Microsoft Word Qabusname doc


راﻮﮕﺷﻮﺧ  ﯽﻣ  و  دور  و  دوﺮﺳ  و  ﺮﻌﺷ



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə5/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   2   3   4   5   6   7   8   9   ...   53

 
 
 راﻮﮕﺷﻮﺧ  ﯽﻣ  و  دور  و  دوﺮﺳ  و  ﺮﻌﺷ
ار
  
 و  زﻮﻳ    و  ﻪﮔ  ﺪﻴﺻ  و  دﺮﻧ  و  ﺞﻧﺮﻄﺷ
ر زﺎﺑ
ا
 
 
 و  مزر  و  ﻪﮔ  رﺎﺑ  و  ﯼﻮﮔ  و  ناﺪﻴﻣ
 ار مﺰﺑ
 
 
حﻼﺳ و ﺐﺳا
 
و
ار زﺎﻤﻧ و ﺎﻋد و دﻮﺟ
 
Bu şe'r bir sıra dəyişikliklə Səid Nəfisidə belə verilmişdir:
1
 
زﺎﻴﻧ ﺎﻳ ﺖﺳزﺁ ﺮﺳاﺮﺳ نﺎﻬﺟ رﺎﮐ
 
 
ار زﺎﻴﻧ و زﺁ مرﺎﻴﻧ لد ﺶﻴﺑ ﻦﻣ
 
 
  ﻦﻣ
ﺸه
 ﻩﺪﻳﺰﮔ  ﺮﺑ  نﺎﻬﺟ  ز  ار  ﺰﻴﭼ  ﺖ
ما
  
ار زارد ﺮﻤﻋ مراﺬﮔ ناﺪﺑ ﻢه ﺎﺗ
 
 
ﺪﻴﻣ
 و  مزر  و  ﻪﮔ  رﺎﺑ  و  ﯼﻮﮔ  و  نا
 ار مﺰﺑ
 
 
ار زﺎﻤﻧ و ﺎﻋد و دﻮﺟو حﻼﺳ و ﺐﺳا
  
 راﻮﮕﺷﻮﺧ  ﯽﻣ  و  دور  و  دوﺮﺳ  و  ﺮﻌﺷ
ار
  
 و زﻮﻳ  و ﮓﺳ و ﺪﻴﺻ و دﺮﻧ و ﺞﻧﺮﻄﺷ
ار زﺎﺑ
 
hər iki şe'rdən göründüyü kimi, onlar arasında müəyyən 
fərqlər vardır. İkinci misrada Y. Bertelsdə
 
 
مرﺎﻴﺑ
 
olduğu halda, S. Nəfisidə düz olaraq 
مرﺎﻴﻧ
 -dir. 
Y. E. Bertels də bu sözün məhz "nəyaram" oxunmasının 
doğru olacağını  həmin  şe'rin aşağısında göstərir. Lakin mətnin 
özündə təshih etmir. Üçüncü misrada 
Y. Bertelsdə 
ﺖﺴﻴﺑ
 yazıldığı halda.S.Nəfisidə 
ﺸه

 
yazılmışdır. Biz Y. Bertelsdəki variantın düz olduğunu qəbul 
                       
 
 
 
 
 
 
 
1
 
 ناﺮﻬﻃ ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ ﺐﺨﺘﻨﻣ ﯽﺴﻴﻔﻧ ﺪﺒﻌﺳ
1320
 
ص زﺎﻏﺁ ﺮﺳ
14
 
20 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
edirik. Y. Bertelsdə  və S. Nəfisidə son iki beyt yerlərini 
dəyişmişdir. 
Bundan  əlavə 
ﺞﻧﺮﻄﺷ
 sözü ilə başlayan misra bir-
birindən fərqlidir. Bizim fikrimizə görə S. Nəfisidəki doğrudur. 
Y. E. Bertelsin səhifənin aşağısındakı qeydi məhz həmin 
misranın düz olmaması  nəticəsində meydana çıxmışdır. Y. E. 
Bertels 17-ci qeyddə yazır ki, "saydıqda on doqquz çıxır". 
Y. Bertelsin gətirdiyi  şe'rin 
ﺞﻧﺮﻄﺷ
 -lə başlayan 
misrasında 
ﮓﺳ
 olmadığından və onun əvəzinə vəzn pozulmasın 
deyə 
ﻪﮔ
 yazıldığından (yə'ni 
 ﮓﺳ و ﺪﻴﺻ
 əvəzinə 
 ﺪﻴﺻ
 ﻪﮔ
 yazıldığından) belə olmuşdur. Bütün bu təshihləri nəzərə 
alaraq həmin şe'rin sətri tərcüməsini aşağıdakı kimi veririk: 
 
Dünyanın işi başdan ayağa az və niyazdır, 
Mən isə az və niyazı ürəyimə də gətirmirəm. 
Mən dünyada iyirmi şeyi seçmişəm, 
Uzun ömrü bu iyirmi şeylə də keçirəcəyəm: 
Şe'r, nəğmə, musiqi, ləzzətli şərab, 
Şahmat, nərd, ov, it, qaplan və şahin, 
Meydan, top, şah sarayı, döyüş və kef məclisi, 
At, silah, səxavət, dua və namaz. 
 
Bundan əlavə, Qabusun farsca yazılmış daha bir neçə rübai 
və qit'əsi vardır. 
Qabus, yuxarıda deyildiyi kimi, özü ərəbcə, farsca gözəl 
yazmaqla bərabər, sarayını elm, mədəniyyət ocağına çevirməyə 
çalışmış  və əsrinin bir çox böyuk alimlərini öz himayəsi altına 
almışdır. 
Öz dövrünün ən məşhur astronom və tarixçisi olan Əl-
Biruni (973-1048) Qabusa hörmət bəsləmiş  və özünün "Şərq 
xalqlarının xronologiyası əsərində bunu açıq yazmışdır. 
Dövrünün  ən böyük ensiklopedisti hesab edilən  İbn-Sina 
zorla Qəznəvilər sarayına göndərilərkən Xarəzmdən qaçdıqda 
məhz Qabusun yanına gəlməyi qət etmiş, onun tərəfindən 
hörmətlə qarşılanmış  və Qabus taxtdan salınana qədər onun 
sarayında olmuşdur. Qabusun sarayında özünə sığınacaq tapmış 
alimlər içərisində  məşhur tarixçi-filoloq Sə'lib Nişaburi (961—
1038), Xosrovi, Qumri Gürgani və başqaları olmuşdur. Bütün 
bunlarla birlikdə, Qabus öz sarayında muzdlu məddah şairlərin 
toplanmasına sə'y etməmiş,  Əl-Biruninin yazdığına görə, belə 
şairlərin yazdıqları  tərifnamələri və  mədhnamələri qeyri-
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
səmimi, saxta adlandırmışdır
1
. Lakin Qabusun özünün şe'r 
yazmasına, alimləri himayə etməsinə baxmayaraq, o, rəiyyətə 
qarşı çox qəddar olmuş, özünə yaxın adamların  ən balaca 
günahlarını belə bağışlamayıb onlara ən ağır cəza vermişdir. 
Həmin zülmkarlığın nəticəsində saray adamları  əlbir olaraq 
onun oğlu Mənuçehr Fələkül məalini atasını  həbs etməyə 
məcbur etmiş, sonra isə Cənaşək qalasında öldürmüşlər. 
Bu əhvalatı Keykavus da öz "Qabusnamə"sində belə tesvir 
etmişdir: 
"Mənim babam Şəmsülməali haqqında nağıl edirlər ki, o 
çox qəddar adam imiş və heç kəsi bağışlamazmış. Çox pis adam 
imiş, pisliyindən qoşun ondan nifrət edirmiş. Onlar mənim 
əmim Fələkülməali ilə əlbir olurlar. O, məcburiyyət üzündən öz 
atasını həbs edir, çünki ordu ona demişdi: "Sən bu işdə bizimlə 
bir olmasan biz bu şahlığı özgələrə verəcəyik.  Şahlığın öz 
xanədanının  əlindən çıxacağını gördükdə, zərurət üzündən, 
şahlıq xatirinə bu işi elədi". 
Atasını  həbs etdirdikdən sonra onun yerinə keçən 
Fələkülməali Mənuçehr də (1012-1039) o zaman şair və alimləri 
öz sarayına cəlb etmək  ən'ənəsini davam etdirir. Məşhur  şair 
Əbu  əl-Məali Mənuçehrin sarayında olmuş  və öz təxəllüsünü 
onun şərəfinə olaraq Mənuçehri götürmüşdür. Mənuçehr özünə 
möhkəm dayaq tapmaq məqsədi ilə (1014-cü ildən sonra) Soltan 
Mahmudun qızını alır. Beləliklə,  əvvəllər Sasanilərə arxalanan 
Ziyarilər indi də Qəznəvilərə ümid bəsləyir. Lakin Qəznəvilərlə 
qohumluq Ziyarilər xanədanını 
məğlubiyyət və 
məhrumiyyətlərdən xilas edə bilmir. 
Feodalizm cəmiyyətində hökmranlıq edən zorakılıq, daxili 
çarpışmalar, yadelli basqınlar tezliklə Ziyarilər xanədanına son 
qoyur. Soltan Mahmud sağ olduğu müddətdə Ziyarilərə 
toxunmur,  əksinə, kürəkəni olan Mənuçehr və onun yaxın 
adamlarından öz qəsbkarlıq və  zəbtkarlıq məqsədləri üçün 
Hindistana və başqa ölkələrə yürüşlərdə istifadə edir. 
                       
 
 
 
 
 
 
 
1
 
Бах: Е. Э. Бертельс. "Кабус-намэ, М., 1958, сящ, 21-22.
 
22 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
1039-cu ildə  Mənuçehr ölür, onun yerinə  Ənuşirəvan 
Şərəfülməali oturur və ölkəni öz qardaşı Dara və bəlkə də əmisi, 
yə'ni "Qabusnamə" kitabının müəllifinin atası  İskəndərlə 
birlikdə idarə etməyə başlayır. 
1030-cu ildə Soltan Mahmud ölür, onun yerinə oğlu Soltan 
Məs'ud keçir və  dərhal, xarici əzəmət və  həşəmətinə 
baxmayaraq, Qəznəvilər dövlətinin daxilən zəiflədiyi, çürüdüyü 
bütün bəxyələr üzrə dağılmağa hazır olduğu meydana çıxır. 
Hələ  uşaqlıqdan  əyyaşlıq və rüşvətxorluğa öyrənmiş  Məs'udun 
sərkərdəlik bacarıqsızlığı, ölkəni dolandırmağa layiq olmadığı 
özünü büruzə verir. Onsuz da hədsiz müharibə  və  ağır 
vergilərdən təngə gəlmiş rəiyyət artıq yeni zülm və ədalətsizliyə 
dözə bilmir, ağalarının qudurğanlığını görən yerli feodallar isə 
daha həyasızlaşır və camaata verdikləri  əzab və  əziyyəti, 
soyğunçuluğu qat-qat artırırlar. 
 XI  əsr tarixçisi Beyhəqi öz tarix kitabında belə 
feodallardan biri olan Xorasan əmiri  Əbulfəzl Surini belə 
xarakterizə edir:  
"Suri çox qəddar və azğın bir adam idi. O, Xorasanda əl-
qol açdıqdan sonra bütün ə'yan-əşrafı öldürüb, hədsiz miqdarda 
pul zəbt etdi. Onun zülmü zəif yoxsulların da axırına çıxmışdı. 
Saray məmurla rına və əmirə (Soltan Məs'ud nəzərdə tutulur.-R. 
S.) çox qiymətli hədiyyələr göndərməklə sonuncunun tam 
e'timadını qazanmışdı, buna görə arası kəsilmədən ondan edilən 
şikayətlər heç bir nəticə vermirdi. Əmir (Soltan Məs'ud.-R. S.) 
onun (Surinin. R. S.) əleyhinə deyilən heç bir sözə qulaq asmır 
və aldığı bəxşişləri onun öz artıq malı hesab edirdi"
1

Demək lazımdır ki, başqa vilayətlərin vəziyyəti heç də 
bundan yaxşı deyildi. Həmin məsələyə toxunaraq "Qabusnamə" 
muəllifi yazır: 
"H e k a y ə t. Bil, ey oğul, Məs'ud şahlıq taxtına oturduqda 
şücaət və  mərdanəlik xülyasına duşdü. Ölkə dolandırmaq 
                       
 
 
 
 
 
 
 
1
 
История Ирана с древнейших времен до конца 18 века, М., 1958, сящ., 145-146.
 
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə