Microsoft Word saboloo versiya azerbaiganuli doc


Taxıl zəmisi : buğda cücərtisi



Yüklə 7,26 Kb.
Pdf görüntüsü
səhifə5/35
tarix22.05.2018
ölçüsü7,26 Kb.
#45290
1   2   3   4   5   6   7   8   9   ...   35

 
11
6. Taxıl zəmisi : buğda cücərtisi 
a) Budaq : kök 
b) Kol : tikan 
c) Meyvə : ting 
ç) Yarpaq : tumurcuq 
 
 Birinci  cütlükdə sözlərin mənaları arasında  əlaqəni obyektin son forması  (taxıl zəmisi)  və 
onun inkişafının erkən mərhələsi (buğda cücərtisi) arasında əlaqə kimi formalaşdırmaq olar. Buğda 
cücərtisi taxıl zəmisinə çevrilən buğda cücərtisidir. 
Cavabın (ç) variantında analoji əlaqəyə rast gəlirik - yarpaq : tumurcuqTumurcuq yarpağın 
erkən inkişaf mərhələsidir. 
Cavabın digər variantlarında təqdim olunan cütlüklərdə fərqli əlaqələrə rast gəlinir. 
a) Budaq : kök 
Kök  və  budaq  bir tamın (ağacın, kolun) iki mühüm hissəsidir, yaxud bu təqdirdə tamın iki 
tərkib hissəsinin qarşılıqlı əlaqəsidir. 
b) Kol : tikan 
Tikan kolun  müəyyən növləri üçün səciyyəvidir. Bu cütlükdə tamın və onun mümkün ola 
biləcək hissəsinin əlaqəsi vardır. 
c) Meyvə : ting 
Ting cavan bitkidir, meyvə onun inkişaf etmiş formasının tərkib hissəsidir. Bu təqdirdə tamın 
ilkin mərhələsi və onun inkişaf etmiş formasının hissəsi arasında əlaqə vardır. 
Beləliklə, cavabın düzgün variantı (ç)-dir.  
 
 
Natürmort_:_portret_b)_Tamaşa_:_ssenari_c)_Musiqi_:_simfoniya_ç)_Mətn_:_haşiyə___Cəngəllik'>7. Cəngəllik : tayqa 
a) Natürmort : portret 
b) Tamaşa : ssenari 
c) Musiqi : simfoniya 
ç) Mətn : haşiyə 
 
Cəngəllik və tayqa  meşə növləridir: cəngəllik keçilməz tropik meşə, tayqa isə Yer kürəsinin 
şimal hissəsində  mövcud olan iynəyarpaqlı meşədir; ümumi halda desək, birinci sözlər cütlüyündə 
bir cinsin iki növü arasında əlaqə verilmişdir. 
Cavabın (a) variantında da bu cür əlaqə vardır:  natürmort : portret.  Natürmort  və  portret 
rəssamlıq janrlarıdır (növləridir) – natürmort cansız  əşyaların təsvir olunduğu rəsm: meyvə, 
çiçəklər və  s.,  portret  isə insanın yaxud insanlar qrupunun rəssamlıq (heykəltəraşlıq yaxud 
fotoqrafik) təsviridir. 
Heç bir digər cütlüyün üzvlərinin mənaları bir-biri ilə bu cür əlaqə ilə bağlı deyildir. 
b) Tamaşa : ssenari 
Tamaşa teatr tamaşası, ssenari isə kinofilmin yaxud teatr tamaşasının ədəbi əsası, süjet sxemi 
əsasında  tamaşa yaxud kinofilm hazırlanan planıdır. Beləliklə, sözlərin bu cütlüyündə süjet sxemi 
ilə onun həyata keçirilməsinin mümkünlüyü arasında əlaqə verilmişdir.  
c) Musiqi : simfoniya 
Bu cütlükdə ümumi və xüsusi (cins və növ) arasında  əlaqə verilmişdir, çünki simfoniya 
musiqinin, xüsusilə orkestr musiqisinin növlərindən (janrlarından) biridir. 
 ç) Mətn : haşiyə  
Mətn nəyinsə yazılı surətdə formalaşdırılmış məzmunu, haşiyə isə onun müəyyən elementləri  
(sözlər, ifadələr) ilə  əlaqədar  əsas mətnin yaxud səhifənin sonunda yerləşdirilmiş qeyd, izahat 
yaxud əlavə mətndir. Ümumi halda bu tamın və onun spesifik hissəsinin əlaqəsidir. 
Beləliklə, cavabın düzgün variantı (a)-dır. 
 
 


 
12
8. Yastı : qabarıq    
a) Yığcam : aydın 
b) Harmonik : razılaşdırılmış  
c) Cəfəng : qanunauyğun 
ç) Adaptasiya olunmuş : uyğunlaşmış 
 
Tapşırığın birinci cütlüyünə diqqət yetirsək, görərik ki, burada bir-birinə zidd mənalı sözlər 
verilmişdir: yastı düzsəthli, qabarıq isə yuxarı qaldırılmış, şişmiş (müstəvi üzərində qabarıq təsvirə 
relyef deyilir) deməkdir. 
Cavabın (a) variantında sinonimlər verilmişdir,  aydın kimi, yığcam da qısa və aydın ifadə 
etmək deməkdir;  aydın sözünün başqa mənası da vardır – çevik, bacarıqlı. Lakin bu mənalar da 
yığcamla qarşı-qarşıya durmur. 
 Cavabın (b) variantında sözlərin mənaları arasında ümuminin və xüsusinin əlaqəsi vardır – 
harmonik həmahəng uyğunlaşmış, razılaşdırılmış deməkdir, ancaq razılaşdırılmış adlandıra biləcəyimiz 
hər şeyi harmonik adlandıra bilmərik (məsələn, razılaşdırılmış məsələ, razılaşdırılmış hərəkət). 
Cavabın (c) variantında verilmiş sözlərin mənası bir-birinə ziddir: cəfəng uyğunsuzluq, 
mənasız, fikirdən məhrum deməkdir. Buna müvafiq olaraq o hər cür qanunauyğunluğu, 
qanunauyğun olan hər şeyi (müəyyən qanunun uyğunluğunu) istisna edir.  
Gördüyümüz kimi, (c) cavabında sözlərin mənaları arasında  əlaqə birinci cütlükdə müəyyən 
etdiyimiz əlaqə ilə - analojidir. Deməli, tapşırığın düzgün cavabı (c)-dir. 
(c)-nin yeganə düzgün cavab olduğuna inanmaq üçün cavabın (ç) variantını da müzakirə edək. 
Adaptasiya olunmuş  ətraf mühitə  uyğunlaşmış deməkdir. Buna müvafiq olaraq bu cütlükdəki 
sözlərin mənaları arasında  əlaqəni sinonimik əlaqə adlandıra bilərik. Beləliklə, tapşırığın yeganə 
düzgün variantı (c)-dir.  
 
 
9. Nəlbəki : məcməyi 
a) Lift : eskalator 
b) Xəritə : atlas 
c) Tunel : bərə  
ç) Divar : arakəsmə 
 
Birinci cütlükdə  verilmiş sözlərin mənalarını müzakirə edək. Nəlbəki stəkanın yaxud fincanın 
altına qoyulan kiçik boşqab,  məcməyi isə üstünə qab-qacaq qoyulan (dəyirmi yaxud ovalvari) 
böyük qabdır. Ondan süfrəyə xörək aparmaq üçün istifadə edirlər;  nəlbəki  və  məcməyi  müxtəlif 
qab-qacaq növləridir, ancaq onların oxşar funksiyaları vardır. 
Cavabın (a) variantında verilmiş sözlər arasında da analoji əlaqə vardır:  lift  insanları  aşağı 
endirmək və yuxarı qaldırmaq yaxud yük daşımaq üçün qurğu,  eskalator isə insanları  aşağı 
endirmək və yuxarı qaldırmaq üçün hərəkət edən pilləkəndir;  lift  və  eskalator müxtəlif növlü 
qurğulardır, ancaq onların funksiyaları oxşardır. Buna müvafiq olaraq düzgün cavab (a)-dır. 
Başqa cavablarda birinci cütlükdə mövcud olan əlaqələrə rast gəlinmədiyinə əmin olmaq üçün 
cavabın qalan variantlarını da müzakirə edək. 
 b) Xəritə : atlas 
Xəritə Yer kürəsinin səthinin çertyoj halında verilən kiçildilmiş  təsviri,  atlas isə coğrafi 
xəritələrin toplusudur; 
 c) Tunel : bərə  
Tunel də  bərə  də müqaviməti (bir halda dağı, digər halda isə suyu) eyni cür dəf etmək 
vasitəsidir, ancaq onlar eyni funksiya daşımırlar, çünki bərənin özü nəqliyyat vasitəsidir, ondan 
çayın yaxud körfəzin bir sahilindən o biri sahilinə keçmək üçün istifadə edirlər,  tunel isə yeraltı 
tikintidir, ondan yol çəkilir, nəqliyyat hərəkət edir, su axır və s.; 
ç) Divar : arakəsmə 
Divar  binanın şaquli surətdə ucaldılmış yastı hissəsi, həmçinin müxtəlif təyinatlı möhkəm və 
uca barıdır; arakəsmə divarın növlərindən biridir, sahənin müxtəlif hissələrini bir-birindən ayıran 
(bölən) nazik divardır. 


Yüklə 7,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə