Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə2/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   2   3   4   5   6   7   8   9   ...   53

 

Sədinin qəzəlləri haqqında da olduqca yüksək fikirlər 
söylənmişdir. Tədqiqatçıların fikrincə  Sədinin qəzəlləri olmasaydı
fars  ədəbiyyatında Hafiz Şirazi kimi lirik şairlər yetişə bilməzdi. 
Hafiz özü Sədini qəzəl ustadı adlandırmışdır. XIII əsrin məşhur hind 
şairi  Əmir Xosrov Dəhləvi də öz müasirləri Sədi  Şirazi və Hümam 
Təbrizini qəzəl ustadı adlandırmışdır. Sədinin qəzəlləri özündən 
qabaqkı şairlərə nisbətən daha çox lirik, daha çox insan duyğularını 
tərənnüm edən, bədii  əsərlər idi. Demək olar ki, o, qəzəli  əsl 
mənasında özünə məxsus bir ğövqeyə yüksəltmiş, ona nikbin əhvali–
ruhiyyə vermişdir. Burada təbiət təsvirləri, məhəbbət və  eşqin 
ülviyyəti çox yüksək zövq ilə  tərənnüm edilmişdir. Onun müxtəlif 
şöbələrdə toplanmış olan qəzəlləri  əsas etibarilə bir–birindən 
fərqlənmirlər. Bistunun fikrinə görə, qəzəllərin belə qruplaşması
onların müxtpəlif dövrlərdə (gənclik, qocalıq) yazılması ilə 
əlaqədardır. Məzmuna qalinca, Sədinin qəzəllərinin hamısı 
insanpərvər bir duyğu ilə yazılmışdır. Onun qitələri, rubailəri və 
müfrədləri də didaktik mahiyyət daşıyaraq  şairin  əsas dünuagörüşü 
ilə bağlıdır. Təsadüfi deyildir ki, ərəblər Sədini öz dahi şairi  Əl–
Mütənnəbbi, ingilislər isə öz dahi dramaturqu Şekspir ilə müqayisə 
etmişlər. Çünki bu şairlərin əsərlərində də insan müqəddəratı, həqiqət 
əsas yer tutmuşdur.  Şekspirin dramlarda irəli sürdüyü ideyaları
çoxunu Sədi qısa hekayə və qitələrdə məharətlə ifadə etmişdir. 
Şərq ədəbiyyatında Sədiyə qədər «Bustan»a bənzər əsər tapmaq 
mümkünsə də, «Gülüstan»a oxşar əsər tapmaq çətindir. 
Sədi «Gülüstan»ı son dərəcə mahiranə bir surətdə həm nəsr, həm 
də  şerlə yazmışdır. Demək olar ki, bu, Sədinin öz yaradıcılı
ixtirasıdır. «Gülüstan» əsəri elə  məharət və qüdrətlə yazılmışdır ki, 
istər onun nəsr hissəsi, istərsə  Şer hissəsi füsünkar bir qələmin 
məhsulu kimi nəzərə çarpır. Burada dil sadəliyi, məzmun dərinliyi, 
yığcamlıq, zərbəni düz hədəfə vurmaq qabiliyyəti özünü bütün 
parlaqlığı ilə köstərmişdir. «Gülüstan» əsərinin belə aləmşümul 
şöhrət qazanması təkcə onun məzmununa görə deyildir. Bu əsər eyni 
zamanda ustalıqla yazılmış, sadə  və  bədii ifadələri, təşbih, məcaz, 
səc, kinayə, istiarə  və başqa bədii ifadə  tərzləri ilə  də özündən 
qabaqkı va sonrakı əsərlərdən çox fərqlənir. 
Təsadüfi deyildir ki, məhz Sədinin «Gülüstan» əsəri bütün 
dünyada fars dili öyrənmək istəyənlərin ilk dərs kitabı olmuşdur. 
Yaxın  Şərqdə fars dilində  təhsil alan uşaq hər  şeydən qabaq 
 
5
«Gülüstan» əsəri ilə tanış olur və ömrünün sonuna qədər bu kitabdan 
ayrıla bilmirdi. 
Sədi öz nəsihətlərini elə  məharətlə oxuculara aşılayır ki, ondan 
həm hakim, həm məhkum, həm alim, həm cahil, həm zahid, həm də 
rind ibrət dərsi götürə bilir. Buna görə  də sonra gələn  şairlər 
«Gülüstan»a bənzər  əsərlər yazmağa çox çalışmışlar. Məşhur 
Əbdürrəhman Cami «Baharistan», Məcdəddin – «Xaristan», Qaani –
«Pərişan», Sünbüli – «Gəndistan»
3
 adlı əsərlərini «Gülüstan»a nəzirə 
olaraq yazmışlar, lakin onların hər biri «Gülüstan» zirvəsinə yüksələ 
bilməmişdir. 
Təsadüfi deyildir ki, məşhur hind şairi Həsən Dəhləvi 
«Gülüstan» əsəri haqqında demişdir: 
«Həsən Sədinin «Gülüstan»ından bir gül dərib gətirmişdir. 
Çünki məna əhli ancaq bu Gülüstandan gül dərər». 
Sədi ilə yaxından dost olan Azərbaycan şairi Hümam Təbrizi də 
Sədinin şairlik qüdrətini çox yüksək qiymətləndirib onu özünə ustad 
hesab etmişdir. 
Sədinin «Gülüstan» əsərinin getdikcə daha çox yayılmasının, 
müxtəlif dillərə təkrarən tərcümə edilməsinin əsas səbəbi şübhəsiz ki, 
onun insanlar arasında sülhü, dostluğu və proqressiv fikirləri təbliğ 
etməsidir. Sədinin  əsərləri Yaxşı adamlara məhəbbət, pis adamlara 
nifrət, hissilə doludur. Böyük hümanist şair insanın zahiri 
gorünüşünü deyil, onun mənəviyyatını  nəzərə alır.  Şairin fikrincə 
paltar, mal, dövlət, vazifə, rütbə insanlıq  şərəfi deyildir. İnsanlı
şərəfi xalqa xeyirli olmaqdadır. 
«Gülüstan» əsəri müqəddimədən və kitabın yazılma səbəbindən 
sonra – hökmdarların rəftarı, dərvişlərin  əxlaqı, qənaətin fəziləti, 
susmağın faydaları, eşq və cavanlıq, zəiflik və qocalıq, tərbiyənin 
təsiri, söhbət qaydaları – başlıqları ilə səkkiz fəslə bölünür. 
«Gülüstan» əsərinin lap birinci fəslində Sədi şahlardan bəhs edir. 
Bu fəsildə Sədinin ictimai və siyasi görüşləri oz ifadəsini tapmışdır. 
O, burada şahlara nəsihət vermiş, onları  ədalətə, düz yola 
çağırmışdır: 
O, bir qitəsində:  
 
«Əmirin, vəzirin və hökmdarın  
Səbəbsiz dolaşma ətrafında sən»... 
 


 

deyərək saraylardan ehtiyat etməyi məsləhət görür» Başqa bir 
Şerində zülmkar şahlara xitab edərək deyir: 
 
Şahlara yaraşmaz zülm etmək bir an,  
Qurddan ola bilməz sürüyə çoban.  
Padşah zülm etsə xalqına əgər,  
Özü öz mülkünü tarümar edər. 
 
Şair qorxmadan şahlara, sultanlara xatırladır ki, onlar öz 
xalqlarına zülm etsələr, xalq da onlardan üz döndərər. 
Şair düzgün dərk edir ki, şahların rəiyyətə etdiyi balaca 
ədalatsizlik böyük fəlakətlərə  səbəb olar. Şah rəiyyət bağından bir 
alma dərsa, onun adamları ağacları kögündən qoparar. 
 
Şah rəiyyət bağından bir alma dərsə, həmən –  
Nökərləri çıxarar ağacları kögündən.  
Beş yumurta alıb şah zülm eyləyən zamanda,  
Qoşunu min toyuğu şişə çəkər bir anda. 
 
Monqol istilasının ağır illərində şahlara nəsihət etmək o qədər də 
asan deyildi. Sədi isə belə bir cəsarətə malik şairlərdən olub onlara 
həqiqəti demakdən, doğru yola dəvət etməkdan qorxmurdu. Çünki 
Sədi özü deyirdi: «O adam şahlara nəsihət verə bilər ki, öz başından 
qorxmasın və şahlardan qızıl ummasın». 
Sədinin nəzərində  şahlar xalqa xidmət üçündür. Xalq şahları
qulluğunda deyil, şah xalqın qulluğunda durmalıdır. O, bu fikri 
«Gülüstan» əsərinin bir hekayətində çox közəl ifadə etmişdir: 
 
Padişah yoxsulun pasibanıdır,  
Nə qədər olsa da güclü hökmran. 
Qoyunlar çobanın malı deyildir, 
Qoyuna baxmaqçın qoyulur çoban. 
 
Sədi  şahlara,  əmirlərə moizə  və  nəsihətin təsir etmədiyini 
gördüyü zaman onları  məzlumların odlu ahı  və qiyamət gününün 
haqq hesabı ilə qorxudurdu. 
Şahlardan birisi Sədidən ona dua etməsini xahiş etdikdə  Sədi 
demişdir: «Öz xalqına qarşı ədalətli ol ki, düşməndən xilas olasan». 
 
7
Şairin fikrincə: «öz ölkəsində xalqı  ədalətlə idarə edən 
hökmdarın başqa ölkələri müharibə yolu ilə almağa ehtiyacı yoxdur». 
Sədi həmişə sülh tərəfdarı olaraq ölkələri xarabazara çevirən 
muharibələri rədd etmişdir. 
O, deyir: «Bir məsələni ki, sülh ilə həll etmək mümkündür, onu 
müharibə yolu ilə  həll etmək ağılsızlıqdır».  Şairin bu sözü hələ bu 
gün də yüksəkdən səslənməkdədir. 
Sədi hər yerdə, hər  şəraitdə belə  nəsihətlər verməkdən 
çəkinmirdi. Lakin orta əsr feodalizm əsarətinin hökmran olduğu bir 
dövrdə şərin xeyrə qalib kəldiyini görən Sədi, öz zəmanəsindən acı
acı  şikayət etmişdir. Monqol istilaları  əlindən baş götürüb dünyanı 
diyar–diyar gəzən  şair Yaxın və Orta Şərqin hər yerində  zəhmətkeş 
xalqın ağır və  fəlakətli halına qəlbən açımışdır. Sədi orta əsr 
feodalizm dövründə biri dikərinin hesabına yaşayan sinifləri aydı
görə bilmirdi. Ona elə gəlirdi ki, şah ağıllı olsa və ya ağıllı adamları
sözünə baxsa, ölkədə ədalət və firavanlıq hökm sürər. 
Bununla birlikdə  Sədi həmişə öz hekayələrində  zəhmətkeşlərin 
tərəfində olmuşdur. Bu cəhətdən Sədinin insanpərvərliyi və xəlqiliyi 
təqdirə layiqdir. O, əsərinin bir yerində birlik və ittafaq məsələsinə 
böyük  əhəmiyyət vermiş, adi insanlar əl–ələ versə, ağır fəlakətləri 
aradan qaldıra biləcəklərini onlara başa salmağa çalışmışdır. 
Sədi qüvvətli zülmkarlara qarşı birlik, vəhdət, ittifaq və 
qardaşlığın gücünü obrazlı olaraq belə təsvir edir: 
 
Fildə çox olsa da, qüvvət, cəsamət,  
Hünülər birləşsə yıxarlar yəqin.  
İttifaq bağlasa qarıncalar da,  
Dərisin deşərlər qızmış şirlərin. 
 
Sədinin dini əqidəsi də onun belə realist fikirlər söyləməsinə 
mane ola bilməmişdir. Çünki ömrünün böyük və  şüurlu hissəsini 
səyahətdə keçirərək, xalqların acınacaqlı məişətlərini müşahidə edən 
mütəfəkkir şair istər–istəməz onları birliyə çağırmış, həqiqəti olduğu 
kimi dərk etməyə çalışmışdır. O, ölkəni, cəmiyyəti sağlam ağıl və 
idrakla idarə etməyi lazım bilmiş, insanların bərabər hüquqda 
yaşamaq ixtiyarı olduğunu irəli sürmüşdür. Sədi bunun neçə və hansı 
vasitələrdə əldə edilməsini bilməsə də, hər halda o dövr üçün olduqca 
cəsarətli və mütərəqqi bir addım atmışdır. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə