Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə19/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   15   16   17   18   19   20   21   22   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
95
Məktub yazırdı hərdən anası gendən-genə, 
Məktub vasitəsiylə ondan xəbər tuturdu. 
Artura tapşırırdı Adeli dönə-dönə, 
Adeli düşünürkən Arturu unudurdu. 
Qaradinməz olsa da, qeyri-adi, qəribə 
Gördüyü adamlarla tez ünsiyyət qururdı. 
Onu məşğul etmirdi nə qalmışdı geridə, 
Bir işə qol qoydumu, sözü üstə dururdu. 
Onun tanışı vardı, amma dostu yox idi, 
Deyərmiş ki, dünyanı xoşbəxt edə biləcək. 
“Axı, necə edəcək?”, – soruşanlar çox idi, 
Amma inananlar da, şübhəsiz, vardı, tək-tək. 
Onu teatrlarda tez-tez görmək olardı, 
Tələsən insan kimi tanıtmışdı özünü. 
Çünki ya gecikərdi, ya tez çıxıb gedərdi, 
Tamaşalar haqqında gizlətməzdi sözünü. 
Çox vaxt tənqid edərdi qoyulan əsərləri, 
Kiçik detalı belə qaçırmazdı nəzərdən. 
Sevərdi təbiəti, təbiətsevərləri, 
Simfoniya çalardı, şeir yazardı hərdən. 
O zaman ki Berlində müharibə gedirdi
Artur orda qalmayıb, tərk elədi şəhəri. 
Özü bunu sonralar belə izah edirdi: 
“Daş yerinə divara hörmək olmaz gövhəri. 
O yerdə ki zor tətbiqf.(TD-2sTJ/TT5 1 Tf3.585 0 TD0 Tc0 Tw<0525>Tj/TT6 1 Tf.445 0 TD.0k olüçündam)8.8(a)r b
ı


Эюйярчин 
 
 
96
Ara-sıra Antimlə məktublaşsa da Artur, 
Sonra qırx il görmədi bir-birini cavanlar. 
Hər ikisi o vaxt ki yaşa dolmuşdu artıq, 
Nəhayət, Frankfurtda bir gün görüşdü onlar. 
Bu görüşdən Artura qalan təəssüf oldu: 
“İnsanlar böyüdükcə daha çox ayrılırlar. 
Axırda tək qalırlar, kökaltı qanundur bu, 
Başqa qanunlar kimi fəlsəfi izahı var”. 
At kirayə edərdi şəhərdən kənarda o, 
Sevərdi laçın kimi at belində süzməyi. 
Cıdırı ən münasib əyləncə sanardı o, 
Hər gün açıq havada xoşlayardı gəzməyi.  
Ayrı bir planetdə hiss edirdi özünü, 
Dərinliyə çəkirdi Arturu gizli dərdi. 
Davamçı oğul kimi tutmasa da sözünü, 
Atasına xitabən hörmət ilə deyərdi: 
“Xeyirxah və gözəl ruh! Mən hər nə 
qazandımsa, 
Qaibanə borcluyam sənə, ona görə ki, 
Qorudun, qoruyursan məni bu yaşımda da 
Tükənməz qayğın ilə uşaqlıqdakı kimi. 
Əgər Henrix Floris
30
 olmasaydı dünyada, 
Artur Şopenhauer yüz dəfə məhv olardı. 
Bir an unutmuram ki, təzədən salım yada 
Haqqını unutsaydım, haqqım unudulardı”. 
Şair və mütəfəkkir Matias Klavdinin
31
 
Kitabını hədiyyə almışdı atasından. 
Matias savabından söhbət açırdı dinin, 
Deyirdi, dində tapır rahatlığını insan: 
                                                 
30
 A. Şopenhauerin atası 
31
Alman mütəfəkkiri və şairi 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
97
“O gün qaçılmazdır ki, yola çıxacam bir gün, 
Bu  elə bir yoldur ki, geri vermir heç kimi. 
Səni burdan özümlə götürə bilmərəm mən, 
Düz söz gərəksiz olmaz, dinlə, məsləhətimi. 
Özünü evindəki kimi hiss etmir insan
Yaddır, onun üçün yox, daxili zənginliyə, 
Yüksək qiymət verilmir. 
Həm də qəhr olur hər an 
Zahirə zidd mahiyyət pərdədən çıxmır deyə. 
Biz burda qəribəyik, layiq deyilmiş təki 
Gözəl həyat tərzinə.  
Ancaq mömin qəlblərdə  
Dünyəvi hərisliyin həddindən ağır yükü, 
Təslim etmir insanı, məşğul etmir fikri də”. 
Matias itaətlə qəbul edirdi “bəxt”i, 
Şeirlərində iki dünyadan bəhs edərək. 
Arturun da baxışı ikitərəfli idi, 
Bu üzdən bir-biriylə dost idi iki ürək. 
Şeirlərdən aldığı təəssürat Arturda 
İnam kəsb eləmişdi ata məsləhətinə. 
Gah dünyanı təsəvvür adlandırırdı, ya da, 
Təzahür söyləyirdi, obyektivlik səthinə: 
 
–  Hardan başlayır sükut? 
Onun necə tapmalı çoxmənalı dilini? 
Kürənin mərkəzinə çatmadan səthi ilə   
sürüşülür və məlum olur ki, kub metrlə  
ölçmək olmur sahəni. 
“Üstdən yaranır həcm”  deyə yaxşı təfəkkür 
tapır yeni ölçməni. 
Daha fərqi qalmayır kürənin daxilinə  
necə daxil olmağın. 


Эюйярчин 
 
 
98
... Səthdən dərinliyə necə düşməli? 
Çətinliklə, qayğılı, əzabkeş olmaq ilə.  
Özünütəsdiqin səthdə yerləşən 
mərkəzdənyüyürən qüvvələrinə  
qalib gəlmək ilə. 
İnsan saxlamaq üçün öz yüksək əhvalını, 
İdarə etmək üçün yüksək təfəkkürünü
Əzab və ağrı kimi ona bədbəxtlik gərək. 
Necə ki dərinliyə çökmək üçün gəmiyə  
həm əlavə yük gərək.  
Lakin məhv olmamalı gəmi bu ağır yükdən. 
Lazımi dərinlikdə dayana bilsin deyə, 
Dalğaların, küləyin önündə dursun deyə  
Kifayət qədər ağır olmalıdır, çünki o. 
Burada göstərilən mütənasib dərinlik  
Özünüqoruma düşüncəsiylə  
Bilavasitə düzgün əlaqəsini tapır.  
Necə ki biz hamımız düşünmədən, həmişə, 
Əsil xoşbəxtlik kimi ayrılıb iradədən  
Yaxşı düşüncələrə qovuşmaq əvəzinə  
Xoşbəxt olarıq deyə, 
Tələsirik arzuları ödəməyə. 
Axı niyə?  
Niyə qəbul etmirik bu özündə iqrarı?  
Axı yaxşı təfəkkür mütləq qalib gəlməli  
özündə iradəyə,  
Azad olma tərzidir, iradənin inkarı.   
Ən böyük iradədir dünya öz-özlüyündə, 
Bilmir, nə istəyir. 
Hətta öz istəyini o özü bilməsə də, 
İradədən fərqlənən, ayrıca heç nə deyil. 
“Həyat iradəsi” yaxud “İradə” 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
99
İkisi bir sözdür əslinə baxsan. 
İradə “özündə şey” olduğundan 
Mühümdür dünya üçün daxili məzmunu tək.  
İstədiyi həmişə iradənin həyatdır, 
Çünki təsəvvür üçün məhz onun obrazında  
təzahür edir istək. 
Təzahür dünyasının iradədir güzgüsü. 
Elə buna görə də mütəmadi olaraq   
Müşaiyət etməli, onu təsəvvür dünya. 
Nə qədər canımızda yaşam iradəsi var
Hətta ölüm zamanı mövcudluğumuz üçün  
əsas yoxdur qorxuya. 
Fərd yalnız təzahürdür. 
Gözümüzün önündə həm meydana çıxır o,  
həm də məhv olur bir gün. 
Mövcuddur idrak üçün. 
O idrak ki o, əsas qanununa tabedir. 
Həyatı bir hədiyyə olaraq əldə edir 
fərd bu idraka görə. 
Həyat heçdən yaranır. 
Ölümüylə itirir fərd həmin hədiyyəni, 
Yenə heçliyə dönür. 
Həyatı biz fəlsəfi – ideyalarına onun  
münasibət baxımdan seyr etmək istəyirik. 
Bu nöqteyi-nəzərdən aydın hiss edirik ki, 
Ölüm də olum kimi nə iradəyə aid, 
nə də aid deyildir idrakın subyektinə. 
Aiddir iradənin yalnız təzahürünə, 
Yəni həyatın özünə. 
Sonuncu isə ölən və yaranan fərdlərdə  
təmsil edir özünü.  
Fərdlər keçicidirlər. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə