Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə22/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   18   19   20   21   22   23   24   25   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
109
Dünyadan asılılığımızı məhv eləyir onun bizdən asılılığı, 
Daha ölçüyəgəlməzliyi ilə özümüzə sıxıntı gətirmirik, 
Çünki fəlsəfi mənada biz onunla vahidik.  
Vedaların upanişadalarında ifadə olunduğu kimi: 
“Mən bütün yaradılmışların məcmusuyam və 
məndən savayı heç nə yoxdur”. 
Zira öz üzərində yüksəlmə, ülvilik hissi budur! 
O zaman ki zahiri səbəb və ya daxili əhval-ruhiyyə 
bizi sonsuz axınından çıxarır arzuların, 
Ayırır idrakı iradəyə qul olmaqdan,  
Arzuların səbəbinə yönəlmir daha fikir.  
İradəyə nisbətsiz qavrayıb obyektləri 
Subyektivlik olmadan, qərəzsiz seyr eləyir. 
Onlarda qərq oluruq, səbəb deyil  
təsəvvür olduqları üçün biz. 
O zaman öz-özünə daim axtardığımız, 
Sürüşkən olduğundan əldən buraxdığımız  
hüzur öz ilk arzular yoluna qədəm qoyur. 
Ağrısız hal yaşayırıq,  
Xalis seyrə başlayırıq, 
Məhz bu halda dərk olunur ideya. 
Əsas qanunun ardınca gedən,  
Yalnız münasibətləri qavrayan idrakdan, 
məhz bu zaman imtina edirik biz. 
Seyr olunan öz növünün ideyasınadək, 
Fərd xalis subyektinə yüksəlir idrakın, iradəsiz. 
Bu məqamda yoxdur zaman axını, 
Münasibətlər də yoxdur. 
Daha Günəşin qürubu zindandanmı, qəsrdənmi seyr 
olunur, fərqi belə yoxdur. 
Seyrdə nə qədər özümüzü unuduruqsa
Xalis dərk edən subyekt oluruq bir o qədər də. 


Эюйярчин 
 
 
110
Dünyanın şərtidir xalis dərk edən subyekt 
Və şərtidir bütünlükdə obyektiv varlığın, 
daşıyıcısıdır yəni. 
... Artur Şopenhauerin düşüncələrində 
Rahatlıq tapırdı Lüdviq özü də. 
Arturu oxuyurdu unutmaq üçün əzabı, 
Onun üçün müqəddəs idi filosofun kitabı.  
Amma yuxularından çıxmırdı sevdiyi qız. 
Ağ libasda uçurdu, 
Bəyaz şəfəq saçırdı... 
Qıza tərəf qaçırdı, 
Havada tutsun deyə.  
Qollarını açırdı, 
Paraşüt yox olurdu. 
Əli qanla dolurdu. 
Təkrar-təkrar görürdü bu səhnəni yuxuda, 
Onu paraşüt fikri tərk etmirdi çoxu da. 
Arturdan bilirdi ki,  
Bu təzahür dünyasında nə əbədi qazanc olur, nə də itki, 
İradə var. 
Odur bütün hadisələr, təzahürlər mənbəyi. 
Onun özünüdərki və ona əsaslanan  
özünütəsdiq və özünüinkar – özündə hadisədir YEGANƏ! 
Fəqət yadından çıxmırdı qədim bir əfsanə: 
“Bir-birinə aşiq iki gənc – qız zadəgan ailədən, oğlan 
nökər oğlu imiş – görüşürmüş... 
Qızın ata-anası xəbəri duyan kimi çox mütəəssir olur, 
Tez imtahan qurulur. 
Qız kəsilir imtahandan, oğlan şəhərdən qovulur. 
Evdən qaçmasın deyə qız otağa salınır – dəmir barmaq 
pəncərəli, milləri sıx toxunmuş. 
Hiss edir ki, bu sevdanın fatihəsi oxunmuş,  


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
111
Əlacı Allaha qalır. 
Yalvarır ki, yarım barı ilan olub gecə girsin otağıma. 
İlan şəklində gəlsə, ya şah olsun, ya gəda, nə fərqi?  
Əsas odur ki, cəlb etməsin gözətçiləri.  
Gecəni sübhə kimi bəzən oyaq qalırmış, 
Allaha yalvarırmış. 
Bir dəfə yuxusunda sevgilisini görür, 
Oğlan da yuxusunda özünü görsün deyə tez qalxıb 
yatağından yastığını çevirir. 
Gözlərinə inanmır. 
Yastığının altında xallı bir ilan vardı, 
Ona sarı uzanırdı. 
Zənn eləyir, duaları qəbul olmuş... gələn odur.  
Həyəcandan unudur zəhərli olduğunu
İti dişini sancıb ilan öldürür onu”.  
                             -=*=- 
... Payız gedir, qış qayıdır, bahar gülür, yay gəlirdi, 
Fikir bulud kimi qabarır, dolu kimi döyür, külək kimi 
gicəlirdi.  
Mərkəzdən qaçan qüvvələr kimi çevrə boyunca düzülür, 
Hədəfini tapa bilməyib çıxdığı nöqtəyə dönürdü... 
Gecələri aclıqdan dişlərini qıcamış yalquzaq kimi  
üstünə gəlir, 
Gündüzləri şüşəsi çatlamış fənər kimi öləziyirdi. 
Lüdviq gözləyirdi... 
Yazılmamış məktubunun cavabı gecikirdi, 
Oxunmamış kitabının səhifələri qarışırdı, 
Çox vaxt taleyi ilə çarəsizlikdən barışırdı. 
Ayaqları olsaydı, dəmir çarıq geyərdi, 
Diyar-diyar dolanıb “Katrin, Katrin” deyərdi 
Onu tapana kimi. 
Ya müəmmalar dolu tilsim qopana kimi. 


Эюйярчин 
 
 
112
         Axı necə gedəydi Katrini axtarmağa? 
Qalxa bilmirdi qoltuq kürsüsündən ayağa. 
Məişət xərclərini Şopenhauer çəkirdi, 
Gündəlik qayğısını ağbirçəkli anası. 
Bəlkə də, ana deyil, analığın mənası... 
Pəncərədən başlayırdı onun günü, 
Pəncərədə qurtarırdı günün sonu. 
Boylanırdı Günəşin arxasınca, 
Deyinirdi, o ki var Katrinin qarasınca: 
– Axı haradasan sən? 
Necə gizlənmisən ki, səni tapa bilmirəm. 
Yerin altındasanmı, ya göylərə köçmüsən?  
Sərdabəyə bənzəyir indi sənsiz otağım,  
Baxan elə zənn eləyir bu evdə heç kim yaşamır. 
Buludlar da küsüb sanki, kədərimi daşımır, 
Yağışlar da yavaşımır, 
Yandırır yanaqlarımı. 
Pəncərədən o tərəfdə aydın səma, yaşıl orman,  
qol-budaqlı ağaclar var, 
Ağacları bir-birinə qovuşdurur cığırlar. 
Bəs biz niyə qovuşmuruq? 
Nə zamandır görüşmürük! 
Yadına gəlirmi o yaz axşamı? 
Mən sizə gəlmişdim, evdə yox idin. 
Anan çay gətirdi yandırıb şamı, 
Biz çayı içməmiş özün də gəldin. 
Boynuma sarıldın, sanki yüz ildir, 
Görüşməmiş kimi sıxdın əlimi. 
Öpüb barmağımdan sayırdın bir-bir, 
Əsirdin dünyanın sonuymuş kimi. 
Sonra evdən çıxıb həyətə gəldik
         Aydan gizlənirdin utandığından. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə