Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə27/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   23   24   25   26   27   28   29   30   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
129
Qorxular həyəcanını ram eləyək. 
İradəsiz ağuşunda az qalsaq da, 
Yuxu görürükmüş kimi azad idrak uzaqlara çəkir bizi. 
Xoşbəxtlik də, bədbəxtlik də çıxır yoxa, 
İtiririk bir fərd kimi özümüzü.  
Bu anlarda biz idrakın xalis subyektiyik daha. 
Ancaq insana məxsusdur bu seyretmə üsulu
Seyr edənə fərqi yoxdur dilənçidir, ya pullu. 
Əsas məsələ odur ki, bu dərdsizlik məkanında 
Dahilikdən savayı, çox qalmağa qüvvə çatmır. 
Həvəssiz baş-başa qalır əksəriyyət təbiətlə, 
Odur ki, ehtiyac duyur kitaba və cəmiyyətə. 
Zira belələrinin idrakı xidmət etməkdən qalmır iradəyə. 
Münasibətdə ancaq faydalılıq gəzirlər. 
Ən gözəl ətraf belə təklikdə onlar üçün kədərli,  
yad görünür. 
Fəqət insani mahiyyət özünün ifadəsini  
Əlaqəli sırasında əldə edir əməllərin.  
Həyatdır iradənin güzgüsü
Və onu aydın şəkildə bu güzgüdə seyr eləyən  
iradəsiz idrak var. 
İradə–indidir,  
Nə o, indidən ayrılır,  
nə indi ayrılır ondan. 
Deyirlər ki, əbədiyyət donub qalmış indidir, 
Yəni bizim üçün indi gələcək və keçmişdəki  
indi ilə eynidir. 
Biliyimiz aldadıcı, ehkamlar tez-tez dəyişir, 
Təbiət səhv eləmir, onun doğrudur gedişi!  
Özü bunu gizləmir. 
Təzahür olaraq fani olan kəs  
Zamandan kənardır İradə kimi, – 


Эюйярчин 
 
 
130
Əbədidir, sonsuzdur. 
Həyatının çalxantılı anlarında  
Artur Şopenhauer gündəliyində yazırdı: 
“İstək və İradənin qəmli həmlələrini 
Qaranlıqda izləyə-izləyə  
“Günah” və “Qüsurlara”, “Ölüm” və “Heçliyə” məxsus 
Uzaq dərinliyə enirik. 
O vaxta qədər ki 
Həyatın yavaş-yavaş bütün çətinlikləri  
bizə qarşı dayanır. 
Hansı yolu seçməli? 
Biz istəyən dünya necə olmalı? 
Bu sualların mənası o zaman anlaşılır. 
Ümidsizlik, çarəsizlik, amansızlıqlardan keçib 
Özümüzə dönürük. 
Bax, o zaman ağrılar fikir doğurur Yeni! 
Tənha insan xoşbəxtdir, 
Çünki öz həyatında ayrı həyat istəmir, 
Xoşbəxtliyə can atmır. 
Düşünür ki, bu yolla azaldır öz yükünü. 
Çünki bu elə yük ki,  
Qayğıların dövrəsində istirahət edir sərbəst, 
Ağırlığı altında beli bükülmüş insan... 
Qayğıları qoruyacaq olsa, yükü daşımalı, 
Vidalaşıb çəkilərsə, azad olar ağırlıqdan”. 
... Artura qədərki nəzəriyyələr  
Sübut eləməyə çalışırdı ki,  
Hər kəs dərk etdiyini istəyir. 
Arturun baxışları əksini deyir bunun,   
Özü istədiyini, yəni dərk edir insan.  
“Dünya iradə və təsəvvür kimi”  
Kitabın ilk cümləsində yüksək səslə O deyir: 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
131
“Dünya mənim təsəvvürümdür
Hər bir dərk eləyən varlıq üçün həqiqət belədir– 
Ona nə Günəş tanışdır, nə Yer. 
O, Günəşi görən gözü, Yeri ehsas eləyən əli tanıyır”. 
                             *** 
            Sən hər qəlbi pak bilirdin, 
            Onun üçün qalmısan tək. 
            Mənim kimi yalqız idin, 
            Üşüdürdü səni külək...   
 
 
 
Əli qoynunda bir qız 
                                                                 
Hamburqu küçə-küçə əyri dolanır Elba, 
Sanki S(es) hərfləri uc-uca calanıbdır. 
Yaz, payız mövsümündə yaman bulanır Elba, 
Elə bil ürəyinə gil yükü qalanıbdır. 
Hamburqa çatanadək nə qədər ölkə keçir, 
Bir-birindən ayırır min-min kəndi, şəhəri. 
Xalqlararası dostluq naminə, bəlkə, keçir, 
Torpağa həyat verir yaranışından bəri. 
Göy şal kimi sarınır Hamburqun biləyinə, 
Pir ağacı güzgü tək ona baxıb daranır. 
Ağacın budağından hər kəs öz diləyinə 
Uyğun bir lent sallayıb əngəllərdən arınır. 
Evlərdən sədd qurulur hər iki tərəfinə, 
Sular aşıb-daşsa da, sahilini aşmayır. 
         Elə məğrur axır ki, Hamburqun şərəfinə, 
         Heç bir çay Elba kimi dünyaya yaraşmayır. 
         Drezdendən Hamburqa hər gün salam gətirir, 
         Taleyi oxşar olur iki böyük şəhərin. 


Эюйярчин 
 
 
132
Şairə vəcd, müdrikə yeni kəlam gətirir, 
Üfüqlər sahilində qarşılayır səhəri.  
Ən qəddar düşmən kimi Elba Almaniyanı, 
Zahirən ayırsa da, daxilən birləşdirir. 
Laləzara döndərir sahil boyu hər yanı, 
İnsanlar başı üstə körpülər yerləşdirir. 
Hamburqda körpülərin yoxdur sayı-hesabı, 
Küçələrin üstündə sanki küçə qurulur. 
Varlısından seçilmir bu şəhərin kasıbı, 
Burda nə ürək doyur, nə quran əl yorulur. 
Dodağını yalayır çay yağmurlu havada
Elə bil həyəcandan hərarəti yüksəlir. 
Çaylar bənzəmir ona sədaqətdə, vəfada, 
Hamburqun hər yerində Elbanın səsi gəlir. 
Meşələrdə xəlvəti quldur kimi yol kəsir, 
Təəccübdən öldürür ilk dəfə görənləri. 
Şimal dənizi tərəf başaşağı tələsir, 
Nə qədər çox tələsir, o qədər oyur yeri. 
Şəhərlərin yanından iftixarla keçir o, 
Keçmişi, gələcəyi, indisiylə öyünür.  
Mənbəyindən ayrılıb vadisinə köçür o
Dağların arasıyla uşaq kimi sürünür. 
Sular, göllər Hamburqu əhatəyə alsa da, 
Elbadır ürəyinin arterial qan damarı. 
Gəmilər öz yolunu çox ölkədən salsa da, 
Dünya ilə nisbətdə Hamburq yarıbayarı. 
Şəhər əhalisinin həyati baxışları  
Liman şəhəri kimi formalaşdırıb onu. 
Üzən qayıqlar ilə çay aşağı, yuxarı 
Elba sahili boyu doğmalaşdırıb onu. 
O qədər ağac var ki, bu şəhərdə, uc-uca 
Bağlasalar, dörd dəfə ekvatoru dolanar. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə