Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə10/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

 
 
Amandır, oğlum, dünyada boş  şeylərə könül vermə  və 
demə ki, namazı qılmamaq da olar. Əgər sən namazı din xatirinə 
qılmaq istəməsən, heç olmazsa sağlam düşüncə  əsasında qıl. 
Bilməlisən ki, deyilənlərə görə, namazın bir neçə faydası vardır: 
birincisi, beş dəfə vacib namaz qılan adamın həmişə bədəni və 
paltarı  təmiz olar, təmizlik isə, hər halda, natəmizlikdən 
yaxşıdır; ikincisi, o, təkəbbür və qeybətdən uzaq olar, çünki 
namazın  əsasını  təvazökarlıq təşkil edir, təbiətini təvazökarlığa 
alışdırsan, bədən də  təvazö'karlığa adət edər. Bütün ağıllı 
adamlara mə'lumdur ki, kim kimin tayı olmaq istəyirsə, mütləq 
gedib ona qoşulmalıdır. Xoşbəxt və varlı olmaq istəyənlər 
varlılara uyğunlaşmalı, bədbəxt olmaq istəyənlər isə 
bədbəxtlərlə durub oturmalıdır Bütün ağıllı adamların fikrinə 
görə, islam dinindən qüvvətli heç bir dövlət, onun əmrindən 
qüdrətli heç bir qüvvət yoxdur. Deməli, əgər sən əbədi dövlət və 
ne'mət sahibi olmaq istəyirsənsə, dövlət sahibləri ilə yaxınlıq 
etməyə çalış  və  həmişə onların  əmrlərini yerinə yetir, onların 
əksinə getmə ki, bədbəxt və günahkar olmayasan. 
Amandır, ey oğul, namazı ələ salma, onun rük'ətlərinin və 
səcdələrinin natamamlığına istehza etmə, bu nə dinə yaraşar, nə 
dünyaya. 
Ey oğul, onu da bilməlisən ki, oruc ildə bir dəfə edilən 
itaətdir, onu yerinə yetirməmək insafsızlıq olar. Ağıllı adamlar 
belə bir şeyi özlərinə rəva görməzler, gərək sən də görməyəsən. 
Orucluq ayı ifratsız keçə bilmir, lakin sən çalış ifrata yol vermə. 
Gördün ki, beş mö'təbər, inanılmış üləma oruc tutub, sən də 
onlarla birlikdə oruc tut, onlar oruclarını yeyəndə, sən də ye! 
Nadanların sözünə uyma, bil və agah ol ki, Allah-taalanın sənin 
ac və toxluğuna ehtiyacı yoxdur. Oruc Allah tərəfindən sənin 
var-dövlətinə  və özünə vurulan möhürdən ibarətdir. Bu möhür 
mal və bədənin yalnız bir hissəsinə deyil, bəlkə bütün üzvlərinə 
vurulur:  əl-ayağa, gözə, dilə, qulağa, qarına, tənasül alətinə. 
Bunların hamısını möhürləyir ki, bütün bu üzvləri fisq-fücur, 
nalayiq iş  və  bəd  əməllərdən təmiz saxlaya biləsən, möhürün 
şərtlərini yerinə yetirə biləsən. 
Ey oğul, bil və agah ol: orucluğun  ən böyük məqsədi 
ondadır ki, sən gündüz yeməyib axşama saxladığın çörəyi, 
gündüz özünə ayırdığını ehtiyacı olanlara verəsən ki, zəhmətinin 
faydasını görmüş olasan, elə bu zəhmət ona görə lazımdır ki, 
onun xeyri ehtiyacı olana çatsın. 
Ey oğul, diqqətli ol ki, hamıya aid olan bu üç itaatdə 
ehmallıq etməyəsən, çünki bu üç itaəti yerinə yetirməməyə heç 
40 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
üzr və bəhanə yoxdur. Lakin yalnız varlılara aid olan iki itaətdə 
üzürlü səbəb olduqda, ehmallıq etmək mümkündür. Bu barədə 
çox danışmaq olar, lakin zəruri nə vardısa, hamısını dedim. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Dördüncü fəsil 
İMKAN OLDUQDA İTAƏTİN ARTIRILMASI HAQQINDA 
Ey oğul, bil ki, Allah-taala varlılar və seçilmiş  bəndələri 
üçün daha iki dini vəzifə  tə'yin etmişdir: bunlardan biri həcc, 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
digəri isə Zəkatdır. Buyurmuşdur ki, kimin imkanı varsa, onun 
evini ziyarət etsin, yoxdursa, etməsin. Görmürsənmi bu dünyada 
da  şah sarayının qapıları yalnız dövlətli adamların üzünə açıq 
olur. 
Həccin  şərti səfərə  çıxmaqdır, yoxsullara səfərə  çıxmağı 
əmr etmək isə nadanlıq olar, çünki imkansız səfərə  çıxmaq 
təhlükəlidir. Lakin imkanın olduqda səfərə çıxmasan, dünyanın 
kef və  ləzzəti natamam qalar. Dünyanın tam kef və  ləzzəti 
ondadır ki, görmədiyin  şeyləri görəsən, yemədiyin  şeyləri 
yeyəsən,  əntiqə  və nadir şeylər alasan. Səfərə  çıxmadan belə 
şeyləri  əldə etmək mümkün deyildir. Səfərə  çıxmış adamlar 
dünya görmüş, təcrübəli, ağıllı və xoşbəxt hesab edilirlər, çünki 
onlar eşidilməmiş sözləri eşitmiş, görülməmiş  şeyləri görmüş 
olurlar. Yaxşı deyiblər: "eşitmək hara, görmək hara!". Heç kəs 
dünya görmüş adamları görməmişlərə bərabər tutmaz. Ona görə 
deyiblər ki: 
 
Şe'r 
Dünya görmüşləri ağıllı insan  
Dünya görməmişlə tutmamış yeksan! 
 
Deməli, dövlətlilərə  səfəri ona görə vacib buyurubdur ki, 
onun verdiyi ne'mətin qədrini bilsinlər, bu neməti ağız ləzzəti ilə 
yeyib Allah-taalanın  əmrini yerinə yetirsinlər və onun evini 
ziyarətə getsinlər. Lakin bunu yoxsul, imkansız və  əli boş 
adamlara buyurmayıbdır. Bu barədə mən də aşağıdakı iki beytdə 
demişəm:  
R ü b a i 
 
Yar məni çağırmayıb, yer vermirsə eyvanda,  
"Yoxsulsan, gəlmə" deyib, xar edirsə hər yanda,  
Onda taqsır görməyin, bax, o böyük Allah da  
Öz evinə çağırmır, insan yoxsul olanda. 
 
Yoxsul həccə getsə, özünü təhlükəyə salmış olar. 
Dövlətlilərə aid işlərə baş qoşan yoxsul sağlam adama aid işlərlə 
məşğul olan xəstəyə bənzər və onun vəziyyəti biri dövlətli o biri 
yoxsul olan o iki hacının əhvalatına oxşar. 
Ə h v a l a t. Bir dəfə Buxara əmiri həccə getmək qərarına 
gəlir. O, çox varlı idi, karvan içərisində ondan dövlətlisi yox idi. 
Yüzdən yuxarı yüklü dəvəsi olan bu əmir bəzəkli kəcavədə 
oturub səhrada yırğalana-yırğalana, xumarlana-xumarlana yol 
42 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
gedirdi, ona nə lazım idisə  hər  şeyi var idi. Onunla birlikdə, 
dövlətlilərlə  bərabər, yoxsullar dəstəsi də  həccə gedirdi. Onlar 
Ərəfata
11
 çatdıqda, ayaqyalın, başıaçıq, ac-susuz, ayaqları qabar 
çalmış bir dərviş əmiri o təmtəraqla gördükdə üzünü ona çevirib 
deyir: "Qiyamət günü səninlə mənim mükafatım eyni olacaqdır, 
amma sən gör nə naz-ne'mət içərisində gedirsən, mən isə  əzab 
və əziyyət içərisində?!" 
Buxara  əmiri deyir: "Allah eləməsin mənimlə  sənin 
mükafatımız eyni olsun, əgər mən bilsəydim, səninlə  mənim 
mükafatımız hər ikisi eyni olacaq heç səhraya qədəm 
basmazdım. 
Dərviş soruşur: "Nə üçün?". 
Əmir deyir: "Ona görə ki, mən Allah-taalanın buyruğu ilə 
gəlmişəm, sən isə onun əmrinə müxalif hərəkət edibsən, məni 
çağırıblar, mən qonağam, sən isə tüfeyli. Çağırılmış qonaq ilə 
çağırılmamışın hörməti eyni ola bilərmi? Haqq-taala dövlətliləri 
çağırmış, yoxsullara isə belə demişdir: "Özünüzü öz əlinizlə 
təhlükəyə salmayın!". Sən Allahın  əmri olmadan yoxsul, ac-
yalavac halda çöl-biyabana çıxaraq özünü təhlükə qucağına 
atıbsan, Allahın buyruğuna  əməl etməmisən, nəyə  əsasən sən 
əmrə baxanlarla bərabərlik elə bilərsən? Kimin imkanı olub 
həccə gedirsə o, Allahın da tapşırırını yerinə yetirmiş olur onun 
da nəziri qəbul, duası müstəcab olur".  
Ey oğul, əgər sənin də həccə getmək imkanın olsa, xəsislik 
etmə. həccə getmək üçün beş şərt lazımdır: qüvvət, ne'mət, vaxt, 
hörmət və  əmin-amanlıq.  Əgər bunlar sənə  nəsib olsa, tam 
istifadə etməyə çalış. Bilməlisən ki, həcc yalnız kifayət qədər 
var-dövlət olan zaman məsləhətdir, onu gələn ilə  tə'xirə 
salmağın günahı yoxdur. 
Lakin Zəkat o taətdəndir ki, imkan olan yerdə onu tə'xirə 
salmaq olmaz, onu verməmək üzrlü sayıla bilməz. Allah-taala 
Zəkat verənləri özünə yaxın hesab etmişdir. 
Başqalarına Zəkat verən adam rəiyyət arasındakı  şah 
kimidir, o ruzi verən olar, başqaları ruzi yeyən!  
Haqq-taala belə lazım bilmişdir ki, bə'ziləri yoxsul olsun, 
bə'ziləri varlı. Əlbəttə, o istəsəydi, hamını varlı edə bilərdi, lakin 
ona görə iki təbəqə etdi ki, bəndələrinin  şərəf və mövqeləri 
aydın olsun yuxarılar aşağılardan fərqlənsin.  Şah da öz 
xidmətçilərindən birini güclü və ruzi verən etsə və bu xidmətçi 
başqasına ruzi vərə bildiyi halda, özü yeyib başqasına verməsə, 
şahın qəzəbindən arxayın ola bilməz. 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə