Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə15/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

 
 
olmağa razılıq vermə.  Əgər versən canfəşanlıq gestərmə  və 
könüllü olaraq şahidlik etmə. Hər deyilən sözə qulaq as, lakin 
əməl etməyə  tələsmə, fikirləş danış. Dediyindən peşman 
olmamaq üçün əvvəl düşün, sonra sözü ağzından çıxar. 
Əvvəlcədən düşünə bilmək bacarmağa bərabərdir. 
İşinə yarasa da, yaramasa da, heç bir sözü dinləməkdən 
darıxma, beləliklə, qoyma söz qapıları  sənin üzünə bağlansın, 
sözün faydasından məhrum olasan. Heç vaxt soyuq danışma, 
soyuq danışmaq elə toxumdur ki, onun meyvəsi düşmənlik olar. 
Alim olsan özünü nadan hesab et ki, bilik qapıları  sənin 
üzünə açılsın. Nə  qədər ki, sözün eybini və hüsnünü 
anlamayıbsan, heç vaxt onu kəsmə  və ya tə'rifləmə.  İstərsə 
böyük olsun, istərsə kiçik, hər kəslə öz dili ilə danış ki, 
hikmətdən xaricə  çıxmayasan və dinləyicini darıxdırmayasan. 
Lakin danışarkən səndən dəlil və sübut tələb edilərsə, belə yerdə 
elə danışmalısan ki, onları razı sala biləsən və onların arasından 
canını salamat qurtara biləsən. 
Əgər sən söz ustadı olsan, özünü bildiyindən az 
göstərməyə çalış ki, söhbət vaxtı piyada olduğun meydana 
çıxmasın. Çox bilən, lakin az danışan ol, az bilib çox danışan 
olma. Deyiblər ki, susmaq salamatlığa, çox danışmaq isə 
ağılsızlığa bərabərdir. Çox danışan adam ağıllı olsa da, onu 
ağılsız hesab edərlər, az danışan ağılsız olsa da, az danışdığı 
üçün camaat onu ağıllı hesab edər. Nə  qədər düz, təmiz və 
mö'min adam olsan da özünü öymə, çünki sənin özün 
haqqındakı  şahidliyini heç kəs qəbul etməz, çalış  səni xalq 
tə'rifləsin, nəinki özün özünü. Çox bilirsənsə, yalnız kara 
gələnini, işə yarayanını de ki, zənganlı  ələviyə
39
 kimi sənə  də 
ziyan gətirməsin, 
He k a y ə t. Eşitmişəm, deyirlər ki, Sahibin
40
 dövründə 
Zənganda bir qoca var idi. Bu qoca adlı-sanlı Şafei
41
 (Allah ona 
rəhmət eləsin)  əshabələrindən idi. Özü din xadimi, müfti, vaiz 
olmaqla qazı yanında müşavirlik də edərdi. Zəngan rəisinin də 
ələvi, (yə'ni  Əli nəslindən olan) bir oğlu var idi, o da vaiz və 
qazı yanında müşavir idi. Bunlar hər ikisi həmişə bir-birini ifşa 
edər və minbərdən bir-birinə ağır sözlər deyərdilər. Bir gün bu 
ələvi minbərdən hamin qocanı "kafir" adlandırdı. Xəbəri qocaya 
çatdırırlar, o da minbərdən hamin cavanı "haramzadə adlandırdı. 
Bu xəbəri də  ələviyə çatdırdılar. Bərk özündən çıxdı, tez 
yerindən qalxıb Rey
42
  şəhərinə, Sahibin yanına getdi, hamin 
qocadan  şikayət edib, ağladı  və dedi: "Sizin dövrünüzdə 
60 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
yaramaz ki, peyğəmbər övladını "haramzadə" adlandırsınlar". 
Sahibin həmin qocaya açığı tutdu, qasid göndərib onu Reyə 
çağırtdırdı.  Şəriət üləması  və seyidlərlə birlikdə  məhkəmə 
düzəldib qocaya dedi: "Ey şeyx, sən  şafei (Allah ona rəhmət 
eləsin) imamlarının adamlarındansan, özün də alimsən, bir 
ayağın buradadır, bir ayağın gorda, heç sənə yaraşarmı, 
peyğəmbər övladına "haramzadə" deyəsən?  İndi ki, bunu 
deyibsən, gərək sübut edəsən,yoxsa sənə  şəriətin vacib bildiyi 
elə bir cəza verəcəyəm ki, xalq bundan ibrət alsın və heç kəs 
belə  ədəbsizlik və hörmətsizliyə  cəsarət etməsin". Qoca dedi: 
"Sözümün doğruluğuna sübutum həmin  ələvinin özüdür, onun 
üçün onun özündən daha inandırıcı sübut ola bilməz. Lakin 
mənim sözümə görə, o, halalzadə  və  təmizdir, öz sözünə görə 
isə haramzadədir". 
Sahib dedi: "Bunu neçə sübut edə bilərsən?" Qoca dedi: 
"Bütün Zəngan bilir ki, onun anasının kəbinini atasına mən 
kəsmişəm, o isə məni minbərdən kafir adlandırmışdır. Əgər o bu 
sözü ürəkdən deyirsə o, zaman kafirin kəsdiyi kəbin haramdır, 
bu halda, onun öz dediyinə görə, o, haramzadədir; yox, əgər 
ürəkdən demirsə, deməli yalançıdır, ona tənbeh lazımdır". 
Sonra qoca əlavə etdi: "Hər halda ya yalançıdır, ya 
haramzadə. Peyğəmbər övladı isə yalançı olmamalıdır, necə 
istəyirsiniz, onu elə  də adlandırın,  şübhəsiz ki, bu ikisindən 
birisini qəbul etmək lazım gələcəkdir". 
O cavan bərk tutuldu, heç bir cavab tapa bilmədi. Bu sözü 
fikirləşməyib dediyi üçün ağrısını çəkdi. 
Ey oğul, söz danışan ol, söz güləşdirən olma. Söz 
güləşdirmək divanəlik kimi bir şeydir. Hər kimlə danışsan, 
diqqət et, gör, o sənin sözlərinin müştərisidir, ya yox. Əgər yağlı 
müştəri tapsan əl çəkmə, sözlərini sat, yox müştəri deyilsə, o 
sözü saxla, onun xoşuna gələn başqa  şeylər danış, qoy dönüb 
sənin müştərin olsun. Lakin çalış adamla adam ol, insanla insan, 
çünki adam başqadır, insan başqa. Qəflət yuxusundan ayılanlar 
xalqla mən dediyim kimi rəftar edər. 
Bacardıqca söz deyib, söz eşitməkdən çəkinmə, çünki 
insanlar söz eşitmək vasitəsi ilə söz deməyi bacaran olarlar. 
Sübut: əgər uşağı anasından ayırıb zirzəmiyə salsalar, orada süd 
verib böyütsəlar, anası  və dayası onunla danışmasalar, ona 
nəvaziş etməsələr, o heç kəsin səsini eşitməsə, böyüdükdə lal 
olar, lakin belə adam uzun müddət eşidib öyrəndikdən sonra 
yenə dilə gəlib danışar. Başqa bir s üb u t: anadan kar doğulan 
lal olar. Görmürsənmi, lalların hamısı kardırlar? 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
Deməli, sözlərə qulaq as və yadında saxla, xüsusilə 
hökmdarların və alimlərin dedikləri hikmətli sözləri. Demişlər 
ki, alimlərin, hökmdarların nasihətlərinə qulaq asmaq ağlın 
gözünü işıqlandırar, çünki ağıl gözünün tutiya
43
  və sürməsi 
hikmətdir. Bu dediyim sözlərə canla-başla qulaq asıb onlara 
e'tiqad etmək lazımdır. 
İndi belə mə'nalı və nadir sözlərdən bə'zisi yadıma düşdü. 
Bu sözlər  əcəm  şahlarının  şahı  Ənuşirəvan Adilin dilindən 
deyilmişdir, mən onları bu kitabda ona görə xatırladıram ki, sən 
oxuyub öyrənəsən və onlara əməl edəsən. O padşahın sözlərinə 
və  məsləhətlərinə  əməl etmək bizə daha vacibdir, çünki biz o 
şahların nəslindənik. 
Bil, mən keçmiş  xəlifələr haqqındakı  xəbərlərdə belə 
oxumuşam ki, xəlifə  Mə'mun
44
 (Allah ona rəhmət eləsin) 
Ənuşirəvanın məzarını ziyarətə getmişdi. Onun daxmasına
45
 
çatanda gördü ki, bədəni taxt üzərində çürüyüb torpağa 
dönmüşdür. Onun taxtının üzərində, daxmanın divarında pəhləvi 
dilində qızıl su ilə yazılmış bir neçə sətir yazı var idi. Mə'mun 
əmr etdi, pəhləvi dili bilən alimləri gətirdilər, onlar hamin 
yazıları oxudular və  ərəb dilinə  tərcümə etdilər. Hamin ərəb 
tərcüməsi əcəmdə məşhurdur. 
Birinci növbədə deyilirdi: "Nə  qədər ki, mən sağ idim, 
Allahın bütün bəndələri məndən kömək alırdılar, elə bir adam 
olmamışdır ki, mənim qapıma gəlsin, mənim ne'mətimdən bir 
qismət aparmasın. Ölüm qarşısında aciz qaldığım zamanda isə 
bu sözləri divara yazdırmaqdan başqa heç bir çarə tapmadım. 
Dedim,  əgər bir adam bir vaxt məni ziyarətə  gəlsə, bu yazıları 
oxuyub yadda saxlasa, qoy o da mənim mərhəmətimdən 
məhrum olmasın, bu nəsihət və öyüdlər o adamın ayaq 
zəhmətinin mükafatı olsun". 
Bu nəsihətlər aşağıdakılardır. 
 
 
 
 
 
 
 
62 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Səkkizinci fəsil 
NUŞİRƏVAN ADİLİN NƏSİHƏTLƏRİNİN                                                  
XATIRLADILMASI HAQQINDA 
Əvvəl demişdir: "Nə  qədər ki, gecə-gündüz gəlib gedir, 
illərin dəyişilməsinə təəccüb etməyin". 
Və demişdir: "İnsanlar bir dəfə peşman olduqları  işlərdən 
nə üçün bir də peşman olsunlar?" 
Sonra demişdir: "Həyatı arzu etdiyi kimi keçməyən adam 
nə üçün özünü diri hesab edir?". 
Sonra demişdir: "Sənə pis deyəni onu sənə  xəbər 
gətirəndən daha tez bağışla!". 
Sonra demişdir: "Faydasız qulaq asan adamın başı 
başsağlığı verilən adamınkından daha çox ağrayar". 
Sonra demişdir: "Ziyan dəyənlər içərisində  ən çox ziyan 
çəkən onu hesab et ki, ziyanını gözü ilə görmüş olsun". 
Sonra demişdir: "Alınıb-satılan qulu öz qarnının qulu olan 
adamdan daha azad hesab et!". 
Sonra demişdir: "Elmi olub ağlı olmayan adama elm 
əziyyət verər". 
Sonra demişdir: "Həyatdan dərs ala bilməyən adama heç 
kəs dərs verməməlidir, çünki əməyi hədərə gedər". 
Sonra demişdir: "Nadana hər  şeyi qorumaq özünü öz 
nadanlığından qorumaqdan daha asandır". 
Bir də demişdir: "İstəyirsən xalq səni tə'rifləsin, sən də 
xalqı tə'riflə". 
Sonra demişdir: "İstəyirsən sənin xalqa sərf etdiyin əmək 
hədərə getməsin, xalqın sənə sərf etdiyi əməyi hədər etmə!". 
Sonra demişdir: "Dostunun az olmasını istəmirsənsə, kin 
saxlayan olma!". 
Sonra demişdir: "Artıq dərəcədə  kədərli olmaq 
istəmirsənsə, paxıl olma". 
Bir də demişdir: "İncidilmək istəmirsənsə, özünə  rəva 
bilmədiyini başqasına da rəva görmə". 
Sonra demişdir: "İstəyirsən ki, asudə yaşayasan, işlərini 
hadisələrin gedişinə uyğun qur". 
Sonra demişdir: "İstəmirsən ki, sənə divanə desinlər, 
tapılmayan şeyi axtarma". 
Sonra demişdir: "Həya-abırla yaşayıb dolanmaq 
nstəyirsənsə, başqalarını rüsvay etmə". 
Sonra demişdir: "Aldanmaq istəmirsənsə, görülməmiş  işi 
görülmüş hesab etmə". 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə