Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/48
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9517
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   48

_______________Milli Kitabxana______________ 
 38
ədəbiyyatında adətən bütün morfoloji tiplər eyni qiymətli tiplər 
kimi qəbul edilmir. Flektiv dillər ən kamil, təcrid edilən dillər 
isə  ən primitiv dillər sayılır. Bundan başqa belə hesab edirlər 
ki, mücərrəd təfəkkür yalnız flektiv dillərlə əlaqədardır. Flektiv 
tip Hind-Avropa dilləri üçün daha çox səciyyəvi olduğundan 
belə fikirlərin irqçi xarakteri heç bir şübhə doğurmur. 
Morfoloji tiplər dilin inkişafının ardıcıl tarixi mərhələlərini 
izləyə bilmədiyindən hansı morfoloji tipin daha kamil olması 
haqqında danışmaq olmaz. Dünyanın bütün xalqları, dillərin 
hansı morfoloji tipə aid olmasından asılı olmayaraq ən yüksək 
mədəniyyət yaratmağa qadirdirlər. Morfoloji təsnifatın iki 
nöqsanlı cəhəti vardır: birincisi, onun köməyi ilə dillərin tarixi 
inkişaf yolunu izləmək mümkün olmur; ikincisi, o dünya 
dillərinin struktur xüsusiyyətlərini nəzərə almır. Morfoloji 
təsnifat öz əhəmiyyətinə görə geneloji təsnifatdan çox geri qalır 
və köməkçi xarakter daşıyır. 
    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 39
AVSTRALİYA – OKEANİYA XALQLARI 
Avropalılar tərəfindən dünyanın beşinci qitəsi kimi kəşf 
olunan Avstraliyanın sahəsi 7,7 milyon kv.km-dir. 
Okeaniyanın sahəsi isə 1,3 milyon kv.km-dir. 
Geoloji baxımdan Avstraliya materiki dünyanın ən qədim 
kontinentidir.  Ən yüksək nöqtəsi isə materikin şərqində 
yerləşən Kostyuşko zirvəsidir və  dəniz səviyyəsindən 
hündürlüyü 2200 metrdir. Avstraliya tropik və subtropik 
zonada yerləşməklə faunası yoxsuldur. Materik tektonik 
cəhətdən ən sabit region hesab olunur.  
Avstraliya və Okeaniyanın əhalisinin mənşəyi barədə bir 
çox alimlər müxtəlif fikirlər söyləyir və bu yerlərin 
məskunlaşması tarixini araşdırmağa təşəbbüs göstərirlər. Son 
20-25 il ərzində bu problemin öyrənilməsi arxeoloji qazıntı 
materiallarına və bu bölgədəki mövcud dillərin dərin 
etnolinqvistik təhlilinə  əsaslanaraq tam elmi bünövrə üzərinə 
qoyulmuşdur. Bu tədqiqatlardan aydın olur ki, bu ərazidə ilk 
dəfə Avstraliya və Yeni Qvineya məskunlaşmışdır. 
Bütün tədqiqatları və etnolinqvistik xüsusiyyətləri nəzərə 
alaraq Okeaniyada aşağıdakı tarixi-mədəni rayonları qeydə 
almaq mümkündür: 
1) Papuasiya; 2) Melaneziya; 3) Avstromelanezasiya; 4) 
Melano-Polineziya; 5) Hind-Mikroneziya; 6) Mikroneziya; 7) 
Polineziya. 
 
АVSTRАLİYА VƏ TАSMАNİYА ХАLQLАRI: 
 
Avstraliya materikinin yerli sakinləri 40 min il bundan 
əvvəl orada məskunlaşmışdır.  İngilislər bu əraziyə  gələndə 
burada yerli aborigenlərin sayı 300 mindən çox idi. Hazırda 
Avstraliyanın yerli əhalisinin  əksəriyyəti rezervasiya adlanan 
əlahiddə yaşayış  məntəqələrində  məskunlaşdırılmışdır. Onlar 
demək olar ki, yüksək mədəniyyətə yaxın buraxılmırlar. 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 40
Antropoloji cəhətdən avstraliyalılar avstralo – zənci 
böyük irqinə daxil olan kiçik avstraliya irqini təmsil edir. Bu 
irqin tünd qəhvəyi rəngləri dəriləri , qara dalğavari saçları , 
qalın saqqal və bığları , enli burunları , qalın dodaqları vardır. 
Onların orta ölçülü boy hündürlüyü, uzunsov başları var və 
sifətləri pronqatik əlamətlidir: başqa sözlə desək üst çənə 
sümüyü alt çənəyə nisbətən bir qədər irəliyə  çıxmıç 
vəziyyətdədir. 
Avstraliya dilləri də  rəngarəngdir. Yerli avstraliyalıların 
dili müxtəlifliyinə görə bir neçə yüz dildən ibarətdir. Lakin 
sonralar assimilyasiya nəticəsində bunların sayı 200-ə 
enmişdir. Hal-hazırda isə Avstraliyanın və Yeni Zellandiyanın 
dövlət dilləri ingilis dilidir və onların Qanunverici orqanları 
Böyük Britaniya Krallığına tabedir. 
Yerli avstraliyalılar ovçuluqla daha geniş  məşğul 
olmuşlar. Onlar üçün ən qiymətli heyvanlar kenquru və digər  
heyvanlar olmuşdur. Avstraliyalıların bəzilərinin yaşayış evləri 
daimi olmasa da materikin cənub,  şərq və  qərb rayonlarında 
yaşayış yerləri çoxluq təşkil etmişdir. Buna təbii şərait də təsir 
etmişdir. Belə ki qeyd olunan ərazilərdən başqa materikin digər 
ərazilərinin  əksəriyyəti tropik iqlim qurşağına düşdüyündən 
səhra  şəraiti  əhalinin yaşayış imkanlarını azaldırdı. 
Avstraliyalılara quru nəqliyyat vasitələri məlum olmasa da 
onlar gəmilərdən istifadə edirdilər. 
Avstraliyalıların çox qəribə  səslənən milli musiqiləri də 
mövcuddur ki, onlar bu musiqilər altında rəqs etməyi çox 
xoşlayırlar. Korrobori adlanan rəqslər kollektiv surətdə ifa 
olunurdu. 
Avstraliyalıların dini dünyagörüşləri arasında animizm, 
magiya, fetişizm və totemizm geniş yayılmışdı. Bunlardan 
totemizm xüsusi yer tutmuşdur. Lakin avropalıların gəlişindən 
sonra Avstraliyada Xristianlıq geniş yayılmış  və hal-hazırda 
Avstraliya İttifaqı əhalisinin əksəriyyəti xristiandır. 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 41
Assimilyasiya baxımından avstraliyalılardan da dəhşətli 
faciələrlə üzləşən tasmaniyalıların XIX əsrdə sayı 20 min nəfər 
idi. Lakin avropalılar tasmaniyalıların bir nəfər də olsun 
nümayəndəsini sağ buraxmadılar. Sonuncu yerli tasmaniyalı 
Uilyom Lens 1905-ci ildə ölmüdür. Tasmaniyalıların 
antropoloji tipi avstraliyalılardan xeyli fərqlənmişdir. Onlar 
orta boydan bir qədər kiçik boylu olmuşlar və tünd palıdı rəngli 
dəriyə malik idilər.  
Avstraliyalılar və tasmaniyalılar tarixən eyni mənşəli 
olduqlarına görə onların dillərində  ən çox uyğunluq nəzərə 
çarpırdı. Onların da əsas peşələri ovçuluq olmuşdur. Hal-
hazırda Tasmaniya adası Avstraliya İttifaqına daxildir və 
əhalisinin dili ingilis dilidir. İngilis dilli əhali Xristianlıq dininə 
mənsubdur. 
OKEANİYA XALQLARI: Okeaniya adalarında 
Avstraliyadan fərqli olaraq mədəni inkişaf səviyyəsi müxtəlif 
olmuşdur. Burada əhalinin dili və antropoloji quruluşu da 
kəskin surətdə  fərqlənmişdir. Okeaniya əhalisini aşağıdakı 
qruplarla təsnif edirlər: 1) Papuaslar; 2) Melaneziya xalqları; 3) 
Polineziya xalqları; 4) Mikroneziya xalqları. 
Papuaslar,  əsasən, Yeni Qvineyada yaşayırlar. Yeni 
Qvineya adası Qrenlandiyadan sonra dünyada ikinci böyük 
adadır. Adanın sahəsi 785 min kv.km-dir. Papuasiya adlanan 
ərazidə 750-yə  qədər etnos yaşayır ki, bunların 572-si 
papuasdır.  Ən böyük papuas etnosları enqa, çimbu, xaqen, 
kamano, xuli və başqalarıdır. Hazırda papuasların  əksəriyyəti 
kəndlərdə yaşayırlar. Yeməkləri isə  əksər vaxtlarda bitki 
mənşəli yeməklərdən ibarət olur. Papuaslarda nəsil ata xətti 
üzrə hesablanırdı. Papuaslar arasında  ən geniş yayılan dini 
inamlar totemizm və magiya olmuşdur.  
Melaneziyanın da etnik tərkibi olduqca mürəkkəbdir. 
Burada 200-ə  qədər etnos yaşayır. Bunların böyük çoxluğunu 
avstroneziya dilləri (600 min), az bir qismini papuas dilləri (70 
min) təşkil edir. Antropoloji baxımdan yerli əhali Avstraliya 
www.behruzmelikov.com


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə