Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə16/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   12   13   14   15   16   17   18   19   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
79
Hamburqun varlısı, kasıbı yoxdur, 
Eyni hüquq ilə yaşayır hamı. 
Ölkədə maarifin beşiyi odur
Adi günlərdə də var izdihamı. 
 
Lessinq də altı il yaşayıb burda, 
Sahildən şəhəri seyrə dalarmış. 
Gölün kənarında gəzərmiş, ya da 
Alsterdən Maykla nəzər salarmış. 
 
Dünyanın ən məhşur orqan aləti, 
Maykl kilsəsində yerləşdirilib. 
Hamburqda belə bir söz də gəzir ki, 
Çalmaq üçün Bax da kilsəyə gəlib. 
 
Göldən mənzərəsi şəhərin ayrı, 
Mişeldən bir ayrı şəhər görünür. 
Arturun, Bramsın gözəl diyarı 
Qəlblərə yol tapıb dastana dönür. 
 
Gölü sahil boyu güllər bəzəyir, 
Ağaclar göz-gözə dayanır burda. 
Elə ki axşamlar Gün öləziyir, 
Kölgələr boy verib böyüyür suda. 
 
Paralel körpülər yanaşı durur, 
İki ayrı gölə ayırır gölü. 
Bir qəlbin yerinə ikisi vurur, 
Göydə ruh dincəlir, torpaqda ölü. 
 
İnsanlar yaradır bu möcüzəni, 
Yaradır, özü də zövq alır sonra. 


Эюйярчин 
 
 
80
Çox vaxt cəmiyyətdən uzaq gəzəni, 
Ya aşiq, romantik sayırlar ya da. 
 
Musiqi çalınır Hamburqda hər an, 
Bayram əhvalı var daim şəhərdə. 
Turistlər axışır bura durmadan, 
Gündüzə bənzəyir gecələri də. 
 
Diqqət vəzifə tək qarşıda durur, 
Mənəvi azadlıq arayır hamı. 
Hər kəs bu şəhərə bir naxış vurur, 
Əntiq əşya kimi qoruyur hamı. 
 
Hamburq Reqinanın Vətəni idi, 
Burda böyümüşdü doğulan gündən.  
Artur həyatının dünəni idi, 
Hicranın təməli qoyulan gündən. 
 
Arturu salırdı tez-tez yadına, 
Birgə xatirələr burda çox idi. 
Məktublar yazsa da onun adına, 
Daha göndərməyə ünvan yox idi. 
 
Hamburqda boş yerə çəkilmir əmək
Daş düzüb könlünü oyurlar yerin.  
Qədim kitabələr üstə yazı tək, 
Öz mənası olur daş həriflərin. 
 
Müdrikdir Hamburqun sakinləri də, 
Uşaqdan böyüyə düşünür hamı. 
İnsana ehtiram çox olan yerdə, 
Fərqi yox, məsih ol, ya da islami. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
81
 
Müdriklik millətin özündən deyil, 
Ona öyrədilən tərbiyədəndir. 
Geri qalmışlığa səbəb din deyil, 
Əksinə, mənəvi rahatlıq dindir. 
 
Xalqa müdrikliyi qanun öyrədir, 
Pis vərdiş qanunla islah olunur. 
Hər kəsdə üstünlük fəhmə görədir
Bu, dünyanı dərklə izah olunur. 
 
Qanunda alilik birinci şərtdir, 
Maraqlar üz-üzə durmasın gərək. 
Həyatın mənası özünüdərkdir, 
Mütilik çox uzun sürməsin gərək. 
 
Reqina düşünür, Reqina susur, 
Arturla xəyalən görüşürdü o. 
Hər səhər oyanıb Arturdan küsür, 
Hər axşam təzədən barışırdı o. 
 
İşdə xəstələrlə bölüb dərdini 
Günü başa vurmaq asan olurdu. 
Sevmək istəsə də özgə birini, 
Arturu düşünüb peşman olurdu. 
 
Katrin paraşütdən deyirdi hələ, 
İntihar fikrindən çıxmırdı qızın. 
Qırmışdı peymanı bu dünya ilə
Fikrən uduzmuşdu olub-olmazın. 
 
 


Эюйярчин 
 
 
82
Sussa ürəklərdə “Ədalət” himni, 
Dünya məhv eləyər özünü artıq. 
Qucağa yerləşər adi şar kimi, 
 “Bizsiz nədir dünya?”, – deyərdi Artur.  
 
Düşünmək istəmir insan, təəssüf, 
Daim kimdən isə asılı olur. 
Dünya mənzərəsi kimdə təəccüb, 
Kimdə kinqarışıq ikrah doğurur. 
 
Həllini tapırıq neçə sualın, 
Amma təcrübədə tətbiqi zəif. 
Bilirik neçədir ismini halın, 
Hal var ki, ismini bilmirik, heyif. 
 
Arxa çevirəsi, ya üz tutası, 
Bir kəs üzə çıxmır bəzən bir ömür. 
Şüurda qoyulur fikrin əsası, 
Varlığın fəlsəfi mənası ölmür. 
 
Ağır vəziyyətdə, çətin məqamda
“Dünyanın sonudur“, – deyirik biz ki. 
Qiyməti bilinsin gərək anın da, 
Ləyaqətsiz ömür ölümdən pisdir. 
 
Filosof olmayır hər kəs təbii, 
Amma fəlsəfəni oxuya bilir. 
Öyrənmək gec deyil, kimin var təbi, 
İnsani keyfiyyət bilikdən gəlir. 
 
Elmini artıra-artıra insan, 
Dünyanın fövqünə yüksəlir bir gün. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
83
Bu elə xoşbəxtlik, bu elə məqam, 
Daha zirvə qalmır böyümək üçün. 
 
Reqina yol boyu düşünürdü ki, 
Axı, neyləsin ki, bəxtiyar olsun. 
Xoşbəxt olmaq üçün sevilmək azdır, 
Gərək bəxt insanın üzünə gülsün. 
 
Əslində, üzünə gülmüşdü bəxti, 
Dahi oğlu idi Artur əsrinin. 
Reqinadan yaxşı kim bilirdi ki, 
Əsrə bərabərdir onunla bir gün. 
 
Şopenhauerin sevgilisi tək 
Həyatdan tələbi çox idi onun. 
Bəlkə, bu mənada susurdu ürək, 
Yerini çətindir tutmaq Arturun. 
 
Elə bu səbəbdən xoşbəxt olmurdu, 
Ayrı biri olsa, tez unudardı. 
Ən böyük mənada xoşbəxt idi o, 
Arturla şərikli dünyası vardı. 
 
Fəlsəfə çoxbaşlı əjdaha kimi, 
Artur deyərdi ki, qarşımızdadır. 
Başlar eyni dildə danışmırlar ki, 
Yaxınlıq olsa da, ümumən yaddır. 
 
Şopenhauerin nəzər nöqtəsi 
Dünyanı fəlsəfi nizamlayırdı. 
Reqina Hamburqa gələn hər kəsi, 
Artur zənn eləyib salamlayırdı. 


Эюйярчин 
 
 
84
 
Ümid qırılsa da, canlı, ya cansız 
Anlar boy vermirdi biri-birinə. 
Onu öz səsiylə dinləyirdi qız, 
Diqqət kəsilirdi hər bir fikrinə: 
 
“... İradə bədənin həm a priori    
Dərk olunmasıdır, fikrimcə, həm də, 
Bədən iradənin a posteriori  
İdrakı sayılır öz növbəsində. 
Arzu ilə əməl refleksiyada  
Ayrı olsalar da, əslində, birdir. 
Həqiqi, gerçək və bilavasitə  
İradə aktları eyni vaxtda da
Həm biavasitə təzahür edən  
bədən aktlarıdır... 
Digər tərəfdən, 
Bədənə edilən hər hansı təsir 
Bilavasitə və dərhal olaraq  
Birbaş iradəyə təsir göstərir. 
Təsir iradənin əksinə olsa,  
O zaman ağrı
Təmin edəcəksə, hәzz adlanacaq. 
Çox müxtəlif olur dərəcəsi də. 
Amma ağrıya və həzzə təsəvvür 
Söyləmək düz olmaz fikrimə görə. 
Onlar iradənin təzahüründə  
Bədəndə yaşanan təəssüratın 
Məcburi və ani olaraq həm də 
İnkarı ya arzu edilməsidir. 
Fikrimin izahı bir qədər çətin


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə