Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə25/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

 
110
edirlər ki, o zaman Sərəndibdən
71
 bir həkim gəlmişdi, o qədər 
məharətli idi ki, kor gözü də aça bilirdi. Bir gün adamlar alimdən 
soruşdular: 
–Nə üçün kürəkənini müalicə etdirmirsən? 
Alim dedi: 
–Qorxuram ki, gözü açılandan sonra qızımı boşasın! 
 
Misra! 
 
Çirkin arvadlara kor ər kərəkdir.  
 
45. Hekayət 
 
Bir padşah dərvişlərə alçaq nəzərlə baxırdı. Onlardan biri bunu 
sezib dedi: – Ey şah, bu dünyada doğrudur, ordumuz yoxdur, bunda 
səndən daldayıq, lakin güzəranımız xoşdur. Öləndə  bərabərik, 
qiyamətdə isə səndən irəlidə olacayıq. 
 
Şer 
 
Ölkə alan padişahlar qoysalar da qızıl tac.  
Dərvişlər də çörək üçün duysalar da ehtiyac,  
Hər ikisi ölən dəmdə olar bir cür natəvan.  
Aparmazlar bir kəfəndən başqa bir şey dünyadan.  
Can mülkündən bir gün köçmək lazım gələrsə əgər 
Gədalıq çox sultanlıqdan şərafətli körünər. 
 
46. Hekayət 
 
Dərvişliyin zahiri əlaməti köhnə paltar, qısa saçdır, lakin 
haqiqətdə nəfsini öldürüb, qəlbini diri saxlamaqdır. 
 
Şer 
 
Arif deyil qapılarda dolaşan,  
İddiası rədd olduqda savaşan.  
Arif odur, dağdan uçsa bir qaya,  
O qayanın qarşısından qaçmaya. 
 
111
 
Tərbiyət.  
 
Dərvişliyin yolu zikr, şükür, ibadət, itaət, sədəqə, qənaət, tohid, 
təvəkkül, hər çatinliyə qatlaşıb hər bəlayə dözməkdir. Bu sadalanan 
sifətlər kimdə varsa, qəba geymiş olsa da əsl dərvişdir. Lakin, hərzə-
hərzə danışan, binəmaz, xeyrə-şərə yaramaz, əyyaş, səhərdən axşama 
qədər  şəhvət hayına qalan, axşamdan səhərə  qədər qəflət yuxusuna 
dalan, qabağına gətiriləni yeyən, ağzına gələni deyən,  əba geymiş 
olsa da, dərviş deyil, lotudur. 
 
Batini təğvadan
72
 boş olan yazıq.  
Zahirdə geymisən riyadan paltar  
Qapından yeddi rəng pərdə, gəl, asma,  
Sənin ki evində bircə həsir var.
73
 
 
47. Mənzum hekayət 
 
Təzə gül gördüm mən, bir neçə dəstə,  
Bağlanıb ot ilə bir-biri üstə.  
Dedim: «Vəcsiz otun nə nisbəti var,  
Ki, tutsun gül ilə bir səfdə qərar?  
Ot həmən ağlayıb dedi: «Sus bir az,  
Kəramət əhlinə bu söz yaraşmaz.  
Yoxsa da ətirim, rəngim, camalım.  
Mənim də o bağda artmış kəmalım.  
O bağın otuyam vəfalı bəndə,  
Onun sayəsində boy atdım mən də.  
Hünərli, hünərsiz olsam da, həmən  
Allahın lütfündən yaranmışam mən.  
Yoxsa da zatımda bir qabiliyyət.  
Qüdrətim çatmırsa edim ibadət.  
O özü tapacaq bu dərdə çarə,  
Başqa yol qalmamış hər etibarə  
Qaydadır böyüklər fərman verəndə  
Əvvəl azad olar qocalmış bəndə».  
Dünyanı düzən ey böyük yaradan,  
Bu qoca bəndəni bağışla haman  


 
112
Ey Sədi, razılıq Kəbəsinə gir,  
Allahın qapısı sənin yerindir,  
Yazıqdır bu böyük qapıdan qaçan.  
O başqa bir qapı tapmaz heç zaman. 
 
48. Hekayət 
 
Bir filosofdan soruşdular: «Səxavət yaxşıdır, yoxsa şücaət?» 
Dedi: 
Səxavəti olanın şücaətə nə ehtiyacı
 
Beyt 
 
Bəhrami-gur məzarında yazılmışdır aşikar,  
Kəramətdə zorlu qoldan daha artıq quvvət var. 
 
Şer 
 
Qalmadı dünyada Hatəmi-Tai
74
 
Onu yaxşılıqdır daim yaşadan  
Malından zəkat ver, çünki üzüm də  
Artar, meynələri kəsdikcə bağban. 
 
113
 
III FƏSİL 
 
QƏNAƏTİN FƏZİLƏTİ HAQQINDA 
 
 1. 
Hekayət 
 
 
Hələb
75
 şəhərinin bəzzazlar bazarında Qərb ölkələrindən gəlmiş 
bir dilənçiyə rast gəldim. O, xalqa müraçiətlə deyirdi:  
 –Ey 
varlılar, sizdə insaf, bizdə qənaət olsaydı, dünyada dilənçilik 
qalmazdı
 
 Şer 
 
Məni ey qənaət, dövlətli eylə
Dünyanın səndən xoş neməti yoxdur. 
Loğmanın hikməti səbrilə oldu, 
Kimdə səbr olmasa hikməti yoxdur. 
 
 2. 
Hekayət 
 
 
 Misirdə iki şahzadə var idi. Biri elm oxuyur, digəri mal toplayır-
dı. Nəhayət, biri əsrinin alimi, o biri Misirin hakimi oldu. Bir gün 
hakim qardaş alim qardaşa həqarətlə baxıb dedi: 
 –Mən səltənət aldım, sən isə yoxsulluqda qaldın. 
 Dedi: 
 –Mən öz taleyim üçün o böyük allaha daha çox şükür etmə–
liyəm, çünki peyğəmbərlər və alimlər mirası, yəni elm mənə; Firo–un 
və Haman
76
 mirası, yəni Misir hökmdarlığı isə sənə çatmışdır. 
 
Şer 
 
Qarınçayam, ayaq altda əzilləm
Mən deyiləm nəştər vuran bir arı
Bu nemətə neçə şükr etməyim ki, 
Guçüm yoxdur inçidəm insanları
 
 3. 
Hekayət 


 
114
 
 Nağıl edirlər ki, bir dərviş ehtiyacın alovu içində yanır, cındı
paltarını yamayır, öz küskün könlünə təskinlik verib deyirdi: 
 
Beyt 
 
Biz razıyıq sadə paltar, su və quru çörəkdən, 
Xoşdur çəkmək möhnət yükü xalq minnəti çəkməkdən. 
 
 Kimsə ona dedi: 
 – 
Nə oturubsan, dur, filan adamın yanına get! O, çox səxavət,  
kəramət sahibidir, dərvişlərə  rəğbət bəsləyir. Hamı onu ürəkdən 
sevir. Halından xəbərdar olsa, məmnuniyyətlə qarşılayıb, sənə 
hörmət edər. 
 
Dərviş dedi: 
 
– Sus, başqalarına əl açmaqdansa, aclıq içində ölmək yaxşıdır! 
 
Şer 
 
Yamaq tikib bir guşədə səbr eyləmək yaxşıdır, 
Nə, ki, gedib paltar üçün xanı tərif eləsən, 
Doğurdan da bir cəhənnəəm işgəncəsi kimidir. 
Öz qonşunun sayəsində sən cənnətə gedəsən 
 
4. Hekayət 
 
Əcəm  hökmdarlarından biri Məhəmməd peyğəmbərin yanına 
bilikli bir həkim göndərdi. Həkim bir neçə il Ərəbistan ölkələrində 
qaldı, lakin bu müddəət ərzində heç kim ona müalicə üçün müraciət 
etmədi. Nəhayət, o, Məhəmməd peyğəmbərin yanına gəlib 
şikayətləndi: 
–Məni sizin adamlarınızı müalicə etmək üçün buraya 
göndəriblər. Ancaq bu müddət ərzində heç kim yanıma gəlməyibdir 
ki, öhdmə düşən vəzifəni yerinə yetirəm. 
Peyğəmbər dedi: 
–Bu camaatın bir adəti var: acmamış yeməzlər, doymamış ye-
məkdən əl çəkərlər. 
Həkim dedi: 
 
115
–Demək onların sağlamlıqlarının səbəbi b imiş. 
Sonra təzim edib yeri öpdü və getdi. 
 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə