Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə24/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   20   21   22   23   24   25   26   27   ...   53

 
 
Zəhmətli-zəhmətsiz hər nə əlinə gəlirsə, çalış bir dirəmdən 
iki dang
86
 evinə  və ailənə  xərclə. Lazım gəlsə, ehtiyacın olsa 
belə, bundan artıq xərcləmə. Beləliklə, iki dang xərclədikdən 
sonra o biri iki dangı ehtiyat topla və onu yadına salma. Onu 
varislərinə  və qocalıq günlərin üçün saxla ki, köməyinə çatsın. 
Yerdə qalan o biri iki dangı isə  bəzək-düzək işlərinə  sərf et. 
Lakin elə  bəzək-düzək  şeyləri al ki, onlar xarab və  məhv 
olmasınlar. Məsələn: daşqaş, qızıl, gümüş, bürünc, mis və 
bunun kimi. 
Bundan artıq bir şeyin olsa, torpağa ver, çünki torpağa nə 
versən, artıqlaması ilə geri alarsan, mayan da həmişə yerində 
qalar, qazancın da bol və halal olar. Elə ki, ev-eşik oldun, hər 
məcburiyyət və zəruriyyət ucundan avadanlığını satma və demə 
ki: "A kişi, nə olacaq? Bu gün məcburəm sataram, başqa vaxt 
alaram". Əvəzini almaq ümidi ilə hər dəfə çətinlik üz verdikdə, 
avadanlığı satsan, ola bilər ala bilməyəsən,  əvvəlki də  əldən 
getsin, ev boş qalsın. Beləliklə, çox çəkməz ki, sən müflislərin 
müflisi olarsan. 
Bir də ki, hər zərurət üzündən borc alıb girov qoyma. Pulu 
sələmlə verib sələmlə alma, borc istəməyi  ən böyük rəzalət və 
həyasızlıq hesab et, bacardıqca özün də heç kəsə bir dirəm belə 
borc vermə, xüsusilə dostlara, çünki dostlardan borcu geri 
istəmək  ən ağır işdir. Lakin borc verdikdə onu artıq özününki 
hesab etmə, ürəyində elə tut ki, o pulu dostuna bağışlayıbsan, 
Özü qaytarmayınca istəmə ki, bunun nəticəsində dostluq 
pozulmasın, çünki dostu düşmən etmək asandır, düşməni dost 
etmək isə çox çətindir. Birincisi-uşaqların, ikincisi isə dahi və 
|ağıllı qocaların işidir. 
Adamların  ən yaxşısı olmaq üçün varından müstəhəqq 
adamlara pay ver, başqalarının malında isə gözün olmasın. 
E'tibarlılıqda, ad qazanmaqda öz malını özününki bil özgə 
malını özgəninki. 
 
 
 
 
 
 
 
 
 
96 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
 
 
İyirmi ikinci fəsil  
ƏMANƏT SAXLAMAQ HAQQINDA 
Ey oğul, bir adam sənə  əmanət versə, qətiyyən götürmə, 
elə ki, götürdün, möhkəm saxla. Əmanət saxlamaq bəladır, 
çünki onun nəticəsində üç haldan başqa bir şey ola bilməz. Əgər 
bu  əmanəti ona geri qaytarmalı olsan, Allah-taalanın nazil 
etdiyi: "Əmanətləri yiyələrinə qaytarın" hökmünü yerinə 
yetirmiş kimi olarsan. Cavanmərdlik və kişilik odur ki, əmanəti 
qəbul etməyəsən, qəbul etsən qoruyub sağ-salamat sahibinə 
qaytarasan. 
Hekayət. Belə  eşitmişəm, bir kişi səhər ala-qaranlıqda 
evdən çıxıb hamama gedərkən, yolda öz dostuna rast gəlir və 
deyir: "Mənimlə hamama getmək istəyirsənmi?" Yoldaşı deyir: 
"hamamın qapısına qədər sənə yoldaşlıq edə bilərəm, lakin 
hamama gedə bilmərəm işim vardır". Hamamın yaxınlığına 
qədər bir yerdə gedirlər. Yol ayrıcına çatdıqda, dostu 
xəbərdarlıq etmədən geri dönüb başqa tərəfə gedir. Təsadüfən 
bir oğru da həmin kişinin dalısınca öz oğurluq işləri üçün 
hamama gedirmiş. Birdən kişi geri baxır, oğrunu görür, lakin 
hələ ala-qaranlıq odluğundan onu dostu təsəvvür edib 
qurşağından dəsmala bağlanmış yüz dinarı  çıxarır, hamin 
oğruya verir və deyir: "Ay qardaş, bu əmanətdir, al, mən 
hamamdan çıxandan sonra qaytararsan". Oğru qızılı alır, kişi 
hamamdan çıxana qədər heç yerə getməyib orada gözləyir. 
Hava işıqlanır. Kişi paltarını geyib yola düzəlir. Oğru onu 
çağırıb deyir: "Ey cavanmərd, qızılını geri al, sonra get, sənin 
əmanətin üzündən bu gün mən də  işimdən avara oldum". Kişi 
deyir: "Bu nədir əmanət nədir, sən kimsən?" Oğru deyir: "Mən 
oğru bir adamam, sən isə hamamdan çıxana qədər bu qızılı 
mənə tapşıran adam". Kişi deyir: "Oğrusansa, bəs nə üçün 
mənim qızıllarımı aparmayıbsan?" Oğru deyir: "Əgər öz 
peşəmlə  ələ keçirsəydim, min dinar olsaydı, sənə yazığım 
gəlməzdi, bir arpa da sənə qaytarmazdım. Lakin sən bunu mənə 
əmanət olaraq veribsən, insafsızlıq olar ki, sən alicənablıq edib 
mənə  əmanət verəsən, mən də nanəciblik göstərib ona xəyanət 
edəm". 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
Bir də, təsadüfən, qərəzsiz olaraq əmanət sənin  əlində 
xarab olsa, əvəzini ala bilsən yaxşıdır. Əgər şeytan səni yoldan 
azdırsa, əmanətə tamah salsan və onu dansan, bu çox pisdir. 
Əgər  əmanəti sahibinə qaytarsan, o vaxta qədər  əmanəti 
saxlamaq üçün çox iztirab və zəhmət çəkməli olarsan, bu qədər 
əziyyətdən sonra hamin şeyi yiyəsinə qaytararsan, zəhmət sənə 
qalar, o adam isə heç bir vəchlə özünü sənə minnətdar hesab 
etməz. Deyər: "Öz şeyim idi, vermişdim, geri aldım, sənə 
qalmayacaq idi ki". 
Doğru deyirəm, çəkdiyin  əziyyət üçün "sağ ol" deyən 
olmaz,  əvəzində isə  ləkələnə bilərsən.  Əmanət itsə, heç kəs 
inanmaz, xəyanət etmədiyin halda xalq arasında xain sayılarsan, 
tay-tuş içərisində hörmətdən düşərsən, artıq heç kəs sənə e'tibar 
etməz. Özündə saxlasan haramdır, böyük günaha batarsan, bu 
dünyada istifadə edə bilməzsən, o dünyada haqq-taalanın 
qəzəbinə gələrsən. 
Haşiyə. Lakin bir adama əmanət verdikdə gizlin vermə, 
heç kəs sənin malını ondan ala bilməz. Birdə ki, iki e'tibarlı 
şahid olmadan heç kəsə öz malını e'tibar etmə, verdiyin əmanət 
müqabilində qəbz al ki, məhkəməyə getməkdən azad olasan. İş 
gedib məhkəməyə  çıxsa, məhkəmədə kobudluq etmə, çünki 
kobudluq zorakılıq əlamətidir. Bacardıqca yalandan and içmə və 
and içməkdə  məşhur olma, elə et ki, əgər bir vaxt and içmək 
lazım gəlsə, xalq sənə inansın. Nə  qədər dövlətli olursan ol, 
xeyirxah, düzdanışan olmasan, özünü yoxsul hesab etməlisən, 
çünki bədxah və yalançının axırı yoxsulluqdan başqa bir şey 
olmaz.  Əmanətin qədrini bil. Deyiblər ki, "əmanət kimyadır, 
həmişə dövlətli olarsan". 
Düzdanışan va etibarlı adam ol, dünyanın bütün dövləti 
düzdanışan və e'tibarlı adamlarındır. Çalış adam aldadan olma. 
Ehtiyatlı ol ki, səni də aldatmasınlar, xüsusilə qul almaqda. 
Allah köməyin olsun. 
98 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
 
 
İyirmi üçüncü fəsil 
QUL ALMAQ VƏ ONLARIN ŞƏRTLƏRİ HAQQINDA 
Qul alsan çox ayıq ol. Adam almaq çox çətin bir elmdir. 
Qul var ki, yaxşı görünər, lakin elm gözü ilə baxdıqda əksi olar. 
Adamların çoxu elə güman edir ki, qul almaq da başqa alver 
kimidir, lakin bilməzlər ki, qul almaq və onun elmi 
filosofluqdur. Tanımadığı malı alan adam məğmun olar, adamı 
tanımaq isə  ən çətin məsələdir, çünki adamların mənfi və 
müsbət cəhətləri çoxdur. Elə eyib var ki, onu örtmək üçün yüz 
müsbət xüsusiyyət lazım olar, elə müsbət cəhət də var ki, yüz 
eybi örtməyə kifayət edər. 
Adamı yalnız elmi fərasət
87
  və  təcrübədən başqa heç bir 
şeylə tanımaq olmaz. Elmi fərasət isə bütünlüklə peyğəmbərliyə 
daxildir, onu ən kamil şəkildə peyğəmbərlərdən başqa heç kəs 
bilə bilməz. Yalnız peyğəmbər öz fərasəti ilə adamın pis və 
yaxşı  cəhətini tə'yin edə bilər. Lakin buna baxmayaraq, öz 
bildiklərimdən, özgələrindən eşitdiklərimdən istifadə edib, qul 
almaq şərtlərindən sənə danışmaq istəyirəm. 
Bil ki, qul almaqda üç şərt vardır: birinci: fərasət vasitəsi 
ilə zahiri, batini eyib və hünərlərini aşkara çıxarmaq; ikinci: 
zahiri  əlamətə görə xarici və daxili xəstəlikləri tə'yin etmək; 
üçüncü: cinsləri tanımaq və onların müsbət və  mənfi cəhətini 
müəyyən etmək. 
Fərasətin  şərti odur ki, qul alarkən yaxşı fikirləşəsən. 
Qulların iki cür müştərisi olar: biri onun üzünə baxar, lakin 
bədəninə, əl-qoluna baxmaz; biri üzünə baxmaz, qalan yerlərinə 
baxar, incə, gözəl, ya ətli-yağlı olduğunu istər. Lakin kim sənin 
quluna baxsa, əvvəl üzünə, sonra qalan yerinə  nəzər salar. 
Deməli, daha yaxşısı odur ki, üzü gözəli seçəsən, (bundan əlavə) 
sən özün də  həmişə onun üzünü görəcəksən. Demək,  əvvəlcə, 
onun gözlərinə və qaşlarına, sonra burnuna, sonra iki dodağına 
və dişlərinə, daha sonra isə tüklərinə bax. Böyük və cəlallı Allah 
insanın bütün gözəlliyini qaş-gözdə, zərifliyini burunda, 
şirinliyini dodaq və dişlərdə, təravətini üzün dərisində 
yaratmışdır, başın tükünü isə bütün bunların bəzəyi etmişdir. 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə