Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə24/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   20   21   22   23   24   25   26   27   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
117
Düşünürəm, təzahür dünya görünəndə niyə yox olur 
bunlar? 
Doğru hansı, yalan hansı? 
Təzahürlər dünyasını hamı görür, 
Bu mənada doğru olan, yəqin, odur. 
Bəs niyə keçib gedir, qırılır umud kimi, 
Axıcıdır su kimi, boşalır bulud kimi?  
Doğru olan, bəlkə də, zolaqlar dünyası?.. 
Nə dəyişən elementi, nə zamanı, məkanı var.  
Bu dünyanı görmür hamı. 
Əslində, hər ikisini idrak görür. 
Fəqət biri iradəyə xidmət edir, o biri yox. 
İradədən təsəvvürə, təsəvvürdən təzahürə keçir yol. 
Zolaqlar dünyasında “olum” nədir, “ölüm” nədir, 
 bilinmir,  
Təzahürlər dünyasına göz yummadan görünmür. 
Görünən və Görünməyən iki dünya arasında qalmışam, 
Ya Günəş yoxa çıxıb, ya da mən kor olmuşam... 
 
 
 
         
Ağrısı bizə qalır 
 
Təbiətdir insanın ən böyük müəllimi, 
Təbiətdən öyrənirik zövq almağı, sevməyi. 
Təbiətə borcludur insan ölənə kimi, 
Səxavətlə paylayır, çünki varsa hər nəyi. 
Görürsən ki, uzaqdan meşəni yara-yara, 
Nəfəsini dərmədən bir dağ çayı tələsir.  
Sular özünü çırpır yol boyu ora-bura
Hərdən səsi gur çıxır, hərdən titrəyib əsir. 


Эюйярчин 
 
 
118
Uçurumdan enəndə şəlaləyə dönür o, 
Ağsaçlı qadın kimi dağıdır tellərini. 
Yaladığı daşların rəngi dəyişir onu, 
O da tez-tez daşların dəyişdirir yerini. 
Yatağında pillələr qurur mahir usta tək, 
Süxurlara ayırır qayaların köksünü. 
Çiçəklərin şəklindən hana toxuyur rəng-rəng.  
Sinəsində əks edir şəfəqlərini Günün. 
Görürsən ki, üfüqdən Gün vulkan kimi qalxır, 
Şəkli dənizə düşür, sular şəffafdır deyə. 
Bir başlanğıc nöqtədən sanki ikisi çıxır, 
Elə bil Günəş suya baş vurub qalxır göyə. 
Buludlar ruhlar kimi ətrafında dolanır, 
Səma qara, qırmızı, sarı, mavi, göy olur. 
Həzm edib bu rəngləri suyun səthi allanır, 
Bir az od, bir az tüstü, bir az da kösöy olur. 
Kiçik daxma görünür dağ yolundan aralı, 
Qollarını top kimi açıb at arabası... 
Çayır dörd bir yanında tala-tala saralır, 
Cığırlarla doludur evlə yolun arası. 
Günbəz-günbəz dağların zirvəsi bəyaz qardır, 
Giriş yolunun üstə keşikçi ağac da var. 
Ağacın şax görkəmi özündə iftixardır, 
Ağ-qara çətir tutub başı üstə buludlar. 
Gölməçə ilanvari sığınıb qayalara, 
Titrədib yarpaqları yel ona laylay çalır. 
Ay Allah, bu dağları kim verdi qəsbkara? 
Tərtərçayın
35
  vadisi görən kimlərə qalır? 
Rəngbərəng pətəkləri Ağcanın
36
  batıb yasa, 
                                                 
35
 Ermənistanın işğal etdiyi ərazidə çay   
36
 İşğal olunmuş kənd 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
119
Nə olsun ki, ağaclar burum-burum çiçəkdir?  
Kəlbəcər
37
  kəndlərinin yolu şəhərdən qısa, 
Qarabağın işğalı, amma çox uzun çəkdi. 
Kəndlər dağıdılsa da dağların ətəyində, 
Düşmən gözəlliyinə xələl toxundurmamış. 
Səksənib dağa qalxır at atın yedəyində, 
Yaxşı ki quzeylərdə gizlənməyə yer qalmış. 
Bizim eradan əvvəl tikilmiş məbədləri 
Meşə dövrəyə alıb top-tüfəngdən qoruyur. 
Günəş əvvəlki kimi qızdırmır burda yeri, 
Bənövşənin taleyi kol dibində uyuyur. 
Əvvəl gül-çiçək gəlir, sonra göl, yaşıl meşə, 
Sonra başı buludlu, zirvəsi qarlı dağlar. 
Qorxarlar deyə hər an dağlara yağış düşə,  
Bulaqlar başı üstə yarpızdan çətir bağlar. 
Evlərin ətrafına hasar çəkər çinarlar
Əyilib bir-birinə söyüdlər nəsə deyər. 
Bu yerdə düşmən görüb qatarından sınarlar, 
Durnalar bir-birinə sözünü kəsə deyər. 
Dumduru göz yaşı tək qayalardan süzülər, 
Şırıltıyla büzülər işvəsindən dağ çayı. 
Neçə rəngli mamırlar çay dibinə düzülər, 
Gah qırmızı edərlər, gah yaşıl, gah ağ çayı. 
İri moruq salxımı kimi üzər mamırlar, 
Nə qədər yaşlansa da, cavan görünər yenə. 
Oyub-oyub torpağı sular yuva qurarlar, 
Mamırlar örtük çəkər yuvaların üstünə. 
Düşüncəyə bənzəyir sanki dərin süxurlar, 
İnsan beyni kimidir qatbaqat, zolaq-zolaq. 
Seyr etdikcə fikirlər bir-birini sıxırlar, 
                                                 
37
 İşğal olunmuş şəhər 


Эюйярчин 
 
 
120
Sonu bitməyən qədər dərinə çəkir maraq. 
Kənarı ağ köpüklü, yaşıl olur bənizi, 
Sahilinə çıxarıb atdığı daşlar rəng-rəng. 
Çırpıntısız təsəvvür etmək olmur dənizi, 
Qış, yay, bahar ya payız – hər halında o qəşəng.  
Qağayılar uçuşur dənizin üstə ağ-ağ, 
Mənzərəni sahildən seyr edib zövq alırıq. 
Dənizin açıq hüsnü qeybdən verir soraq, 
Liman ilə baş-başa xatirəyə dalırıq. 
Şəlalə nov kənarı buzları xatırladır, 
Aşağı süzüldükcə ikiyə bölür dağı. 
Qarşısına nə çıxsa başaşağı fırladır, 
Yaz ayları dar gəlir dağ çayına yatağı. 
Tor hasarın içində bir bağ evi görünür
Sünbülündən süd daman geniş tarlaları var.  
Tarlalar böyrü üstə suya tərəf sürünür, 
Əndamını həvəslə qucaqlayır dalğalar. 
Qoşa iydə ağacı hərəsi bir tərəfdə, 
Arasında uşaq tək qığıldayır Bal bulaq
38

Buludlar ağlamağı bəzən unudarmış da, 
Köçünü uzaqlara çəkərmiş qalaq-qalaq. 
Gözəlliyin önündə fərd özünü unudur, 
Tilsimə düşmüş kimi qapılır düşüncəyə. 
Görünməyəni görmək–zövqün tələbi budur, 
Hər aşkarın bir gizli mənası vardır deyə. 
Neçə cür şəklə düşür buludlar göy üzündə
Bulud üçün nə fərqi o, hansı şəkildədir? 
Sona qədər dolmasa, yağmağa tələsmir də, 
Bizim üçün fərqi var sima, görünüş nədir?...  
Qaya qırıntıları şəffaf sular içində, 
                                                 
38
 Şah dağın ətəyində bulaq  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə