Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/48
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9517
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   48

_______________Milli Kitabxana______________ 
 67
iyun).  İspanlarda  ən çox sevilən təqvim bayramı Milad 
günüdür.  İspaniyada katolok təqvimi ilə bütün müqəddəslərin 
günü hesab edilən 1 Noyabr günü böyük əhəmiyyətə malik 
bayramdır.  İspanlar da ənənəvi olaraq çoxlu karnavallar 
keçirirlər.  İspan bayramlarında hər zaman koorido (öküzlər 
döyüşü) keçirilir. 
KELT XALQLARI QRUPU: Bu qrupa irdandiyalılar 
(Şimali və  Cənubi  İrlandiyada), valliyalılar (Uelsdə), gellər 
(Şotlandiyada və Gebrid adalarında) və bretanlar (Fransada 
Bretan yarımadasında) daxildir. Keltlər Avropanın  ən qədim 
sakinlərindən biridir. Keltlərdə daha çox nəzərə çarpan Laten 
mədəniyyətidir. Bu ad müasir İsveçrədə La Ten adlanan yerin 
adı ilə belə adlandırılır. E.ə. V-I əsrlərə aid edilən mədəniyyət 
Qərbi və Mərkəzi Avropada yayılmışdı. Bu mədəniyyət oturaq 
əhalinin mədəniyyəti idi ki, bunlarda da sinfi quldarlıq 
cəmiyyəti yaranırdı, sənətkarlıq və ticarət inkişaf edirdi, 
şəhərlər böyüyürdü. Dağlı gellər dizlərə  qədər uzanan damalı 
yubka – kilt geyinirdilər. Hazırda bunlar şotland  ənənəvi 
mədəniyyətinin simvolu olmuşdur. 
Yuxarıda qeyd olunan 4 böyük dil qruplarından başqa 
Avropada aşağıdakı xalqlar da yaşayır:  
BALTİK XALQLARI: Bu qrupa latışlar və litvalılar 
daxildir. Bu xalqlar, əsasən, Latviya və Litvada yaşayırlar. 
Qədim məşğuliyyətləri  əkinçilik və heyvandarlıq olmuşdur. 
Latışların və litvalıların milli və mədəni həyatları çox oxşardır. 
Ənənəvi mədəniyyətin bir çox cəhətləri kimi latışlarda və 
litvalılarda xalq kostyumları çox oxşardılar. 
YUNANLAR: Balkan yarımadasının cənubunda və Egey, 
Aralıq,  İoniya dənizlərinin adalarında, habelə, Kipr adasında 
Hind-Avropa dillərində danışan yunanlar yaşayırlar. Yunanlar 
qədim yüksək antik svilizasiyanın yaradıcıları hesab olunurlar. 
Ənənəvi yunan yaşayış evi tipləri müxtəlifdir.  Əksər evlər 
birmərtəbəlidir. Evlərin pəncərə  və aynabəndi, adətən,  şərqə 
doğru yönəlmişdir.  Ənənəvi xristian bayramları Milad günü, 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 68
Yeni il, pasxa ilə yanaşı yunanlar bütün Avropa xalqlarına 
məlum olan “may bayramı”, təbiətin yaz oyanışı ilə  əlaqədar 
bayramlar da keçirirlər. 
ALBANLAR:  Hind-Avropa dil ailəsinə daxil olan 
xalqlardan biri də albanlardır. Onlar özlərini “Şgiptor” 
adlandırırlar. Alban dili Hin-Avropa dil ailəsinə daxil olan, 
İlliriya və Frakiyalılara aid edilən yeganə dil olaraq qalmışdır. 
XII  əsrdə müstəqil Alban dövləti olan Ayberlər dövləti 
yaranmışdı. Alban kəndlilərinin  ənənəvi məşğuliyyəti köçmə 
qoyunçuluqdur. Əkinçilikdə taxılçılıq əsas yer tutur. Albanların 
kənd məskənləri 3 tiplidir: dağınıq, yığcam və müasir küçəvari 
poan quruluşlu evlər. Albaniyada əhalinin  əksəriyyəti 
müsəlmandır. Albaniyada Milad günü (25 dekabr), “Yaz günü” 
(1 və 14 mart) və Müqəddəs Georgi günü (23 aprel) təntənəli 
surətdə keçirilir. Albaniyada Müqəddəs Georgi günü (23 aprel) 
həm xristianlar, həm də müsəlmanlar tərəfindən qeyd edilir. 
MALTALILAR:  Maltalılar Avropada yeganə Semit dilli 
xalqdır. Onlar Aralıq dənizində Malta və Qotso adalarında 
məskunlaşmışlar.  Əsas məşğuliyyətləri  əkinçilikdir. Otlaqların 
azlığı heyvandarlığı  məhdudlaşdırır.  İqlim Maltada ildə 2-3 
dəfə  məhsul götürməyə imkan verir. Maltalıların mənəvi 
həyatında katolosizm çox böyük rol oynayır. 
FİN-UQOR XALQLARI: Avropa qitəsindəki xalqların 
bir hissəsi Fin-Uqor qrupuna daxildir. Bu xalqlar Avropaya 
Ural dağı  ətrafından gəlmişlər. Avropanın Fin-Uqor qrupu 
xalqlarına finlər, saamlar, estonlar, mordvalar, udmurtlar, 
marilər, komilər, karellər, vepslər və macarlar daxildir. Finlər 
Finlandiyada, estonlar Estoniyada, macarlar isə Macarıstanda 
məskunlaşmışlar. Digər xalqlar: saamlar Finlandiya və 
Norveçin  şimal vilayətlərində, mordva, udmurt, marilər, 
komilər, karellər və vepslər Rusiyanın  şimal və Volqayanı 
rayonlarında məskunlaşmışlar. Macarlar katolikdirlər. Fin 
tayfalarının birləşməsi XIV əsrdə başa çatmışdır. Estonların 
ənənəvi mədəniyyəti digər Pribaltika xalqlarınınıı 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 69
mədəniyyətinə 
bənzəyir. Saamlar monqoloid irqinə 
mənsubdurlar. Dini əqidəyə görə Volqayanı  ərazinin fin dilli 
xalqları pravoslav xristianlardır. 
AZƏRBAYCAN  ETNOQRAFİYASI 
Azərbaycanlılar Qafqaz regionunda say etibarilə yerli 
xalqlar arasında birinci ümumilikdə is,ə ruslardan sonra ikinci 
yerdə dururlar. Azərbaycan Respublikası  əhalisinin sayı 8,3 
milyondur. Azərbaycanda 8 milyondan çox azərbaycanlı yaşa-
yır. Bundan başqa azərbaycanlılar Gürcüstanda, Mərkəzi Asiya 
və Qazaxıstanda, Rusiyada, Türkiyədə böyük qruplar halında 
yaşayırlar. Dünyada hazırda 50 milyondan çox azərbaycanlı 
yaşayır. Azərbaycan çoxmillətli ölkədir. Burada azərbaycan-
lılarla yanaşı çoxlu miqdarda etnik qruplar: ləzgilər, avarlar, 
saxurlar, rutullar, udinlər, xınalıqlar, qrızlar, buduqlar, 
gürcülər, talışlar, tatlar, türklər, ruslar, ukrainlər, belaruslar və 
digər  хаlqlаr yaşayırlar. Azərbaycanda subetnoslar еtnоqrаfik 
qruplаr da yaşayır: ayrımlar, padarlar, şahsevənlər və s. bu cür 
subetnoslara aiddir. Bu subetnosların dili Azərbaycan dilidir. 
Еtnik qruplаr tаtlаr, tаlışlаr, kürdlərin dilləri – Аvrоpа dil 
аiləsinin İrаn budаğınа аiddir. Qafqaz dilli xalqlar isə ləzgilər, 
avarlar, saxurlar, udinlər, buduqlar, qrızlar, xınalıqlar, 
yengiloylardır ki, bunlar da başlıca olaraq Azərbaycanın şimal-
şərq və şimal-qərb rayonlarında məskunlaşmışlar. 
Azərbaycan dili türk dillərinin cənub-qərb qrupuna daxil 
olmaqla 4 dialekt toplusuna və bir çox şivələrə bölünür. 4 
dialekt qrupu aşağıdakılardır: 
1)  Şərq qrupu: Quba, Bakı,  Şamaxı dialektləri; Lənkəran 
və Muğan şivələri daxildir
2) Qərb qrupu: Qazax, Gəncə, Qarabağ dialektləri; Ayrım 
şivəsi daxildir; 
3) Şimal qrupu: Şəki dialekti; Zaqatala-Qax şivəsi;  
4) Cənub qrupu: Təbriz, Naxçıvan, Ordubad dialektləri; 
İrəvan şivəsi.  
 
www.behruzmelikov.com


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə