Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/48
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9517
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   48

_______________Milli Kitabxana______________ 
 48
Afrikada yaşayan bantu dilli xalqlar isə əkinçilik və maldarlıqla 
məşğuldurlar. 
Cənubi Afrika tarixi-etnoqrafik vilayətinin  şimal 
sərhədləri Zambezi çayı ilə  əhatə olunur. Cənubi Afrikada ilk 
Avropa yaşayış  məntəqəsini XVII əsrin ortalarında hollandlar 
salmışdılar. Sonralar bu ərazilərdə ingilislərin ağalığı 
güclənmişdir.  Ərazidə buşmenlər və hottentotlar daha geniş 
yayılmışdır. Bundan başqa bantu dilli xalqlar da yaşayırlar. 
Buşmenlər və hottentotlar eyni bir antropoloji tipə aid 
edilməklə Koysan qrupunu təşkil edirdilər. Buşmenlər və 
hottentotlarla yanaşı Cənubi Afrikada zuluslar da yaşayırlar.  
Ərazidə  Cənubi Afrika Respublikası (CAR) İEKÖ 
(İnkişaf Etmiş Kapitalist Ölkələri) sırasına daxildir. Ərazinin 
zəngin faydalı qazıntıları vardır. Mərkəzi və  Cənubi Afrikada 
Xristian dini də yayılmışdır. Yerli dinlər bəzi  ərazilərdə 
mövcuddur. Çохmilyоnlu  Аfrikа  əhаlisinin 12 milyоnu hind-
аvrоpа dillərində dаnışırlаr. 
Madaqaskar dünyanın  ən böyük adalarından biridir. 
Madaqaskar  əhalisi öz antropoloji əlamətlərinə, dillərinə  və 
mədəniyyətlərinə görə qonşu Afrika əhalisindən daha çox uzaq 
İndoneziya  əhalisinə  bənzəyir. Madaqaskar əhalisinin müasir 
dili  İndoneziya dillərinin qərb qrupuna aiddir. Onların dili 
İndoneziya  əhalisinin dilinə daha yaxındır. Dil və etnoqrafik 
elementlər malqaşları malay xalqları ilə eyniləşdirsə də, onların 
antropoloji  əlamətləri malqaşları  zəncilərlə yaxınlaşdırır. 
Ərəblərin gəlişinə qədər malqaşların yazısı olmamışdır. Malqaş 
dilində ilk yazı Ərəb əlifbası ilə XVIII əsrdə yazılmışdır. 
 
ASİYA  XALQLARI 
 Avrasiya materiki həm  ərazisinə, həm də  əhalisinin 
sayına görə dünyanın  ən böyük quru hissəsidir. Materik 2 
qitədən ibarətdir: Avropa və Asiya. Asiya qədim insan 
məskənlərindən hesab olunur. Çin, Hindistan, Babilistan, Orta 
Asiya və  Cənubi Qafqaz Asiyanın qədim mədəniyyət 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 49
mərkəzlərindəndir. Asiya xalqlarının sosial-iqtisadi və  mədəni 
inkişaflarına son dövrlərdə başlanan müstəmləkə  işğalları 
olduqca mənfi təsir göstərmişdir. Hazırda Asiya xalqları 
müstəmləkəçilik boyunduruğundan azad olaraq inamla 
müstəqillik yolu ilə addımlayır və sosial ədalət uğrunda 
mübarizə aparırlar. Asiyada bütün böyük insan irqlərinə rast 
gəlmək mümkündür. Bunların içərisində monqoloid və 
avropoid irqləri üstünlük təşkil edir. Burаdа pаpаus, mеlаnеziy, 
piqmеy-nеqritоs və аvstrоlоid qruplаrı аd mövcuddur. Asiyada 
çoxlu miqdarda qarışıq antropoloji tiplərə  də rast gəlinir. 
Burada Çin-Tibet, Hind-Avropa, Semit-Hamit, Altay, 
Avstroneziya kimi böyük dil ailələrinə  məxsus  əhali yaşayır. 
Qitədə xırda dil ailələrinə məxsus əhali də vardır.  
Asiyada hazırda 3 milyarddan çox əhali yaşayır. Çin-
Tibet dil ailəsinin tərkibində  ən çoxsaylı olanları çinlilər və 
xueylərdir. Xueylər müsəlmandırlar. Bu dil ailəsinə  mənsub 
xalqlar Çində, Hind-Çində, Nepalda və  Şimali Hindistanda 
məskunlaşmışlar. 
Paratay dil ailəsinə  mənsub xalqlar Cənubi Çində  və 
Hind-Çində yaşayırlar. Asiyanın dravid dillərində Hindistanın 
cənubunda yaşayan bütün xalqlar danışırlar.  
Asiyada Hind-Avropa dilli əhali Hind, İran və Slavyan 
qruplarına daxildir. Hind dilli əhali Hindistan, Pakistan, Nepal 
və Banqladeşdə  yığcam halda yaşayırlar.  İran qrupuna daxil 
olan əhali İran, Əfqanıstan, Türkiyə, Tacikistan, Suriya, İraq və 
Pakistanda yaşayır. 
Avroasiya dilləri, əsasən, Ön Asiyada yayılmışdır. Bunlar 
ərəblər, aysorlar və  yəhudilərdir. Asiyanın Altay dil ailəsi 
Türk, Monqol və Tunqus-Mancur qruplarından ibarətdir. 
Asiyanın tarixi-etnoqrafik əyalətləri bunlardır: 
1) Ön (Qabaq) Asiya; 
2) Cənubi Asiya; 
3) Cənub-Şərqi Asiya; 
4) Şərqi və Mərkəzi Asiya
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 50
5) Orta Asiya və Sibir; 
6) Qafqaz. 
 
ÖN  ASİYA  XALQLARI: Coğrafi cəhətdən Ön Asiya 
Kiçik Asiyanı, Mesopotamiyanı, Livanı, 
Ərəbistan 
yarımadasını  və  İran yaylasını özündə birləşdirir. Hal-hazırda 
Cənub-Qərbi Asiyada aşağıdakı dövlətlər yerləşir: Türkiyə, 
İran,  İraq,  Əfqanıstan, Suriya, Səudiyyə  Ərəbistanı, Yəmən, 
İsrail (Fələstin), Livan, İordaniya, Oman sultanlığı, BƏƏ 
(Birləşmiş Ərəb Əmirlikləri), Bəhreyn, Küveyt, Qətər və Kipr 
respublikası. Bu ərazilərin etnik tərkibi haqqında ilkin məlumat 
e.ə. IV-III minilliyə aiddir. Regionun əhalisi 3 linqvistik 
qrupda təmsil olunur: Semit, İran və Türk qrupları. Semit dilli 
əhali  ərəblər, aysorlar və  yəhudilərdir.  İran dilli əhali farslar
puştunlar, taciklər, kürdlər, bəluclar və lurlardır. Türk 
dillərində danışan əhali isə türklər, azərbaycanlılar, türkmənlər, 
özbəklər, qaşqaylar, şahsevənlər, qacarlar, əfşarlardır. Burada 3 
böyük dinin əhalisi yaşayır.  Ərazidə müsəlmanlar üstünlük 
təşkil edir. Yəhudilər və xristianlar da qeyd olunan ərazilərdə, 
xüsusi ilə, Yaxın Şərqdə yaşayırlar. Regionun özü də müəyyən 
cəhətlərinə görə etnoqrafik bölgələrə ayrılır:  Əfqanıstan,  İran, 
Türkiyə xalqları, Suriya və  İraq xalqları,  İsrail xalqları, 
Səudiyyə  Ərəbistanı, Yəmən  ərəbləri, Livan və  İordaniya 
ərəbləri, Kipr və Ərəb Əmirlikləri.  
Əfqanıstan  ərazisində  əfqanlar, taciklər və özbəklər 
üstünlük təşkil etməklə yanaşı burada müxtəlif xalqlar da 
yaşayır.  İran  ərazisində farslar, azərbaycanlılar, kürdlər, 
türkmənlər və ərəblər əsas etnik qruplar hesab olunur. Bununla 
yanaşı  İran  ərazisində xeyli miqdarda İran dilli və Türk dilli 
xalqlar da yaşayır. Semit dilli əhali də İranda çoxdur. Türkiyə 
Respublikası ərazisində türklər, kürdlər, türkmənlər, ərəblər, o 
cümlədən, Qafqaz xalqları (çərkəzlər, abazinlər, gürcülər
lazlar) üstünlük təşkil edirlər. 
www.behruzmelikov.com


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə