Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə6/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   2   3   4   5   6   7   8   9   ...   53

 
24
 
 
Şer 
 
Bu fələyin qaməti şadlıq ilə oldu rast  
Ta ki sənin tək oğul doğdu bu bətni–zaman.  
Hikməti var xaliqin, lütf eləsə hər kəsə, 
Bəndəni xas eyləyib xalqa edər hökmran.  
Kim yaşadı xeyrilə, tapdı əzəl dövlətin,  
Xeyir–dua saxlayar yaxşı adı cavidan.  
Əhli–kəmal etsə də etməsə də vəsfini,  
Məşşata lazım deyil gül uzə heç bir zaman. 
 
Saray xidmətindən çəkinib guşənişin olmağımın səbəbi bu 
misaldakı  Hikmətə görədir: hind filosoflarından bir neçəsi bir yerə 
yığışıb Bozorcmehrin
7
  fəzilətindən söhbət açmış  və  nəhayət onun 
ır–ağır danışmasından başqa bir eybini tapmamışlar; yəni o, 
danışarkən çox düşünür, dinləyici isə onun fikrinin sonunu intizarla 
gözləməli olurmuş. Bozorcmehr bunu eşidib demişdir: 
–  Əvvəlcə «nə deyim», haqqında fikirləşmək, sonradan «niyə 
dedim?» peşmançılığından yaxşıdır. 
 
Şer 
 
Dünya görmüş qoca söz ustadı, bil,  
Əvvəlcə fikir edər, sonra açar dil. 
Tələsik söyləməz sözünü bir dəm.  
Fikrini kamil de, kec olsa nə qəm! 
Düşünüb sonra de sözü müxtəsər, 
O qədər danışma, «bəsdir» desinlər.  
Nitqilə üstündür heyvandan insan.  
Heyvandan əskiksən boş–boş danışsan 
 
Xüsusən böyük hökmdarın ariflər və bilikli alimlər iştirak edən 
hüzurunda danışmağa cəsarət göstərsəm, utanmazlıq edər və hüzuri–
mübarəkə  dəyərsiz mal gətirmiş odardım. Cavahirat bazarında 
muncuğun bir arpa qədər qiyməti olmaz. Çıraq, günəş qarşısında işı
verməz, uca minarələr Əlvənd dağı

yanında alçaq görünər. 
 
25
 
 Şer 
 
Kim xalqa iddia göstərsə əgər, 
Hər yerdən başına bir zərbə dəyər. 
Sədisə yazıqdır, qəlbi azada
Yazıqla kim dava edər dünyada? 
Əvvəlcə bir düşün, sonra dilə gəl, 
Divar tez yıxılar olmasa təməl, 
Mən də bir gülcüyəm, bostandan uzaq. 
Mən də bir Yusifəm Kənand
an
9
 uzaq. 
 
Loğmandan
10
 soruşdular ki, «elmi kimdən öyrəndin?» Dedi: 
kor–lardan, onlar ayaqları altını yoxlamadan irəli addım atmazlar. 
Atalar demişlər: 
– Bir yerə girməzdən əvvəl oradan necə çıxacağını düşün! Fərd. 
Kişiliyini sına, sonra arvad al. 
 
Şer 
 
Xoruz cəld olsa da savaşda, lakin,  
Qızıl quş cənginə o qadir deyil, 
Pişik siçan üçün pələng olsa da,  
Pələng qarşısında bir siçandır bil. 
 
Lakin alicənab şəxslər öz tabeliklərində olan adamların eyibləri-
ni üzə vurmayıb, xırda qüsurlarını açmadıqlarına əmin olduğumdan, 
müxtəsər şəkildə bir sıra qəribə hekayələri, təmsilləri, şer və nağılları
həmçinin keçmiş hökmdarların  əxlaq və  rəftarlarından bəhs edən 
rəvayətləri bu kitabda topladım və  əziz ömrümün bir hissəsini ona 
sərf etdim. 
 
Şer 
 
Bu dünya duracaq illər boyunca,  
Lakin torpaq olar bizim bu bədən.  
Bir xəyal qalacaq bizdən yadigar.  
Varlıqsa yox olub gedəcək həmən  


 
26
Bəlkə bir xeyirxah biz yazıqları,  
Rəhmətlə xatırlar dua edərkən. 
 
Kitabı  tərtib edib fəsillərə ayırarkən, mətləbi qısa bir surətdə 
ifadə etməyə diqqət göstərməyi lazım bildim və oxucunun da–
rıxmaması üçün behişt bağlarına oxşayan bu «Gülüstan» kitabını 
səkkiz fəslə böldüm: 
 
1.
 
 Hökmdarların rəftarı haqqında. 
2.
 
 Dərvişlərin əxlaqı haqqında. 
3.
 
 Qənaətin fəziləti haqqında. 
4.
 
 Susmağın faydaları haqqında. 
5.
 
 Eşq və cavanlıq haqqında. 
6.
 
 Zəiflik və qocalıq haqqında. 
7.
 
 Tərbiyənin təsiri haqqında. 
8.
 
 Söhbət qaydaları haqqında. 
 
Günümüz xoş ikən, keçmədəydi bil,  
Hicrətdən altı yüz əlli altı il,  
Qəsdimiz verməkdi düz yolu nişan,  
Allaha tapşırıb köçdük dünyadan. 
 
 
27
I FƏSİL 
 
HÖKMDARLARIN RƏFTARI HAQQINDA 
 
1. Hekayət
11
 
 
Nağıl edirlər ki, bir padşah bir əsirin öldürülməsini əmr etmişdi. 
Yazıq əsirin ümidi kəsildikdə, ağzına gələni deyib padşaha söyüşlər 
yağdırmağa başladı. Məsəl var deyərlər: canından  əl çəkən ağzına 
kələni deməkdən qorxmaz! 
 
Beyt 
 
Yoxsa bərk ayaqda qaçmağa imkan,  
Kəsərli qılıncı qarmalar insan. 
 
Şer 
 
Ümidsiz qalsa hər insan  
Açar dil, qorxmaz aləmdə.  
Hücum eylər itə birdən  
Pişik məğlub olan dəmdə. 
 
Padşah yanındakılardan  əsirinnə danışdığını soruşdu. Xeyirxah 
vəzirlərdən biri dedi: 
–Ey hökmdar, o deyir ki, qəzəblənəndə özünü saxlaya bilən 
adam, başqalarının da günahını bağışlaya bilər. 
Padşah rəhmə gəldi, əsirin ölümündən əl çəkdi. Xeyirxah vəzirin 
rəqibi olan başqa bir vəzir sözə qarışıb dedi: 
–Hökmdarın hüzurunda yalan danışmaq bizim kimi adamlara 
yaraşmaz. Bu əsir padşahı söyüb, ona nalayiq sözlər dedi. 
Şah bədxah vəzirin bu sözündən hiddətlənərək dedi: 
–Onun yalanı  sənin doğrundan xoş idi, çünki o, xeyirxahlı
məqsədilə deyilmiş, səninki isə  bədxahlıq. Ağıllı adamlar demişlər: 
«Sülh doğuran yalan, fitnə törədən doğrudan yaxşıdır». 
 
Şer 
 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə