Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/48
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9517
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   48

_______________Milli Kitabxana______________ 
 64
(lujitsalılarda “xoruzun Öldürülmə günü”). Bu qədim slavyan 
əkinçilik bayramı avqust-sentyabr aylarına təsadüf edir və 
keçmişdə ayrı-ayrı sehrli hərəkət və  mərasimlərlə müşayət 
edilirdi ki, bunun da əsas məqsədi bu məhsulu saxlamaq üçün 
növbəti ilin məhsul alınmasına təminat vermək idi. Bu dövrə 
aid olan digər  ənənəvi bayram kimi yaz bayramı “stada na 
troitsu”nu, Polşada “ruh günü” , gənclər bayramı, “may ağacı” 
(bu bayramda tozağacının yüksək hissəsi kəsilmiş budaqlarla, 
açıq lentlərlə  bəzədilir) bayramlarını göstərmək olar. 
Polyakların, çexlərin və slovakların böyük bir hissəsi 
katoliklərdir. 
Cənub slavyanları qrupu xalqlarına bolqarlar, serblər, 
xorvatlar, makedoniyalılar, çernoqoriyalılar, müsəlman 
slavyanlar daxildirlər. Bu xalqlar, əsasən, Balkan 
yarımadasında məskunlaşmışlar. Cənub slavyanları  qədim 
əkinçilik və maldarlıq  ənənələrinə malikdirlər. Cənub 
slavyanlarının müxtəlif qədim bayramları vardır. Buna misal 
olaraq hələ antik dövrlərə aid olan “obrok”  və onunla əlaqədar 
torpağın məhsuldarlıq magiyası, qədim “qurd günləri”- 
qurdlara həsr olunmuş noyabr ayının ilk həftələri və s. 
göstərmək olar. Bundan başqa bolqarlarda və digər cənub 
slavyanlarında məşhur olan və  həm də  mənşəyi antik dövrə 
gedib çıxan Trifon Zarezan günüdür ki, bu da 14 fevralda qeyd 
edilir (üzüm kəsilməsi və onlara çaxır tökülməsi). Təqvim 
bayramlarından müqəddəs Lazar günündə, pasxaya bir həftə 
qalmış qeyd edilən “lazarak” qız bayramını, Georgiyev gününü 
(6 may) – mal qaranın çəmənlərə birinci yaz otlağına 
çıxarılmasını və s. göstərmək olar. 
Şərq slavyanları  məişət və  mədəni xüsusiyyətlərinə görə 
bir-birinə daha yaxındırlar. Onların ümumi sayı 200 milyondan 
çoxdur. Hal-hazırda 145 milyondan çox rus, 46 milyondan çox 
ukraynalı  və 10 milyondan çox belorus yaşayır. Bu xalqların 
böyük  əksəriyyəti  Şərqi Avropada yaşayırlar.  Şərq 
slavyanlarında əkinçilik, onunla sıx əlaqədə olan maldarlıq və 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 65
meşə təsərrüfatı daha yüksək səviyyədə inkişaf etmişdir. Mal-
qaranın saxlanılmasında otlaq-bordaq forması üstünlük təşkil 
edir. Daha çox etnoqrafik xüsusiyyətləri xalq geyimlərində 
tapmaq olar. Geyimlərin istehsalı son zamanlara qədər kustar 
хarakteri daşıyırdı.  Şərq slavyanları özləri kətan, çətənə,  əkir, 
yun alır və dəri emal edirdilər. Şərq slavyanlarının əsas geyim 
tipi köynəklərdir. Kişilər dizə  qədər, qadınlar isə daha uzun 
ətəkli köynəklər geyirdilər. Kişi köynəkləri birtipli – tunikli 
biçimdə olurdu. Yalnız rusların yaşadığı bir çox vilayətlərdə 
yanyaxa köynəklər geniş yayılmışdı. Qadın köynəklərində daha 
çox fərq nəzərə çarpırdı.  Şərqi slavyan xalqlarının qadın baş 
örtükləri etnoqrafik baxımdan daha maraqlıdır. Qızların və ərli 
qadınların baş örtüklərində  fərqli cəhətlər daha çoxdur. Qadın 
baş örtüyünün bağlanma qaydaları  ən çox toylarda müşahidə 
olunurdu. Cənubi rus vilayətlərində, ukraynalılarda və 
beloruslarda baş yaylığından çələng düzəldirdilər. Bir çox 
mərkəzi vilayətlərdə baş örtüyünün özü bir növ çələngi 
xatırladırdı. Üst geyimləri daha universal xarakterdə idi. Bu 
mənada qadın və kişi geyimləri arasında böyük fərq nəzərə 
çarpmırdı. Ruslar, ukraynalılar və beloruslar rəsmən pravoslav 
kilsəsinə xidmət edirlər. Təqvim mərasimləri  İvan Kupola 
bayramı, maslenitsa, troitsa, soçelnik təntənəli  şəkildə qeyd 
olunur.  
ALMAN XALQLARI QRUPU: Bu qrupa aid olan xalqlar 
Şimali Atlantika adaları daxil olmaqla, Qərbi, Mərkəzi və 
Şimali Avropada yaşayırlar. Dil və  mədəniyyətin bəzi 
xüsusiyyətlərinə görə bu xalqları iki böyük qrupa bölürlər: 
Şimali Alman (Skandinaviya) xalqları və Qərbi Alman xalqları. 
Skandinaviya xalqları qrupuna isveçlər, norveçlilər, 
danimarkalılar, islandiyalılar və  fоrerlilər daxildirlər. 
Təsərrüfatda meşə sahəsi daha çox inkişaf etmişdir ki, bu da 
təbii-coğrafi şəraitlə əlaqədardır. İsveç xalqı öz milli kostyum-
larını müasir dövrdə yalnız toylarda geyir. Norveçlilərin milli 
geyimi “bunad” adlanır. Digər Skandinaviya xalqlarında 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 66
olduğu kimi danimarkalılarda da yun məmulatları geniş 
yayılmışdır. İslandiyalıların və farerlilərin ənənəvi mədəniyyəti 
Norveç mədəniyyətinə çox yaxındır.  
Qərbi Alman xalqları qrupuna almanlar, avstriyalılar, 
ingilislər, 
şotlandiyalılar, oleterlilər, alman-isveçrəlilər
lüksemburqlular, elzaslılar, lotaringiyalılar, flamandlar, 
hollandiyalılar və frizlər daxildir. Bu xalqlar arasında daha 
geniş yayılmış dillər alman və ingilis dilləridir. Bütün alman 
xalqının özünü adlandırdığı ad – Döyç (Döyçlənd – Döyç 
torpağı) ölkənin  şimalında yaşayan tevton tayfasının adı ilə 
əlaqədardır. Qədimdə ölkənin cənubunda yaşayan aleman 
tayfasının adı ilə bir çox roman xalqları almanları Aleman 
adlandırır. İngilislər isə onları germanlar adlandırırlar. German 
xalqlarının  ənənəvi məşğuliyyəti heyvandarlıq,  əsasən, iri 
buynuzlu mal-qaranın saxlanması  və  əkinçilikdir.  İngilislərin 
milli mətbəxi və milli bayramları daha maraqlıdır. İngilislərin 
milli xörəkləri rostbif və bifşteks bir çox ölkələrdə məşhurdur. 
Ənənəvi yaz bayramları, xüsusən, indi İngiltərədə yalnız bir 
gün qeyd olunan maslenitsa böyük rəngarəngliyi ilə seçilir. 
Həmin gün səhər saat 11-də kilsə  zəngləri kəndin bütün 
əhalisinə blinaların bişirilməsinin başlanmasını  xəbər verir. 
Niderland əhalisinin əksəriyyəti şəhərlərdə yaşayır. Almanlarda 
da təqvim bayramları böyük təntənə ilə qeyd edilir.  
ROMAN XALQLARI QRUPU: Bu qrupa italyanlar, 
italyan-isveçrəlilər, ispanlar, fransızlar, portuqaliyalılar, 
friullar, romaneşlər, ladinlər, korsikanlar, katalonlar, 
qalisiyalılar, rumınlar və moldovanlar daxildir. İtalyanların 
mənəvi həyatı müxtəlif  ənənəvi bayramlarla zəngindir. Milad 
günü və yeni il bayramı geniş miqyasda keçirilir. İtalyanlar 
Yeni il günü evdə lazım olmayan çini və  şüşə qabları, sınıq 
mebeli tullayırlar.  İtaliyada  ən böyük yaz bayramı karnaval 
hesab edilir. Karnaval gəzintiləri, adətən, fevral-mart aylarında 
keçirilir. Pasxa italyanların ikinci böyük yaz bayramıdır. 
İtalyanlarda ən məşhur yay bayramı San Covanni günüdür (24 
www.behruzmelikov.com


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə