Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə33/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   29   30   31   32   33   34   35   36   ...   53

 
158
 
V FƏSİL 
 
EŞQ VƏ ÇAVANLIQ HAQQINDA 
 
 
 1. 
Hekayət 
 
 
Həsən Meyməndidən soruşdular: 
 
–Sultan Mahmudun hər biri dünya gözəli adlandırıla biləcək bu 
qədər qulamı olduğu halda, nə üçün Ayazı
96
 hamısından çox istəyir, 
halbuki, Ayaz o qədər də yaraşıqlı deyildir. 
Dedi: – Ürəyə yatan, gözə də xoş dəyər. 
 
Şer 
 
Padişah hər kəsə eləsə hörmət. 
Pis iş də tutsa, hey tərif olunar. 
Şah kimdən azacıq bədgüman olsa. 
Ən yaxın adamı çıxmaz havadar. 
 
Şer 
Kim nəyə baxarsa inkar gözüylə, 
Yusif hüsnünə də çirkindir deyər. 
Lakin məhəbbətlə o, divə baxsa, 
Gözünə misilsiz mələk görünər. 
 
 2. 
Hekayət 
 
 Deyirlər bir xacənin çox gözəl bir qulu var idi və xacə onunla 
dostluq büsatı qurmaq istəyirdi. Dostlarından birinə dedi: – heyif bu 
boy-buxundan, bu gözəllikdən ki, özü kobud, dili uzundur. 
 Dedi: 
– 
Qardaşım, eyş–işrət keçirdiyin adamdan hörmət 
gözləmə, aşiq–məşuqluq ortaya çıxanda, hakim–məhkumluq aradan 
qalxar 
 
Beyt 
 
 
 
Xacə bir nazənin bir pərisifət – 
   Qul 
ilə oynarkən gülərsə üzü, 
 
159
 
 
 
Təəccüb deyildir qulu naz etsə, 
 
 
 
Naz çəksə həvəslə xacənin özü... 
 
3. Hekayət 
 
 
Gördüm bir zahid eşq içində yanır, nə  səbr edə bilir, nə  dərdin 
ır. Çox əziyyət çəkir, çox məzəmmət eşidir, lakin fikirindən 
dönməyir və deyirdi: 
 
Şer 
 
Əlimi üzmərəm mən ətəyindən, 
Bir iti qılıncla vursan da məni. 
Axı səndən başqa ümidim yoxdur, 
Qaçsan bil taparam yenə də səni – 
 
 
 Bir 
dəfə onu danlayıb dedim: 
 –Səlis əqlinə nə olmuşdur ki, xəsis nəfsin ona üstün gəldi? Bir az 
fikrə getdi, sonra dedi: 
 
Şer 
Haraya girərsə eşqan sultanı
Alar iradədən tabü–təvanı
Çirkaba qərq olan biçarə məgər, 
Dünyada heç təmiz yaşaya bilər? 
 
 
 4. 
Hekayət 
 
 Birisi 
gönlünü 
vermiş, canından keçmişdi. Lakin göz dikdiyi yer 
qorxulu, getmək istədiyi yer təhlükəli idi: hazır kükə deyildi ki, əl 
atıb götürsün, xam cücə deyildi ki, tez tora düşsün. 
 
Beyt 
 
Puluna baxmazsa nazənin dilbər, 
Qızılın torpaqla olar bərabər. 
 
 Yenə nəsihət edərək ona dedilər: – Bu sevdadan əl çək, çoxları 
bu xam xəyala düşmüş, lakin gör necə olmuş, nə hala düşmüşlər?! 


 
160
 Nalə çəkib dedi: 
Şer 
A dostlar etməyin mənə nəsihət, 
Ki, mənim gözlərim ondadır fəqət, 
Cəngavər məhv edər zorla düşməni, 
Yar isə naz ilə öldürür məni. 
 
O necə məhəbbətdir ki, can qorxusundan canandan əl çəkəsən?! 
 
Şer 
 
Sən əgər özünü unutmamışsan, 
Sənin aşiqliyin yalandır demək. 
Dost ilə birləşmək mümkün deyilsə
Onun arzusuyla öləsən gərək. 
 
Beyt 
 
İmkan tapsam tutaram ətəyindən nigarın, 
Yoxsa gedib ölərəm, qapısında o yarın. 
 
 Onun 
işləri ilə maraqlanan, qayğı göstərib səhhətinin hayına 
qalan yaxın adamları çox səy göstərdilar, öyüd verdilər, yalvardılar, 
yaxardılar, xeyri olmadı
 
Beyt 
 
Təbibim deyir ki, səbr eylə, dayan, 
Bu həris nəfs isə dözməyir bir an. 
 
Şer 
 
Bilirsənmi nazlı dilbər bir gecə
Aşiqanə pıçıldadı gizlicə. 
Belə diqqət verirkən sən özünə, 
Heç qiymətim görünərmi gözünə? 
 
 Nağıl edirlər ki, onun aşiq olduğu şahzadəyə xəbər çatdırdılar ki, 
 
161
çoxdandır xoş  təbiətli,  şirindil bir cavan bu tərəflərə  gəlib–gedir, 
gözəl sözlər danışır, mənalı söhbətlər edir. Deyəsən qəlbində bir 
məhəbbət, başında bir sevda var. 
 
Şahzadə başa düşdü ki, cavanın gönlünü çalmış, onu öz bəla 
girdabına salmışdır. Tez ata minib o tərəfə getdi. Cavan uzaqdan 
şahzadənin gəldiyini gördükdə ağlayaraq dedi: 
 
Beyt 
 
Qatilim yenə də gəlib dayandı
Sanki qurbanına ürəyi yandı
 
 
Şahzadə cavanı xoş dindirdi, kefini soruşdu, adı, yeri, sənətilə 
maraqlandı, çavan dostluq dəryasına elə  qərq olmuşdu ki, nəfəs 
almağa taqəti, cavab verməyə qüdrəti olmadı
 
Beyt 
 
Əzbərdən bilsən də Quranı inan, 
Çaşsan əlif, bey də çıxar yadından. 
 
 
Şahzadə dedi: –Nə üçün mənimlə danışmırsan mən də dərvişəm, 
dərvişlərlə oturub–duranam, hətta onlara qulağı sırğalı bir qulam. Bu 
zaman məhbubunun nəvazişindən qüvvət alan cavan başını dostluq 
dəryasının dalğaları arasından çıxararaq dedi: 
 
Beyt 
 
Səninlə bir məkanda olmaq bir əmri–mahal, 
Sən sözə dil açanda olar mənim dilim lal. 
 
 
Bunu dedi, bərkdən bir nərə çəkdi və canını haqqa təslim etdi... 
 
 
5. Hekayət 
 
 Son 
dərəcə gözəl bir şagird var idi, insan taiəti gözəlliyə meyl 
etdiyi üçün müəllim də ona mail olmuşdu. 
 Ona 
görə başqa  şagirdlərə etdiyi əziyyət və  tənbehi ona rəva 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə