Microsoft Word poema+++++. doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə12/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   8   9   10   11   12   13   14   15   ...   50

Эюйярчин 
 
 
58
Məhəbbət gözlədər ölənə kimi. 
Səhər işə gəldi hamıdan qabaq, 
Katrini dəhlizdə ağlayan gördü. 
Əlləri titrədi, səyridi dodaq: 
“Görəsən, Katrinin nə idi dərdi?” 
Qızın əhvalına pərişan olub
Reqina bilmədi nə təhər etsin? 
Bütün marağını içində boğub 
Ondan uzaqlaşsın, ya yaxın getsin? 
Katrinlə bərabər ağladı bir az, 
Sonra da sorğuya, suala tutdu. 
Ürəyi olan kəs ürək sındırmaz, 
Elə ağrıdı ki, sözünü uddu. 
Katrin suallara cavab vermədi, 
İçində ağlayıb göz yaşı tökdü: 
– Nə fərqi, onsuz da ölürəm, – dedi,– 
Gərək səbr eləyim, Allah böyükdür. 
Amma bacarmadı, danışdı bir-bir, 
Mənası yox idi sirr saxlamağın. 
Həyat aldığını geri ödəmir, 
Nə fərqi ağlayıb - ağlamamağın. 
– Frankfurt–Maynda
21
 doğulmuşam mən, 
Bura təsadüfən gəlib çıxmışam. 
Bilmirəm nə qədər kam almışam mən, 
Əzab çəkdirmişəm, ürək yıxmışam. 
Amma xoşbəxt idim bir zaman, xoşbəxt, 
Məhəbbət vermişdi bu haqqı mənə. 
Aşağı dururdu məndən “Yeni vaxt”, 
Həsəd aparırdı mənə qübbə də. 
Məğrur təbiətli bir oğlan ilə  
                                                 
21
 Frankfurt am Mayn 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
59
O illər sevərdik bir-birimizi. 
Haqqını itirsəm, gözümdən gələr, 
İnanmazdım nəsə ayıra bizi. 
Əl-ələ gəzərdik bütün meşəni, 
Çiçək toplayardıq, moruq dərərdik. 
Ulduza dönmüşdük ikiguşəli, 
İki eşq bir qəlbdə gecələyərdi. 
Dodağım büzülsə, qaşım çatılsa, 
Dözməzdi, ömrünün sonuymuş kimi. 
Yuxuma bir zərrə haram qatılsa, 
Nağıla tutardı gecələrimi. 
Daxili mənaya verərdik önəm, 
Göz-gözə alardıq biz dincimizi. 
Ayıra bilməzdi bizi bölünən
İkiyə bölərdi sevincimizi. 
Həyata sevgimi aparıb gedib, 
Sanki damarımda dövr edən sudur. 
Yaşamaq həvəsim məni tərk edib, 
Axı həyatımın mənası odur. 
Paraşütdən atan özünü ilk kəs 
Fransalı oğlan Andre-Jakdır. 
Atıla bilərəm, – söylədi, əbəs 
Etiraz etməyib sözünə baxdım. 
– Bilirəm, detalı eskizlərini, 
Leonardo çəkib paraşütlərin. 
– Ciddiyə almadım mən sözlərini, 
Düşündüm getsə də, qayıdar yəqin. 
Amma qayıtmadı, biryolluq getdi, 
Vətəndə olsa da, ayrı yurddadır. 
Paraşüt adıyla məni tərk etdi, 
Kim bilir, bəlkə də, Frankfurtdadır. 
Amma söz vermişəm, söz vermişəm ki, 


Эюйярчин 
 
 
60
Mən də paraşütdən atılacağam. 
Hədiyyə verdiyi gənclik şəklini 
Götürüb torpağa qatılacağam. 
– Bu cəfəng sözləri qoy bir kənara, 
Ancaq ürəyinin qeydinə qal sən. 
Nə fərqi, o, indi getmişdir hara, 
Ondan sevgi ilə heyfini al sən. 
– Söyləmək asandır, Reqina xanım, 
Bir an da yaşaya bilmirəm onsuz. 
Son görüş yadıma düşdükcə qanım 
İkiqat qaralır, marağım sonsuz. 
Çünki düşünməyə az vaxtım qalıb. 
Ayrılıq qanıma susayıb mənim. 
Hisslər kökdən düşüb, ürək qocalıb, 
Təklik də bir yandan başıma qənim. 
– Gec deyil, ailə həyatı qur sən, 
Nə qədər vaxtını keçməyib yaşın. 
Bir uşaq doğular, qarışar başın, 
Səni yoluxaram boş günlərdə mən.  
– Məni əldən salan şübhələrimdir, 
Nə xəbər yolladı, nə bir söz dedi. 
Onun xoş anları töhfələrimdir, 
Amma təəssüf ki, özü bilmədi. 
– Nə qədər sadəlövh qızsanmış, Katrin, 
Kişilər sevgiyə məhəl qoymayır. 
Onlar rəqabətdə qazanmış, Katrin, 
Bizim tək fədakar olmurlar, xeyr. 
Real bir məqsədə qulluq edirlər, 
Həqiqət necə var, elə önəmli. 
Qayğısız, əngəlsiz yolla gedirlər, 
Yalvar, göz yaşı tök, biri dönərmi? 
Bəlkə də, heç kimin günahı deyil,  


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
61
Bu, qadın olmağın müdhiş xisləti. 
Özü gedən üçün ağlamaq eyib, 
Nə qədər deyirlər öyrənmirik ki... 
Çəkib palataya gətirdi onu, 
Yerini açdı ki, azacıq yatsın. 
Yadından çıxmırsa gəlinlik donu, 
Paraşüt fikrini başından atsın. 
Toy olmayacaqsa, gəlinliyindən, 
Gərəkdir özünə paraşüt biçə. 
Gəlinlik paltarı geyinməsə də, 
Barı son mənzilə gəlintək köçə. 
İş vaxtı başlamış, həkimlər gəlmiş
Səhər yoxlaması gedirdi hələ. 
Çətin vəzifədir həkimlik işi, 
Qayğıyla dikilir gözlər cədvələ. 
Cədvəldə hərarət bir az aşağı, 
Təzyiq yüksək olsa, çoxalır təşviş. 
Evə yazılırdı bir qız uşağı, 
Kimi qan verirdi, kimi göstəriş. 
Yorulub yuxuya getmişdi Katrin, 
Tez-tez baş çəkirdi Reqina ona. 
Qızı məhv edəcək qəlbindəki kin, 
Gölündən uçacaq yalqız bir sona.  
Artur bu məqamda söyləyərdi ki, 
Yaşamamaq hissi deyil intihar. 
Həyatı daha çox, bəlkə, sevməkdir, 
İntihar etməkdə bir tək məna var. 
Ən güclü yaşamaq istəyidir o
İnsanın həyata etirazıdır. 
Hamıda, hər kəsdə hiss tək birdir o, 
Məkanın zamana ehtiyacıdır. 
Amma nəyə lazım, mübarizəni, 


Эюйярчин 
 
 
62
Gərək artırasan ölməmək üçün. 
Özün yazmayasan öz ərizəni, 
Ömrün öz əlinlə bitməsin bir gün. 
Çox vaxt Reqina da belə düşünür, 
Artursuz ömründə görmürdü məna. 
Bu qorxunc fikirdən tez də daşınır, 
Bəyaz kəfənə də dəymirdi dünya. 
Elə bil Arturdan eşitmişdi ki,  
Dində intihar da günah sayılır. 
Haqqa sığınana həyat gözəldir, 
İnsana axırda ibadət qalır. 
Ən çox Nirvananı o, tərif edir
Deyirdi, dinlərdə məzmun eynidir. 
Nə olsun, təhriflər baş alıb gedir, 
Şəhadət Allahın təkliyinədir. 
İslam təsbit etmiş bunu ilk dəfə, 
“Üçlük” təliminə qarşı çıxaraq
22

Rumi 
23
 çatmaq olmaz deyir hədəfə, 
Bir ürək sındırıb, bir ev yıxaraq. 
Bir dini olsaydı bəşəriyyətin, 
Dünya qan-qadayla dolmazdı belə. 
Volter
24
 də qərəzli yazmazdı yəqin, 
Dini çək – çevirə salmazdı belə. 
Allah bir, dinin də mənası birdir, 
Ayrı – seçkiliyi dinsizlər salıb. 
Din pərdəsi altda fikir yeridir, 
Dindən çox siyasi vəziyyət alıb.  
                                                 
22
 İslama görə Allah “nə doğub, nə də doğulub”. 
23
 Cəlaləddin Rumi – İran şairi 
24
 Volter – Mari Fransua Arye – fransız  filosof - yazıçısıdır. 
”Fanatizm, yoxsa Məhəmməd peyğəmbər” əsərinə işarə 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə