Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə11/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

 
 
Zəkata gəldikdə isə, demək lazımdır ki, onu ildə bir dəfə 
vermək məcburidir. Sədəqə  məcburi olmasa da, lakin 
alicənablıq və insanpərvərlikdir, bacardığın qədər ver və xəsislik 
etmə, çünki sədəqə verənlər həmişə Allahın himayasi altında, 
əmin-amanlıqda olarlar, Allahın himayəsini isə həmişə qənimət 
hesab etmək lazımdır.  
Amandır, oğlum, ürəyində Zəkat və həcc haqqında şəkk və 
şübhələrə yol vermə, onları boş  şey hesab edib demə ki, 
"qaçmaq, lüt olmaq, dırnağı tutmayıb, saçı vurdurmamaq nəyə 
lazımdır? Hər iyirmi dinardan nə üçün yarım dinar verim, Zəkat 
nə üçündür, qoyun və dəvədən də Zəkat olarmı, qoyunu nə üçün 
qurban kəsirlər?" 
Belə hikmətlərdə ürəyini təmiz saxla. Elə güman etmə ki, 
sən bilmədiyin şeydə xeyir ola bilməz onun xeyrini biz bilməyə 
də bilərik, sən Allahın buyruqlarını yerinə yetir, "niyə belə 
olur", "nə üçün belə edirlər"lə işin olmasın. 
Elə ki, bu əmrləri yerinə yetirdin, ondan sonra bilməlisən 
ki, ata-anaya hörmət də o böyük və izzətli Allahın 
əmrlərindəndir. 
 
 
 
 
 
 
 
Beşinci fəsil  
ATA VƏ ANAYA HÖRMƏT HAQQINDA 
Ey oğul, bil ki, bizi yaradan (onun cəlalı böyük olsun) 
dünyanı abad saxlamaq üçün nəslin artıb törəməsini lazım bildi 
və heyvani şəhvəti buna səbəb etdi. Deməli, sağlam düşüncəyə 
görə, övlad (öz səbəbinə) hörmət etməli və öz əsil-zatına 
ehtiram qoymalıdır, onun əsil-zatı isə ata və anadır. 
Demə ki: "ata-anamın mənim üzərimdə  nə haqqı vardır, 
onların məqsədi öz şəhvətlərini söndürmək olub, mən 
olmamışam". Məqsədləri şəhvəti söndürmək olsa da, onlar sənin 
yolunda ölümə də getməyə hazır olarlar, bu isə şəhvətdən daha 
üstündür. 
Ana və ataya ən azı ona görə hörmət etmək lazımdır ki, 
onların hər ikisi səninlə yaradan arasında vasitədir. Deməli, sən 
44 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
özünə  və yaradanına hörmət etdiyin qədər, öz vasitələrinə  də 
hörmət etməlisən. Ağlı başında olan hər övlad heç vaxt ata və 
ana haqqını unutmaz. Allah-taala öz Kitabi-məcidində belə 
deyir: "İtaət ediniz Allaha, itaət ediniz peyğəmbərə  və öz 
amirlərinizə"
12
. Bu ayəni bir neçə cür təfsir etmişlər. Onlardan 
birində belə oxumuşam ki, "amirlər" ana və atadır, çünki ərəb 
dilində  "əmr" sözünün iki mə'nası vardır: iş  və  əmr. Amir ona 
deyərlər ki, həm ixtiyarı olsun, həm iqtidarı. Ata və ananda isə 
həm iqtidar var, həm ixtiyar. İqtidar- yedirdib bəsləmək, ixtiyar-
yaxşı şeylər öyrətməkdir. 
Ehtiyatlı ol, ey oğul, ata və ananın qəlbini incitmə, onların 
ürəyinə toxunma, çünki yaradan ana və atanı incidənə ağır cəza 
verir. Allah-taala deyir: "Onlara tfu demə, onları incitmə, onlara 
xoş söz lər de!". 
Əli Əmirəlmö'mindən (Allah ondan razı olsun) soruşdular 
ki, ana və atanın haqqı  nə  qədər olar? Dedi: "Onun nə  qədər 
olduğunu Allah-taala peyğəmbər əleyhissəlamın ana və atasının 
ölümündə göstərmişdir. Çünki onlar peyğəmbər əleyhissəlamın 
peyğəmbərlik dövrünə  qədər yaşasaydılar, peyğəmbər onları 
hamıdan şərəfli tutmağı vacib bilərdi, bu da onun dediyi: "Mən 
Adəm övladının  ən  şərəflisiyəm və bunda qürurum yoxdur"
13
 
sözü səhv görünərdi. 
Deməli, ana və atanın haqqını dini cəhətdən qəbul etməsən, 
ağıl və insanlıq nöqteyi-nəzərindən qəbul etməlisən. Ana və ata 
sənin  əsl böyüdənin və  tərbiyə verənindir, sən onların haqqını 
ödəməkdə kahıllıq göstərsən, bu ona dəlalət edər ki, sən heç bir 
yaxşılığa layiq deyilsən. Çünki aşkar xeyirxahlığın qədrini 
bilməyən adam dolayı xeyirxahlığın qədrini haradan bilər? 
Qədir bilməyən adama yaxşılıq etmək nadanlıqdır. Sən də 
nadanlıq adını qazanmağa çalışma. Öz övladının sənə qarşı neçə 
olmalarını arzulayırsansa, sən də öz ata və anana qarşı elə ol! 
Sən səni doğanla necə  rəftar edibsənsə, səndən doğulan da 
səninlə elə rəftar edəcəkdir. Övlad meyvəyə bənzər, ana-ata isə 
ağaca. Ağaca nə qədər çox xidmət etsən, o qədər onun meyvəsi 
yaxşı  və gözəl olar, ata-anaya da nə  qədər cox hörmət edib 
onlardan utansan, o qədər də onların sənin haqqındakı duaları 
tez müstəcab olar, sən həm Allah yanında, həm valideynin 
yanında üzü ağ olarsan. 
Amandır, miras xatirinə ana və atanın ölümünü arzulama. 
Ata-anan ölməsə  də, sənin ruzin yetişəcəkdir, çünki Hər kəsin 
qisməti özünə çatacaqdır. Artıq ruzi əldə etmək üçün özünü çox 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
da ora-bura vurma, ora-bura soxulmaqla ruzi artmaz, ona görə 
deyiblər: "Zəhmət çəkməklə yaşa, özünə  əziyyət verməklə 
yaşama!". 
 Ruzi  haqqında həmişə Allahdan razı qalmaq istəyirsənsə 
halı səninkilərdən yaxşı olanlara deyil, pis olanlara bax. 
Mal-dövlət cəhətdən yoxsul olsan, çalış  ağıl və kamalca 
dövlətli ol, çünki ağıl-kamal zənginliyi var-mal dövlətliliyindən 
daha yaxşıdır. Ağıl ilə dövlət  əldə etmək olar, dövlətlə  ağıl 
qazanmaq isə olmaz. Cahil adam tez yoxsullaşa bilər, lakin ağlı 
oğru apara bilməz, su və od məhv edə bilməz. 
Beləliklə, əgər ağlın varsa, sənət öyrən, çünki biliksiz ağıl 
paltarsız bədən, simasız adam kimidir. Yaxşı deyiblər: "bilik 
ağlın aynasıdır. 
 
 
 
 
 
 
 
Altıncı fəsil 
TƏVAZÖ VƏ BİLİYİN ARTIRILMASI HAQQINDA 
Oğul, bil və agah ol ki, sənəti olmayan adamlar gövdəsi 
olub gölgəsi olmayan Muğilan
14
 ağacı kimi faydasız olarlar, nə 
özlərinə xeyir verərlər, nə başqalarına.  Əsil-nəsəbli adamlar 
sənət və hünər sahibi olmasalar da, əsil-nəsəblərinə görə 
başqalarının yanında hörmətdən məhrum olmazlar. Pisi odur ki, 
nə cövhərin ola, nə hünərin! Lakin əsil-nəsəbli olanda çalış 
özünün müəyyən sənət və  şöhrətin də olsun, çünki özünün 
şöhrəti olmaq əsil-nəsəb şöhrətindən daha yaxşıdır. Deyiblər ki, 
"Ləyaqət  əql və  ədəbdədir,  əsil-nəsəbdə, deyildir!". Böyüklük 
mə'rifət və bilikdədir, haralı və kimlərdən olmaqda deyildir. Bil 
ki, sən ata və ananın şan-şöhrəti ilə kifayətlənməməlisən, çünki 
o, xarici bəzəkdir. Əsil ad-san ona deyərlər ki, onu öz iste'dad və 
bacarığınla  əldə etmiş olasan, bu zaman səni "Zeyd", "Cəfər", 
"əmi", dayı"  əvəzinə "müəllim", "alim", -"fəqih"
15
, "həkim" 
çağırarlar. Əgər  əsil-nəsəbi olan adamın öz bacarıq və ləyaqəti 
yoxsa, o heç kəsin işinə yaramaz. Lakin bir adamda hər iki 
46 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
xüsusiyyət olsa, ondan bərk yapış əldən buraxma ki, o, hamının 
işinə yarayar. 
Onu da bil ki, bütün sənətlər içində  ən gözəl sənət 
danışmağı bacarmaqdır. Böyük yaradan (cəlalı artıq olsun) 
insanı bütün məxluqatın  ən  şərəflisi yaratmış  və onu on 
xüsusiyyətə görə
16
 (beşi bədənin daxilində, beşi xaricində), 
başqa canlılardan üstün yapatmışlır. 
Daxildə olan beş xüsusiyyət: təfəkkür, hafizə, təxəyyül
təsəvvür və danışıqdır, xarici beş xüsusiyyət: eşitmə, görmə, 
qoxu bilmə, toxunma və dad bilmə xüsusiyyətidir
17

Bu xüsusiyyətlərdən heyvanlarda olanları insanlardakı 
kimi deyil, ayrı cürdür. Buna görə  də insan başqa heyvanlara 
üstün gəlmiş və onların üzərində hökmranlıq əldə etmişdir. 
İndi ki, bunu bildin, gərək sən dilini gözəl danışmağa və 
yaxşı  şeylər söyləməyə öyrədəsən, yaxşıdan başqa heç bir şey 
deməyə adət etdirməyəsən, çünki dilə nə öyrədibsən, nəyə adət 
etdiribsənsə həmişə onu da deyəcəkdir. Odur ki, deyiblər: "dili 
xoş olanın havadarı çox olar".  
Nə  sənətin sahibi olursan ol, ancaq sözü yerində deməyi 
bil, çünki yersiz deyilən söz nə qədər gözəl olsa, yenə də çirkin 
görünər. Faydasız sözlərdən qaç,çünki faydasız sözlərdən 
həmişə ziyan gələr. Yalan iyi verən və hikmət  ətri saçmayan 
sözlər deyilməsə, daha yaxşıdır. Müdrik adamlar sözü şəraba 
oxşatmışlar o, həm məst edər, həm məsti ayıldar
18

Dindirilməmiş danışma, xahiş edilməmiş məsləhət verib nəsihət 
etmə, xüsusilə  nəsihətə qulaq asmayana, elə adam axırda özü 
yıxılar. Camaat içində heç kəsə  nəsihət etmə. Deyiblər ki: 
"adamlar içərisində. nəsihət məzəmmətə  bərabərdir". Çoxdan 
yolunu azmışları düzəltmək fikrinə düşmə, bacarmazsan. Əyri 
bitmiş,qol-budaq atmış  və yüksəlmiş  ağacı  kəsib yonmayınca 
düzəltmək olmaz. Söz deməkdə  xəsislik etmədiyin kimi, 
imkanın olsa, mal verməkdə  də  xəsislik etmə,çünki adamlar 
sözə nisbətən mala daha çox şirnikərlər. Pis ad qazanmış 
yerlərdən uzaq gəz, bədxah dostdan və pis yola çəkən yoldaşdan 
qıraq qaç, özün haqqında səhvə yol vermə, elə yerə get ki, səni 
axtarsalar və orada tapsalar rusvay olmayasan. Malını elə yerə 
qoy ki,istəyəndə tapa biləsən
19

Xalqın qəm və  kədərinə gülmə ki, xalq da sənin qəm və 
kədərinə gülməsin, ədalətli ol ki, ədalət görəsən, xoş de ki, xoş 
eşidəsən. Şoranlıqda toxum əkmə ki, bar verməz, əməyin hədərə 
gedər, yə'ni namərd adama yaxşılıq etmək  şoranlığa toxum 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə