Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə11/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   7   8   9   10   11   12   13   14   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
53
Fəzilət barədə Kant təliminin 
Ruhundan şərhi çox geridə qalmış. 
Hüququ o qədər zəif ki onun,  
Hətta tənqidə də lüzum qalmamış. 
Bütün bu səhvlərə, tənqidə rəğmən, 
O mənim ən böyük müəllimimdir. 
Banilik haqqını itirmərəm mən, 
Müəllimdən böyük dünyada kimdir?! 
Mən “özündə şey”i iradə kimi, 
Müstəqil, qadir və azad görürəm.  
Hisslər məşğul edir bəzən fikrimi, 
Amma düşüncəyə önəm verirəm. 
Platon deyir ki, hisslərimizin 
Qavradığı dünya həqiqi deyil. 
Həm nisbi varlıq tək vardırlar, düzü, 
Həm varkən deyillər mövcud elə bil. 
Amma görünməyən və yaranmayan, 
Həmişə, hər yerdə mövcud olan var. 
Ona aid deyil zaman və məkan, 
Nə artıb-azalır, nə qocalırlar. 
Kantda “özündə şey”, məndə “iradə”, 
“Mütləq varlıq” deyir Platon  buna.   
Hər iki terminə cavabım sadə,  
Zahirən oxşardır biri-birinə. 
Kantın “zəkasıyla” çiyin-çiyinə, 
Amma öz yolumla gedirəm mən də. 
Dünya təzahürsüz görünür yenə, 
Yarı təsəvvürdür, yarı iradə. 
Kantın baxışları metafiziki, 
Təlimi fikrinin tam güzgüsüydü. 
Həyatı heç kəsə bənzəmirdi ki
Düzgün fellərdən ən düzgünüydü. 


Эюйярчин 
 
 
54
Kant ilə sevgidə oxşarıq bir az, 
Həyat ikimizə bir tale seçmiş. 
Onu Köniqsberqdə tərk etmiş bir qız, 
Mənim də Reqinam Hamburqa köçmüş. 
Əslində biz sevib, biz tərk etmişik, 
Bir qəlbi gözlədib üzməyə nə var... 
Qəti fikrimizi söyləməmişik, 
Dözməyib məkanı dəyişib onlar. 
Deyiləm, görünür, layiq sevgiyə, 
Sevdiyim qadına “sevmirəm” dedim. 
Qəlbimdə dəli tək sevirəm guya, 
Ağlım evlənməyə imkan vermədi. 
Fəlsəfə ən qısqanc sevgili kimi, 
Özündən kənara buraxmır məni. 
Çox da ki, Reqina alıb əqlimi, 
Sevgi əqidədən mühümdür yəni? 
Evlilik bir yükdür filosoflara
Qadına asudə vaxt qalacaqmı? 
Borc hara aparır, təfəkkür hara, 
Fəlsəfə bizimlə qocalacaqmı? 
        
       
Reqina balda 
 
Gecənin bağrını sökürdü axşam, 
Bu axşam qiyməti vardı hər anın. 
Qonub divarlara baxırdı ağ şam, 
Öyrənsin sayını gedib-gələnin. 
Qırmızı ətəkli lakeylər ilə  
Güllər paylaşırdı pilləkənləri. 
Sanki yubanırdı vaxt bilə-bilə, 
 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
55
Burda gözləyirdi gecikənləri. 
Təşkil olunmuşdu bal yüksək zövqlə, 
Qızlar çiçəklərdən seçilmirdilər. 
Dolmuşdu şamların gözü şeh ilə, 
Şölələr böyüyüb, kiçilmirdilər. 
Büllur qrafinli tünd al şərablar
Axırdı qədəhlər dolana kimi. 
Bağda tapdayırdı torpağı atlar, 
Əzirdi otları solana kimi. 
Ziyafət verirdi evin sahibi, 
Meyvə sərgisinə dönmüşdü süfrə. 
“Kadril” başlayırdı “vals” bitən kimi, 
Baxışlar dumanlı, gümanlar şifrə. 
Bəzi libasların tül ətəkləri,  
Bulud tək qabarıb fırlanırdılar. 
“Arıyla dolmuşdu bal pətəkləri”, 
Qızlar bir-birini qısqanırdılar. 
Bənövşəyi paltar geyinib bir qız, 
Bənövşə düzmüşdü hörüklərinə. 
Deyəsən ilk dəfə bala gəlir qız, 
Diqqətlə baxırdı gördüklərinə. 
Şirmayı boynundan bəyaz mirvari, 
Qulağından bir cüt inci asmışdı. 
Titrək dodağında söz ümidvari, 
Üzünü həyəcan təri basmışdı. 
Elə bil kimdənsə incimiş kimi
Kənardan süzürdü rəqs edənləri. 
Qeybdən bəxş olmuş sevincmiş kimi, 
Yolundan qoyurdu tez gedənləri. 
Cavanlar heyranlıq şərabı ilə, 
Başından ayağa məst olmuşdular. 
“Yeni vaxt” qübbəsi gəlirdi dilə, 


Эюйярчин 
 
 
56
Deyən durulurdu bulanmış sular. 
Dəvətsiz qonaq tək bir az utanır, 
Bir az da təəccüb hissi var onda. 
Məclis qızışdıqca gecə uzanır, 
Vaxtı yavaş-yavaş unudur o da. 
“Mazurka” rəqsini çalır orkestr, 
Ayaqlar uçuşur kəpənək kimi. 
Görən o, hardaydı bütün semestr, 
Hamburqa gizlicə gəlib-getdimi? 
Reqina Arturu düşünür yenə, 
Gerçəklik xəyalsız mümkün olmayır. 
Həyat səxavətlə üzə gülsə də, 
Uzaq xatirələr unudulmayır. 
Çəhrayı əlcəkli, lələk yelpikli, 
Köhnə əfsanəyə bənzəyirdi qız. 
Rəqs etmək dəvəti almasın təki, 
Qəlbində Arturu gözləyir yalnız. 
Reqina həmkarı – rəfiqəsiylə, 
Bala gəlmişdi ki, dağılsın fikri. 
Qıza rəfiqəsi qurmuşdu hiylə, 
Ayrı cür özündən ayrılmırdı ki... 
Çiçək əllərini köksünə sıxmış, 
Zərif ayaqları üst-üstə idi. 
Sevgisi qəlbindən üzünə çıxmış, 
Dodaq qönçə idi, dil püstə idi. 
Arturun mənalı, dərin baxışı 
Təqib eləyirdi hər yerdə qızı. 
Reqina əvvəllər sevməzdi qışı, 
Bala da gəlməzdi aşkar, ya gizli. 
Balın nəyi pisdir, qızlar, oğlanlar, 
Burda tanış olur, əylənirdilər. 
Hər kəsin özünə görə zövqü var


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
57
Oğlanlar seçir, qız bəyənirdilər. 
Sanki gözləyəni vardı, darıxıb 
Reqina axşamdan qayıtdı evə. 
Ağrıyan qəlbini dişinə sıxıb 
Yatmağa çalışdı gələn kimi də. 
Divardan Arturun şəkli göz qoyur, 
“Gecən xeyrə qalsın” deyirdi qıza. 
Əlində, üzündə təzə iz qoyur, 
Həsrəti çox çəkir, təması qısa.            
Reqina yuxuda narahat idi, 
Tez-tez səksənirdi qorxurmuş kimi. 
Ona əyləncələr, ballar yad idi
Göylərdə gəzirdi ruhu quş kimi. 
Hətta yuxuda da əzab çəkir o, 
Sürüşüb yataqdan düşürdü yerə. 
Hər gecə fikrindən qovurdu onu, 
Hə səhər onunla qalxırdı yenə. 
Divardakı Artur özünün əsli, 
Sanki Reqinanı sevirdi hələ. 
O qədər mehriban boylanırdı ki, 
Elə bil, indicə gələcək dilə. 
Reqina fikirdən xəstə düşmüşdü, 
Təlaşdan ürəyi artıq vururdu. 
Əslində, xəyanət qızı üzmüşdü, 
Dərd dərdin üstündə təməl qururdu. 
Ürək sevəcəksə, ağıl neyləsin? 
Ağla güvənməsə, məhəbbət aciz. 
Sevgi gizli gəlsə, ürək nə desin?  
Ölümə bənzəmir, amma çarəsiz... 
Əzabı ağırdır, yükü çəkilməz, 
İlhamdır, baharı solana kimi. 
Həmişə cavandır, qocalmaq bilməz, 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə