Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/48
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9517
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   48

_______________Milli Kitabxana______________ 
 57
dövlət: Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan və 
Qazaxıstan, habelə, Özbəkistanın tərkibinə daxil olan 
Qaraqalpaq Respublikası yerləşir. 
Özbəkistan Respublikası  əhalisinin 77,5 %-ni özbəklər 
təşkil edir. Burada ruslar, tatarlar, qazaxlar, taciklər, 
koreyalılar, qaraqalpaqlar, ukraynаlılаr, qırğızlar, yəhudilər, 
türkmənlər və azərbaycanlılar da yaşayırlar.  
Qazaxıstan  əhalisinin 40 %-ni qazaxlar təşkil edir. 
Qazaxlardan sonra ruslar üstünlük təşkil edirlər. Qazaxıstanda 
ukraynаlılаr, almanlar, tatarlar, özbəklər, belaruslar, uyğurlar, 
koreyalılar, azərbaycanlılar və dunqanlar da yaşayırlar.  
Tacikistanda,  əsasən, taciklər üstünlük təşkil etməklə 
yanaşı burada özbəklər, ruslar, tatarlar, qırğızlar, ukraynаlılаr 
dа yaşayırlar. 
Qırğızıstan Respublikasının  əhalisinin 56 %-ni qırğızlar 
təşkil edir. Burada, həmçinin, ruslar (1,1 milyon), özbəklər, 
ukraynаlılаr, tatarlar, uyğurlar, almanlar, qaraqalpaqlar, 
dunqanlar və qazaxlar yaşayır. Rusların çoxluğu ilə  əlaqədar 
olaraq Qırğızıstan Respublikasının dövlət dilləri qırğız və rus 
dilləridir. 
Türkmənistanda əhalinin 80,5 %-ni türkmənlət təşkil edir. 
Türkmənistanda ruslar, qazaxlar, azərbaycanlılar, ermənilər, 
ukrainlər, bəluclar da yaşayırlar. 
Mərkəzi Asiya və Qazaxıstanın maddi-mədəniyyəti etnik 
mənsubiyyətdən daha çox təsərrüfat və regional xüsusiyyətləri 
özündə əks etdirir. Şəhər yaşayış məntəqələrindən fərqli olaraq 
aul və  qışlaq kimi məskənlər etnik xüsusiyyətlərə malikdir. 
Mərkəzi Asiya və Qazaxıstanda Alma-ata, Astana, Daşkənd, 
Səmərqənd, Bişkek kimi iri şəhərlər vardır. Regionda ən böyük 
şəhər Daşkənddir. Mərkəzi Asiyada yaşayış evləri 2 tipdir: 
Oturaq  əkinçilərə  məxsus bir mərtəbəli evlər və Köçəri 
maldarlara məxsus mövsümi xarakterli evlər. Mərkəzi Asiya 
xalqlarının ənənəvi geyimləri bir çox ümumi spesifik cəhətlərə 
malikdir. Kişi geyimlərinin  əsasını tuniki formalı biçim 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 58
üsulunda hazırlanan köynəklər və enli şalvarlar təşkil edir. Üst 
paltarı kimi hər yerdə yaxası başdan ayağa qədər açıq, uzun 
qolları  aşağıya doğru nazikləşən xalatlar geyirlər. Xalatın 
biçimi və onun rəngi milli mənsubiyyəti ayırd etməkdən daha 
çox onlar ayrı-ayrı vilayətlər üzrə fərqlənirdi. Məsələn, xarəzm 
özbəkləri, türkmən və qaraqalpaqlar qırmızı  rəngli, Fərqanə 
özbəkləri və taciklər isə yaşıl-göy rəngli xalatlar geyirlər. 
Ənənəvi qadın geyimləri XX əsrin  əvvəllərinədək öz 
milli xüsusiyyətlərini daha çox mühafizə etmişdir. Onlar tuniki 
biçimli uzun köynək və  şalvar geyirdilər. Paltarlar açıq rəngli 
parçalardan tikilirdi. Üst paltarları kişi geyimlərindən o qədər 
də fərqlənməyən xalatlardan ibarət idi. Mərkəzi Asiya ənənəvi 
qadın geyimlərinin əsasını xalat örtük təşkil edir. Qadınlar onu 
başlarına salırlar. 
Mərkəzi Asiya və Qazaxıstan xalqlarının  əksəriyyəti 
müsəlmandır. Qazaxıstanın  şimalında xristianlar da yaşayırlar 
ki, bu da ərazidə rusların çoxluq təşkil etməsi ilə əlaqədardır.  
QAFQAZ XALQLARI:  Xüsusi tarixi-etnoqrafik vilayət 
olan Qafqazın etnik tərkibi olduqca rəngarəngdir. Hal-hazırda 
Qafqazda 3 müstəqil ölkə: Azərbaycan, Gürcüstan (tərkibində 
Abxaziya, cənubi Osetiya və Acarıstan vilayətləri yerləşir) və 
Ermənistan Respublikaları, o cümlədən, Rusiya Federasiyası 
tərkibində olan Şimali Qafqazda muxtar qurumlar və 
respublikalar vardır: Dağıstan, Kabarda-Balkar, Şimali Osetiya 
(Alaniya), Çeçenistan, İnquşetiya muxtar respublikaları, 
Krasnodar ölkəsində Adıgey muxtar vilayəti, Stavropol 
ölkəsində Qaraçay-Çərkəz muxtar vilayəti və  Xəzərin  şimal-
qərb sahillərində Kalmıkiya muxtar respublikası yerləşir. 
Qafqazda 50-yə  qədər xalq yaşayır. Onların  ən böyüklərinin 
statistik cədvəlinə baxaq: 
Azərbaycanlılar 8 
milyon 
Gürcülər 4 
milyon 
Ermənilər 4,3 
milyon 
Abxazlar 100 
min 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 59
Acarlar 300 
min 
Osetinlər 600 
min 
Dağıstan xalqları: 
Avarlar  
550 min 
Darginlər 320 
min 
Kumıklar  
260 min 
Ləzgilər 450 
min 
Laklar  
120 min 
Tabasaranlar  
85 min 
Noqaylar  
70 min 
Rutullar  
17 min 
Aqullar  
13 min 
Saxurlar  
15 min 
Kabardinlər 350 
min 
Balkarlar  
75 min 
Çeçenlər 1 
milyon 
Çərkəzlər 55 
min 
İnquşlar 200min 
Adıgeylər 120 
min 
Qaraçaylar  
150 min 
Abazinlər 36 
min 
Ruslar  
12 milyon 
Ümumi əhali: 32,5 
milyon 
     
Linqvistik baxımdan Qafqaz əhalisi 3 böyük dil ailəsinə 
mənsubdur: Qafqaz, Hind-Avropa, Altay dil ailələri. Lakin 
ərazidə azsaylı xalqlar da yaşayır ki, bunlar daha çox 
Dağıstanda məskunlaşmışlar. 
Antropoloji cəhətdən Qafqaz əhalisi yekcinsdir. 
Monqoloid əlamətli noqaylar və kalmıkların əksəriyyəti istisna 
edilməklə bütün digər xalqlar böyük Avropa irqini təmsil 
edirlər. Ruslar istisna edilməklə Qafqazın bütün əhalisi Avropa 
irqinin cənub budağına daxildirlər.  Əhali başlıca olaraq üç 
əlamətlərinə görə fərqlənir: 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 60
1) Saçın və gözlərin rənginə görə; 
2) Sifətin enliliyinə görə; 
3) Baş indeksinə görə. 
Qafqaz  əhalisini aşağıdakı antropoloji tiplərə ayırmaq 
olar: 
1) Böyük Qafqaz tipi; 
2) Xəzər tipi; 
3) Kuban və ya Pont tipi; 
4) Kartvel və erməni tipləri. 
Qafqaz  əhalisinin müasir antropoloji tərkibi hələ Son 
Tunc və  İlk Dəmir dövründə formalaşmışdır. Qafqazda ən 
geniş yayılmış dil ailəsi Qafqaz və ya İber-Qafqaz dil ailəsidir. 
Hazırda bu dil ailəsi 4 budağa ayrılır: 1) Cənub (Kartvel);      2) 
Şimal-Qərb (Abxaz-adıgey); 3) Mərkəz (Nax); 4) Dağıstan 
budaqları. 
Kartvel dillərində gürcülər danışır. 
Abxaz-adıgey dillərində abxazlar, abazinlər, adıgeylər, 
çərkəzlər və kabardinlər danışırlar. 
Çeçenlərin və inquşların dilləri Nax budağına daxildir. 
Dağıstan budağına avarların, darginlərin, lakların, 
ləzgilərin, tabasaranların, o cümlədən, Dağıstanda və 
Azərbaycanda yaşayan bir neçə xalqın dili daxildir. 
Dağıstan və Azərbaycanda yaşayan Dağıstan dilli xalqlar 
ləzgilər, aqullar, rutullar, avarlar, tabasaranlar, saxurlar, 
udinlər, buduqlar, qrızlar və xınalıqlardır. Ləzgilər ləzgi, rus və 
Azərbaycan dillərində, aqullar ləzgi və rus dillərində, rutullar 
və saxurlar Azərbaycan və rus dillərində, tabasaranlılar öz 
müstəqil  ədəbi dillərində, udinlər Azərbaycan və udin 
dillərində danışırlar. 
Qafqazda Hind-Avropa dillərini təmsil edən xalqlar 
ruslar, ermənilər, osetinlər, ukraynаlılаr, tatlar, talışlar, kürdlər, 
yunanlar və başqalarıdır.  İran dilli əhali osetinlər, talışlar, 
kürdlər və tatlardır. Qafqazda moldovanlara, qaraçılara, alman-
lara da rast gəlinir. 
www.behruzmelikov.com


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə