Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə20/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   16   17   18   19   20   21   22   23   ...   53

 
 
Bu eşqdir, incəlik, lətiflik istər
Hər yerdə özü tək zəriflik istər. 
 
Görmürsənmi, cavanlar qocalara nisbətən daha tez aşiq 
olurlar? Çünki cavanların təbiəti qocalarınkına görə daha 
incədir. Bir də ki, heç kobudtəbiət, bədniyyət adam aşiq ola 
bilməz. Bu elə bir xəstəlikdir ki, ona yalnız incə ruhlu adamlar 
tutular. 
İstər kobudtəbiət ol, istərsə incətəbiət, çalış  aşiq olma. 
Aşiqlik çox başı  bəlalı bir işdir, xüsusilə yoxsulluqda. Hansı 
yoxsul aşiq olsa, öz canına qəsd etmiş olar. Bil ki, aşiqlik və 
yoxsulluq mütləq can vermək kimi bir şeydir xüsusilə qocalıq 
vaxtı, çünki qoca pul xərcləməsə  məqsədə nail ola bilməz. 
Mənim dediyim kimi: 
 
R ü b a i 
Pulsuz idim, tutmuşdum bu azardan,  
Pulsuzluqdan məhrum oldum o yardan.  
Bu halıma uyğun bir məsəl də var:  
"Pulsuz gedən boş qayıdar bazardan". 
 
İşdir, əgər bir vaxt birindən xoşun gəlsə, ürəyinə salıb onun 
haqqında fikirləşmə, həmişə  qəlbinə  eşqə qalib gəlməyi öyrət, 
heç zaman şəhvət əsiri olub iztirab çəkmə. Bu ağıllı adamların 
işi deyil, çünki aşiqlikdə insan ya vüsalda olar, ya fəraqda. Bil, 
bir saatlıq vüsal, bir illik fəraq oduna yanmağına dəyməz. 
Aşiqlik şirin də olsa, başdan ayağa məşəqqət, ürək ağrısı, iztirab 
və  əziyyətdir. Fəraqda olsan əzabdasan. Mə'şuq ilə bir yerdə 
olsan, sevgilin hal əhlidirsə, ürəyini çəkəcək, naz-qəmzəsi ilə 
səni  əldən salacaq. Onun şıltaqlığı sonra isə  fəraq qorxusu 
vüsaldan da ağır olacaqdır, çünki ardınca fəraq gələn vüsal 
fəraqdan daha ağır olar. Fərzən mə'şuqən mələk təbiətli olsa 
belə, yenə  məzəmmətdən yaxanı qurtara bilməzsən, həmişə 
sənin qeybətini qırar və  mə'şuqən haqqında  şayiələr yayarlar. 
İndi camaatın xasiyyəti belə olmuşdur. 
Deməli, özünü saxla və  aşiqlikdən qaç. Ağıllı adamlar 
özlərini aşiqlikdən qoruya bilərlər, çünki ilk baxışdan birinin 
birinə  aşiq olması mümkün deyildir. Əvvəl göz görür sonra 
könül bəyənir. Elə ki, könül bəyəndi, ürəyin ona mail oldu, 
könül ikinci dəfə görmək istəyir.  Əgər sən öz şəhvətini ürəyin 
ixtiyarına versən, ürəyi isə şəhvətə tabe etsən, sonra mə'şuqəni 
bir daha görmək üçün tədbir düşünməyə başlarsan. Görüş ikinci 
80 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
dəfə baş tutduqda, könül ikiqat meyl edir, qəlb daha çox 
döyünməyə başlayır, insan üçüncü görüş  eşqinə düşür. Elə ki, 
üçüncü dəfə gördün, əhvalatı açıb söylədin, söz deyib cavab 
eşitdin, iş bitdi. 
 
M i s r a  
Çuvalı suya verdin, it də getdi, ip də getdi. 
 
Bundan sonra özünü ələ almaq istəsən də bacarmazsan, 
çünki iş işdən keçmiş olar, vaxt uzandıqca eşqin də artar, qəlbin 
hökmünə tabe olmağa məcbur olarsan. 
Lakin,  əgər sən ilk görüşdə özünü saxlaya bilsən, ürək 
istədikdə onu ağlın ixtiyarına versən və ağıl ürəyi bir daha onun 
adını çəkməyə qoymasa, özünü başqa şeylə məşğul etsən və ya 
şəhvətini başqa yol ilə söndürsən və gözü onu görməkdən 
məhrum etsən, bir həftədən artıq  əziyyət çəkməzsən, daha o 
sənin yadına düşməz, tezliklə özünü bəladan qurtarmış olarsan. 
Lakin belə edə bilmək hər adamın işi deyildir, çox ağıllı 
olmaq lazımdır ki, adam bu xəstəlikdən yaxasını qurtara bilsin. 
Məhəmməd Zəkəriyya
67
 özünün "Xəstəliklərin təqsimatı" adlı 
əsərində  eşq xəsəstəliyi və onun dərmanı haqqında danışarkən 
dediyi kimi, eşq xəstəliyi ara vermədən oruc tutmaq, ağır yük 
daşımaq,uzun səfər etmək, həmişə işləmək, həddindən artıq kefə 
aludə olmaq və bu kimi bir xəstəlikdir. Lakin əgər hər görüşü 
sənə zövq və rahatlıq gətirən bir adamı sevirsənsə, bunu rəva 
bilirəm. Şeyx Əbu Səid bul-Xeyrin
68
 dediyi kimi, insanlar dörd 
şeysiz keçinə bilməz: birincisi çörək, ikincisi paltar, üçüncüsü 
xaraba (ev), dördüncüsü sevimli dost. Hər kəsin özünə görə, 
istər halal, istər haram,öz arzusu olar. Lakin dostluq başqadır, 
aşiqlik başqa. Hərçənd o aşiq şair bir beytdə demişdir: 
B e y t 
Xoşdur sənnn bu atəşin, gözəl yar, 
Heç yandıran bir atəş də xoş olar?! 
Bil ki, insanlar dostluqdan həmişə  ləzzət çəkərlər, 
aşiqlikdən isə əziyyətə düşərlər. Əgər cavanlıqda aşiq olsan, yeri 
var, başa düşərlər, üzrlü sayarlar, deyərlər cavandır. Çalış qoca 
vaxtı  aşiq olma. Qocanı üzrlü hesab etməzlər.  Əgər qara 
camaatdan olsan, iş bir az asanlaşar,  şah olsan, amandır, belə 
işlərə baş qoşma, zahirdə heç kəsə könül vermə, çünki qocalıq 
aşiqliyi şahlara çox baha başa gələr. 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
H e k a y ə t. Babam Şəmsülməalinin
69
 vaxtında xəbər 
gətirirlər ki, Buxarada bir tacirin iki min dinar qiymətində bir 
qulu var. Bu əhvalatı, Əhmədi Coğdi
70
 əmirin yanında danışır. 
Əmir Sə'd Nəxxası
71
 
çağırıb Buxaraya göndərir, həmin qulu iki min iki yüz 
dinara alıb Gürgana gətirir.  Əmir qulamı  bəyənir, onu özünə 
dəsmaltutan tə'yin edir. Əmir  əlini yuyanda, o, dəsmalı tutar, 
əmir isə  əlini qurulayarmış. Bir müddət keçdikdən sonra, bir 
dəfə əmir əlini yuyur, qulam dəsmalı ona verir. Əmir əlini silə-
silə  dəsmalı buraxmayıb hey ona baxır, mə'lum olur ki,qulam 
onun xoşuna gəlir, sonra dəsmaldan əl çəkir.  
Bir az keçdikdən sonra o, Əbul-Abbas Qanimiyə
72
 deyir: 
"Bu qulamı azad edirəm və filan kəndi ona bağışlayıram. 
Fərman yaz, bir kətxuda qızı da onun üçün tap. Qoy onun 
evində otursun və saqqalı gələnə qədər evdən xaricə çıxmasın". 
Əbul-Abbas vəzir idi, deyir: "Əmr hökmdarın  əmridir, 
lakin  əgər mümkünsə,  əmir buyursun, görək burada nə hikmət 
var?"  Əmir deyir ki: "Bu gün bir hadisə baş verdi, çox da pis 
oldu. Yetmiş yaşında  şah hara, aşiqlik hara! Mənə yetmiş 
yaşdan sonra Allah bəndələrini dolandırmaq, ordu, xalq və 
ölkənin hayına qalmaq lazımdır. Mən eşqbazlıqla məşğul 
olsam,nə Allah yanında üzrlü sayılaram, nə bəndə yanında". 
Bəli, cavan nə etsə, üzürlüdur, lakin adam nə qədər cavan 
olsa da, gərək birdən, dəlicəsinə  eşqini büruzə verməsin, 
beləliklə siyasət və hörmətə sədəmə vurmasın.  
H e k a y ə t. Qəzneyndə
73
  eşitmişəm, Məs'udun 
xidmətində on qulam var imiş, onu da onun şəxsi paltar 
saxlayanı imiş. Onların arasında Nuştəkin adlı bir qulam 
sevimlisi imiş. Bir neçə il keçir, lakin: heç kəs, o cümlədən bu 
on qulam da bilmir ki, Soltanın sevimlisi kimdir, çünki Soltan 
Nuştəkinə nə bağışlayırmış, hamıya da ondan verirmiş ki, hərə 
elə bilsin Məs'udun sevimlisi odur. Soltanın bu bəxşişləri 
verməkdən məqsədi isə Nuştəkin imiş. Beş il bu münval ilə 
keçir. Bir gün Soltan sərxoş ikən deyir: "Mənim atam Ayaza nə 
bağışlamışdısa, onların hamısının bütün pul, qəbz və iqtaları
74
 
ilə birlikdə Nuştəkinə verilməsi haqqında fərman yazın. Yalnız 
bundan sonra bilirlər ki, onun sevimlisi Nuştəkin imiş. 
Hərçənd mən bu əhvalatları danışıram, lakin bilirəm ki, 
aşiq olanda mənim dediklərimə  əməl etməyəcəksən, ona görə, 
eşq haqqında qocavarı bir rübai demək istəyirəm: 
R ü b a i 
82 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Kimdə həyat ola, həm natiq ola,  
Gərəkdir o, Üzra, ya Vamiq ola.  
Əgər ikiüzlü deyilsə insan 
Mutləq gərək sevə, ya aşiq ola! 
Hərçənd mən belə demişəm, amma sən mənim rübaimə 
fikir vermə, ona əməl etmə, çalış  aşiq olma. Birini sevməli 
olsan, eləsini sev ki, sevməyinə  dəysin.  Əlbəttə, mə'şuq 
Ptolemey
75
 ya Əflatun olmayacaqdır, lakin bir az ağıllı 
olmalıdır; bilirəm, Yə'qub oğlu Yusif də olmayacaqdır, lakin bir 
az gözəlliyi, incəliyi olmalıdır ki, camaatın ağzını bağlaya 
biləsən və  sənin üzrünü qəbul etsinlər. Axı camaat bir-birinin 
qeybətini qırıb, bir-birinə eyib tutmağa adət etmişlər. Birindən 
soruşdular: "Eybin varmı?" Dedi:Yox". Dedilər: "Eyib tutanın 
necə"? Dedi: "Nə qədər istəyirsən"! Dedilər: "Onda dünyada ən 
eybli adam sənsən".  
Qonaq getsən, sevgilini özünlə aparma, aparsan xalqın 
qabağında onunla mazaqlaşma, bütün fikir-zikrini ona vermə, 
qorxma, onu heç kəs yeməz. Elə  təsəvvür etmə ki, o, hamının 
gözünə sənə görünən kimi görünər. Bu barədə şair belə deyir: 
Bey t 
Mən yazığın halına vay olsun o gün ki, sən  
Mənə görünən kimi, hamıya görünəsən. 
 
Sənin gözünə hamıdan gözəl göründüyü kimi, başqalarının 
da gözünə hamıdan çirkin görünə bilər. 
 Bir  də ona fasiləsiz olaraq meyvə, noğul vermə, 
dəqiqəbaşı qonaq etmə, hər saatdan bir çağırıb qulağına söz 
demə, guya mən xeyirli-zərərli  şeyləri gizli deyirəm, camaat 
biləcək ki, sən nə dedin. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə