Microsoft Word Nax. Mr. Az?ri-son end doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə75/77
tarix06.02.2018
ölçüsü2,85 Kb.
#26730
1   ...   69   70   71   72   73   74   75   76   77

 
225
tədqiqatların nəticələri göstərir ki, Cəhriçay yatağının çaqıl, çınqıl və 
qum qarışığı  əsas parametrlər üzrə  bənd tikintisi üçün nəzərdə tutulan 
tələbatlara cavab verir. Yataq sənaye istismarına hazırlanmışdır.  
Çaqıl-çınqıl çöküntülərinin C
1
 kateqoriyası üzrə ehtiyatları 10 mln. 
m
3
 təşkil edir.  
 
4.8.9. Arpaçay yatağı 
 
Şərur rayonunun Dizə kəndindən 400-500 m cənubda, Şərqi Arpa-
çayın hövzəsində yerləşir.  
1971-1972-ci illərdə T.M.Seyidov və M.S.İsmayılov tərəfindən 
yataqda kəşfiyyat işləri aparılmışdır. Cənub tərəfdən yataq Ordubad-
Sədərək dəmir yolu ilə  sərhədlənir. Yatağın relyefi düzənlikdən ibarət  
olub, çayın axımı istiqamətində cənuba azca meyllidir. 
Yatağın geoloji quruluşunda Müasir və Dördüncü dövr çöküntüləri 
iştirak edir və qayma-çaqıl-çınqıl və qumlarla təmsil olunmuşdur. 
Qaymaların ölçüləri eninə  kəsilişdə 0,5 m olub, qum-çınqıl çöküntülə-
rinin  ümumi kütləsinin 8-17%-ni təşkil edir.  
Faydalı qat 5 m dərinliyədək öyrənilmişdir. Tərkibində dolomitləş-
miş, kristallaşmış  əhəngdaşları, qabbro-diabazlar və  əsasi tərkibli digər 
süxurlar  üstünlük təşkil edir.   
Çınqılların tökmə  həcm kütləsi 1550-1680 kq/m
3
 olub, boşluqlar 
25-30 % təşkil edir. Gilli, lilli və tozvari hissəciklərin miqdarı 1,5-2,5%, 
çınqılda yastı və iynəvari hissəciklərin miqdarı 2-7% təşkil edir. Zəif və 
aşınmış süxur dənələrinin miqdarı 2,0-3,5%-dir. Çınqıl və qumda üzvi 
qalıqlar müşahidə olunmur.  
Çınqıllar sürtünmə üzrə “S-I”, xırdalanmasına görə isə “X-8”  
markasına uyğun gəlir. Zərbəyə qarşı davamlılığına  görə  çınqıllar “Z-
75” markasına uygundur. 
Arpaçay yatağının çınqılları yuyulduqdan sonra “400” markalı 
sementdən istifadə etməklə, “225” və “300” markalı beton istehsalında 
istifadə oluna bilər.  
Qumun həcm kütləsi 1400-1600 kq/m
3
, irilik modulu 1,17-2,74, 
gilli, lilli və tozvari hissəciklərin miqdarı 2,5-10% təşkil edir.  
Çınqıl və qum yuyulduqdan sonra hidrotexniki beton istehsalına 
yararlıdır. 
Qayma-çaqıl-qum çöküntülərinin В+С
1
 kateqoriyaları üzrə ehtiyat-
ları 10409 min m
3
 təşkil edir. 


 
226
4.8.10. Pircüvardüzü qum yatağı 
 
Yataq Babək rayonu ərazisində Naxçıvan şəhərindən 7 km cənub-
şərqdə yerləşir. 
Yataq 1979-1983-cü illərdə T.M.Seyidov, O.İ.İsmayılov və 
İ.Ə.Məmmədov tərəfindən kompleks tikinti materialları üçün aparılan 
axtarış işləri nəticəsində aşkar edilmişdir. 
 1984-85-ci  illərdə  T.M.Seyidov və  İ.Ə.Məmmədov tərəfindən 
yataqda kəşfiyyat işləri aparılmışdır. 
 Faydalı qat Orta və Üst Dördüncü dövr yaşlı, əsasən xırda və orta 
dənəli delüvial-prolüvial qumlardan təşkil olunmuşdur. Yatağın cənub-
şərq və  şərq hissələrində müxtəlif formalı  təpələr uzanır və onun quru-
luşunda orta Dördüncü dövr yaşlı yaşılımtıl-boz rəngli incə və xırdadə-
nəli qumdaşları  iştirak edir. Qumdaşı layları  şimal-qərb və  qərb istiqa-
mətində 5-8
0
, bəzən isə 10
0  
bucaq altında yatırlar. Yatağın  şimal-qərb 
hissəsində ölçüləri 70 mm-dən böyük olan çoxsaylı çaqıllar və nadir 
qaymalar müşahidə olunur.  
Faydalı qat morfoloji cəhətdən dəyişkən quruluşa və keyfiyyətə ma-
lik layşəkilli formada olub, qranulometrik tərkibinə görə 2 qata bölünür: 
1.Üst Dördüncü dövr yaşlı xırda və orta dənəli qum. 
2. Üst Dördüncü dövr yaşlı incə və xırda dənəli, zəif sementlənmiş, 
yaşılımtıl –boz rəngli qumdaşı. 
Quyular üzrə yuxarıdan aşağıya yatağın litoloji kəsilişi aşağıdakı 
kimidir: 
1. Torpaq-bitki qatı,
 
bitki kökləri rast gəlinən boz rəngli, kəsəkli 
gilcə, qalınlığı 0,15-0,3 m. 
2. Yüngül, bəzən ağır, möhkəmlənmiş, bəzi yerlərdə tozşəkilli açıq-
boz rəngli gilcə və qumca, qalınlığı 0,5-6,0 m. 
3. Xırda-orta və iri dənəli qum. Onların yatımında müəyyən qanu-
nauyğunluq müşahidə edilmir, qumlarda qalınlıq üzrə tez-tez müxtəlif 
dənəli qumların laylanması müşahidə olunur. Faydalı qum qatının yatımı 
üfqi olub, qalınlığı 23,0 m təşkil edir.  
4. Zəif sementlənmiş, xırdadənəli, yaşılımtıl-boz rəngli qumdaşı, 
qalınlığı 3,0-16,0 m. 
5. Yataqda rast gəlinən süxurların altında yatan qırmızımtıl-boz 
rəngli gil, qalınlığı 8,0 m.   
Mikroskop altında qumlar özlərini orta və iridənəli süxur kimi gös-
tərir. Dənələr yarımyuvarlaq və yuvarlaq andezit və dasit qırıntılarından 


 
227
ibarətdir. Həmçinin tək-tək yuvarlaqlaşmış pelitomorf alevritli - incədə-
nəli struktura malik əhəngdaşı qırıntıları da rast gəlinir. 
Pircüvardüzü yatağının qumları  aşağıda qeyd olunan fiziki-mexa-
niki xüsusiyyətlərə malikdir:  
1. Tökmə həcm kütləsi - 1,56-1,62 t/m
3

2. Sıxlığı (xüsusi çəkisi)- 2,57-2,62 q/sm
3

3. İrilik modulu –1,94-2,40. 
4. Gil, lil və tozvari hissəciklərin miqdarı -3,5-10,8%. 
5. 5 mm-dən böyük dənələrin miqdarı – 0,1-15,4%. 
6. Boşluqlar- 30-43%. 
7. Üzvi qalıqlar və kükürdlü birləşmələr rast gəlinmir. 
Bəzi sınaqlar üzrə 5 mm-dən yuxarı  dənələrin miqdarının yüksək 
olduğunu və  tək-tək sınaqlarda isə 10-15 mm-lik çınqıllara rast gəlin-
diyini nəzərə alaraq istifadədən əvvəl qumların ələnməsi tələb olunur.  
Gil, lil və tozvari hissəciklərin miqdarı normadan yüksək olduğuna 
görə istifadədən əvvəl qumların yuyulması vacibdir. 
 Qumların ağır beton istehsalına yararlılığını öyrənmək məqsədilə 
Ümumittifaq Qeyri-filiz Elmi Tədqiqat İnstitutunun metodikasına uyğun 
olaraq beton qarışığı hazırlanmışdır.  İri  əlavə  kimi möhkəmlik həddi 
900 - 950 kqgüc/sm
2
-ə çatan Qaradaş yatağının teşenitlərindən xırdalan-
mış 40-100 mm fraksiyalı  çınqıllardan və Qaradağ Sement Zavodunun 
istehsalı olan “400” markalı sementdən istifadə edilmişdir. Tədqiqatın 
nəticələri aşağıdakı cədvəldə verilir. 
Cədvəl 30 
 
Qumdan beton hazırlanması üçün tədqiqatın nəticələri
 
 
№ 
Material sərfi 24 
gündən sonra orta 
möhkəmlik həddi, 
kqgüc/sm

sement, 
kq 
qum, 
kq 
çınqıl,  kq 
Su, l 
1 3  4 



1. 28,5 76,3  68,7 
19,0 
117,3 
2. 36,0 66,7  71,5 
18,0 
166,9 
3. 42,5 58,8  74,7 
17,0 
225,5 
 
Cədvəldən göründüyü kimi, Pircüvardüzü yatağının qumlarından 
ilkin yuyulmadan sonra “200” markadan aşağı olmayan beton istehsa-
lında istifadə etmək olar. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə