Рамазанов B.Г.  Типовые  геолого-
генетические модели медно-порфировых месторождений Малого Кавказа. 
Сб. АГУ,1989. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə