Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/48
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9517
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   48

_______________Milli Kitabxana______________ 
 35
kannaradır. Andxra budağına: teluqu dili daxildir. Mərkəzi 
hind dillərindən  ən böyüyü qonda dilidir. Şimal-qərb budağı 
braqui dilidir ki, bu dildə  əsasən  şimal-qərbi hindistanda və 
Pakistanda danışırlar. 
Malay-Polineziya dil ailəsi – 4 budağa ayrılır: 
indoneziya, polineziya, meloneziya və mikroneziya. Bu dillər 
arasında indoneziya dilləri daha yaxşı öyrənilmişdir. Bunlardan 
ən geniş yayılanı yava, malqaş, taqal və malay dilləridir. 
İndoneziya və malay dilləri arasında fərq çox deyil, bu özünü 
yalnız orfoqrafiya və leksikada göstərir. 
Çin-Tibet dil ailəsi – beş budağa ayrılır: çin, çjuan-tai, 
tibet-birma, myao-yao və vyetnam. Çin budağı çin və dunqan 
dillərinə ayrılır. Çjuan-tai budağına çjuan, tai, siam, laos, şan 
və b. dillər daxildir. Tibet-birma budağı: tibet, birma, himalay 
və assam dillərinə ayrılır. Ayrıca vyetnam dilindən ibarət 
Vyetnam budağı da vardır. Çin-Tibet dil ailəsi kifayət qədər 
öyrənilməmişdir. Elmi ədəbiyyatda dilləri gah 2, gah 4, gah da 
3 budağa ayırırlar.  
Avstroasiya dil ailəsi – də beş budağa ayrılır: mon-
kxmer, munda, malaqqa, Mərkəz və  Cənub-şərq. Mon-kxmer 
budağına: mon, kxmer və b. dillər aiddir. Munda budağı dilləri 
hindistanda yayılmışdır. Malaqqa budağına – semanq və senoy 
dilləri daxildir. Mərkəz budağı kxzazi və nikobars dillərinə 
bölünür. Cənub-şərq budağına çan və s. dillər aiddir. 
Paleoasiya dil ailəsi  beş budağa ayrılır: 1. eskimos və 
aleut dilləri; 2. çukot, koryak və kamçadal dilləri; 3. ket və ölü 
arin, asan dilləri; 4. yukagir və çuvan dilləri; 5. nivx dili. Bu 
dillər arasında dərin qohumluq münasibətləri yoxdur. Onların 
bəzilərinin arasında genetik əlaqələr hiss olunur. 
Qafqaz dil ailəsi. Qafqaz dillərinin təsnifatı məsələsi də 
elmdə tam şəkildə həll olunmamışdır. Bəzi alimlər bu dilləri 4 
müstəqil ailəyə, başqaları isə 4 budağa bölür: abxaz-adıgey, 
nax, Dağıstan və kartvel. Abxaz-adıgey budağı iki qrupa 
ayrılır. Abxaz və abazin dilləri .Abxaz qrupuna daxildir. 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 36
Adıgey qrupu kabardin və adıgey dillərindən ibarətdir. 
Bunların dili ümumi adıq dilidir. Çeçen, inquş və batsbi dilləri 
Nax budağına daxildir. Kartvel dilləri: gürcü, zan və svan 
dillərindən ibarətdir. Dağıstan dilləri avar, dargin, lak və ləzgi 
qruplarına ayrılır.  
Linqvistlər bu dil ailələrindən  əlavə Konqo-Kordofan, 
saxara-nil, Koysan, bantu dil ailələri ilə yanaşı papuas, Tai, 
hindu və s. dillərin daxil olduğu dil ailələrinin də mövcud 
olduğunu söyləyirlər. 
Lakin dünya dillərinin heç də hamısı dil ailələrində 
birləşməyiblər. Yapon, koreya, bask, qədim  şumer, elam, 
xurrit, urartu, proto-xet dilləri təcrid dillər hesab olunur və 
dünyada heş bir dil ailəsi ilə qohum deyildir.  
Dilçilikdə tarixi-müqayisə metodunun məhdudluğundan 
asılı olraq geneoloji təsnifatın bir sıra çatışmaz cəhətləri vardır. 
Özünün bütün ləyaqətli cəhətləri ilə yanaşı bu metodun 
aşağıdakı  mənfi cəhətləri mövcuddur ki, heç də  həmişə onun 
vasitəsilə qohum dillər arasındakı tarixi inkişafı  bərpa etmək 
olmur. Həm də  təcrid olunmuş dillərin öyrənilməsində tarixi 
müqayisə metodu az keyfiyyətli rol oynayır. Odur ki, dilləri 
nəinki onların maddi qohumluğuna görə, habelə qrammatik 
quruluşuna görə  də  təsnif etmək olar. Qrammatikanın  əsas 
bölməsi morfologiya və sintaksis olduğundan bu təsnifat 
növündə morfoloji və sintaksis əlamətlər onun əsas zəmnini 
təşkil edir. Morfoloji təsnifatın  əhəmiyyəti daha böyükdür. 
Şlegel-Humbolt tərəfindən işlənib hazırlanmış morfoloji dil 
təsnifatı daha geniş yayılmışdır. Bu təsnifat dünya dillərini 
dörd tipə bölünür: 
1. Köklü və yaxud təcrid olunan dillər; 
2. Aqlyutinativ (iltisaqi) dillər; 
3. Flektiv dillər; 
4. İnkorpor edilənlər. 
Birinci tipin xüsusiyyəti ondadır ki, sözlər morfoloji 
cəhətcə  dəyişməz vəziyyətdə olur. Sözlərdə qramatik məna 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 37
verən affikslər yoxdur. Cümlədə sözlər bir-birindən təcrid 
olunmuş  vəziyyətdə yerləşir. Burada sözlər arasında  əlaqə 
sintaksis olaraq, yəni sözlərin ardıcıllığı köməkçi sözlər, ritm 
və intonasiya vasitəsilə müəyyən olunur. Məs. qədim çin
yapon və koreya dilləri təcrid dillərdir. Məs. çin dilində sözlər 
cümlədəki yerlərindən asılı olaraq müxtəlif məna daşıyır. “xao-
jen” – yaxşı adam mənasını verirsə “jen-xao” – sevən insan 
mənasını verir. 
Aqlyunativ dil tipi və yaxud “yapışdırılan” dillər 
qramatik məna daşıyan çoxsaylı affikslərin, kökləri dəyişməz 
olan sözlərlə birləşdirilməsi ilə xarakterizə olunur. Affikslər 
sözlərin kökləri ilə asanlıqla birləşdikləri kimi, asanlıqla da 
onlardan ayrılırlar. Affikslərin sözlərə hansı  tərəfdən 
birləşməsindən asılı olaraq prefiks və ya suffiks kimi çıxış 
edirlər. Türk, uqro-fin, dravid, bantu və b. dillər aqlyutinativ 
dillərə aiddir. 
3.  Flektiv  və ya çevik tip müxtəlif sonluqların istifadə 
edilməsi və sözlərdə bütün qramatik mənalı hissəciklərin 
(affikslərin) möhkəm birləşməsi ilə  fərqlənir.  Aqlyutinativ 
dillərdən fərqli olaraq flektiv dillərdə affikslərin sözün kökü ilə 
fonetik cəhətdən qaynayıb qarışması  və yaxud birləşməsi baş 
verir. Flektiv dillərdə yeni sözlər sözdüzəldici affikslər 
vasitəsilə yaranır. Hind-Avropa və semit-hamit dilləri flektiv 
dillərə aiddir.  
4.  İnkorpor edilən dillər  üçün kompleks sözlər 
xarakterikdir. Hind və bir sıra paleoasiya dillərində bizim 
cümləmizə onların söz cümləsi uyğun gəlir.  İnkorpor edən 
dillər başqa dillərdən cümlələrin analiz əsasına görə, yəni 
sintaksis  əlamətlərə görə  fərqlənir. Məhz bu da morfoloji 
təsnifatın ardıcıllığına mane olur. Təsadüfi deyildir ki, bir çox 
linqvistlər inkorpor edilən dilləri aqlyutinativ dillərə  əlavə tip 
kimi daxil edərək dünya dillərini dörd deyil, üç tip kimi 
təsnifləşdirirlər. Flektiv tipə aid etdiyimiz semit-hamit dilləri 
bir çox aqlyutinativ əlamətlərə malikdir. Bəzi qərb 
www.behruzmelikov.com


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə