Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə29/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   25   26   27   28   29   30   31   32   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
137
Anselim deyirdi ki, Allah yolunda ölən 
Yaxud öldürülənlər ölmür, şəhid olurlar. 
Reqina öz fikrini kəskin deyirdi bəzən: 
– Ölüb öldürülənə Rəbbin ehtiyacı var? 
Sevmədiyi varlığı Allah heç vaxt yaratmaz. 
Hər bir kəs öz fikrini söyləməkdə azaddır. 
İnsan olan insanın ürəyini ağrıtmaz, 
Allaha məhəbbətin dərəcəsi qat-qatdır. 
Axı Rəbbə nə lazım kim öldürür, kim ölür, 
Dünyanı materikə, qitəyə kimlər bölür? 
– Allah ehtiyacsızdır, bunu bilirik, qızım, 
Allah yolunda ölmək ədalətin bərqərar 
Edilməsi üçündür – insan üçündür, quzum. 
Bu mənada hamının dinə ehtiyacı var, 
Allahı sevirik ki, insanı sevə bilək. 
Qaldıraq mümkün qədər Yer üzündən şəri biz, 
Fani ömrü mənasız işlərə sərf etməyək. 
Sevinc ilə bərabər paylaşaq kədəri biz. 
– İnsan oğlu həyatın hər anı ölüm üçün 
Ona bəxş olduğunu heç ağlına gətirmir. 
Düşünsə, həyatına davam eləməz bir gün
Təbiətin səsini refleksiya batırmır. 
Bu belə olmasaydı, ölüm hökmü oxunmuş 
Cani ilə insanın fərqi olmayacaqdı. 
– Amma elə davranır, guya  ölüm yox imiş, 
Orkun səbr kasası, sanki dolmayacaqdı.
41
 
– Anselim, neçə söz var hamısını deyirsən,– 
Qorxmaq yaxşı olardı, qorxmamaq daha yaxşı. 
Eyni fikrin hər iki qütbüylə razısan sən 
Mən necə birləşdirim iki ayrı baxışı? 
                                                 
41
 Ork – Qədim Romada ölüm tanrısının adı  


Эюйярчин 
 
 
138
Ölümünü təcrübi təsdiq ola bilməyən 
Nəzəri həqiqət tək insan kənara qoyur. 
Öz canlı şüuruna qəbul etmir qətiyyən, 
O zamana qədər ki, özü həyatdan doyur. 
– Bu dünya imtahandır, Reqina, axirət var,  
Ayrı sonsuz dünyadır bu dünyanın sonrası. 
Hər insan taleyinin əcəl vaxtında ölər, 
Bu onun yox olması demək deyil, qadası. 
Ruh bədəndən ayrılıb yeni dünyaya köçür, 
Qəbir sorğu-sualı başlanır, intəhası. 
Hər kəs öz əməlinə görə sınaqdan keçir, 
Yaradılan insan yox ola bilməz, qısası. 
– Artur Şopenhauer axirətə inanmır, 
Qorxmaq niyə yaxşıdır, söylə, qorxmamaq niyə? 
 – İnsan var-dövlət üçün qan tökməkdən usanmır, 
Ölüm qorxusu çəksə qəlbi yumşalar deyə. 
Ölümündən qorxmamaq axirətə inamdır.  
Və yaxud da əksinə, qorxa bilməz ölümdən 
Axirətə inanan... bu, yenə də inamdır. 
Ölüm zamanı, axı ruh deyil, ölən bədən. 
– Vedalarda
42
 bu belə ifadə olunmuşdur: 
“İnsan öldüyü zaman görmə qabiliyyəti – 
Günəş ilə, iy bilmə – torpaq ilə, eşitmə – 
Hava ilə, nitqi – od, sairlər qovuşur” ki,  
Hiss və qabiliyyəti ölümlərindən sonra 
Atalar oğullara ötürürmüşlər kimi  
Açıqlanır mənası.  
Şərh olunur onunla  
Fərdlər doğulub, ölüb yaşadır öz nəslini. 
Keçici təzahürün zaman sonluğu kimi  
                                                 
42
 Qədim hind fəlsəfəsi 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
139
Qəbul edib tanımaq lazım gəlir ölümü. 
Ölümdə qorxduğumuz ağrı, filan deyil ki, 
Ölümdən qaçmaq üçün min işgəncə, zülümü 
Yaşamalı oluruq. 
Hərdən xilas oluruq
Hərdən də ki...  
Biz ağrı və ölümü iki bəd  
Ayrı-ayrı qüvvənin timsalında görürük. 
Ölümünə qarşıdır yaşamaq hissi əbəd. 
Hiss köməksiz qoyanda zəka kömək edəcək, 
Etməyəcək, bilmirəm, amma yaxşı olardı, 
O, hissi üstələsin. 
Can onsuz da gedəcək,  
Bilinsin ki, ölümü boş sayan kimsə vardı... 
– Reqina, unudursan, dünyada yaxşı, pis var, 
Axirətdə mükafat gözləyir yaxşıları. 
Cənnət bağlarından ya bir bağ hədiyyə alar, 
Ya cəhənnəm çuxuru olacaq bəxşişləri. 
İnsan vəziyyətinə uyğun qəbir həyatı 
Yaşayacaq təbii... pis əməl sahibləri  
Qorxsun gərək ölümdən. 
Yaxşının mükafatı 
Axirətdə verilir əzəl başından bəri. 
Sən niyə qorxasan ki? 
– Mən qorxmuram, Anselim,  
Artur öyrədib mənə ölümdən qorxmamağı. 
İstəyirəm, dünyanın mahiyyətini bilim, 
İstəyirəm hər dildə bacarım oxumağı. 
– Axirətdir dünyanın əbədi mahiyyəti. 
Günahdan azad olub Allaha qul olanın 
Bəhrəsi müqəddəslik, daimidir həyatı. 
Zülmü ağır olacaq cəhənnəmdə qalanın. 


Эюйярчин 
 
 
140
– Nənəm deyərdi, qızım, öləndən sonra məni 
Nə fərqi, sərdabəyə, ya qəbrə qoy, çölə at.  
Bir parça ətdən savay ruhsuz bədən nədir ki, 
Ondan ötrü dərd çəkib hələ qurasan büsat, 
Mən sağ ikən məni sev, öldüm nə faydası var, 
Məhəbbət o dünyada mənim nəyimə lazım? 
Hər insanın ölümsüz bir ayrı dünyası var, 
Artur Şopenhauer bu barədə çox yazıb. 
– Reqina, Şopenhauer, dindar yox, filosofdur, 
Deməli onun, mənim baxışımız fərqlidir. 
Ona filosof kimi mənim hörmətim çoxdur, 
Lakin fikirlərində qərbli, yoxsa şərqlidir 
Olması hiss olunmur, çünki fəlsəfi mövzu 
Sərhəd tanıya bilməz, din isə belə deyil. 
– Din necədir, Anselim? 
– Etiqaddır ən azı. 
– Məna etibarıyla dini ayırmaq eyib. 
İstər təkallahlılıq, istər çox, dində məna–  
Tanrıya ibadətdir, hər nə şəkildə olsa. 
Heç kimin heç kimsənin dininə toxunmağa, 
Mənəvi haqqı yoxdur, bu büt, şəkil də olsa. 
Deyirsən ki, axirət əməllərə görədir, 
Amma din, ya fəlsəfə, əməl elə əməldir. 
Hər bir əməl insandan düşüncə tələb edir, 
Əməlləri islahın son nöqtəsi əcəldir. 
– Sən elə bağlısan ki, Artur fəlsəfəsinə, 
Mənim söylədiklərim yalan kimi görünür. 
İnsan rahatlığını dində tapır, əksinə, 
Sənin rahatlıq deyil istədiyin, görünür. 
– Mən öz rahatlığımı Artur fəlsəfəsində 
Bəlkə də, tapmasaydım, indi çoxdan ölmüşdüm. 
Öz pəjmürdə halımla mənim yerim yox dində, 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə