Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə13/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

 
 
edə bilməyənlər başqalarının da bədənini özlərinə tabe edə 
bilməzlər. Elə ki, öz bədənini sənə tabe olmağa məcbur etdin, 
sonra sənət öyrənməklə  hər iki dünyanın ne'mətinə sahib 
olarsan. Hər iki dünyanın ne'məti sənətdə, bütün sənətlərin açarı 
elm və tərbiyədədir. Xüsusilə nəfsi tərbiyə etmək, təvazö'karlıq, 
pəhrizkarlıq, düz danışmaq, mö'minlik, təmiz adlı olmaq. 
başqalarına əziyyət verməmək və həyalı olmaq çox yaxşıdır. 
Hərçənd həyalılıq haqqında hədisdə deyilibdir ki: "həya 
imandan doğur", lakin çox yerdə utanmaq insana ziyan vurur. 
Elə utancaq olma ki, utancaqlıq üzündən vəzifəndə ehmallıq 
edib, öz işlərinə  zərər vurasan. Çox zaman elə yerlər olur ki, 
məqsədə çatmaq üçün həyasızlıq etmək lazım gəlir. Lakin 
həmişə yalan danışmaq rüsvayçılıq etmək, sırtıq olmaq kimi 
harəkətlərdən utan, düz danışmaq, yaxşı  işlər görməkdən isə 
utanma. Çox adam ancaq utancaqlıq üzündən arzusuna çata 
bilmir. 
Əgər utanmaq imandan doğursa, yazıqlıq da utancaqlıqdan 
doğur, ona görə utanmağın və utanmamağın hər ikisinin yerini 
bilmək lazımdır, məqsədə hansı uyğundursa, onu etmək 
lazımdır. Deyiblər ki: "yaxşının müqəddiməsi utancaqlıqsa, 
pisin də müqəddiməsi utancaqlıqdır". 
Nadan adamı adam hesab etmə  əməlsiz alimi isə alim. 
Elmsiz pəhrizkarı zahid bilmə, cahil adamla isə dostluq etmə. 
Xüsusilə özlərini ağıllı hesab edən və öz avamlığı ilə lovğalanan 
axmaqlarla oturub durma. Müdrik adamlardan başqa heç kimlə 
ünsiyyət saxlama, çünki yaxşılarla ünsiyyət saxlayanın adı da 
yaxşıya çıxar. Görmürsənmi yağı küncüddən alırlar, lakin 
küncüd yağını  bənövşə ya qızıl güllə qarışdırdıqda və ya bir 
müddət onlarla bir yerdə saxladıqda yaxşıların kəraməti 
sayəsində artıq ona küncüd yağı deyil, qızıl gül yağı  və ya 
bənövşə yağı deyirlər!? 
Yaxşıların məsləhətlərini və onların yaxşı  işlərini unudub 
naxələf çıxma, sən möhtac olan adama etdiyin yaxşılığı da 
başına vurma. Yaxşılığı başa vurmaq yaxşılıq etməmək kimi bir 
şeydir. Xoşxasiyyət və insanpərvər olmağı özünə peşə et, pis 
adətlərdən qaç və ziyankar olma, ziyankarlığın səmərəsi 
məhrumiyyət, məhrumiyyətin meyvəsi ehtiyac, ehtiyacın 
bəhrəsi alçalmaq olar. Cəhd et səni tə'rifləyən xalq olsun, mədh 
edən bir neçə cahil olmasın, çünki cahillərin mədh etdiyi, 
eşitdiyimə görə, alimlər içərisində pislənir. 
H e k a y ə t. Deyirlər ki, bir gün Əflatun
25
  şəhərin adlı-
sanlı adamları ilə bir yerdə oturub, söhbət edirdi. Birisi onun 
52 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
görüşünə  gəlib salam verdi yanında oturub oradan-buradan 
danışdıqdan sonra dedi: Ey filosof,bu gün filankəsi gördüm, 
sənin barəndə danışır və  tə'rifləyərək deyirdi: "Əflatun çox 
böyük filosofdur,indiyə  qədər onun kimisi nə olub, nə  də 
olacaqdır. İstədim onun tə'rifini sənə çatdıram". 
Filosof  Əflatun bu sözü eşitcək başını  aşağı salıb ağladı, 
bərk qanı qaraldı, halı pozuldu. O kişi dedi: "Ey filosof, mən 
sənə  nə  ağır bir söz dedim ki, halın belə pozuldu?". Filosof 
Əflatun dedi: "Ey xacə,  şəxsən sən mənə elə  ağır bir söz 
demədin, lakin bundan daha ağır müsibət olarmı ki, nadanın biri 
məni tə'rifləsin, mənim gördüyüm iş ona xoş gəlsin? Bilsəydim 
nə nadanlıq etmişəm ki, onun təbiətinə yaxın olmuş, xoşuna 
gəlmiş  və  məni tə'rifləmişdir, tövbə edib o işdən  əl çəkərdim. 
Halımın pozulması ondandır ki, mən hələ  də nadanam, çünki 
nadanların tə'riflədikləri adamlar yalnız nadanlar olar". 
Bu barədə bir hekayət də yadıma düşdü. 
H e k a y ə t. Deyirlər ki, Məhəmməd Zəkəriyya ər-Razi
26
 
bir dəstə  şagirdi ilə  gəzərkən bir dəliyə rast gəldi. Dəli 
Zəkəriyyadan başqa heç kəsə baxmadı, onu diqqətlə  nəzərdən 
keçirdikdən sonra üzünə güldü. Məhəmməd Zəkəriyya geri 
dönüb evinə  gəldi,  əmr etdi əftimun
27
  dəmlədilər, onu içdi. 
Şagirdləri soruşdular: "Ay müəllim, bu otun dəmini nə üçün indi 
içdiniz?". Dedi: "O dəli güldüyü üçün. Əgər o, məndə öz halına 
oxşar bir şey görməsə idi, üzümə gülməzdi" Deyiblər: "hər quş 
öz tayı ilə uçar!". 
Bundan əlavə, tünd xasiyyət olub özündən tez çıxmağı adət 
etmə, bir az da helmin olsa yaxşıdır, lakin o qədər yumşaq olma 
ki. səni çox yumşaq və həlim olduğun üçün hop eləyib udsunlar, 
o qədər də  sərt olma ki, sənə salam verməyə  də qorxsunlar. 
Hamı ilə yola getməyi bacar, bu üsulla həm dostdan, həm də 
düşməndən istifadə edib arzuna çata bilərsən. Heç kəsi pislik 
etməyə öyrətmə, pislik öyrətmək pislik etmək kimi bir şeydir. 
Əgər günahsız olaraq biri səni incitsə, sən çalış onu incitmə, 
çünki özgəni incitməmək insanlığın bir hissəsidir. Deyiblər ki, 
əsl insanlıq camaatı incitməməkdir. Deməli, insan olmaq 
istəyirsənsə  gərək adamincidən olmayasan adamlarla yaxşı 
rəftar edəsən. Gərək insan aynaya baxsın, görünüşü yaxşıdırsa, 
işi də görünüşü kimi yaxşı olmalıdır, çünki gözələ çirkinlik 
yaraşmaz, buğdadan arpa, arpadan buğda bitməməlidir. Bu 
barədə mənim bir dübeytim də vardır: 
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
Şe'r 
Gözəlim, bizə hey pislik edirsən,  
Neçin bəs yaxşılıq umursan bizdən?!  
Get, əzizim, get ki, səhv eyləyirsən-  
Arpa əkibsənsə, buğda biçməzsən! 
 
Aynaya baxdıqda özünü kifir görsən, yenə yaxşılıq et, 
çünki çirkinlik etsən kifirliyi artırmış olarsan. Bu isə çox pis 
şeydir. Bir çirkinlik üstünə bir də çirkinlik gəlsən, bir yerdə iki 
çirkinlik olar. 
Səmimi sözə qiymət verən, dünya görmüş, sınaqdan çıxmış 
dostların nəsihətinə qulaq as və öz məşvərətçilərinlə  həmişə 
təklikdə  məsləhətləş, çünki sənin onlardan ala biləcəyin fayda 
yalnız təklikdə ola bilər. Sən mənim bu dediklərimi oxuyub 
öyrənə bilsən və əməl etsən, o zaman nə qədər qabil olduğunu 
dərk edərsən, lakin bunu anlayandan sonra öz bilik və 
iste'dadınla lovğalanma. Hər şeyi öyrənib bildiyin halda, özünü 
bilməyən hesab et, çünki sən yalnız o zaman alim hesab edilə 
bilərsən ki, hələ  də özünün nadan olduğunu başa düşəsən. Bu 
barədə belə bir hekayət də vardır. 
H e k a y ə t. Eşitmişəm, Xosrovun
28
 hakimiyyəti və 
Büzürcmehrin
29
 vəzirliyi dövründə Rumdan çox savadlı bir elçi 
gəlir. Xosrov o zamankı fars şahlarının adətinə görə taxta oturub 
elçini qəbul edir. Elçi öz e'tibarnaməsini təqdim etdikdən sonra 
şah da özünün Büzürcmehr kimi vəziri olduğunu göstərmək 
üçün e'tibarnaməni onun vasitəsilə alır və söhbət zamanı elçinin 
yanında Büzürcmehrə deyir: "Filankəs, dünyada nə varsa, 
hamısını sən bilirsən..." və istəyir o desin: "Bəli bilirəm", lakin 
Büzürcmehr deyir: "Xeyr, hökmdarım, bilmirəm". Xosrov pərt 
olur, elçidən utanır və soruşur: "Bəs hər  şeyi bilən kimdir?". 
Büzürcmehr deyir: "hər  şeyi hamı birlikdə bilir, hamı isə  hələ 
anadan olmamışdır. 
Ey oğul, sən özünü hamıdan bilikli hesab etmə, elə ki, 
özünü bilməyən hesab etdin, bilən olarsan, əsil bilən ona 
deyərlər ki, bilmədiyini bilə. Sokrat, bütün böyüklüyünə 
baxmayaraq, demişdir: "Mən özümdən sonra gələcək böyük və 
ağıllı adamların mənə  tə'nə vuracaqlarından və "Sokrat bir 
dəfəlik dünyanın bütün biliklərini öyrənmək iddiasında 
olmuşdur"-deyəcəklərindən qorxmasaydım, mütləq deyərdim ki, 
mən heç nə bilmirəm və öyrənməyə də acizəm, lakin bunu deyə 
bilmirəm, çünki bu mənim tərəfimdən çox böyük iddia olardı". 
54 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Əbu Şükur Bəlxi
30
 bir beytdə özünün çox böyuk alim olduğunu 
tə'rifləyir, o beyt budur: 
 
Beyt 
O yerə çatmışdır indi elmim ki,  
Anlayıb bilməmişəm hələ nadanam. 
 
Ey oğul, nə  qədər böyük alim olsan da, öz biliyinlə 
qürrələnmə, öhdəsindən gələ biləcəyin işlərdə  də öz rə'yin 
haqqında böyük fikirdə olma, özləri haqqında böyük fikirdə 
olanlar həmişə peşmançılıq çəkərlər. Başqaları ilə 
məsləhətləşməyi özünə  əksiklik hesab etmə, ağıllı qocalar və 
sınanmış dostlarla məsləhətləş. Bütün hikmət və 
peyğəmbərliyinə, müəlliminin və  işlərini sahmana salanın 
Allah-taalanın özü olmasına baxmayaraq, Allah yenə  də 
Məhəmməd Mustəfa səlləllahü  əleyhi və  səlləmə bununla 
kifayətlənməyə razılıq verməmiş və: "işlərində onlarla məsləhət 
et" demişdir. Demiş ki: "ya Məhəmməd, öz əshabə  və 
dostlarınla məsləhət et, çünki sizdən hərəkət Allah olduğum 
üçün isə, məndən bərəkətdir". Bilməlisən ki, bir adamın rə'yi iki 
adamınkı kimi ola bilməz, bir göz iki gözün gördüyünü görə 
bilməz, görmürsənmi təbib xəstələndikdə  və  xəstəliyi 
şiddətləndikdə, nə qədər hazır həkim olur olsun, yenə də özü ilə 
kifayətlənməyib, başqa bir həkimi çağırar, onun məsləhəti ilə 
müalicə olunar. Yaxın bir adamın sənə  işi düşsə, ona kömək 
etməyə çalış, rəqib və düşmənin olsa belə, yardım  əlini və 
malını ondan müzayiqə etmə.  İşi düzəlsə, etdiyin kömək onun 
sənə qarşı  məhəbbətini artırar və ola bilər ki, o düşmən dönüb 
dost olsun. Görüşünə gələn söz ustadlarına hörmət edib, onlara 
bəxşiş ver ki, sənin görüşünə  həris olsunlar (yə'ni tez-tez 
gəlsinlər). Adamların  ən yazığı odur ki, alim olsa da, heç kəs 
onun görüşünə getməsin. 
Camaat ilə mehriban danış və qaş-qabağını turşutma. Qaş-
qabaqlı adam yaxşı sayılmaz. Adam nə qədər hikmət sahibi olsa 
belə, qaş-qabağını tökdükdə onun nə hikmətində hikmətlik 
qalar, nə sözündə gözəllik. Xülasə, bil ki danışmağın qaydası 
necədir və nədir, qalanına Allah kərimdir. 
 
 
 
 
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə