Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə8/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

 
32
quldurların hamısını öldürməyi  əmr etdi. Onların
 
içərisində ginc bir 
oğlan da var idi. Onun gül çöhrəsi bahar çəməni tək təzəcə çiçəklənir
gənc ömrünün həyat bağında ilk meyvələr yetişirdi. Vəzirlərdən 
birinin ona rəhmi kəldi, irəli çıxaraq şahın taxtı önündə təzim etdi və 
dedi: 
– Bu gənc hələ həyat baqından meyvə dərməmiş, cavan ömrünün 
ləzzətini görməmişdir. Hökmdarın kəramət və səxavətinə arxalanaraq 
xahiş edirəm ki, şah onun qanından keçsin və bu qulunu minnətdar 
etsin. 
Vəzirin bu sözündən xoşlanmayan şah hiddətləndi və
 
dedi: 
 
Beyt 
 
Yaxşıdan ibrət götürməz, zati bəd, nacins olan,  
Necə ki günbəz başında qoz dayanmaz heç zaman. 
 
Belə yaramazların nəslini kəsib, dudmanlarını dağıtmaq la-
zımdır. Odu söndürüb qorunu saxlamaq, əfini öldürüb balasına rəhm 
etmək ağıllı iş deyildir. 
 
Şer 
 
Göylərdən yağsa da dirilik suyu,  
Söyüd ağacında görməzsən səmər.  
Alçaq adamlarla oturub durma,  
Həsir qamışından alınmaz şəkər. 
 
Vəzir şahın sözunü istər–istəməz təsdiq etdi, onun fikrinə afərin 
deyib əlavə etdi: 
–Cahan hökmdarının buyurduqları  həqiqətdir, yaramazlar 
içərisində tərbiyə alan, onların xasiyyətini də mənimsəyər. Lakin bu 
oqlan hələ  uşaqdır və quldurların yaramaz sifətləri onda möhkəm 
təsir buraxa bilməz. Qulunuz ümid edir ki, əgər o, bundan sonra 
xeyirxah adamlar arasında tərbiyələnsə, gözəl xasiyyətlər qəbul edib, 
islah oluna bilər. Bir hədisdə deyilir ki, insan fitrətən pak doğulur, 
lakin sonra, ata–anasının tərbiyəsi ilə, ya yəhudi, ya xristian, ya da 
atəşpərəst olur.  
 
 
33
Şer 
 
Pislərə yar oldu Lutun arvadı  
Ayrıldı peygəmbər xanədanından.  
İtisə bir zaman Əshabi–kəhfin,  
Yaxşılarla getdi oldu bir insan.
19
 
 
Şahın yaxın adamlarından bir neçəsi də  vəzirə qoşulub vasitə-
çilik etdilər. Nəhayət şah oğlanın günahından keçdi və dedi: 
–Məsləhət bilmirəm, lakin bağışlayıram. 
 
Şer 
 
Zal bir gün söylədi oğlu Rüstəmə:
20
  
«Biçarə və zəif sanma düşməni,  
Çox gördük balaca çeşmənin suyu,  
Güclənib apardı yüklü dəvəni». 
 
Xülasə, oğlanı nazü nemətə çatdırıb, tərbiyəsini təcrübəli bir 
müəllimə tapşırdılar. Nəhayət oğlan natiqlik, hazırcavablılıq və saray 
qaydalarını dərindən öyrənib, hamısının rəğbətini qazandı
Bir dəfə  vəzir  şahın hüzurunda oğlanın fəzilətləridən danışaraq 
dedi ki, ağıllı mürəbbilərin tərbiyəsi yaxşı  nəticə vermiş, köhnə, 
yaramaz xasiyyətlərdən oğlanda əsər qalmamışdır. 
Hökmdar vəzirin sözünə gülümsəyib dedi: 
 
Şer 
 
İnsanla qalmağa etsə də adət,  
Qurd oğlu qurd olar, yenə, nəhayət. 
 
Bu hadisədən bir–iki il keçdi. Oğlan bir dəstə yerli dələ–duzlarla 
dostlaşıb, onlarla yoldaşlıq etməyə başladı.  Əvvəlki quldurluq 
xasiyyətləri onda yenidən baş qaldırdı. Nəhayət günlərin birində für-
sət tapıb həmən vəziri, onun iki oğlunu öldürdü, evini soyub, var–
dövlətini yığışdırdı, quldurların mağarasına qaçıb, atasının yerində 
oturdu və yol kəsməyə başladı. Padşah bu hadisədən xəbərdar 
olduqda təəssüflənib dedi: 


 
34
 
Şer 
 
İti şəmşir olmaz paslı dəmirdən,  
Gözləmə nakəsdən adamlığı sən.  
Yağışla sulansa bağ da, şoran da,  
Bağda lalə bitər, şoranda tikan. 
 
Şer 
 
Şoranlıq bitirməz sünbül heç zaman 
O yerdə zəhməti eyləmə hədər.  
Pisə yaxşılıqla, yaxşıya pislik,  
Mənaca bir şeydir, düşünsən əgər. 
 
5. Hekayət 
 
Oğulmuşun
21
 sarayında çox ağıllı, düşüncəli və  dərrakəli bir 
sərhəng oğlu var idi. Hələ  uşaqlıq vaxtlarından alnında böyüklük 
nişanəsi parlardı
 
Şer 
 
Kəmalı ulduz tək başı üstə bax.  
Parlardı hər yana işıq saçaraq. 
 
Xülasə, oğlan həm yaraşıqlı idi, həm də ağıllı. Ona görə hökm-
darın rəğbətini qazanmış  və  mənsəbə çatmışdır. Atalar doğru de-
mişlər: «Dövlət malda deyil, kamaldadır, ağıl yaşda deyil, başdadır». 
Bir gün tay–tuşları  oğlanın vəzifzsinə  həsəd aparıb, onu 
xəyanətkarlıqda tzqsirləndirdilər, öldürülməsi üçün səy göstərdilər. 
 
Misra 
 
Düşmən nəçidir, dost, sənə qəmxar olsa. 
 
Hökmdar oğlanı yanına çağırıb soruşdu: «Bunların sənə qarşı 
düşmənçiliyinin səbəbi nədir?». Oğlan dedi: 
 
35
– Böyük hökmdarın mərhəmətilə, paxıllardan başqa hamını razı 
sala bilmişəm, paxıla gəldikdə o, mənim nemətdən, hökmdarın isə 
səadətdən məhrum olmasını istəyir. 
 
Beyt 
 
Bacararam bir ürəyə toxunmayım heç zaman,  
Nə edim ki, paxıl özü öz qəlbini edir qan.  
Öl ey paxıl, bəlkə canın rahat ola büsbütün,  
Çünki səni yalnız ölüm qurtarar bu əzabdan. 
 
Şer 
 
Alçaqlar arzu edər ki, daim,  
Dünyada olmasın bəxtəvər insan,  
Gündüz yarasalar görmürsə əgər,  
Bununçun varmıdır günəşdə nöqsan?  
Kor olsun minlərlə qoy elə gözlər!  
Günəşə çökməsin qaranlıq bir an. 
 
6. Hekayət 
 
Belə  rəvayət edirlər ki, Əcəm
22
 hökmdarlarından biri rəiyyətin 
var–yoxunu  əlindən alıb, onlara əziyyət verməyə başladı.  İş o yerə 
çatdı ki, xalq bu zülm və sitəmə davam gətirməyib başqa ölkələrə 
qaçmağa və qürbətdə yaşamağa məcbur oldu. Əhali əskildikcə ölkədə 
məhsul da azaldı, xəzinə boş qaldı. Bunu görən düşmənlər təzyiq 
göstərməyə başladılar. 
 
Beyt 
 
Kim müsibət günü istər ona bir yar olsun,  
De ki, xoş gündə özü xalqa havadar olsun.  
Qulağı halqalı qul, hörməti görməzsə gedər,  
Lütf qıl, lütf sənə yadları da bir qul edər. 
 
Bir gün onun hüzurunda «Şahnamə»
23
 kitabından Zöhhakın
24
 
devrilməsi və Fridunun qələbəsi haqqındakı hissəni oxuyurdular. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə