Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə16/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

 
 
Sonra demişdir: "İstəyirsən ki, sirrinin üstü açılmasın 
başqalarının sirrini açma". 
Sonra demişdir: "Dalda ələ salınmaq istəmirsənsə,  əlin 
altında işləyənlərlə mülayim dolan". 
Sonra demişdir: "Uzun müddət peşman olmaq 
istəmirsənsə, nəfsinə tabe olma". 
Sonra demişdir: "Zirək olmaq istəyirsənsə, öz üzünü 
başqalarının aynasında gör". 
Sonra demişdir: "Qorxusuz yaşamaq istəyirsənsə, 
başqalarına yamanlıq etmə". 
Sonra demişdir: "İstəyirsən sənin qədrini bilsinlər, 
başqalarının qədrini bil". 
Sonra demişdir: "İstəyirsən sənin dediyinə  əməl etsinlər, 
özün dediyinə əməl et". 
Sonra demişdir: "İstəyirsən xalq səni ağıllı hesab etsin, ağlı 
olmayan adama sirr vermə". 
Sonra demişdir: "İstəyirsən camaatdan üstün olasan, duz-
çörək verən ol". 
Sonra demişdir: "Nə üçün o adamı düşmən saymayasan ki, 
o özünün igidliyini xalqı incitməkdə görür?". 
Sonra demişdir: "Nə üçün o adama dost deyəsən ki, o sənin 
düşmənlərinlə dostluq edir?". 
Sonra demişdir: "İste'dadsız adamla dostluq etmə, 
iste'dadsız adam nə dostluğa yarayar, nə düşmənliyə" 
Sonra demişdir: "Özünü alim sayan nadandan uzaq gəz". 
Sonra demişdir: "Ədalətli ol ki, ədalət məhkəməsinə  işin 
düşməsin". 
Sonra demişdir: "Haqq acı olsa da, onu dinləmək 
lazımdır". 
Sonra demişdir: "İstəyirsən düşmən sənin sirrini bilməsin, 
onu dosta demə. 
Sonra demişdir: "Xırdaçılıq edən və böyük ziyan verən 
olma". 
Sonra demişdir: "Ləyaqətsiz adamları diri hesab etmə". 
Sonra demişdir: "Sərvəti olmadan dövlətli olmaq 
istəyirsənsə, gözü tox ol". 
Sonra demişdir: "Hədərə alma ki, hədərə də satasan. 
Sonra demişdir: "Tay-tuşa möhtac olmaqdansa, ölmək 
yaxşıdır". 
Sonra demişdir: "Əclaf adamın çörəyi ilə dolanmaqdansa, 
acından ölmək yaxşıdır". 
64 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Sonra demişdir: "Hər düşündüyünü etibarsız adama demə, 
lakin etibarlı adamdan da gizlətmə". 
Sonra demişdi: "Özündən aşağı adama möhtac olmaq 
böyük müsibətdir, suda boğulmaq alçaq adamdan kömək 
ummaqdan yaxşıdır". 
Sonra demişdir: "Bu dünya üçün çalışan təvazökar fasiq
46
 
o dünya üçün çalışan mütəkəbbir abiddən
47
 yaxşıdır". 
Sonra demişdir: "Ən nadan adam odur ki, birisi kiçiklikdən 
böyüklüyə çata, lakin ona yenə də kiçik kimi baxa". 
Sonra demişdir: "Ondan daha bədtər rüsvayçılıq olmaz ki, 
biri bilmədiyi  şeyin doğruluğunu iddia edə, sonra yalançı 
olduğu meydana çıxa". 
Sonra demişdir: "Ən aldadılmış adam ona deyərlər ki, 
nağdı nisyəyə dəyişə". 
Sonra demişdir: "Ən alçaq adam odur ki, birinin ehtiyacı 
ona düşə, imkanı ola, lakin kömək etməyə". 
Sonra demişdir: "İstəyirsən ki, ədalətlilər sırasında adın 
çəkilsin, sənə tabe olanları imkanın daxilində yaxşı saxla". 
Sonra demişdir: "İstəyirsən ki, sənin adını  nəciblər 
sırasında çəksinlər, tamahkar olma və tamahkarlığı yaxına 
buraxma". 
Sonra demişdir: "İstəyirsən qara camaat səni pisləməsin
onların işini tə'riflə". 
Sonra demişdir: "İstəyirsən ki, ürəklərdə özünə yurd salıb 
seviləsən və xalq səndən nifrət etməsin, xalqın xeyrinə danış". 
Sonra demişdir: "İstəyirsən ki, xalq arasında ən yaxşı və ən 
bəyənilmiş adam olasan, özünə  məsləhət bilmədiyini 
başqalarına da məsləhət görmə". 
Sonra demişdir: "İstəyirsən ki, ürəyinə heç bir məlhəmlə 
sağalmayan yaralar vurulmasın, nadan adamla höccətə girişmə". 
Sonra demişdir: "Adamların ən yaxşısı olmaq istəyirsənsə, 
heç şeyi xalqdan əsirgəmə". 
Axırda demişdir: "İstəyirsən ki, dilin uzun olsun, əlini 
gödək et". 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
Nuşirəvan Adilin öyüd və  nəsihətləri bunlardan ibarətdir. 
Ey oğul, oxuyarkən, bu sözlərə xor baxma, bunlardan həm 
hikmət iyi gəlir, həm hökmdarlıq iyi, çünki bunlar həm 
həkimlərin
1
 sözüdür, həm hakimlərin. Bunların hamısını öz 
malın et. İndi nə  qədər ki, cavansan öyrən, qocalanda özün 
qulaq asmaq istəməyəcəksən. Çünki qocalar elə  şeylər bilərlər 
ki, onları cavanlar bilməzlər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                       
 
 
 
 
 
 
 
1
 * Щяким - бурада  алим,  щикмят  сащиби 
мя'насында ишлядилмишдир.-Р. С. 
66 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
 
Doqquzuncu fəsil 
QOCALIQ VƏ CAVANLIQ QAYDALARI HAQQINDA 
Ey oğul, cavan olsan da qocaağıl ol. Demirəm ki, cavanlıq 
etmə, lakin özünü ələ ala bilən cavan ol, dağınıq və ölüvay 
cavan olma, diribaş cavan yaxşı olar. Filosof Ərəstu
48
 demişdir: 
"Cavanlıq da dəliliyin bir növüdür, ona görə cavana dəliqanlı 
deyirlər". Bundan əlavə süst cavan olma, diribaşlıqdan bəla 
törəməz, amma süstlükdən törəyər. Bacardığın qədər 
cavanlıqdan istifadə et, qocaldıqda özün bacarmayacaqsan. 
Necə ki, bir qoca kişi demişdir: "Cavanlığımda yaman fikir 
çəkirdim ki, heyf, qocalığımda gözəllər məni sevməyəcəklər, 
indi qocalmışam, mən özüm onları istəmirəm"
49

 
B e y t 
Böyük tanrım, coşqun cavan çağımda  
Gecə, gündüz bu idi fikrim, sözüm:  
Qocaldıqda kim sevəcəkdir məni?  
Qocalmışam indi, sevmirəm özüm! 
 
Nə qədər cavan olsan da, izzətli və böyük Allahı unutma, 
heç vaxt ölümdən arxayın olma, çünki ölüm qocalıq və 
cavanlığa baxmır. Bu barədə Əscədi
50
 belə demişdir: 
 
Yaşla olsa idi ölüm, hər zaman  
Qocalar ölərdi, ölməzdi cavan! 
 
Bil ki, doğulan mütləq öləcəkdir. Eşitmişəm ki: 
Hekayət. Bir şəhərdə bir dərzi var idi. Bu dərzi  şəhər 
dərvazasının yanında dükan açmışdı. Qəbristanlığın yolu bu 
dükanın qabağından keçirdi. Dərzi mıxdan bir kuzə asmış  və 
adət etmişdi ki, hər cənazə şəhərin darvazasından çıxarılanda, o 
kuzənin içərisinə bir daş salsın. Ay qurtardıqda kuzənin ağzını 
açıb daşları sayar, neçə adamın öldüyünü bilərdi. Sonra kuzəni 
boşaldar və yenidən daş salmağa başlardı. Bir gün çatdı, dərzi 
özü də öldü. Bir kişi dərzini çağırmaq üçün gəldi, onun 
öldüyünü bilmirdi. Dükanı bağlı gördükdə qonşusundan 
soruşdu: "Dərzi hardadır ki, qapısı bağlıdır?". Qonşusu cavab 
verdi: "Kuzədə". 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə