Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə17/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   13   14   15   16   17   18   19   20   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
85
Amma deyiləndən istisna kimi 
Onu qeyd eləmək istəyirəm ki,  
Bədəndəki bəzi təəssüratı 
Mümkündür nəzərdən keçirmək ancaq. 
Onlar iradəni oyatmayacaq. 
Bu təəssüratlar sayəsində də 
İdrakın obyekti sayılır bədən. 
Halbuki dərrakə üçün seyrdə  
Başqaları kimi obyektdir o da, 
amma vasitəli. 
Eşitmə, görmənin və lamisənin, 
Xalis obyektiv hisslərin, yəni  
halları nəzərə alınır. 
Yalnız o ölçüdə, o ölçüdə ki, 
Həmin bu orqanlar özünəməxsus, 
təbiətlərinə uyğun üsulla 
təqdim olunurlar.  
Lakin hiss kimi onlar  
yüksək və xüsusu dəyişdirilmiş 
həssaslığının o dərəcə zəif 
oyanmasıdır ki, heç iradəyə  
təsir göstərə bilmir. 
Onun tərəfindən oyandırmaya 
Məhkum edilmir. 
Dərrakəyə yalnız o məlumatı  
Verir ki, seyr özü onlardan çıxır.  
Hiss orqanlarına daha da güclü, 
ya başqa qəbildən olan təsirlər  
ağrılar gətirir.  
Yəni iradənin tam ziddinədir. 
Çünki obyektinə məxsusdur onun. 
Bədən iradənin eyniyyətidir, 


Эюйярчин 
 
 
86
Həm də iradənin həddini aşan, 
Hər hansı hərəkət və həyəcanı 
özündən çıxarır həm də insanı. 
Bədənin daxili mexanizmini 
tamamən sarsıdıb gedişi pozur”. 
                   -=*=- 
... Artur iradədən, deyirlər, yazır, 
Bəlkə də, unudub ilk məhəbbəti. 
Reqina Artura şeirlər yazır, 
Hər gün təkrarlayır eyni söhbəti. 
 
Adını dəftərdən pozub neçə yol, 
Son nöqtə qoyurdu gündəliyində. 
Gün keçir, ay ötür, dolanırdı il, 
Sonra nöqtələri sayırdı bir də. 
 
Əhvalı xoş idi bu səhər onun, 
Sevinə-sevinə gedirdi işə. 
Gölün kənarından düşmüşdü yolu, 
Bu yolla gedərdi Artur həmişə. 
 
Açıb qanadını sanki bir mələk
Torpağın səthini sığallayırdı. 
O hər görünəndə bu yollarda tək, 
Atrurun xəyalı qan ağlayırdı. 
 
Gedən Reqinadır, bilmişdi hamı, 
Kimi salam verir, kimi əl edir. 
Görüb çay tərəfdə gur izdihamı, 
Yolunu dəyişib o səmtə gedir. 
 
 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
87
Böyük bir ağacın hündür yerindən 
Elə bil paraşüt sallamışdılar. 
Bu yoldan keçirdi axı Katrin də, 
Onunmu başında bir macəra var? 
 
Fikrindən qorxuya düşdü Reqina, 
Hadisə yerinə tərəf tələsdi. 
Köhnə divar kimi uçdu Reqina, 
Əlləri titrədi, ayağı əsdi. 
 
Gəlinlik libası paraşüt kimi, 
Budağa ilişib açılmamışdı. 
Qızın ağırlığı qırmışdı ipi, 
Üzündə həyatdan iz qalmamışdı. 
 
Qüllədən atmışdı əvvəl özünü, 
Ağaca çırpılıb düşmüşdü yerə. 
Əbədi yummuşdu Katrin gözünü, 
Əməli düz idi özünə görə. 
 
Qəlbinə etiraz edə bilməyib
Həyata etiraz himni oxumuş. 
Yerin üstü ilə gölə gəlməyib, 
Sahilə havadan cığır toxumuş. 
 
Eşq yol ayrıcına gətirir daim, 
Axı sevgidə də iki qütb olur. 
Bir qütbü kamala yetirir daim, 
Bir qütbü özündən asılı salır. 
 
Sevgi asılılıq yaratsa, vüsal 
Ya ölüm gətirər, geci-tezi var. 


Эюйярчин 
 
 
88
Bir ayrı hal idi Katrində bu hal, 
Amma yox, onu da anlamaq olar. 
 
Çiçəkdən çiçəyə uçub elə bil 
Kəpənək səkiyə qonmuşdu indi. 
Gerçəkdən xəyala köçüb elə bil, 
Bitmiş bir nağıla dönmüşdü indi. 
 
Boynu bükülmüşdü belindən əvvəl, 
Dərd başıaşağı yıxmışdı onu. 
Hər yeni ixtira bir yeni əcəl, 
Qurbansız görməzsən bir ixtiranı. 
 
Qandan göl qurmuşdu dörd bir yanında, 
Qopmuşdu yerindən əli, ayağı. 
Hərarət yox idi daha canında, 
Sevgidən əsmirdi dili, dodağı. 
 
Daha ağrımırdı dərddən ürəyi, 
Bir yeni dünyanın qonağı idi. 
Heç kəsdən gəlmirdi suyu, çörəyi, 
Amma heç kəslərin qınağı idi. 
 
Səkinin üstündə çırpındı bir az, 
Yuvasından düşmüş körpə quş kimi. 
Onu tanısa da hamıdan qabaq, 
Reqina yerində dondu daş kimi.  
 
Ağrını susdurdu ölüm əzabı, 
Susdura bildimi eşqi, görəsən? 
Ölməklə bağlanmır eşqin hesabı, 
Ölümdən uzağı gərək görəsən. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
89
 
Paraşüt tikmişdi qız, həqiqətən, 
Uçub düşmək üçün eniş yox idi. 
Peşiman olmuşdu son dəqiqədə, 
O an ki geriyə dönüş yox idi. 
 
Bir anda min fikir keçdi başından 
O niyə burdaydı, niyə ölürdü? 
Bəli, səhv etmişdi yolun başından, 
Dərdini ölümlə yarı bölürdü. 
 
Əgər tanısaydı Katrin Arturu, 
Ömründə özünə qəsd eləməzdi. 
Hər kiçik maneə eşqi artırır, 
Katrin dözəcəyi günədək dözdü. 
 
Oğlana düşürdü günahın çoxu, 
Bir söz yazmamışdı bu uzun müddət. 
Uzaqdan-uzağa gizlədib oxu, 
Yayını çəkmişdi Katrindən xəlvət. 
 
Qeyri-müəyyənlik üçqat əzabdır, 
Həqiqət ən düzgün yoldur sevgidə. 
Sevgisiz yaşanan həyat əzabdır, 
Əzabdan əzabdır nakam sevgi də. 
 
Acı göz yaşları içində hər kəs 
Bilmək istəyirdi, günah kimdədir? 
İnsanın intihar etməyi əbəs, 
Nəsil yaşayırsa, ölüm heç nədir. 
 
 


Эюйярчин 
 
 
90
Qəlbini yuyurdu şeh nərgizlərin
Yarpaqlar duruxub kefsizləyirdi. 
Qəbristanlığında kimsəsizlərin 
Bir qəbir səhərdən yol gözləyirdi. 
 
Tarixdə əbədi qalmazdı adı,  
Paraşüt uçurub dillərə düşdü. 
Katrin öz-özünə sahib çıxmadı, 
Cəsədi naməlum əllərə düşdü. 
 
Oğluna, qızına mehr salaraq 
Bəxtəvər olardı bir ana kimi, 
Nakam sevgisinə sadiq qalaraq 
Yaşaya bilərdi son ana kimi. 
 
Bəzi insanları aldadır əcəl,  
Zənn edir rahatlıq ölümündədir. 
İntiharda qazanc ölümdən əvvəl 
Olmasa, ölməyin mənası nədir?! 
 
Bunları düşünə bilməzdi Katrin, 
Sevgi bağlamışdı gözünü onun. 
Atılmış olsaydı ölməzdi Katrin, 
Fikrini bilsəydi əgər oğlanın. 
 
Həyatın qiymətli olur hər anı, 
Hər kəsin öz yolu özünə düzgün. 
   Gölün kənarında dəfn edin onu
   Bəlkə, sular yuyar ruhunu bir gün. 
 
   Dizinə döymədi, saç dağıtmadı, 
   Reqina yapışdı qızın əlindən. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə