Microsoft Word saboloo versiya azerbaiganuli doc



Yüklə 7,26 Kb.
Pdf görüntüsü
səhifə4/35
tarix22.05.2018
ölçüsü7,26 Kb.
#45290
1   2   3   4   5   6   7   8   9   ...   35

 
9
2. Balıq : qəlsəmə 
a) Royal : klaviş 
b) Ağac : iynəyarpaq 
c) Yol : asfalt 
ç) Paltar : düymə 
 
Birinci cütlüyün mənaları arasında  əlaqəni bu cümlə ilə  əks etdirmək olar: “Qəlsəmə bütün 
balıqların vacib funksional hissəsidir”.  
Cavabın (a) variantında analoji əlaqə yaratmaq olar: royal : klaviş – “Klaviş hər bir royalın 
vacib funksional hissəsidir”. 
Cavabın digər variantlarında təqdim olunan cütlüklərdə nisbət fərqlidir: 
 b) Ağac : iynəyarpaq 
İynəyarpaq hər bir ağacın – bitkinin deyil, iynəyarpaqlı ağacların spesifik hissəsidir. 
c) Yol : asfalt 
Asfalt yolun örtüyü, yaxud müəyyən mənada həm də onun bir hissəsidir. Lakin asfalt yolun 
vacib funksional hissəsi deyildir, müxtəlif növ yollar, o cümlədən  asfaltsız yollar vardır (məs.: 
kəndarası yol, daş döşənmiş yol) vardır. 
ç) Paltar : düymə 
Düymə paltarın funksional təyinatlı hissəsidir. Ancaq hər cür paltarın düyməyə ehtiyacı 
yoxdur, bu sonuncu hər hansı paltarın vacib hissəsi/atributu deyildir.  
Beləliklə düzgün cavab (a)-dır. 
 
 
3. Yolu azmaq : kompas 
a) Yarış : mükafat 
b) Xəstəlik : dərman 
c) Xəzinə : gizli yer 
ç) Sürət : spidometr 
 
Birinci cütlükdə sözlərin mənaları arasında nisbəti bu cümlə ilə  əks etdirmək olar: “Kompas 
yolu azmış adamın bu xoşa gəlməz vəziyyətdən çıxış yolu tapmasına kömək edir”.  
Cavabın (b) variantında analoji nisbət vardır: xəstəlik : dərman – “dərman insanın xəstəlikdən 
yaxa qurtarmasına kömək  edir”. 
Beləliklə, yuxarıda qeyd edilən hər iki variantda təqdim olunmuş cütləşmiş sözlərin qarşılıqlı 
əlaqəsini müəyyən xoşagəlməz vəziyyət və onun aradan qaldırılması vasitəsi arasında 
ümumiləşdirilmiş halda formalaşdırmaq olar.  
Sözlərin heç bir cütlüyündə bu cür nisbətə təsadüf olunmur. 
a) Yarış : mükafat 
Yarış insanın  mükafat vasitəsilə aradan qaldırmalı olduğu xoşagəlməz vəziyyət deyildir. 
Mükafatla yarışda qalib gələnin uğurları qeyd edilir.  
c) Xəzinə : gizli yer 
Gizli yer xəzinədən yaxa qurtarmaq vasitəsi deyil, xəzinəni saxlamaq mümkün olan yerdir. 
ç) Sürət : spidometr 
Spidometr hərəkətin sürəti barədə məlumat verən cihazdır. O kiminsə ondan yaxa qurtarmaq 
vasitəsi deyil, bilavasitə sürəti ölçmə vasitəsidir. Bu cütlükdəki sözlərin mənasının qarşılıqlı 
nisbətini müəyyən kəmiyyət və onu ölçən cihaz arasındakı nisbət kimi formalaşdırmaq olar. 
Beləliklə düzgün cavab (b)-dir. 
 
 
 
 
 


 
10
4. Çiçək : bal 
a) Kağız : dəftər 
b) Yataq : polad 
c) Un : xəmir 
ç) Yağış : gölməçə 
 
Birinci cütlükdə sözlərin mənaları arasında nisbəti bu cümlə ilə  əks etdirmək olar: “Bal 
çiçəkdən hasil edilən  şirənin/nektarın emalı ilə  əldə edilir”. (b) variantında da bu cür nisbət 
mövcuddur – yataq : polad – “Polad yataqdan hasil edilmiş dəmir filizinin emalı ilə əldə edilir” . 
Beləliklə, sözlərin hər iki cütlüyündə hər hansı materialın təbii mənbəyi və bu materialın emalı ilə 
əldə edilən təkrar yaxud sonuncu məhsul arasında əlaqə vardır. 
a) Kağız : dəftər 
Kağız dəftər üçün materialdır.  Dəftər bilavasitə  kağızdan hazırlanır. Bu cütlükdə sözlərin 
əlaqəsini material və onun emalı  nəticəsində alınmış son məhsul arasında  əlaqə kimi müəyyən 
etmək olar.  
c) Un : xəmir 
Un xəmirin  təbii mənbəyi deyil, əsas inqrediyentidir. Kağız kimi, o da artıq emal olunmuş 
materialdır və ondan bilavasitə məhsul – xəmir hazırlanır. 
ç) Yağış : gölməçə 
Çuxurlu yerlərə yağış suyunun dolması nəticəsində gölməçə əmələ gələ bilər. Gölməçə yağışın 
emalından alınmış təkrar məhsul deyil, yağışın bilavasitə nəticəsidir. 
 Beləliklə düzgün cavab (b)-dir. 
 
 
 
5. Kino ekranı : kinokamera 
a) Boşqab : qaz plitəsi 
b) Vitrin : mağaza 
c) Güzgü : surət 
ç) Ox : siferblat 
 
Birinci cütlükdə sözlərin mənaları arasında əlaqəni aşağıdakı cümlə ilə əks etdirmək olar: 
Kino ekranı kinokamera ilə hazırlanmış    məhsulun istehlakçıya çatdırılması vasitəsidir”. 
Kino ekranında gördüyümüz son məhsul (bədii, sənədli film və s.) kinokamera vasitəsilə 
hazırlanır. 
Boşqab : qaz plitəsi sözlər cütlüyündə buna bənzər  əlaqəyə rast gəlirik.  Qaz plitəsində son 
nəticədə  boşqabda gördüyümüz məhsul hazırlanır. Cavabın heç bir başqa variantında bu cür 
əlaqəyə rast gəlinmir.  
b) Vitrin : mağaza 
Vitrin mağazadakı mal barədə istehlakçıya informasiya vermək vasitəsidir. Bildiyimiz kimi
məhsul mağazada hazırlanmır, ancaq satılır. 
c) Güzgü : surət 
Güzgüdə onun qarşısında duran obyektin surətini görürük. Bu cütlükdə sözlərin mənasının 
qarşılıqlı əlaqəsini qurğu və onun “yaratdığı məhsul” arasında əlaqə kimi formalaşdırmaq olar. 
ç) Ox : siferblat 
Ox  siferblat bütöv bir tamın (saatın) iki hissəsidir, onların ümumi vəzifəsi vardır – birlikdə 
bizə vaxtı göstərirlər. 
Beləliklə, cavabın düzgün variantı (a)-dır. 
 
 
 
 


Yüklə 7,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə