Microsoft Word saboloo versiya azerbaiganuli doc



Yüklə 7,26 Kb.
Pdf görüntüsü
səhifə3/35
tarix22.05.2018
ölçüsü7,26 Kb.
#45290
1   2   3   4   5   6   7   8   9   ...   35

 
6
Riyazi hissə 
Miqdar xarakterli tapşırıqların həlli prosesində saylar və riyazi anlayışlarla əməliyyat 
aparmaq, həmçinin cədvəl, qrafik, diaqram halında təqdim olunmuş informasiyanın təhlili 
qabiliyyəti riyazi hissə vasitəsilə yoxlanılır. 
 
Testin bu hissəsi aşağidakı tipli tapşırıqları əhatə edir: 
 
• Miqdar müqayisəsi   
 
(10 - 11 tapşırıq) 
• Məsələlər 
   (18 

21 
tapşırıq) 
Göstəricilərin kifayət etməsi  
(4 - 5 tapşırıq) 
• Göstəricilərin təhlili  
 
(5 - 6 tapşırıq) 
 
 
Abituriyentlər testləşdirmə prosesində aşagıdakıları bacarmalıdırlar: 
• Sadə hesablamalar aparmaq 
• Sadə cəbri ifadələrdən və onların yenidən qurulmasından istifadə etmək 
• Sadə həndəsi anlayışlarla əməliyyat aparmaq 
• Məntiqi mülahizə yürütmək 
• Cədvəl,  qrafik,  diaqram  halında  təqdim  olunmuş  göstəriciləri  qavramaq  və təhlil etmək 
 
Orta məktəbdə təhsil zamanı şagirdlər tez-tez müxtəlif səbəbə görə öz potensiallarını tam 
həyata keçirə bilmirlər. Ümumi qabiliyyətin yoxlanması bu cür şagirdlərin ali məktəblərdə təhsilini 
davam etdirmələrinə əlavə imkan verir. 
Başqa imtahanlarda öz biliyini, intellektual potensialını tam aşkara çıxara bilməyən 
abituriyentlər ümumi qabiliyyət üzrə testləşdirmə nəticəsində əlavə xallar toplayırlar. 
Beləliklə, ümumi qabiliyyətin testləşdirilməsi abituriyent üçün yeni maneə deyil, əksinə, 
onun imkanlarının və qabiliyyətinin daha yaxşı aşkara çıxarılmasına imkan yaradan daha bir 
amildir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
7
Ümumi qabiliyyətin testləşdirilməsinə necə hazırlaşmalı 
Orta məktəbdə  təhsil alarkən yaxud ümumiyyətlə, müxtəlif sahələrdə  həyat təcrübəsi 
qazanmaq prosesində siz artıq testləşdirməyə hazırlığın  əsas mərhələlərini keçmiş olursunuz. Bu 
testin yoxladığı verbal və riyazi qabiliyyəti inkişaf etdirmək üçün qısa məşq az səmərəlidir. 
Müntəzəm tədris-dərketmə fəalliyyəti testləşdirməyə hazırlıgın ən gözəl vasitəsidir. 
Aşağıda sizə testləşdirməyə hazırlıqla əlaqədar bir neçə tövsiyə təklif edirik: 
 
 
Toplunu diqqətlə oxuyun 
Onun vasitəsilə ümumi qabiliyyətin testləşdirilməsi üsulu, testin strukturu, tapşırıqların tipləri 
və nümunələri ilə tanış olacaq, bununla da testləşdirmə zamanı xoşagəlməz „sürprizlərdən„ yaxa 
qurtaracaq və uğurla imtahan verəcəksiniz. 
 
 
Tapşırıqların təlimatı ilə tanış olun 
Testin hər bir hissəsi bu tipli tapşırıqları yerinə yetirərkən sizdən nə  tələb olunması barədə 
təlimatla yaxud göstərişlə başlanır. Təlimatı diqqətlə oxuyun və yaxşı  dərk edin. Onları bilmək 
testləşdirmə zamanı vaxta qənaət etməkdə sizə kömək edəcəkdir. 
 
 
Tapşırıqlarların nümunələri və onların yerinə yetirilməsi prinsipləri ilə tanış olun. 
Toplunun bu hissəsində ümumi qabiliyyət üzrə test tapşırıqlarının bütün tiplərinin müvafiq 
şərhlərlə birlikdə nümunəsi verilmişdir.  Əvvəlcə tapşırıqları müstəqil həll etməyə  cəhd göstərin, 
sonra isə onların yerinə yetirilməsi prinsipləri ilə tanış olun. Tapşırıqların strukturunu və onların 
yerinə yetirilməsi mərhələlərini nə  qədər yaxşı  dərk etsəniz, testləşdirmə prosesində bu cür 
tapşırıqların öhdəsindən bir о qədər asanlıqla gələrsiniz. 
 
 
Tapşırıqları müstəqil surətdə yerinə yetirin. 
Toplunun bu hissəsində 2014-cu ilin imtahan testinin Azərbaycan variantı verilmişdir. Test 
tapşırıqlarına testləşdirmə zamanı gözlənilən şəraitdə əməl etməyə çalışın: hər bir variantın verbal 
və riyazi hissələri üzərində  işləmək üçün sizə lazım gələn vaxta nəzarət edin; bu və ya digər 
tapşırığı yerinə yetirmək üçün orta hesabla iki dəqiqədən çox vaxt sərf etməyin. İmtahan prosesində 
onun cavablarının qeydə alınmasını asanlaşdırmaq üçün cavablar vərəqi ilə diqqətlə tanış olun.
   
 
 
Bütün bunlar imtahanda öz imkanlarımızı tam aşkara çıxarmağımıza imkan verəcəkdir.
 
 
 
 
 
 


 
8
Verbal hissə 
Analogiyalar 
Analogiyalar blokundakı tapşırıqlar vasitəsilə sizin aşagıdakı qabiliyyətiniz yoxlanılır: 
• Sözlərin mənası arasında istiqamətin müəyyən edilməsi; 
• Həmahənglik istiqamətlərinin tapılması. 
Sözlərin mənasının qarşılıqlı istiqamətini müəyyən edərkən bu mənalar arasındakı 
mühüm əlaqəni müəyyənləşdirin. 
Məs.,  televizor : ekran - bu iki sözün mənası arasında mühüm əlaqə tamın və hissənin 
istiqaməti kimi müəyyən edilə bilər. 
Qaranlıq: işıq - qaranlıq və işıq bir-birinə zidd hallardır. 
 
 
 
Nümunələr və şərhlər 
Testin analogiyalar blokunda sizə müvafiq təlimatlarla iki tipli tapşırıqlar rast gələ bilər: 
 
I. 
Bu cür tapşırıqlarda tünd şriftlə iki söz verilir, onların mənası arasında müəyyən istiqamət 
vardır. Bu istiqamətin nə formada olduğunu müəyyən edin. 
Ehtimal olunan cavabların hər variantında həmçinin mənaca bir-biri ilə  əlaqədar olan sözlər 
cütlüyü verilmişdir. Onlardan sözlərin mənası arasında istiqamətin tündləşdirilmiş sözlərin qarşılıqlı 
istiqamətinə bənzər (analoji) olanını seçin. Cavab seçərkən cütlükdəki sözlərin ardıcıllığını nəzərə alın. 
 
1. Məktub : yazır 
a) Sal : suyun səthində üzür 
b) Ting : əkir 
c) Susəpən : suvarır 
ç) Şumlanmış yer : şumlayır 
  
Birinci cütlükdə - məktub : yazır – nəticənin və bu nəticəni doğuran hərəkətin ifadəsidir – 
“məktub yazmağın nəticəsidir”
 Birinci cütlükdə və cavabın hər bir variantında cütləşmiş sözlərin eyni kökü olduğu asanlıqla 
seçilir. Birinci cütlüyün cavabının hər bir variantı bu işarə ilə bir-birinə bənzəyir.  Lakin bu oxşarlıq 
 
səthi
  
 xarakterlidir.Bizi sözlərin mənaları arasındakı nisbət maraqlandırır. 
Birinci cütlükdə müəyyən edilmiş əlaqəyə bənzəyən əlaqəyə cavabın ancaq (ç) variantında rast 
gəlirik – şumlanmış yer : şumlayır – “şumlanmış yer şumlamanın nəticəsidir”
Digər cütlüklərdə bu cür nisbətə rast gəlinmir:  
a)
 
Sal : suyun səthində üzür 
Obyekt və onun üçün səciyyəvi olan hərəkət arasında olduğu kimi, verilən sözlər arasında da 
nisbət yarana bilər – “Sal suyun səthində üzür və suyun səthində belə hərəkət edir”. Salın suyun 
səthində üzməyin nəticəsi olmadığı öz-özlüyündə aydındır. 
b)
 
Ting : əkir 
Hərəkət və bu hərəkətin obyekti arasındakı əlaqə kimi, verilən sözlər arasındakı əlaqə müəyyən 
edilir – “ting əkilməyin nəticəsi deyil (onlar əkilmiş ağaclardır), əkilən cavan bitkidir”. 
c)
 
Susəpən : suvarır 
Verilən sözlərin qarşılıqlı  əlaqəsini bu cür formalaşdırmaq olar: hərəkət və bu hərəkət üçün 
zəruri olan alətin / vasitənin nisbəti – “insan susəpən (xüsusi qab) vasitəsilə  suvarır”. Buna 
müvafiq olaraq, susəpən suvarmanın nəticəsi deyildir. 
Beləliklə düzgün cavab (ç)-dir.  
 
 


Yüklə 7,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə