Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə8/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

 
 
"Qabusnamə" dünyanın bir çox dillərinə  tərcümə 
edilmişdir, o cümlədən türk, fransız, alman və rus dillərinə 
tərcümələri vardır. Rus dilində kitabın 2-ci nəşri 1958-ci ildə Y. 
E. Bertels tərəfindən böyük müqəddimə  və geniş izahla 
buraxılmışdır. Fars dilində on dəfəyə qədər çap edilmişdir
1

"Qabusnamə" ilk dəfə olaraq Azərbaycan dilinə  tərcümə 
edilir. Tərcümə üçün Səid Nəfisinin 
1312
 
-
ci  şəmsidə çap 
etdirdiyi 
»
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ
«
-si əsas qəbul olunmuş və Rzaqulu 
xan Hidayətin nəşr etdirdiyi "Qabusnamə" ilə müqayisə 
edilmişdir. Müxtəlif nəşrlərdəki nusxə  fərqlərini, ziddiyyətləri, 
ixtilafları aydınlaşdırmaq üçün Y. E. Bertelsin tərcüməsinin 
1958-ci il çapından istifadə edilmişdir. S. Nəfisi Rzaqulu xan 
hidayət və Y. E. Bertelsdə olan fərqlər və bizim tərcümədə 
qəbul olunmuş variant azərbaycanca tərcümədə ya səhifənin 
haşiyəsində göstərilmiş, ya sonda verdiyimiz şərh, izahat və 
qeydlərdə müqayisə edilmişdir. 
Ümid edirik ki, ilk dəfə olaraq Azərbaycan oxucularına 
təqdim edilən "Qabusnamə" ümumun hüsnirəğbətini qazanacaq 
və bu, onun hazırlanmasına sərf edilmiş  əmək üçün ən yaxşı 
mükafat olacaqdır. 
 
 
 
 
 
 
 
 
                       
 
 
 
 
 
 
 
1
 
Няшри  вя  чапы  щаггында  бах:  а)  А.  К  р  ы  м  с  к  и. 
Эюстярилян "сяри, сящ. 536-538;           б) Е. Э. Б е р т е л ь 
с, Кабус-намэ, сящ. 5.
 
 
32 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MÜQƏDDİMƏ 
...Bu kitabı  tərtib edən  əmir Ünsürülməali Keykavus ibn 
İskəndər ibn Qabus ibn -Vəşmgir ibn Ziyar
1
, Mövla 
əmirəlmö'minin öz oğlu Gilanşaha belə deyir: 
"Ey oğul, bil və agah ol ki, mən artıq qocalmışam, qocalıq 
və  zəiflik məni  əldən salmışdır. Saçsaqqalıma çəkilmiş  ağ 
xətlərin ölüm fərmanı olduğunu görurəm və heç kəs bu fərmanı 
pozacaq qüdrətə malik deyildir. 
Ey oğul, öz adımı bu dünyadan köçənlər siyahısında 
gördükdə belə  qərara gəldim ki, köç naməsi mənə çatmamış, 
mən sənə bir namə yazım, orada dünyanın yaxşı və pis işlərini, 
dövranın düz və gəc gərdişini təsvir edim, fürsət əldən getməmiş 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
yaxşı bir ad qoyum. Ata məhəbbəti naminə qoy o sənə yar olsun 
[atadan oğula yadigar olsun). 
Ey oğul, zəmanə səni yumşaltmamış, sən öz ağlının gözləri 
ilə  mənim sözlərimi oxu və ona əməl et, onda sən xoşbəxt 
olarsan, hər iki dünyada (həm sağlıqda, həm öldükdən sonra) 
yaxşı ad qazanarsan. Amandır, sən çalış bu kitabda deyilənlərə 
qulaq as. O zaman mən atalıq borcumu yerinə yetirmiş olaram. 
Əgər sən mənim dediklərimdən yaxşı fayda götürə bil-məsən, 
başqa adamlar da var ki, onlar yaxşı sözləri eşidib, ona əməl 
etməyi qənimət sayırlar. 
Hərçənd zəmanə belə  gətirib ki, heç bir övlad öz atasının 
nəsihətinə qulaq asmır, gənclərin qəlbində elə bir qəflət atəşi var 
ki, onlar qocalardan daha çox bildiklərini güman edirlər. Mən 
bunları bilsəm də, atalıq məhəbbəti məni susmağa qoymur. 
Odur ki, xoşuma gələn, təbiətimə uyğun olan sözləri toplayaraq 
fəsillərə ayırdım, daha qısa və layiq olanları bu kitaba 
köçürdum.  Əgər  əməl etsən daha gözəl, etməsən mən atalıq 
vəzifəsini yerinə yetirmiş olaram. Deyiblər: "Məsləhətçinin 
vəzifəsi deməkdir, qulaq asmasalar, inciməyinə dəyməz". 
Ey oğul, bil, insanların fitrətində elə bir xüsusiyyət vardır 
ki, onlar dünyada əldə etdiklərini həmişə ən əziz adamları üçün 
qoyub getməyə çalışarlar. Bu dünyada mənim  əldə etdiyim bu 
sözlərdir,  ən  əziz adamım isə  sənsən.  İndi köçməyə 
hazırlaşarkən,  əldə etdiklərimi sənə yadigar qoymaq istəyirəm. 
İstəyirəm, sən onları oxuyub xüdpəsəndliyə yol verməyəsən, 
yaramaz işlərdən çəkinəsən, elə yaşayasan ki, o sənin pak 
əcdadlarının adına layiq olsun. 
Ey oğul, bilməlisən ki, sənin valideynlərinin tayfası böyuk 
və əsil-nəcabətli hökmdarlardır. Baban Şəmsülməali Qabus ibn 
Vəşmgirdir. Nəsli Gilan şahlarından olan Keyxosrov
2
 və Əbul-
Müəyyəd
3
 övladlarının xanədanındandır. Firdövsi onların 
tərcümeyi-halını öz "Şahnamə"sində  təsvir etmişdir, Gilan 
şahlığı  sənin babalarına ondan yadigar qalmışdır. Sənin nənən, 
mənim anam "Mərzbannamə"  əsərinin müəllifi  şahzadə 
Mərzban ibn Rüstəm ibn Şərvinin
4
  qızı idi. Onun on uçüncü 
babası  Ənuşirəvan
5
 Adil padşahın qardaşı Kavus ibn Qubad
6
 
idi, Sənin anan Məlik qazı Soltan Mahmud Nasirəddinin qızı 
idi
7
. Mənim nənəm deyləmilər hökmdarı Firuzanın
8
 qızı idi. 
Ey oğul, ağıllı ol, öz əcdadının qədrini bil, nanəcibliyə yol 
vermə. Hərçənd mən səndə yaxşılıq  əlamətləri və xoşbəxtlik 
nişanələri görürəm, lakin bu sözləri təkrar etməyi lazım bilirəm: 
34 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
ey oğul, bil və agah ol, mənim getməyim yaxındır, sənin də 
mənim dalımca gəlməyin o qədər uzaq deyildir. Ona görə  nə 
qədər ki, sağsan, gərək iş görüb fəaliyyət göstərəsən, bəlkə, 
beləliklə.  əbədilik qazanasan. Əbədilik müvəqqətilikdən 
ustundur.  Əbədiliyi isə yalnız bu dünyada qazanmaq olar. Bu 
dünya tarla kimi bir şeydir, yaxşıdan-pisdən nə  əksən onu da 
biçəcəksən.  Əbədilik sarayının binövrəsi müvəqqəti olan bu 
dünyada qoyulmalıdır. Yaxşı adamlar bu dünyada aslan təbiətli 
olarlar, pis adamlar isə it təbiətli. İt tapdığı şeyi oradaca yeyər, 
aslan isə ovladığını başqa yerdə. Bu dünya bir ovlaqdır, sən isə 
ovçu, sənin ovun da yaxşı əməllərin. Çalış indi yaxşılıq elə ki, 
son ra xeyrini görəsən... 
Ey oğul, onu da bil ki, bu nəsihətnaməni, bu qiymətli kitabı 
mən qırx dörd fəsildən ibarət yazdım 
Ümid edirəm ki, bu kitab onu yazana, oxuyana, köçürənə 
və dinləyənə xoşbəxtlik gətirəcəkdir. 
 
 
 
 
Birinci fəsil 
ALLAhI DƏRK ETMƏK YOLU HAQQINDA 
Ey oğul, bil və agah ol ki, dünyada olan, olmayan və ola 
bilən hər nə varsa, hamısını olduğu kimi adam dərk edə biləndir, 
yalnız o böyük yaradandan başqa. Onu dərk etməyə yol yoxdur, 
ondan savay nə varsa, hamısı  dərk edilə bilər. Sən yalnız o 
zaman haqq-taalanı dərk edə bilərsən ki, özün dərketməz olasan. 
Dərk edilən naxış, dərk edən isə  nəqqaş kimi bir şeydir, 
əgər maddə naxış  qəbul etmirsə, heç bir nəqqaş onun üzərinə 
naxış vurmağı bacarmaz. Görmürsənmi, mum daşa nisbətən 
daha tez naxış  qəbul edən olduğundan ondan möhrə 
hazırlayırlar, daşdan isə hazırlamırlar. Deməli, dərk edilmiş hər 
bir  şeydə bir dərkolunma xüsusiyyəti var və o, yaradanın nəyə 
qabil olduğunu göstərir. Ona görə  sən özünə bax, yaradana 
baxma. Sən yaradılmışa diqqət et ki, yaradanı  əql ilə  dərk edə 
biləsən. Ayıq ol, vaxtı  əldən verməyəsən, çünki vaxt keçicidir, 
keçici şeyin isə əvvəli və sonu olar. 
Bağlı gördüyün bu dünyanın bağlılığına heyran olma və 
güman etmə ki, bu bağ  həmişə açılmamış qalacaqdır. Sən 
yaradanın yaxşılıqları  və ne'mətləri haqqında fikirləş, özü 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə