Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/48
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9517
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   48

_______________Milli Kitabxana______________ 
 61
Altay dil ailəsinə  mənsub olan xalqlar türk dilli 
xalqlardır. Bunlara azərbaycanlılar, noqaylar, kumıklar, 
balkarlar, qaraçaylar daxildir. 
Qafqaz xalqlarının geyimləri bəzi  əlamətlərinə görə 
ümumi xarakter daşısa da burada yaşayan xalqların 
geyimlərində  də  fərqlər vardır. Adıgeylərin, osetinlərin, 
qaraçayların, balkarların, abxazların geyimləri oxşardır. Bu 
xalqların geyim tipləri: beşmet, dar şalvar, papaq və yapıncı, 
ensiz toqqa və  çəkmədən ibarətdir. Qadın geyimləri 
köynəkdən, uzun şalvardan, enli biçimli tumandan və hündür 
baş geyimindən ibarətdir. Dağıstan xalqlarının kişi geyimləri 
bir çox əlamətlərinə görə adıgey geyimlərinə bənzəyir. 
Dini etiqadlarına görə Qafqaz xalqları 2 hissəyə: 
müsəlmanlara və xristianlara ayrılır. Xristianlıq Qafqazda 
eramızın ilk əsrlərində yayılmışdır. IV əsrdə bu din Qafqaz 
Albaniyasında (İndiki Azərbaycan və  Cənubi Dağıstan) və 
Gürcüstanda qəbul edilmişdir.  
Xristianlıq gürcülərdən abxazlara və adıgeylərə (VI-VII 
əsrlər) keçmişdir. Bu dini sonralar çeçenlər (VIII əsrdə), 
inquşlar, osetinlər və başqa dağlılar da qəbul etmişdilər. 
Qafqazda  İslam dininin yayılması bilavasitə  Ərəb dövrü 
ilə (VII-VIII əsrlər)  əlaqədardır. Bu din monqol yürüşləri 
dövründə, xüsusilə, Teymurun yürüşləri zamanı daha da 
möhkəmləndi. Abxazlar İslami XV əsrdə, türk işğalları 
dövründə qəbul etdilər. 
Şimali Qafqaz xalqları arasında  İslam dinini XV-XVII 
əsrlərdə türk sultanları və Krım xanları yayırdılar. İslam dinini 
XVII-XVIII  əsrlərdə osetinlər Kabardadan qəbul etmişdilər. 
XVI  əsrdə  İslam Dağıstandan Çeçenistana da keçmişdir. 
İnquşlar isə İslam dinini XIX əsrdə çeçenlərdən qəbul etmişlər. 
İslam dini Şamilin başçılığı altında milli azadlıq hərəkatı 
dövründə dağlılar arasında daha da möhkəmləndi. 
Azərbaycanlılar Cənubi Qafqazda yaşamaqla Qafqazın ən 
böyük yerli xalqıdır. Kökləri yerli Qafqaz Albaniyasına gedib 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 62
çıxan Azərbaycan xalqı öz milli adətlərinə, məişətinə  və 
mədəniyyətinə görə digər Qafqaz xalqları ilə  həm oxşar, həm 
də fərqli xüsusiyyətlərə malikdir. Albanların xarici antropoloji 
görünüşü haqqında məlumatlardan aydın olur ki, onlar 
Dağıstan və Azərbaycanda yaşayan, keçmiş albanların qalıqları 
olan xalqlara çox oxşar olmuşlar. 
Cənubi Qafqazda ikinci böyük yerli xalq gürcülərdir. 
Gürcüstanda gürcülərlə yanaşı azərbaycanlılar, ruslar, 
ermənilər, abxazlar, osetinlər, acarlar və başqa xalqlar da 
yaşayırlar. Antropoloji cəhətdən gürcülər Pont-Zaqros tipinə 
aiddir. Gürcülərin arasında bir çox etnik qruplar da vardır. 
Hazırda onlar gürcü etnosunun tərkibinə daxil olaraq öz 
əvvəlki etnik xüsusiyyətlərini itirmişlər. Bunlar, əsasən, kartli, 
kaxet, tuşin, xevsur, pşav, moxev, mtiul, inqiloy, mesxi, cavax, 
imeret, raçin, leçxum, qori, acar, meqrel, laz (çan) və 
svanlardır. Gürcülər daha çox əkinçilik, maldarlıq, üzümçülük 
və  şərabçılıq, o cümlədən, sənətkarlıqla məşğul olmuşlar. 
Gürcü yaşayış evləri 3 tipdir. Svanlar, xevsurlar və tuşinlər 3-4 
mərtəbəli evlərdə yaşayırlar. Gürcü xalq nəqliyyat vasitələri 2 
qrupdur: sürütmələr və xizəklər. Gürcü geyimləri 
özünəməxsusluğu ilə seçilir. Kişi geyimləri çoxa-axalexi 
adlanır. Gürcü adətinə görə endoqamiyaya yol verilmir. 
Elçiliyə gedənlər, adətən, qızın dayısının razılığını alırdılar. Bu 
adətə dasacerisi – razılıq deyirlər. Sonra patara nişani, yəni 
kiçik nişan taxılırdı. Bu mərhələdən sonra nişanlı qız artıq başı 
açıq evdən bayıra çıxa bilməzdi. Daha sonra böyük nişan 
olurdu. Bir qədər sonra toy şənliyi başlayırdı. 
Ermənilər Cənubi Qafqazda gəlmə xalq olmaqla Hind-
Avropa dil ailəsinin ayrıca bir qrupunu təşkil edirlər. Qədim 
erməni dili qrabar XIX əsrə  qədər danışıq dili kimi istifadə 
olunmuşdur. Son orta əsrlər dövründən başlayaraq yeni ədəbi 
erməni dili – aşxarabar dili təşəkkül taparaq XIX əsrdə tam 
erməni dilinə çevrilmişdir. Ermənistan hal-hazırda monoetnik 
respublikadır. Ermənistanın qədim yerli əhalisi azərbaycanlılar 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 63
olmuşdur. Qafqazа XIX əsrdə  gələn ermənilər sonralar yerli 
əhalinin məişət və  mədəniyyətini mənimsəmişlər və bunları 
özününküləşdirməyə cəhd göstərmişlər.    
 
 
AVROPA XALQIARI 
Avropanın yer üzünün ayrıca bir hissəsi kimi qəbul 
edilməsi ilk növbədə orada yaşayan xalqların dünya tarixinin 
bəzi dövrlərində böyük rolu ilə əlaqədardır. Etimoloji cəhətdən 
Avropa adı yalnız coğrafi  məna daşıyır: yunan sözü “Europa” 
(“Ereb” Assuriya sözündən) “Qərb ölkəsi” adlanır; o, konkret 
halda Avrasiyanın qərbi deməkdir.  Ərazidə avropoid irqinə 
mənsub olan insanlar daha çox yayılmışdır. Qitədə avropoid 
irqi öz xüsusiyyətlərinə görə  şimali avropoid və  cənubi 
avropoid irqlərinə  də ayrılır.  Şimali avropoid irqinə daha çox 
Skandinaviya ölkələrinin əhalisi aiddir. Cənubi avropoid irqinə 
mənsub insanlar daha çox Cənubi  İtaliyadа yayılmışlar. 
Avropada Hind-Avropa dil ailəsinə  məxsus 4 böyük qrup 
yayılmışdır: Slavyan; Alman; Roman; Kelt dil qrupları. Bu dul 
qrupları ilə yanaşı kiçik qruplar da vardır: Yunan, erməni və 
alban dilləri ayrıca dil qrupları kimi çıxış edirlər. Avropada 
Ural, Altay və Semit-Hamit dil ailəsinə məxsus dil qruplarının 
insanları da məskunlaşmışdır. 
SLAVYANLAR:  Avropanın  ən böyük və  ən geniş 
məskunlaşmış xalqlar qrupundan biri slavyanlardır. Slavyanlar 
3 qrupa bölünür: 1) Cənub slavyanları: Bura Balkan 
slavyanları, yəni bolqarlar, makedoniyalılar və keçmiş 
Yuqoslaviya xalqları daxildir; 2) Qərb slavyanları: Bura 
polyaklar, çexlər, slovaklar və Luqovitsa serbləri daxildir.; 3) 
Şərq slavyanları: Bura ruslar, ukraynalılar və beloruslar 
daxildir. 
Qərb slavyanlarının mənəvi mədəniyyəti  ənənəvi 
mərasimlərlə  zəngindir. Belə ki, polyaklarda, slovak və 
lujitsalılarda “dojimka” və “objomka” geniş qeyd edilir 
www.behruzmelikov.com


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə