Microsoft Word poema+++++. doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə32/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   28   29   30   31   32   33   34   35   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
149
Saçları bəyazlaşar günü qara geydikcə. 
Yolu üstə kim çıxar onu iradә bilər, 
Ağıl qəbul etməsə, söz yenə onunkudur. 
Bir gündə neçə dəfə saçlarını ətirlər, 
Yaxasına gül taxar, əsil məhəbbət budur. 
Hər səhər yol gözləyər, axşam qaş qaralınca 
“Bir xəbər yoxdur” deyib, gözünü yoldan çəkər. 
Günlər onu tərk edər bir-birinin dalınca, 
O, günlərin ardınca baxıb göz yaşı tökər. 
Qulağı səsdə olar, ürəyi sızıltıda, 
Qapını külək döyər, titrəyər yarpaq kimi. 
Nə  “hə” xəbəri alar, nə “yox” deyərlər, o da 
İçin-için alışıb ovular torpaq kimi. 
Doğma evinə yadlar gəlirmiş kimi gələr, 
Sərdabəyə bənzədər səssizlik həyatını. 
Öz-özünə ağlayar, səbəbsiz gülə bilər, 
Yel tək üstündən sürər illər qamçı atını. 
Gerçəklikdən gizlənib xəyala qonaq olar
Ağlına qınaq olar, yuxusuz gecələrdə. 
Baxımsızlıqdan ömür bağçası vaxtsız solar, 
Boş-boşuna dolanar fikirdən küçələrdə. 
Yaz fəslini gözləyər arzu göyərər deyə, 
Sübh yelini gözləyər, bir xəbər gələcəkmi? 
Addım-addım yüksələr sevgidə son pilləyə, 
Bilmədən bu son pillə, ya sonsuz gələcəkmi? 
Bu dərdin qəlibi yox, ötürəsən, ölçəsən, 
Təzəsi, köhnəsi yox, həmişə bahar kimi. 
Bu yol o yol deyil ki, dönüb təkrar keçəsən, 
Sevgi öz yolu üstə maneədir daimi. 
Çiçəklərin telinə onun saçları bilib  
Qeyri-iradi sığal çəkərsən, qəlbin əsər. 


Эюйярчин 
 
 
150
Başın üstə şəklinin hər gün tozunu silib 
Önündə “ah” çəkərsən, həyat bu isə əgər. 
Sevgi mahiyyətini söyləyəcəkmi bir gün 
Yoxsa onun mənası əbədi axtarışdır?  
Təcavüzmü məqsədi öz rahatlığı üçün 
Ya ömrünü bəxş etmək üçün bir yalvarışdır? 
Arzu ödənilməsə, əzaba mənbə olur, 
– Çünki arzu əzabdan irəli gəlir özü. 
– Dünyada yaxşı, ya pis hər nə var unudulur. 
– Unutmağa çalşmaq istədim, sözün düzü, 
Amma mümkün olmadı, 
Hafizəm durulmadı. 
Arturdan sonra heç kim... 
Öz fikrimi şeirlə, bəlkə, ifadə edim? 
– Eşidirəm, əzizim. 
– Deyəsən, Günəş sabaha doğacaq, 
Bir daha batmasa, bir daha doğacaq. 
Kədər əriyəcək, 
Həyatı məhəbbət ətri bürüyəcək, 
Arzular göyərəcək 
Gün daha batmasa... 
Məhşər günü gəlmişdi
Üz-üzə gəlmişdik. 
Elə qorxunc idi Göyün siması, 
Elə zəhərliydi Yerin havası, 
Heç zaman Günəş doğmayacaqmış kimi, 
Günəşdən əvvəlki görüş olmayacaqmış kimi 
Elə qorxur, elə boğulur, elə ağlayırdım... 
O qədər iztirab çəkdim ki, 
Günün doğub-doğmayacağının mənası qalmadı, 
Həsrətim azalmadı, 
Susdu. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
151
Ayrılıq olmadı bu, 
Məhşər günü gəlmişdi. 
Sona qədər təslim etsin deyə   
Üz-üzə gəlmişdik. 
Daha qorxunc buludlar çəkilər, 
Dan yeri sökülər... 
Deyəsən, Günəş də doğacaq sabaha, 
Batmasa bir daha... 
 
 
 
 
   Essenin qonaqları 
 
Təməli doqquzuncu əsrə təsadüf edən 
Abidələr haqqında tarixin şah əsəri. 
Rur çayının ikiyə ayırdığı bir bədən– 
Böyük Almaniyanın qədim Essen şəhəri. 
Avropanın ədalı mədəniyyət paytaxtı... 
Bura əsrlər boyu kimlər gəlib-getməmiş. 
Peç ilə İstanbulla birgə çəkilir adı, 
Nə qədər qocalsa da, gənclik dövrü bitməmiş. 
Rur çayına mirvari düzümü tək yaraşır, 
Gül gül ilə yarışır sahildə–bəyaz... sarı. 
Parıltı nəşəsini ulduzların çarəsiz 
Öz nurunda yox edir Verdenin işıqları.  
Reqina Anselimlə Essenə qonaq idi
Tək yaşayan qarının evini tutmuşdular. 
Birgə olmaq üçün bu səyahət sınaq idi, 
Hamburqu, Qlinveli, sanki unutmuşdular.   
Əcnəbi əsilliydi, alman deyildi qarı, 


Эюйярчин 
 
 
152
Ürəyi geniş idi, düşüncəsi münəvvər. 
Ərinin varisi o, onun varisi əri,– 
O da çoxdan ölmüşdü, on dörd il bundan əvvəl. 
Tək yaşayırdı qarı, ev kirayə verirdi, 
Amma tənha həyatı bezdirməmişdi onu. 
Bağçası hər fəsildə çiçək ətri verirdi
Qəbul etmirdi ömrün mənasız olduğunu. 
Evində illər ilə qalan olardı bəzən, 
Hamı ilə onlara uyğun rəftar edərdi. 
Zorakı əyrilikdə deyildi düzlük gəzən, 
Kim köməyə çağırsa, həvəs ilə gedərdi. 
Bu az müddət içində evin sahibi ilə  
Doğma anası kimi Reqina dərdləşirdi.  
İstəyirdi keçmişi hafizəsindən silə, 
Arturu “unutsa da”, dərd qəlbini deşirdi. 
Qarı çoxlu hadisə danışdı Reqinaya, 
Öz başına gələni, ya şahidi olduğu. 
Təbabətdə üstünlük verdi İbn Sinaya
47

Şairlərdən söz açdı, əsasən, oxuduğu. 
Hikmətdə Nizamiyə
48
, rübaidə Xəyyama
49

Tərif yağdırılsa da, Heyne yaddan çıxmadı. 
Baş vurdular o gecə neçə qədim əyyama, 
Söhbət uzandı, amma sözlər ürək sıxmadı.  
Əfsanəvi hekayət söylədi bir gün qarı, 
Elə bil canlı nağıl danışırdı bu dəfə. 
Dünyanın bir-birinə bənzəmir adamları 
Sözdən qüdrətli nə var, toxundursan hədəfə? 
Nə qədər ailə var, məşəqqət var o qədər, 
                                                 
47
 Əbu-əl Hüseyn bin Abdullah – filosof, həkimdir
 
 
48
 Nizami Gəncəvi – dahi Azərbaycan şairi 
49
 Ömər Xəyyam – İran şairi 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
153
O qədər də çətinlik, ilkin səviyyələrdə. 
Bu dünya pəncərədir hər gələn baxıb gedər, 
İnsandan yaxşı əməl, nəzakət qalar bir də. 
Qarı xeyli danışdı, yorulmadı o gecə, 
Anselim təəssüflə bulayırdı başını. 
Hər üçü ürəyində köks ötürür gizlicə, 
Bir-birindən xəbərsiz silirdi göz yaşını. 
Təxminən, mənim yaşda ana qalırdı burda, 
Ayrı yaşayırdılar iki oğlu, üç qızı. 
Oğlanları evlənmiş, qızları çoxdan ərdə... 
Ayrı yaşasalar da anadan, sözün düzü,  
Görməyə gəlirdilər tək-tək, iki bir, üç bir. 
Hər kəs bir ayrı vaxtda yoluxurdu ananı. 
Zahirən fikir versən, dərdi yox idi heç bir, 
Ağrıyırdı, yel ötsə, amma çəlimsiz canı. 
Yaşlanmışdı çatmamış hələ ahıl yaşına. 
Əlbəttə, beş oğul-qız böyütmək ağır yükdür. 
Fədakar ana kimi qibtə etmirəm ona. 
Çox da deyirlər, qadın ana kimi böyükdür.  
Ananın böyük qızı fərqli idi hamıdan. 
Desəm ki, ağıllıydı, ağıl deyilməz buna. 
Arxa olmuşdu bacı-qardaşına bir zaman, 
Sonra özü qalmışdı onların umuduna. 
Kiçik qız da təhsilli idi, dilli-dilavər, 
Tez-tez ziyarətinə o gələrdi ananın. 
Sonbeşik hamısından anasını çox sevər, 
Hər zülmünə dözərdi lənət olmuş dünyanın. 
Aspirant idi tibbi universitetdə oğlu, 
Dolanışığı özgə bir sahədən çıxırdı. 
Nədənsə bu oğlandan bir şey kəsmirdi ağlım, 
Boş yerə qürrələnir, vədə xilaf çıxırdı.  
Sevdiyi qadınlardan, arvadından savayı, 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə