Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/48
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9517
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   48

_______________Milli Kitabxana______________ 
 32
8. Roman dilləri budağı Roma imperiyasının 
dağılmasından sonra latın dilinin danışıq dialektlərindən əmələ 
gəlmişdir. Bunlar: ispan, portuqaliya, katalon, fransız, 
pravansal, italiyan, sardin və retoroman (fransız, italiyan və 
alman dilləri ilə yanaşı İsveçrənin dövlət dili), rumın, moldav 
və XIX əsrdə ölmüş dalmat dilindən ibarətdir. Bəzi alimlər 7-8-
ci budaqları vahid roman budağında birləşdirirlər.  
9. Hind Avropa dillərinin alban budağı vahid bir dildən – 
alban dilindən ibarətdir. 
10. Hind-Avropa dillərinin erməni budağı da vahid bir 
dildən – erməni dilindən ibarətdir. Bu dil qədim qrabar (V-
XIX), orta və müasir danışıq dili olan aşxarabardan ibarətdir. 
11. Bu dil ailəsinin yunan budağı da yeganə bir yunan dili 
ilə  təmsil olunur. Bu dil sinfi cəmiyyət  şəraitində üç minillik 
bir inkişaf yolu keçmişdir. Yunan dili tarixi üç dövrə ayrılır: 
qədim; orta və yeni yunan dilləri. Qədim yunan dili latın dili 
kimi beynəlxalq terminologiyanın əsas mənbəsidir. 
12. Anadolu budağına Kiçik Asiyanın qədim ölü dilləri: 
xett-mixi, xett- heroqlif, luviya və palay dilləri daxildir. 
Alimlərin çoxu Anadolu yarımadasının Qərb hissəsində 
yerləşən likiya, lidiya və kariya dillərini də bu budağa aid 
edirlər. 
13. Bir-birinə yaxın olan toxar A (qaraşar) və toxar B 
(kuçan) dilləri toxar budağını  təşkil edir. Bu dillərdəki yazılı 
mənbələr V-VIII əsrlərə aid edilir. 
Hind-Avropa dillərinin bu müxtəlif budaqları arasında 
qohumluq münasibətləri nəzərə çarpır. Bu mənada hind və İran 
dilləri arasında daha çox yaxınlıq vardır. Bu baxımdan ikinci 
yeri slavyan dilləri tutur. Müasir Hind-Avropa dillərinə 
nisbətən qədim Hind-Avropa dilləri bir-birinə daha yaxındır. 
Məs, rus, veda və latın dillərində oxşar səslənən bu növ ifadələr 
düzəltmək olar. Belə ki, “dаitе mnе оqnə” ifadəsi veda dilində 
“dаtа mахə аqnim” kimi, latın dilində isə    “dаtе mihi iqnеm” 
kimi səslənir. 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 33
Ural dil ailəsi –üç budağa: fin, uqor və samodiy 
budaqlarına bölünür. Fin budağı Pribaltika, Perm və Volqa 
qruplarına ayrılır. Pribaltika qrupuna fin (suomi), saam (lopar), 
eston, karel, ijor, veps və liv dilləri daxildir. Perm qrupuna – 
komi-zıryan, komi-permyak və udmurt dilləri daxildir. Volqa 
qrupuna: dağ  və düzən marilər, erzya-mordva, mokşa-mordva 
dilləri daxildir. Uqor budağı macar, uqor, mansi (voqul) və 
xanti (ostyak) dillərinə ayrılır.  İndiki Dunay çayı boyunda 
yaşayan macarlar bu yerlərə IX əsrdə Cənubi Ural çöllərindən 
gəlmişlər. 
Ural dillərinin Samodiy budağı nen, en, nqanasan və 
selkun dillərindən təşkil olunmuşdur. 
Altay dil ailəsi –türk, monqol və tunqus-mancur 
budaqlarına  şaxələnir. Türk dillərinin çoxlu təsnifatı 
mövcuddur. Onlardan biri türk dillərini beş qrupa ayırır: 
bolqar, cənub-qərb,  şimal-qərb, cənub-şərq və  şimal-şərq. Bu 
qrupun bütün dilləri hazırda da bir-birinə çox yaxındır. Hazırda 
ölü dil olan bulqar və  xəzər dilləri, habelə müasir çuvaş dili 
Bulqar qrupuna daxildir. Cənub-qərb budağı ölü oğuz dilindən, 
türkmən, truxmen, azərbaycan, qaqauz və türk dillərindən 
təşkil olunmuşdur. Tatar, başqırd, qazax, qırğız, altay, kumık, 
noqay, qaraqalpaq, qaraçay-balkar, qaraim, habelə ölü poloves 
və peçeneq dilləri; cənub-şərq qrupu özbək, uyğur və ölü 
caqatay dilləri Şimal-qərb qrupuna aiddir. Buraya yakut, tuva, 
xakas,  şor, qaraqas, orxon habelə  qədim uyqur ölü dili şimal-
şərq dilinə aiddir. 
Çingiz xanın imperiyasının dağılmasından sonra bir 
vaxtlar vahid olan monqol dili dialektləri sonralar inkişaf edib 
müstəqil dillərə çevrildi. Hazırda monqol dillərinə: monqol, 
buryat, kalmık, moqol, monqor və daxur dilləri daxil edilir. 
Tunqus-mancur dil budağı iki qrupa: tunqus və mancur 
qruplarına bölünür. Tunqus qrupu Sibir və Aşağı Amur yarım 
qruplarına ayrılır. Sibir yarımqrupuna evenk (tunqus), even 
(lamut) və negidal dilləri daxildir. Aşağı Amur yarımqrupuna 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 34
isə nanay (qold), udey, ulç, orok, oroç dilləri daxildir. Mancur 
qrupu: mancur, sibo və ölü çjur-çjen dillərinə ayrılır. Bir çox 
alimlər türk, monqol və tunqus-mancur dil budaqlarının hər 
birini ayrı-ayrılıqda müstəqil dil ailələri kimi səciyyələndirirlər. 
Semit-hamit dil ailəsi –semit, Misir (hamit), liviya-
bərbər, kuş  və çad budaqları ilə  təqdim olunur. Semit budağı 
şimal və  cənub qruplarına ayrılır. Onlardan birincisi akkat 
(babil-assur) dilindən ibarət olan şərq yarımqrupuna və 
xananey, finikiya, uqarit, moavit, qədim yəhudi və aramey 
dillərindən ibarət olan qərb yarımqruplarına ayrılır.  İsraildə 
hal-hazırda süni sürətdə  qədim yəhudi dilini bərpa etməyə 
çalışırlar. Aramey dili b.e.ə VI əsrdən başlayaraq eramızın VI 
əsrinə qədər yaxın Şərqdə ən geniş yayılan dil olmuşdur. Onun 
qalıqlarına hazırda Livanda təsadüf edilir. Arameyin bir hissəsi 
aysor dili kimi bu günə qədər Rusiya, İraq, İran və Türkiyədə 
saxlanılır. Semit dillərinin cənub qrupu ərəb və efiopiya dilləri 
ilə: amxar, tiqre, tiqrinye ilə təmsil olunmuşdur. Köhnə həbəş 
dili – gez hazırda kilsə dili kimi saxlanılır. 
Qədim, orta və yeni Misir dilləri Misir budağına aiddir. 
Ərəb dili yayılana qədər Misir əhalisi  əsasən kopt dilində 
danışırdılar. 
Liviya-bərbər budağına: liviya (ölü), bərbər, numidiya və 
quanc (Kanar adalarında), tuareq, kabil, rif və zenaq dilləri 
daxildir. 
Kuş dillərində  şimal-şərqi Afrikanın  əhalisi danışır. 
Onlardan ən çox yayılanı: qalla, somali, afar və bedauedir. 
Çad budağının ən böyük dili hausadır. 
Semit-hamit dillərinin hamı tərəfindən qəbul edilən vahid 
bir təsnifatı yoxdur. Bir çox alimlər bu dil ailəsini beş deyil, iki 
budağa semit və hamit budaqlarına ayırır və liviya-bərbər, kuş 
və çad budaqlarını da axırıncıya birləşdirirlər. 
Dravid dil ailəsi – özündə 16 dili birləşdirərək 4 budağa 
ayrılır. Bunlar: dravid, andxra, Mərkəzi hind və  Şimal-qərb 
budaqlarıdır. Dravidin ən böyük dilləri: tamil, malayyali və 
www.behruzmelikov.com


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə