Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə25/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   21   22   23   24   25   26   27   28   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
121
Hələ cilalanmamış almazı xatırladır. 
Hər kimin olur, olsun gülüş bizim üçün də, 
Qışın ortası belə ilk yazı xatırladır.  
Fırtınalar içində dəniz elə coşur ki, 
Qayalara bənzəyir yüksəldikcə dalğalar. 
Dəniz dalğa yerinə qaya gəzdirir kimi, 
Elə qiyyə çəkir ki, elə bil sancısı var. 
Selin açdığı yarğan diqqəti cəlb eləyir, 
Torpağın da süxuru neçə cür rəng olurmış... 
Çəhrayı, yaşıl, sarı, qırmızı kəpənəyi 
Görəsən, torpaq altda gizli kim uçururmuş? 
Öndə maneə olsa, saç kimi dalğalanır,  
Sular bir az əsəbi enirlər dağdan düzə. 
Təbiətin könlünə hər düşəndə təzə qar, 
Ağ papaqlı adalar göldə durur üz-üzə. 
Yasəmən ağacının altındakı kürsüdə, 
Biri hələ gözləyir iki nəfərlik yerdən. 
Baharın vaxtından tez gəlişini görsək də
Məhəbbətin baharı gecikir daim, nədən?  
Bir qız qəlbi qırılsa, dözməsə ayrılığa, 
Gecə-gündüz cavabsız sevgisindən oxuyar. 
Bülbülü incitsə gül, bir də girməz o bağa, 
Özü öz qəfəsini öz əliylə toxuyar. 
Bəzən qış gecəsində yanan küçə lampası, 
Dörd yanını qar basmış kəcavəyə bənzəyir. 
Dörd tini, beş tərəfi, günbəzə oxşar başı, 
Ağ sütunlu şüşədə sarı meyə bənzəyir. 
Göy hansı rəngdə olsa, göllər o rəngdə olur, 
Ağacların, güllərin şəkli düşür dənizə. 
Yarpaqlar saralanda sanki dəniz də solur, 
Göllərin də dibində xəzəllər qalxır dizə.  
Küçələrə döşənmiş daşlar kimi düzülüb 


Эюйярчин 
 
 
122
Su səthindən görünən sualtı çınqıl daşlar. 
Dəniz elə şəffaf ki, sanki daşdan süzülüb 
Üzü üstə düşübdür, çıxarmır cınqır, daşlar. 
Dağ gölün kənarında böyük gəmi kimidir, 
Sanki təzəcə düşür suların girdabına. 
Yelkəni bəmbəyaz qar, üstü zəmi kimidir
Təbiət möcüzəsi söyləyirlər adına. 
Qaya üzür dənizdə böyük dibçək şəklində, 
Gül yerinə küknarlar böyüdür qucağında. 
Ağac kötüyü kimi əyləşiblər, əslində, 
Dənizin quru ilə kəsişən bucağında. 
                             *** 
                Meşələr ay, meşələr,  
                Sevgisi pay meşələr, 
                Həmişə gözəlsiniz  
                Ya qış, ya yay, meşələr... 
  
                Sərvi say-say meşələr,  
                Göyrüşü yay meşələr, 
                Sizin göz yaşınızdır  
                Axır çay-çay, meşələr.  
 
                          Çay axır düzə gəlir,  
                          Qızartı üzə gəlir, 
                          Dağ dağı görməsə də, 
                          İnsan üz-üzə gəlir. 
 
                         Gül solur, kuzə qalır, 
                         Müdriklik sözə qalır, 
                         Sevəndə ürək sevir, 
                         Ağrısı bizə qalır. 
 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
123
Bəzən meşə içində qəbrə təsadüf olur, 
Yalnız adı, soy adı həkk olunur üstündə. 
Doğum, ölüm tarixi, bəlkə də, unudulur, 
Bu imza birmənalı qarşılanır, bəlkə də. 
                           ***   
 ... Varlığın mahiyyətinə maraqdan başlayırdı  
fəlsəfəsi Arturun, 
Dünya insani mövcudluq kimi görünürdü  
baxışlarında onun: 
“Şəxsi həyati təcrübə, yalnız şəxsi vücudumuz 
Dünyanın haqqında təsəvvür yaradır bizdə. 
Əvvəl, hər nədən əvvəl yalnız, yalnız iradə,  
O ki bütün dünyada əbədi şahlıq edir, 
Özünü aşkar edir tək kimi var olan cəmimizdə. 
Həqiqəti əldə etmək imkanını iradənin subyekti,  
fərdin idrak eyniyyəti bizə verir. 
Bu cismani eyniyyətdə, xoşbəxtlik və əzablarda 
bütün varlıq cəm edilir”. 
Arturun etikası protestant etikanın ayrı şəkli deyilmi? 
Özü üçün narahatlıq yaratmağa dəyərdimi?  
Şübhəsiz ki, dəyərdi! 
Protestantizm təməl idi onun baxışlarında.  
Yalnız tək o deyildi, Artur əsaslanırdı 
Orta əsr sufi nəzəriyyəsi və hind müdrikliyinə də. 
Bütün nəzəriyyəsi kimi etikası da 
Dünyəvi şəkli idi öz şəxsi məzhəbinin. 
Protestantizmə yaxın, amma dindən aralı. 
Xilas olmaq mümkün idi fikrinə görə onun. 
İnandırmaq  mümkün olacaqsa, 
Faydalılıq və yaxud yaxınlara mərhəmət naminə  
     Bədbəxtlik yox, sakitlik gətirəcək iradədən imtina...   
     O vaxt qəbul deyildi belə düşüncə tərzi, 


Эюйярчин 
 
 
124
Ayrı cürə filosofluq edilirdi. 
İnsandan kənarda – ruhun hərəkətində, 
tarixi proseslər, maddə və cisimdə anlaşılırdı varlıq.  
Sinfi bu mənada Arturun boş qalırdı, 
Tələbələr, əsasən, Hegeldən dərs alırdı. 
Onun mühazirəsi az maraq doğururdu, 
Öndə dərk olunmamaq təhlükəsi dururdu. 
Həm də şəxsi mövqeyi sarsılmışdı Berlində, 
Bundan ciddi nəticə çıxarmaq əvəzinə, 
Elə inamlıydı ki, o öz fəlsəfəsinə, 
Uçurum da dəyişə bilmədi baxışını filosofun dünyaya. 
Bir addım da çəkilmədi. 
Çünki seçdiyi yolun həqiqi olduğuna  
onda şübhə yox idi.  
Hərdən dərk olunmamaq ağrısı da çəkirdi. 
Ötüb keçdiyi yola təzədən baxmağı fikirləşirdi. 
Şan-şöhrətin yaxasından tutmamışdı ikiəlli, 
Amma “İradə və təsəvvür”süz  olan dünyada bir az təsəlli, 
Şübhələrin təsiri altında ümidsizliyə qapılmamaq üçün 
rahatlıq da gərək idi. 
Min səkkiz yüz iyirmi üçdə o yazırdı: 
– Ya hədəfə dəyməmək, ya səhvlərim üzündən  
O zaman ki özümü xoşbəxt hiss eləmirəm, 
(Yəni özünə nifrət heyrətdən salır məni) 
Bütün yaradılmışın məcmusu olmuram mən. 
Bir ayrısı olaraq onun bədbəxtliyinə, elə bil, yas tuturam: 
“Dinləyicisiz qalan, 
Layiq olduğu yeri tutmayan privat-dosent kimi,  
Dünyagörüşü olmayanların tənəsinə, 
Qəhvəyə baxıb “qeybdən xəbər verən” qadınların  
qeybətinə uğrayan, 
Ədalətsiz məhkəmədə ya cavabdeh şəxs kimi,  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə