Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə19/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   15   16   17   18   19   20   21   22   ...   53

 
 
İbn Müqlə deyir: "Filankəsi gətirin, bizimlə orucunu açsın". 
Xülasə, Nəsr bütün ramazan ayını onun yanında iftar edir. Elə 
ki, orucluq bayramı qurtarır və bir neçə gün keçir, Müqlənin 
oğlu xəbər göndərir ki, "malın gətirilməsini yubadırlar, nə tədbir 
görək?" Nəsr deyir: "Mən qızılları vermişəm". Müqlənin oğlu 
deyir: "Kimə veribsən?" Nəsr deyir: "Sənə vermişəm". 
Müqlənin oğlu təəccüb edib Nəsri çağırtdırır, ona deyir: "A kişi, 
sən qızılı kimə veribsən?". Nəsr deyir: "Mən qızıl verməmişəm, 
lakin bir ay pulsuz sənin çörəyini yemişəm, sənin çörəyinlə tam 
bir ay oruc açıb, sənin qonağın olmuşam, indi bayram çatdıqda 
mənim zəhmət haqqım budur ki, məndən qızıl istəyirsən?" 
Müqlənin oğlu gülüb deyir: "Qəbzini alıb salamatlıqla get, mən 
o malı sənə diş muzdu verdim, sənin əvəzinə o qızılı mən özüm 
qoyaram". 
Beləliklə, Nəsr malını müsadirə olunmaqdan xilas etdi. 
Deməli, xalqın minnətini götürən, xoşsifət, gülərüz ol, 
lakin yersiz gülmə,  şərab az iç və qonaqlardan tez məst olma, 
Elə ki, gördün qonaqlar kefləniblər, bu zaman öz məharətini 
göstər, onların sağlığına badələr qaldır və ləzzətlə iç, qonaqlarla 
mehriban olub zarafatlaş,  şuxluq et, lakin yersiz gülən olma, 
çünki yersiz gülmək dəlilik kimi bir şeylir. 
Qonaq sərxoş olduqdan sonra getmək istəsə, bir iki dəfə 
qalmasını xahiş et, qayğıkeşlik göstər, qoyma getsin, üçüncü 
dəfə icazə ver getsin. 
Əgər sənin qulamlarından bir xəta baş versə, bağışla, 
qonaqların yanında danlama, üzünü turşudub onlarla dava-
dalaşa başlama və demə ki, "bu niyə belə pisdir, bu niyə belə 
yaxşıdır".  Əgər bir şey sənin xoşuna gəlməyibsə, başqa vaxt 
deyə bilərsən belə etməsinlər. Bu dəfəlik isə  gərək özünü 
saxlayıb dözəsən.  Əgər qonağın min axmaqlıq edib nalayiq 
sözlər desə, hamısını bağışla və ona layiqincə xidmət et, H e k a 
y  ə t. Eşitmişəm, bir dəfə  xəlifə Mö'təsim
65
 öz qarşısında bir 
günahkarın boynunun vurulmasını  əmr edir. O kişi deyir: "Ya 
əmirəl-mö'minin, o böyük Allah xatirinə mənə bir içim su verib 
qonaq edin, yaman susuzam, sonra nə istəyirsiniz onu da edin". 
Mö'təsim and xatirinə  əmr edir ona su versinlər. O kişi suyu 
içdikdən sonra ərəb adətinə görə deyir: "Ya əmirəlmö'minin, 
Allah sənin payını artıq eləsin, mən bu bir içim su ilə  sənin 
qonağın oldum, indi isə insanlıq naminə qonağı öldürməzlər, 
məni öldürməyi  əmr etmə, bağışla ki, sənin  əlinlə tövbə etmiş 
olum". Mö'təsim deyir: "Doğru deyirsən, qonağın haqqı 
76 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
böyükdür, səni bağışladım, bundan sonra bir daha xəta etmə ki, 
sənə də qonaqlıq haqqını yerinə yetirmək vacibdir". 
Lakin qonaqlıq haqqı haqq qanan, qədir bilən adamlar 
üçündür, yoxsa bu o demək deyildir ki, hər qabağına çıxanı, ya 
hər tüfeylini evinə aparıb, yedirdib içirdəsən,  əzizləyib yola 
salasan ki, nə var bu mənim qonağımdır. Kimə yaxınlıq edib, 
kimə ürək verməyi bilmək lazımdır. 
H a ş i y ə. Əgər qonaq olsan, hər kəsə qonaq olma ki, ada-
sana ziyanı vardır. Qonaq getdikdə ac getmə, tox da getmə ki, 
bir  şey yeyə biləsən və süfrə sahibinin ürəyinə  dəyməyəsən. 
Şərab iç, lakin ifrat etmə, eyib olar. Süfrə sahibinin evinə 
getsən, dostlarının evlərindən olsa da, elə yerdə otur ki, ora 
sənin yerin olsun, sırtıq olma, o evdə, süfrə başında və mey 
məclisində füzulluq etmə  və süfrə xidmətçilərinə demə ki, "ay 
filankəs, filan nimçəni, filan kasanı filan yerə qoy", özünü elə 
göstərmə ki, guya mən də bu ev adamıyam. Üzlü qonaq olma, 
camaatın kasa və nimçəsinə göz tikmə. Öz nökərlərinə süfrədən 
bir  şey vermə ki, deyiblər: "Süfrədən pay səfillikdir".  Şərab 
düşkünü olma, elə et ki, yol gedərkən sənin sərxoşluğunu 
bilməsinlər, elə keflənmə ki, insanlıq simasını itirəsən. Məstliyi 
evində et, dilinə bircə  qədəh  şərab dəyibsə, nökərlərin yüz 
günah etsələr və  tənbihə layiq olsalar da, yenə onlara cəza 
vermə, çünki heç kəs onu tərbiyə tədbiri kimi qəbul etməz, hamı 
deyər ki, kefli olduğu üçün belə edir. Nə istəyirsənsə,  şərab 
içməmiş et, onda bilərlər ki, məqsədin budur, içdiyin üçün deyil. 
Sərməst nə etsə, onu sərxoşluğa yozarlar, deyərlər ki, dəliliyi 
tutub. Deyirlər: "Əlcünün-fünun", yə'ni "dəlilik cürbəcür olar". 
Sərməstliyin növü müxtəlifdir: çoxlu əl çalıb ayaq yerə 
döymək, ağlamaq, gülmək, mahnı oxumaq, yeməkdə  şitini 
çıxarmaq, zayvaqlayıb çox danışmaq, danışmayıb hey susmaq, 
mehribanlıqda həddini aşmaq, qulluq göstərməkdə ifrata 
varmaq, bunların hamısı sərməstlikdir, ya dəlilik. 
Bütün bu dediklərimdən özünü qoru, ailə üzvlərindən və 
qullarından başqa heç bir yad adamın qarşısında sərməstlik 
etmə. Hərçənd cavanlara yüngül musiqi xoş gəlir, onu sevirlər, 
çalırlar və çalınmasını  tələb edirlər, lakin əgər sən xanəndə  və 
mütrüb çağırsan təkcə yüngül hava oxumalarını istəmə, qoy səni 
diringəçi və mey düşkünü hesab etməsinlər. 
 
 
 
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
 
On üçüncü fəsil 
ZARAFAT, NƏRD, ŞAHMAT VƏ ONLARIN ŞƏRTLƏRİ 
HAQQINDA 
Bil, ey oğul, deyiblər: "zarafat şərrin müqəddiməsidir", 
yə'ni zarafat bütün bəlaların bələdçisidir.  
Bacardıqca  şit zarafatlardan qaç, əgər zarafat etsən, heç 
olmazsa, məst vaxtı etmə, belə halda şərr və bəla daha çox olar. 
İstər ayıq ol, istərsə  məst-nalayiq zarafatlardan və söyüş 
söyməkdən utan, xüsusilə  nərd və  şahmat oynadıqda, çünki bu 
iki oyunda adamlar daha tez əsəbiləşir və zarafata az davam 
gətirirlər. Çox nərd və  şahmat oynamağı özünə adət etmə 
oynamalı olsan, hərdənbir oyna, quş, qoyun, qonaqlıqdan və ya 
bunlardan daha kiçik olan bir şeydən oyna. Girov və puldan 
oynama, puldan oynamaq tərbiyəsizlikdir və qumar hesab 
edilər. Oynamağı yaxşı bilirsənsə, qumarbazlıqda ad qazanmışla 
oynama ki, sən də qumarbaz kimi tanınarsan; oynayırsansa. 
özündən daha adlı-sanlı və daha şöhrətlisi ilə oyna. 
Nərd və  şahmatda nəzakət qaydası belədir ki, gərək sən 
əvvəlcə  zərə  əl atmayasan, qoy hərif istədiyini götürsün. Əgər 
nərd oynasan, zərləri qoy əvvəlcə  rəqib götürsün, şahmatda da 
ilk gedişi ona ver. Lakin türklər, cığalbazlar, xidmətçilər, 
arvadlar, uşaqlar və tündxasiyyətli adamlarla girovdan oynama
içindən cəncəl çıxar. Zərin xalları üstündə  rəqiblə mübahisə 
edib hay-küy qaldırma, and içmə ki, filanı atmışdım. Andın 
doğru olsa da, camaat onu yalan güman edər. Bütün şərr və 
fəsadın əsası zarafat dır; zarafat etməkdən özünü qoru. Hərçənd 
zarafat nə günahdır, nə eyib. Peyğəmbər də zarafat edib. 
Aişənin evində bir qarı var idi, bir gün peyğəmbərdən 
soruşdu: "Ey Allahın elçisi, mənim üzüm behiştə gedənlərinki 
kimidir ya cəhənnəmə", yə'ni: "Mən behiştliyəm, ya 
cəhənnəmlik?" Deyiblər ki: "Allahın elçisi zarafat edərdi, lakin 
həm də doğrusunu deyərdi". Sonra peyğəmbər zarafatyana 
qarıya demişdir: "O dünyada heç bir qoca qadın behiştdə 
olmayacaqdır". Qarının kefi pozulur, ağlamağa başlayır. 
Peyğəmbər gülərək deyir: "Ağlama, mənim sözümdə xilaf ola 
bilməz, doğru dedim ki, heç bir qoca behiştdə olmayacaqdır, 
çünki qiyamət günü hamı qəbirdən cavan qalxacaqdır". Qarının 
könlü açılır. Zarafat etmək olar, lakin söyüş söymək yaramaz. 
78 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Əgər söyüş söyməli olsan, barı az söy və öz taylarına de ki, 
cavab qaytarsalar, eyib olmasın.  Şit zarafat etdikdə  də ona 
ciddilik qarışdır, lakin söyüşdən qaç. Doğrudur. hər zarafatda 
bir şitlik olar, lakin həddini bilmək lazımdır. Hər nə desən onu 
da eşidərsən, xalqa nə edirsənsə, onu da xalqdan gözləməlisən. 
Lakin heç kəslə dalaşma, dalaşmaq kişi işi deyil, arvad və uşaq 
işidir. Əgər, işdir, biri ilə dalaşmalı olsan, bildiyin və bacardığın 
hər şeyi etmə, elə dalaş ki, barışığa yer qalsın. Çox da sırtıq və 
inad olma. Alçaq adamların ən pis xasiyyəti sırtıqlıq və inaddır. 
Ən gözəl sifət təvazökarlıqdır. Təvazö elə bir vergidir ki, heç 
kəs ona həsəd etməz. Hər sözbaşı demə: "a kişi!", çünki 
səbəbsiz olaraq "a kişi" deyən adam, kişini kişilikdən salmış 
olar. 
Şərab içmək, zarafat etmək, eşqbazlıq-bunların hamısı 
cavanların işidir, lakin işlərin  əndazəsini bilsən, bunları elə 
gözəl təşkil etmək olar ki, camaat sənə irad tuta bilməz. 
İndi ki, şərab içmək, zarafat etmək, nərd və  şahmat 
haqqında bir neçə söz deyildi, istər-istəməz məhəbbət, eşqbazlıq 
qaydaları  və onların  şərtləri haqqında da bə'zi  şeylər demək 
lazım gəlir. 
Yerinə yetirib yetirməyəcəyini bilmirəm, çünki, ürəyə 
hökm etmək çətin işdir.  
 
 
 
 
 
 
 
On dördüncü fəsil
66
  
EŞQBAZLIQ VƏ ONUN QAYDALARI HAQQINDA 
Aşiq olmaq barədə bil, ey oğul, kimin təbiəti zərif olmasa, 
o aşiq də ola bilməz. Eşq təbiətin zərifliyindən doğur, 
zəriflikdən doğan hər  şey isə,  şübhəsiz, zərif olar. Odur ki 
deyiblər: 
Təbiət lətif olduqda, mə'lum  şeydir ki, o, zərif təbiətə 
qoşulmağa meyl köstərəcəkdir. 
B e y t 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə