Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə30/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   26   27   28   29   30   31   32   33   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
141
Bu əqli nəticəyə hələ o vaxt gəlmişdim. 
Təzədən “sev” deyirsən, “həyata dön” deyirsən, 
Bu gördüyün dünyadan çoxdan uzaqlaşmışam. 
İki yol ayrıcında ömrü xərcləyirəm mən – 
Təssəvvürdə əbədi, təzahürdə bir yaşam.  
Elə bil, bu dünyada heç vaxt yaşamamışam, 
Saralmış xatirələr şüuruma yüklənir. 
Əzab dolu fikirlər şəklində səhər-axşam, 
Mücərrəd anlayışlar düşüncəmə köklənir. 
– Reqina, onun üçün fəqət yanındayam ki, 
Sənə kömək eləyim, olsan qəbul edəsi. 
Ürəyinə girdisə əgər biri daimi, 
Sən hayana gedəsən, təqib edər kölgəsi. 
Sənin əzablarının kökü Artura bağlı... 
– Elə sevincimin də yeganə səbəbi o. 
İnsanın köməyinə həmişə gəlmir ağlı, 
Amma bütün dərdlərin loğmanı, təbibi o. 
Ağrılarım fiziki ağrıları susdurur, 
Cismani yaraların bağlayırlar səthini. 
İtki var daxilində bütün gələcək durur, 
Bu mənada ilk andan duyuruq dəhşətini. 
Təzədən “sev” deyirsən, “həyata dön” deyirsən, 
Nə məlum ki, bu sevgi əzaba dönməyəcək. 
“Bir az özünü düşün, göylərdən en” deyirsən, 
Göylərdəki ruhumdur, inciyib, enməyəcək.  
– Artur elə bilir ki, sən onu unutmusan, 
O da çoxdan unudub, yoxsa bir yol anardı. 
Hardan bilsin, verdiyin sözü hələ tutmusan, 
O, səni düşünsəydi ürəyinə damardı. 
 


Эюйярчин 
 
 
142
– “Velle non discitur!”
43
– Seneka
44
 gözəl demiş, 
Şopenhauer dahidir, o bilər bunu yaxşı. 
Fəzilətli olmağı öyrətmək mümkün imiş
Söyləyənlər yanılmış, – hər kəsin öz baxışı.  
Şopenhauer yazır ki, kənardan iradəyə, 
Təsir mümkün olsa da, dəyişə bilməz onu. 
O bunu açıq-aydın yüz dəfə deyə-deyə, 
Özü ola bilərmi unutsun Reqinanı? 
– Böyük Allah layiqdir ən böyük məhəbbətə, 
Bəşər əhli kimdir ki, nə vəd etsin bəşərə? 
Bu ona bənzəyir ki, aşiq olasan bütə
Qəlbə din kifayətdir, arifə bir işarə. 
– Gəl, sənə bir hekayət nəql eləyim, qulaq as, 
Suları seyr edirdim bir gün yüksək təpədən. 
O çılğın mənzərəni görməyəydi gözüm kaş, 
Özüm suya dönmüşdüm dırnağadək təpədən. 
Sular tez-tez axırdı, axtarırdı nə isə, 
Amma sakit keçirdi qayaların yanından. 
Uzadırdı hər yandan qayalar ona busə, 
Gendən tanıyırdılar qızı şəffaf donundan.  
Su elə qıvrılırdı dil tökürdü, elə bil, 
Sanki istək əlində əsir idi bu pəri. 
Mən onda anladım ki, dəyişmək mümkün deyil, 
İradəni, ya su ol, ya od, ya başqa biri.  
Çay burulub-burulub bir qayaya tuş oldu
Tanışlıq rəmzi kimi əvvəlcə “Salam!” dedi. 
Öz-özünü unudub elə bil bihuş oldu, 
“Əgər sən qəbul etsən, mən sənə qulam”, – dedi. 
                                                 
43
 İstəməyi öyrətmək mümkün deyil. 
44
 L.A. Seneka Roma filosofu, stoizmin görkəmli nümayəndələrindən 
biri  


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
143
Ləpə barmaqlarının ucunda sığal çəkir, 
Qayadan gizlətməyə çalışırdı üzünü. 
Sevincdənmi, qəmdənmi gözünü ondan çəkir, 
Bilmirdi, hansı yolla təqdim etsin özünü? 
Çay başına dönürdü qayanın dönə-dönə, 
Qayadan səs çıxmırdı, hissiyyatı yox kimi. 
Susmaq iki mənalı anlaşılsa da, yenə, 
Çox vaxt ürək qırmamaq xatirinə deyilmi? 
Qayanın tərəddüdlə çatılmışdı qaşları, 
Sular onun qəlbinə sızmağa çalışırdı. 
Ləpələr sıra ilə düzüb kiçik daşları 
Eşqin ilk cümləsini yazmağa çalışırdı. 
Qıvrılıb-açılırdı sular ilansayağı, 
Amma qaya biganə görünürdü, nədənsə. 
Eşqdən yerə dəymirdi ləpələrin ayağı, 
Min dəfə “can” deyərdi qaya bir kərə dinsə. 
Sona kimi təsəlli, azacıq ümid verdi, 
Qaya öz ürəyində sulara yer vermədi. 
Ürəyini götürüb başqa səmtə gedirdi, 
Su özü də bilmirdi, inkara səbəb nədir? 
Unutmaq sevdasıyla düzəlib öz yoluna, 
Neçə-neçə qayanın qənşərindən ötürdü. 
Ətraf boş imiş kimi baxmırdı sağ-soluna, 
Qayanı xatırlayıb arada köks ötürdü. 
İradə irəliyə aparırdı, xatirə 
Sulara ağrı dolu həyəcan yaşadırdı. 
Ləpələr haray-həşir qoparırdı, bakirə 
Arzuların baxışı sevgidən yaşarırdı. 
Bilinmirdi neçə il, neçə əsr keçəcək, 
Təzə qaya sevgisi yaşayacaqdı sular. 
Köhnə yara göz dağı yeni bir yar seçəcək, 
Ömrü qaldığı yerdən başlayacaqdı sular. 


Эюйярчин 
 
 
144
Yalçın-yalçın qayalar oğrun nəzərlər ilə  
Suları müşaiyət etsə də sahil boyu, 
Sular görməməzliyə salırdı bilə-bilə. 
Məqsədini anlamaq mümkün olmurdu suyun. 
Sevdiyi, sevmədiyi çox qayalar görsə də, 
Hisslər ödənilməsə, yenə də axtaracaq. 
Məğlub olacağını bilsə belə döyüşdə, 
Məhəbbət döyüşəcək, iradə axtaracaq. 
Qəribəsi odur ki, bütün qayalar ilə 
Eyni bir hal yaşandı, əlbəttə, xoşladığı. 
Yaşlı, gənc qayaların heç birindən bir gilə, 
Sevgi görmədi əsla, sevgi bağışladığı.   
Mən nə qədər tamaşa elədim axtardı o, 
Ləpələr qayaların başına həlqə oldu. 
Vadisini dəyişib gördükcə vaxt dardı, o,  
Yolunu ilan keçməz cəngəlliklərdən saldı. 
Sevmədiyi çox qaya, amma çox sevdi onu, 
Ehtiyac ayrı yana aparırdı, neyləsin? 
Qul etsin iradəyə istəmirdi ağlını, 
Könlünü də narahat istəmirdi eləsin. 
Bir-birinin yanında tanımır bir-birini, 
Sular qaya axtarır, qayalar su dalınca. 
Öyrənmək mümkün deyil təbiətin sirrini, 
Həyat eşqi özünü göstərir qocalınca. 
Sular öz qayasını fəth edəcəkmi bir gün 
Ya sevginin mənası əbədi axtarışdır?  
Eşq adlı təcavüzmü öz rahatlığı üçün 
Ya ömrünü bəxş etmək üçün bir yalvarışdır? 
– Təbiətdən gəlir bu, varlıq belə xəlq olub. 
Tək yaşamaq çətindir. 
– Amma mümkün, şübhəsiz. 
Artur necə yaşayır? 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə