Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə21/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   17   18   19   20   21   22   23   24   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
105
Yayılmışdı şəhərdə neçə epidemiya. 
Öz evində, küçədə ölənlərdən savayı 
Yüzü xəstəxanada ölürdü hər gün, azı. 
Korlanmışdı adətlər, tükənmişdi sərvətlər, 
Küçələr çirk içində, parklar dağılmış idi. 
Amma dözürdü şəhər. 
Əsgər minnətdar idi öz həyatına görə  
Artur Şopenhauerə. 
Çünki o, olmasaydı, ya acından ölərdi, 
 Ya qəlbindəki gizli nisgili öldürərdi. 
“Sonu qətllə bitən xalq bayramıydı sanki”, 
Müharibə haqqında Artur belə deyərdi. 
Böyük Maysen küçəsində qonşu yaşamışdılar, 
Yaralı əsgər kimi Lüdviq fəxr edirdi ki,  
Artur kimi dostu var. 
Ağrılı xatirələr bütün həyatı boyu Arturu tərk etmirdi, 
Təklikdən zövq alırdı. 
Nə qədər səy etsə də bu hissdən qurtulmağa
hərdən atılmış kimi düşüncəyə dalırdı: 
“Cəmiyyətsiz mümkünmü? 
Müqayisə eləsək cəmiyyəti tonqalla, 
Müəyyən uzaqlıqdan o bizi isidəcək, 
Məsafə saxlamasaq, yandıracaq, təbii. 
Demək, nə od cəmiyyət, nə də soyuq yalnızlıq 
əbədi əzablardan bizi xilas edəcək”. 
Katrinin ölümündən Lüdviq xəbərsiz idi, 
Yalnız onun Hamburqa köçdüyünü bilirdi. 
Lüdviqi Drezdendə tapa bilməzdi Katrin
Bəs niyə Frankfurta özü gəlmədi bir gün? 
Hər ikisi Frankfurtda doğulmuşdu, 
Küçə-küçə, hətta ev-ev tanıyırdılar şəhəri. 
Katrinə nə olmuşdu? 


Эюйярчин 
 
 
106
Axı o, sevgidən yoğrulmuşdu. 
Çox güman ki, gözləməkdən yorulmuşdu... 
Xəyanəti bağışlamır sevən ürək, 
İnsan oğlu, bəşər qızı gedəndə də aldatmadan gedə gərək. 
Həqiqət acı olsa da, şərəf verir, ümid vermir, 
Ölənin dalınca kim ağlamır ki. 
Üç gün, qırx gün, bir il, bəzən bir ömür... 
Qayıdacaq fikriylə xatirələr yaşanmır, 
Bir gün görüşərik deyə həyəcanlar başlanmır, 
Unutmaq asan olur. 
... Lüdviq itirmişdi ayaqlarını, 
İstəmirdi Katrin onu əlil görsün
Görkəmindən utanırdı. 
İstəyirdi, ayrılığa Katrin özü qərar versin. 
Əbədi ayrılığa qərar vermişdi Katrin. 
Deyiləcək neçə sözün, neçə sətrin 
Güdazına getmişdi qız. 
Yaşayırdı Lüdviq onsuz. 
Dəfələrlə Hamburqa sorğu göndərmişdi o. 
Sonuncu cavabında öldüyü yazılırdı. 
Anası gizlətmişdi oğlundan bu məktubu, 
Katrinin öldüyünü qonşular da bilirdi. 
Lüdviqə deməmişdi hamı bir nəfər kimi, 
Deyirdilər, öz dərdi özünə bəs deyilmi?! 
Lüdviq düşünməmişdi səbəbsiz yoxluğuna   
Katrin necə dözəcək, ya dözməyib öləcək. 
Cəbhəyə getmək üçün saxlamışdı toyunu, 
Ürəkli addım idi. 
Amma ürəksiz oldu bu paraşüt oyunu. 
Sevgi qüruru deyil, qürur eşqi öldürdü. 
Özü də sağ qalmazdı, 
Əgər Artur olmasaydı. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
107
Lüdviq düşünürdü ki, axı niyə gecə olur? 
Nədən Günəş dünyanı hissə-hissə işıqlandırır? 
Eyni vaxtda bütün kainat işıqlansın deyə  
Bir Günəş bəs eləmir, mütləq ikisi gərək! 
Tək yaşaya bilmir sevəndə ürək
Tək olanda yarı işıq, yarı kölgəyik hamımız, 
Ruhən insan həmişə yalqız. 
Amma ruhun vətəni vücud, Arturun təbirincə,  
əsas qanununa tabedir. 
İnsan subyekt kimi iradənin yüksək, obyekt kimi  
aşağı pilləsindədir, gözəlliyi unutsaq. 
Obyektivlik olmasa, subyekt də olmayacaq.  
Bunları Artur deyir... 
... Artur deyir bunları: 
 “İdrak üzə çıxanda məhəbbət yoxa çıxır”. 
İstinadən Arturun fikrinə Lüdviq deyir: 
Bu qədər düşünürəm, bəs niyə yoxa çıxmır? 
Bir qız gülə-gülə əlimi sıxır, 
Sonra qatarın ardınca yüyürür, 
“Sənə uğur olsun, paraşütçü oğlan”, deyir. 
O, qatara çatmayıb ağlaya-ağlaya qalır, 
Mənim içimdən var gücümlə boğmağa çalışdığım  
fəryad ucalır.   
Hər gün, hər gün, hər gün... 
Kim məni əlindən alsın ölümün? 
Məgər ölüm deyilmi mənim indiki halım?! 
Artur eşitsəydi, dəli olardı. 
Həyatın hər üzünü anlatmışdı əsgərə, 
Demək, intim zəiflik onda qalırdı hələ. 
                       -=*=- 
... Dərd insanı dəli edir, amma nə vaxt? 
Həmişəlik məşəqqətə çevriləndə. 


Эюйярчин 
 
 
108
Hər halında dərddir o, çünki məkanı yaddaşdır. 
Əzab, ağrılı şüur və yaxud da xatirə tam dözülməz olanda 
Zəlalətə uğramış təbiət son vasitə  
olaraq dəlilikdən yapışa bilir ancaq. 
Yaddaşının bağlarını qırıb tökür əzabkeş ruh
Beyində ürək ağrısından zədələnmiş hissənin yerini  
mənasız laqeydlik doldurur. 
Ağrılardan insan dəli olmaqla xilas olur.  
Görünür əsgərdə dərd son həddə çatmamışdı, 
Axı Lüdviq atılmamışdı... 
Həyata Arturun gözü ilə baxmağa çalışmışdı, 
Onun kimi düşünməyə alışmışdı: 
– Məkan, zaman daxilində  
sonsuz böyük dünya haqqındakı düşüncələrdə  
özümüzü itirəndə, 
Keçmiş və bundan sonra gələcək minilliklər barədə 
fikirləşəndə, 
Gecənin aydın səması saysız-hesabsız dünyaları  
gözlərimiz önünə gətirəndə
Kainatın nəhayətsizliyi qeyri-iradi şüurumuza nüfuz 
edəndə 
Özümüzü heçlik qədər kiçik hesab edirik. 
Bir fərd, bir canlı vücud, iradənin keçici,  
ötəri təzahürü olaraq  
Okeanda bir damla kimi itdiyimizi duyuruq, 
Əriyib yox oluruq.  
Bu imkansızlığa qarşı elə bir dərk yüksəlir ki,  
bütün bu dünyalar təssəvvürümüzdə mövcud olur yalnız,– 
Xalis idrakın əbədi subyektinin  
dəyişdirilmiş şəkilləri kimi. 
Bizi təşvişə salan nəhəng dünya indi bizim içimizdə 
uyuyur. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə