Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/48
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9517
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   48

_______________Milli Kitabxana______________ 
 29
Amerika, Afrika və Avstraliyanın bit çox dilləri arasındakı 
qohumluq münasibətləri kifayət qədər üzə  çıxarılmayıb.Buna 
görə  də dil təsnifatının bir çox mühüm məsələləri üzrə, o 
cümlədən yer kürəsində dil ailələrinin sayı  məsələsi üzrə 
linqvistlər arasında həmrəylik yoxdur. Ən başlıca dil ailələri 
aşağıdakılardan ibarətdir. 
Hind-Avropa dil ailəsi  – Hind-Avropa dil ailəsi 13 
budağa ayrılır: hind, iran, slavyan, baltik, alman, kelt, italyan, 
roman, alban, yunan, erməni, anadolu və toxar. Hind vəya 
hind-ari budağı  qədim, orta və yeni hind dillərinə ayrılır. 
Qədim Hind dillərinə, e.ə. II minilliyin ortalarında  Şimali 
Hindistana soxulmuş ari qəbilələrinin- -veddaların veda dili 
daxildir. E.ə. I minillikdə yaranmış sanksrit dili veda dilinə çox 
yaxındır. Sanskritin iki ardıcıl müxtəlifliyi vardır. Məşhur 
“Mahabxaraat” və “Ramayana” poemalarının dili olan epik 
sanskrit və bizim eranın I minilliyinin ortalarında  ədəbi dil 
kimi çiçəklənən klassik sanskrit. Bu dilin ölü dilə çevrilməsinə 
baxmayaraq indiyədək hindistanda ənənəvi elm dili kimi öz 
əhəmiyyətini itirməmişdir. 
Qədim hind dialektlərindən yaranan praktik adlanan orta 
hind dilləri sonralar hindistanda danışıq dillərin də çevrildi. 
Prakrit dillərində sonralar bədii  ədəbiyyat da yaranmağa 
başladı. Sanskritlə yanaşı mövcud olan bu dillərin bəziləri əhali 
tərəfindən anlaşılmaz olub xalis ədəbi dilə çevrildi. Erkən dini 
budda  ədəbiyyatının dili olan pali dili prakrit dillərindən  ən 
geniş yayılanı idi. Birma, Şri-Lanka, Tailand və Kampuçiyada 
milli dillərlə yanaşı pali dili kilsə  və  ədəbi dil kimi öz 
əhəmiyyətini indiyə qədər saxlayır. 
Eramızın X əsrinin sonlarından  ədəbiyyatda da istifadə 
edilməyə başlayan yeni hind dili prakritdən törəmişdir.  İki 
ədəbi formaya malik olan hindistan dili (urdu və hindi) yeni 
hind dillərinin ən geniş yayılanıdır. Hindustan dili Hindistan və 
Pakistanın dövlət dili sayılır. Bundan başqa  ən böyük yeni 
hind  dillərinə misal olaraq benqal, bihar, maratx, pəncab, 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 30
racastxan, qucerat, oriya nepal, sinqx və s. göstərmək olar. 
Bizim eranın V-X əsrlərində digər hind dillərindən ayrılan və 
hindistandan kənarda mövcud olan qaraçı dili  də yeni hind 
dillərinə aiddir. Hind Avropa dillərinin hind budağı  əsasən 
Şimali Hindistanda yayılmışdır. 
2.  İran dilləri budağı  Qərb və  Şərq qruplarına ayrılır. 
Lakin bu qruplaşma onların müasir coğrafi bölgüsünə uyğun 
gəlmir. Qərbi  İran dillərinə  Əhəmənilər sülaləsinin dilləri ilə 
təqdim olunan qədim fars və “Avesta” dilləri aiddir. “Avesta” 
məcmuəsinin dili daha arxaik olub qədim veda dilinə çox 
yaxındır. Belə fərz edirlər ki, avesta və veda dilləri ari adlanan 
eyni bir hind-İran dilindən yaranmışdır. XIX əsrdə Hind – 
Avropa dilləri əvəzində çox vaxt “ari dilləri” termini işlənilirdi. 
Bundan başqa Midiya, parfiya, orta fars tacik, tat, kürd və 
bəluc dilləri də  İran dillərinin Qərb qoluna aiddir. İran 
dillərinin  şərq qoluna isə Soqdiya və ona yaxın olan Xarəzm, 
sak, skif, sarmat, alan, osetin, əfqan, yaqnobs və Pamir dilləri 
daxildir.  
3. Slavyan budağı  Şərq, Qərb və  Cənub slavyanları 
qrupuna bölünür. Bütün slavyan dilləri bir-birinə çox yaxındır. 
Bu onu göstərir ki, ümum slavyan dilinin dialektlərə ayrılması 
prosesi yaxın vaxtlarda – eramızın I minilliyinin ortalarında baş 
vermişdir. Bu dialektlərdən biri VIII-IX əsrlərdə inkişaf edib 
X-XII əsrlərdə artıq formalaşan Şərqi slavyan dilləri olmuşdur. 
Məhz bu dildə  bədii  ədəbiyyatın  ən gözəl nümunəsi “İqor 
polku haqqında dastan” yaradılmışdır. XIV-XV əsrlərdə Şərqi 
slavyan dilləri bir-birindən ayrıldı və Engelsin göstərdiyi kimi  
“yaşayan dillərin  ən varlı  və  ən güclülərindən biri olan” rus 
dili, habelə ukrayna və belarus dilləri formalaşdı. Qərbi slavyan 
dillərinə: polyak, çex, slovak, kaşub və polab dilləri daxildir. 
Almaniya  ərazisində  də iki Qərbi slavyan dili inkişaf 
etməkdədir: Aşağı və yuxarı Lujitsk. Cənubi slavyan dillərinə: 
bolqar, makedon, sloven, serb-xorvat dilləri daxildir. IX əsrdə 
kilsə və ədəbi dil kimi staroslavyan dilindən istifadə olunurdu. 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 31
4. Baltik dilləri budağı iki qrupa ayrılır.  Şərqi Baltik 
qrupuna litva, latış  və ölü kur dili daxildir. İkinci qrupa isə 
XVII əsrin sonunda artıq ölü dilə çevrilən prus dili daxildir. 
5. Alman dilləri Hind-Avropa dillərinin  ən yaxşı 
öyrənilmiş budaqlarından sayılır. Bu dillər şimal, şərq və qərb 
qruplarına ayrılır. Şimal alman dillərinə: isveç, norveç, daniya, 
island və farer dilləri daxildir. Şərqi alman dilləri: osqot, 
vesqot, vandal və burqund dilləri ilə təmsil olunan ölü dillərdir. 
Bu dillərdən  ən uzun yaşayanı – osqot dili Krımda XVI əsrə 
qədər davam etmişdir. Qərbi alman dilləri daha çox saylıdır. 
Erkən orta əsrlərdə  əmələ  gəlmiş  qədim ingilis, qədim aşağı 
frank, qədim sakson və qədim yuxarı alman dilləri həmin qrupa 
aiddir. Qədim ingilis dili V əsrdə  İngiltərə adalarında məskən 
salmış ingilis və saks alman qəbilələrinin dialektləri  əsasında 
yaranmışdır. Qədim ingilis dilindən (XI-XV) yeni ingilis dili 
inkişaf etdi. Qədim aşağı frank dillərindən holland, flamand və 
friz dilləri yarandı. Qədim sakson dilindən Aşağı alman 
dialektləri təşəkkül tapdı. Qədim Yuxarı alman dilindən (XIII-
XV) Orta Yuxarı alman dilləri (XI-XV), XVI əsrdən sonra isə 
Yeni Yuxarı alman dilləri inkişaf etdi. Müasir ədəbi alman dili 
yeni yuxarı alman dili əsasında meydana çıxmışdır. Qərbi 
alman dillərinə XI-XII əsrlərdə orta yuxarı alman 
dialektlərindən yaranmış idiş yəhudi dili də daxildir.   
6. Kelt budağı qall, brit və kell dil qruplarına ayrılır. 
Birinci qrupa fransız və belçikalıların əcdadlarının dili olan qall 
dili daxildir. Bu dil bizim eranın ilk əsrlərində yox olmuşdur. 
Brit qrupuna V-VI əsrlərdə Britaniya adalarından köçüb gəlmiş 
və Bretan yarımadasında yaşayan əhalinin dili daxildir. Uels və 
kornuel dilləri də bu qrupa aiddir. Kelt dillərinə: irland, men və 
şotland dilləri daxildir.  
7.  İtalik budağı Apenin yarımadasının qədim ölü 
dillərindən olub iki qrupa ayrılır: birinci qrupa latın dili, ikinci 
qrupa osk və umbr dilləri daxildir. 
www.behruzmelikov.com


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə