Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə12/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   8   9   10   11   12   13   14   15   ...   53

 
 
atmaq kimi şeydir. Lakin yaxşılığı layiq olan adamlardan 
əsirgəmə  və yaxşılıq öyrədən ol ki, peyğəmbər  əleyhissəlam 
demişdir: "yaxşılıq yolunu göstərən adam yaxşılıq edən adama 
bərabərdir". Yaxşılıq et və yaxşılığı öyrət, çünki bunlar bir-
birindən ayrılmaz ekiz qardaşdırlar. Yaxşılıq etməkdən peşman 
olma, çünki yaxşı və pisliyin mükafatı sənə hələ bu dünyada, o 
dünyaya getməmişdən  əvvəl çatacaqdır. Bir adama yaxşılıq 
edən vaxt o adam nə  qədər rahat olursa, sən də o qədər rahat 
olursan bir adama pislik etdikdə o nə  qədər inciyirsə, sənin də 
qəlbin bir o qədər ağrı və sıxıntı duyur, buna görə sən heç kəsə 
pislik etmə. Həqiqət gözü ilə baxsan, görərsən ki, sən özün əzab 
çəkmədən heç kəsə ziyan vura bilməzsən və  sənin öz xoşun 
olmadan heç kəs səndən yaxşılıq görə bilməz. Deməli, "yaxşı və 
pisin mükafatı o dünyaya getməmiş hələ bu dünyada yetişəcək" 
sözləri tamamilə doğrudur. Heç kəs mənim bu dediklərimi inkar 
edə bilməz. Kim bütün ömrü boyu birinə yaxşılıq ya pislik 
edibsə, dərindən düşünsə, o mənim haqlı olduğumu anlar və bu 
dediyim sözləri təsdiq edər. Deməli, nə  qədər bacarırsansa, 
yaxşılığı heç kəsdən  əsirgəmə, yaxşılıq axırda bir gün öz 
bəhrəsini verəcəkdir. 
H e k a y ə t. Eşitmişəm, Mütəvəkkilin
20
  Fəth adlı çox 
gözəl camallı, xoşbəxt və savadlı, tərbiyəli bir qulu var imiş. 
Mütəvəkkil onu oğulluğa götürmüş və doğma uşaqlarından daha 
çox sevərmiş. 
Bu Fəth üzməyi öyrənmək arzusuna düşür. Üzgüçülər 
çağrılır, Dəclədə
21
 ona üzməyi öyrətməyə başlayırlar. Fəth uşaq 
olduğundan üzməyi hələ yaxşı öyrənə bilməmişdi. Lakin bütün 
uşaqlar kimi, özünü elə göstərirdi ki, guya üzməyi öyrənmişdir. 
Bir gün müəllimindən gizlin Dəcləyə atıldı, su bərk 
axdıdığından Fəthi gicəllətməyə başladı. Fəth suya üstün gələ 
bilməyəcəyini anladıqda özünü suyun ixtiyarına verdi, suyun 
axarı üzrə camaatın gözündən itdi. Su bir müddət onu belə 
apardı. Dəclənin kənarında ovuqlar var idi, Fəth bu cür 
ovuqlardan birinin yanından keçərkən  əl atıb, çox əlləşdikdən 
sonra özünü onun içinə sala bildi. Orada oturub öz-özünə dedi: 
"Görək Allah dalısın neyləyəcək, hələ ki özümü bu 
qaniçici suyun əlindən qurtarmışam". Yeddi gün o, bu ovuqda 
qaldı. Elə birinci gün Mütəvəkkilə xəbər verəndə ki, Fəth suya 
atılıb boğulmuşdur, o, taxtdan düşüb yerə oturmuş və üzgüçüləri 
çağıraraq demişdi: "Kim Fəthi ölü ya diri gətirsə, ona min dinar 
48 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
verəcəyəm". Sonra and içdi ki, nə qədər ki onu necə varsa, elə 
tapıb gətirməyiblər, yeməyə əl vurmayacaqdır. 
Üzgüçülər Dəcləyə gedib suya baş vurdular, ümid gələn 
hər yeri axtardılar. Nəhayət yeddinci gün, üzgüçülərdən biri 
hamin ovuğa rast gəldi, Fəthi görüb çox sevindi və dedi: 
"Burada ol, gedim qayıq gətirim". Oradan qayıdıb Mütəvəkkilin 
yanına gəldi və dedi: "Ya Əmirəlmö'minin, Fəthi diri gətirsəm, 
mənə  nə verərsən? Dedi: "Beş min dinar nəqd verərəm". 
Üzgüçü dedi: "Fəthi diri tapmışam". Qayıq gətirib Fəthi 
apardılar. Mütəvəkkil  əmr etdi üzgüçüyə verdiyi və'də  dərhal 
əməl etsinlər. Sonra vəziri çağırıb dedi: "Get xəzinəmə, orada nə 
varsa, yarısını payla yoxsullara". Sonra dedi: "Yemək gətiriniz, 
axı o, yeddi gündür acdır". Fəth dedi: "Ya Əmirəlmö'minin, mən 
toxam". 
Mütəvəkkil dedi: "Dəclənin suyundanmı toxsan?". 
Fəth dedi: "Yox, mən bu yeddi günü heç ac olmamışam, 
çünki hər gün üzərində iyirmi çörək olan bir tabaq su üzərində 
aşağı axırdı, mən  əlləşib ondan iki-üç dənəsini  ələ  gətirir, 
onlarla dolanırdım. Hər çörəyin üstünə yazılmışdı: "Məhəmməd 
ibn əl-Hüseyn əl-Əskaf". 
Mütəvəkkil  əmr etdi şəhərdə car çəksinlər və desinlər ki, 
Dəcləyə çörək atan kimdirsə, qorxmasın gəlsin, Əmirəlmö'minin 
ona yaxşılıq edəcəkdir. Belə  də car çəkdilər. Sabahısı gün bir 
kişi gəlib dedi. "Mənəm o adam". Mutəvəkkil dedi:"Sübut!". 
Kişi dedi: "Sübutum odur ki, hər çörəyin üzərində mənim adım 
yazılmışdır: "Məhəmməd ibn əl-Hüseyn  əl-Əskaf". Mütəvəkkil 
dedi: "Doğrudur. indi de görüm, nə vaxtdan sən Dəcləyə çörək 
atırsan?" Məhəmməd ibn əl-Hüseyn dedi: "Bir ildir". 
Mütəvəkkil soruşdu: "Nə üçün belə edirsən?". Kişi dedi; 
"Eşitmişdim deyirlər: yaxşılıq elə, at suya, bir gün gələr, xeyrini 
görərsən. Mənim  əlimdən başqa yaxşılıq gəlmirdi, elə bunu 
bacarırdım ki, onu da etdim və öz-özümə dedim: "görək xeyri 
nə olacaq". 
Mütəvəkkil dedi: "Eşitdiyini etdin, gördüyün işdə xeyir 
götürdün". Sonra Mütəvəkkil kişiyə Bağdadda bir malikanə  və 
beş parça kənd bağışladı. Kişi hamin malikanəyə köçüb, varlı-
sanlı oldu. Onun övladından hələ indi də Bağdadda yaşayanı 
var. 
Mən  əl-Qaim Bi-əmrillah
22
 dövründə  həccə getmişdim, 
yaradan mənə öz evini ziyarət etmək imkanı vermişdi, onun 
övladını gördüm və bu əhvalatı Bağdadın qocalarından və 
ağsaqqallarından eşitdim. 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
Deməli, nə qədər bacarırsansa yaxşılıq etməkdən əl çəkmə 
camaata özünü yaxşılıq edən adam kimi tanıtdır, elə ki 
tanıtdırdın, və'dəxilaf olma, dildə bir şey deyib, ürəyində başqa 
şey tutma ki, buğda göstərib arpa satanlara oxşamayasan. 
Bütün işlərdə  ədalətli ol, çünki özü ədalətli olanın qazıya 
ehtiyacı olmaz. 
Qəm və sevincini yalnız o adama de ki, qəminə qəmlənib, 
şadlığına  şadlansın, qəm və  şadlıqını adamlar içində büruzə 
vermə, hər yaxşı  və pis şey üçün tez şadlanıb tez kədərlənmə. 
Belə  iş  uşaqlara yaraşar. Çalış  hər xırda  şey üstündə özündən 
çıxma. Böyük adamlar hər doğru və yalan üstündə öz 
yerlərindən oynamazlar. 
Nəticəsi  şadlıq olan qəmi qəm, nəticəsi qəm olan şadlığı 
şadlıq hesab etmə. 
Ümidsizlik baş verdikdə ümidini itirmə, çünki ümidsizlik 
ümidlə, ümid ümidsizliklə bağlıdır. 
Dünyada bütün işlərin dəyişkən olduğunu bil. Nə qədər ki, 
sağsan haqqı inkar etmə. Kim səninlə höccətə başlasa susmaqla 
onu susdur, çünki axmaqların cavabı susmaqdır. 
Lakin heç kəsin əməyini itirmə, hər kəsə özünə layiq haqq 
qazandır. Xüsüsilə öz qohüm-qardaşının haqqını unutma 
bacardıqca onlara yaxşılıq elə, ailə  və tayfanızın qocalarının 
hörmətini saxla, Peyğəmbər (Allah ona xeyir-dua versin) 
demişdir: "Peyğəmbər öz ümməti arasında necədirsə, ağsaqqal 
da öz tayfası arasında elədir". Lakin onlara çox da valeh olma 
ki, məziyyətlərini görə bildiyin kimi, eyblərini də görə biləsən. 
Başqasından təhlükə gözləyirsənsə, tez çalış ki, müvafiq 
şəkildə öz təhlükəsizliyini tə'min edəsən. 
Təhlükə gözlədiyin adamdan "heç bir şey edə bilməz" deyə 
arxayın olma, "heç bir şey olmaz" deyə  zəhər içmək ağıllı  iş 
hesab edilə bilməz. 
Öz iste'dadınla qürrələnmə, dolanmaq üçün ağılsız və 
iste'dadsız olmaq lazımsa, ağılsız və iste'dadsız ol, belə olmaq 
lazım deyilsə, o zaman bir sənət öyrən, öyrənməkdən və yaxşı 
sözə qulaq asmaqdan ar etmə, beləliklə  sən arsızlıqdan 
qurtarmış olarsan. 
Yaxşı  və pisə fikir ver, insanların müsbət və  mənfi 
cəhətlərini öyrən, onların nədən və nə qədər xeyir götürüb ziyan 
çəkdiklərinə diqqət yetir və öz xeyrin üçün onlardan istifadə et. 
Bax gör, insanları zərərə yaxınlaşdıran nədir, ondan qaç və ona 
yaxınlaş ki, o, insanları xeyrə yaxınlaşdırır. 
50 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Bədənini elm və  sənət kəsb etməyə öyrət bilmədiyin  şeyi 
öyrənməyə çalış. Bunun sənə iki faydası olar: ya bildiyin şeyi 
təcrübədən keçirmiş olarsan, ya bilmədiyin şeyi öyrənərsən. 
Sokrat
23
 demişdir: "Bilikdən daha zəngin xəzinə, pis 
xasiyyətdən daha rəzil düşmən ola bilməz, bilikdən daha böyük 
izzət, həyadan daha qəşəng zinət ola bilməz" 
Deməli, oğlum, sən bilik yollarını tapmalısan, elə 
etməlisən ki, hansı  vəziyyətdə olursan ol, bir saatın belə elm 
öyrənmədən boş keçməsin; axı biliyi nadanlardan da öyrənmək 
olar. 
Əgər sən nadana qəlbinin gözü ilə baxıb, ağlının nəzəri ilə 
diqqət yetirsən onun xoşa gəlməz hərəkətlərini görərsən və 
bilərsən ki, nələri etmək lazım deyildir. İskəndər
24
 demişdir: 
"Mən xeyri yalnız dostlardan deyil, düşmənlərdən də götürürəm. 
Məndən çirkin bir xəta baş verdikdə, dostlar dostluq xatirinə 
onu ört-basdır edirlər ki, mən bilməyim, düşmənlər isə  əksinə, 
düşmənçilik üzündən açıb deyirlər, mən də ondan xəbərdar 
olub, hamin pis işi bir daha təkrar etmirəm. Deməli, mən bu 
xeyri dostdan deyil, düşməndən görmüş oluram". Sən də o biliyi 
alimdən deyil, cahildən öyrənmiş olarsan. 
Elm və sənət öyrənmək, istərsə böyük olsun, istərsə kiçik, 
hamıya vacibdir, çünki insan öz tay-tuşları arasında üstünlüyü 
yalnız elm və sənətə görə əldə edə bilər. Tay-tuşlarda olmayan 
bir iste'dadı insan özündə gördükdə, həmişə üstünlük hiss edir, 
camaat da onu bilik və iste'dadına müvafiq olaraq başqalarından 
üstün tutur. Ağıllı adamlar bilik və iste'dadlarına görə tay-
tuşlarından daha üstün tutulduqlarını gördükdə çalışarlar ki, öz 
bilik və iste'dadlarını daha kamil etsinlər. Deməli insan belə 
edərsə, az keçməz ki, o, hamıdan böyük olar. 
Bilik  əldə etmək tay-tuş üzərində üstünlük əldə etməkdir, 
elm və sənətdən əl çəkmək isə geriliklə razılaşmaq deməkdir. 
Bilik  əldə edib sənət öyrənmək, bədəni tənbəllik 
xəstəliyinə tutmağa qoymamaq çox faydalıdır. Deyiblər ki, 
tənbəllik bədən üçün fəsaddır. Bədən sənin sözünə baxmırsa, 
ayıq ol, buna yol vermə, bil ki, bədən tənbəllik və rahatlığı 
sevdiyindən sənin sözünə baxmır. Bədənimizin hərəkəti təbii və 
özbaşına olmadığından və  bədən istədiyi kimi deyil, əmr 
edildiyi kimi hərəkət etdiyindən, nə  qədər ki, sən  əmr 
etməmisən, heç vaxt sənin bədənin işləməyi arzu etməyəcəkdir. 
Deməli, sən bədənini sözə qulaq asmağa və  sənə tabe olmağa 
zorla məcbur etməlisən, çünki öz bədənini sözə baxmağa vadar 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə