Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/48
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9517
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   48

_______________Milli Kitabxana______________ 
 45
Şimali Amerikanın meşə ovçuları adlananlar isə 
Alqonkinlər və Atapask qəbilələridir. Onlar daha çox materikin 
meşəlik zonasında həyat tərzi keçirirlər.  
Preri hinduları isə Şimali Amerikanın mərkəzi hissəsində 
Preri çöl zonasında məskunlaşmışlar. Preri çöl zonası Böyük 
Göllər rayonunun qərbindən tutmuş  qərbdə Qayalı dağlar 
rayonuna qədər genişlənir. 
Kaliforniya  ərazisində daha çox yığıcılıqla məşğul olan 
hindu qəbilələri yaşayır ki, bunları da Kaliforniyanın yığıcı 
qəbilələri adlandırırlar. Amerika etnoqrafi A.Krober Kalifor-
niya qəbilələrini linqvistik baxımdan 7 qrupa bölmüşdür. 
Cənubi Amerikanın cənub qurtaracağında, Antarktida 
yaxınlığında Odlu torpaq adaları yerləşir. Burada məskunlaşan 
əhali 3 hindu qrupundan ibarətdir: Ona, Alakaluf və Yaqan. Bu 
qəbilə qrupları öz dillərinə  və  mədəniyyətlərinə görə bir-
birindən fərqlənirlər. Hazırda isə bu qəbilələrə məxsus əhalinin 
sayı çox az qalmışdır. 
Şimali Amerikanın Şərq və Şimal-Şərq vilayətlərində isə 
əkinçi hindu qəbilələri yaşayır. Bu qəbilələr arasında İrokezlər 
xüsusi yer tutmuşdur. Hazırda bu ərazilərin ABŞ hissəsində 60 
min, Kanada hissəsində isə 30 min hindu yaşayır.  Şimali 
Amerikanın Cənub-Qərb hissəsində  də  əkinçi qəbilələr 
yaşayırlar. 
Mərkəzi və Cənubi Amerikada yüksək mədəniyyətli yerli 
xalqlar da yaşamışlar. Mayya, Astek və İnk mədəniyyətləri bu 
ərazilərin qədimdən bəri  ən yüksək yerli mədəniyyətləridir. 
Mayya mədəniyyəti Qvatemala, Honduras və Meksikada geniş 
yayılmışdır. Astek mədəniyyəti də daha çox Meksikada 
yayılmışdır.  İnk mədəniyyəti isə,  əsasən, And dağları 
ölkələrində, yəni Peruda, Çilidə, Kolumbiyada və Ekvadorda 
geniş yayılmışdır. 
Hal-hazırda  Şimali Amerikada yaşayan  əhalinin 
əksəriyyəti ingilis və fransız dillərində danışır. ABŞ-ın dövlət 
dili ingilis, Kanadanın dövlət dili isə ingilis və fransız 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 46
dilləridir. Cənubi Amerikada isə  əksər ölkələrin dövlət dili 
ispan dilidir və əhalinin əksəriyyəti ispan dilində danışır. Latın 
Amerikası ölkələrində qaraçılar da yaşayırlar. Braziliyada isə 
dövlət dili portuqal dilidir. Peruda isə dövlət dili ispan və yerli 
Keçua dilləridir. Bəzi  ərazilərdə  qədim yerli dinlər 
qalmaqdadır. Cənubi Amerikanın mərkəzi hissələrində yerli 
dinlər daha çox yayılmışdır.  Əhalinin  əksəriyyəti Xristian 
dininə mənsubdur. 
 
AFRİKA    XALQLARI 
 
Afrika Avroasiyadan sonra ikinci böyük materikdir. Ən 
böyük çayları Nil, Konqo və Niger çaylarıdır. Afrikanın 
avropalılar tərəfindən tutulması  ərəfəsində yerli əhalinin sayı 
dünya  əhalisinin 20%-ni təşkil edirsə, 1960-cı illərdə bu 
göstərici 8%-ə enmişdir. XX əsrin 90-cı illərində Аfrikаdа 520 
mln. nəfərdən  аrtıq  əhаli yаşаyırdı.  Afrika materikində 3 
böyük irqin nümayəndələri: avropa, zənci və monqol irqlərinə 
məxsus insanlar yaşayır. Bundan başqa burada keçid və qarışıq 
irqin nümayəndələri də vardır. Zənci irqi ilə Avropa irqi 
arasında qarışıq və keçid formaya malik olan xüsusi bir irqi tip 
Həbəş irqidir. 
Afrika materiki aşağıdakı  ənənəvi etnoqrafik əyalətlərə 
bölünür: 
1) Məğrib və Liviya; 
2) Misir; 
3) Şimаli-Şərqi Аfrikа;  
4) Qərbi Sudan; 
5) Şərqi Sudаn; 
6) Şərqi Tropik Afrika;  
7) Qərbi Tropik Afrika
8) Cənubi Afrika; 
9) Madaqaskar xalqları 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 47
İlk 3 qrupa daxil olan etnoqrafik əyalətlərdə yaşayan 
xalqların dilləri  Ərəb dillidir. Bundan başqa qeyd olunan 
ərazilərdə yerli dillərdə danışan  əhali də yaşayır. Bu ərazilər 
Afrikanın  şimal hissəsini təşkil edir. Ərazidə  İslam dini geniş 
yayılmışdır.  Şimali Afrikanın  əksər  əhalisi müsəlmandır. 
Müsəlmanlar daha çox Misirdə, Liviyada, Əlcəzairdə, Tunisdə, 
Mərakeşdə  və Sudanda yaşayırlar. Müsəlman  əhalisi yaşayan 
Şimali Afrika ərazisi, Cənubi Afrika Respublikası (CAR) 
istisna olmaqla Afrikanın digər  ərazilərindən mədəni, siyasi, 
iqtisadi və ictimai cəhətdən fərqlənirlər. Belə ki, bu regionun 
ölkələri daha çox inkişaf etmiş mədəniyyətə malikdirlər. Şimali 
Afrika ölkələrində memarlığın müxtəlif üslubları yaxşı inkişaf 
etmişdir.  İslamın yаydığı  ərazidə  Ərəb xilafəti yarandıqdan 
sonra bu din yayılmağa başlamış  və möhkəmlənmişdir. XIX 
əsrdə ərazidə Avropa ölkələrinin müstəmləkə rejimləri bərqərar 
olmuşdur. XX əsrin ortaları  və sonlarında milli azadlıq 
mübarizələri nəticəsində  ərazidə müstəqil dövlətlər meydana 
gəlmişdir.  İslam dini ilə  əlaqədar olaraq Şimali Afrika 
ərazisində müsəlman  şəriət qaydaları geniş yayılmışdır. Misir 
qədim  Şərq svilizasiyasının mərkəzlərindən biri olmuşdur. 
Regionun  əlverişli coğrafi mövqeyi vardır. Belə ki, Aralıq 
dənizi ilə  həmsərhəd olan Şimali Afrika ölkələri Avropa 
ölkələri ilə geniş  əlaqələrə malikdirlər. Sudan ərazisində 
Afrasiya, Nil-Saxara və Niger-Kordofan dil ailəsinə  mənsub 
xalqlar yaşayırlar. 
Həbəşistan “Efiopiya” sözünün tərcüməsidir. “Efiopiya” 
isə qədim yunan sözü olub, “Aytiopiya”nın yeni formasıdır. Bu 
da “Günəş  şüalarından qaralmış sifətləri olan insanların 
yaşadığı ölkə” deməkdir. Həbəşistan çoxmillətli və çox dilli 
ölkələr sırasına daxildir. Ərazidə müsəlmanlar, xristianlar və 
yerli dinə mənsub əhali yaşayır. 
Tropik Afrika ərazisində isə bantu dilli xalqlar və Sudan 
dilli xalqlar məskunlaşmışlar. Qərbi Tropik Afrikada yaşayan 
bantu dilli xalqlar əkinçilik və ovçuluqla, Şərqi Tropik 
www.behruzmelikov.com


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə