Microsoft Word Sadi Gulustan doc


ıqdır.  Dostum dedi;  –İnsaf etsən, üzrümü qəbul edərsən, çünki atı



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə11/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

 
44
korluq və alçaqlıqdır. 
Dostum dedi; 
–İnsaf etsən, üzrümü qəbul edərsən, çünki atım arpasızlıqdan 
buxovda, çulu isə qonşu yanında girovda idi. Bir də ki, döyüşçüyə 
pulunu əsirgəyön hökmdara canı fəda etmək olmaz! 
 
Beyt 
 
Sən əsgərə qızıl versən, o düşmənə meydan açar,  
Son qızılı əsirgəsən, baş götürüb uzaq qaçar. 
 
Beyt 
 
Əgər qarnı tox olarsa, hücum edər pəhlivan,  
Əgər qarnı boş olarsa, geri qaçar durmadan. 
 
15. Hekayət 
 
Bir vəzir işdən çıxarılıb, saraydan qovuldu. O, tərkidünya olub, 
dərvişlərə qoşuldu. Az keçmədi ki, dərvişlərin söhbəti ona təsir etdi. 
O da hər cür qayğını unutdu, 
Bir gün hökmdar yenidən ona mərhəmət göstərib, xidmətə çağır-
dı. O isə hökmdarın çağırışını rədd edib dedi: 
–Ağıllı adamların  əqidəsincə, səhrada qul olmaq, saraya qulluq 
etməkdən yaxşıdır. 
 
Şer 
 
Qənaət güncündə oturan kəslər,  
Naəhlin və itin dilini kəsər.  
Qələmi sındırıb kağız cıranlar,  
Qeybətçi kəslərdən yaxa qurtarar. 
 
Hökmdar israr etdi: 
–Ölkənin işlərini layiqancə yerinə yetirmək üçün bizə ağıllı, iste-
dadlı adam lazımdır. 
Vəzir dedi: 
–Ey hökmdar, ağıllılığın elə  əsl  əlaməti olur ki, bu kimi işləri 
 
45
öhdənə götürməyəsən. 
 
Beyt 
 
Şərəflidir hüma quşu bütun quşlardan əlbət,  
Sümük yeyir, çünki vermir bir canlıya əziyyət. 
 
Zərbülməsəl. 
 
Çölpişiyinə dedilər: 
–Nə üçun həmişə şirin dalınca gəzirsən? Cavab verdi: 
–Ovladığı şikarın tör–toküntüsünü yeyib, ac qarnımı doyurur və 
onun heybəti sayəsində özümü düşməndən qoruyuram. 
Soruşdular:  
 
–İndi ki, kölgəsində dolanır, nemətinə şükür edirsən, bəs nə üçün 
çox yaxınlaşmırsan ki, onun sədaqətli xadimləri sırasına gecəsən? 
Dedi: 
–Axı qəzəbindən də arxayın deyiləm. 
 
Beyt 
 
Yüz il atəşpərəst tonqal yandırar,  
İçinə bir dəfə düşən tək yanar. 
 
Saray xadimi bəzən qızıl alarsa, bəzən də baş verər. 
Filosoflar demişlər: 
–Hökmdarların daima dəyişilən xasiyyətlərindən qorxmaq la-
zımdır, çünki bəzən salamdan hiddətlənər, bəzən söyüşdən xoşlanı
xələt verərlər. 
Bir də deyiblər ki, həddən artıq zarafat etmək nədimlər üçün 
hünər, alimlər üçün qüsurdur. 
 
Beyt 
 
Öz qədrini sən yaxşı bil, vüqarını vurma yerə,  
Qoy mənasız zarafatlar qismət olsun nədimlərə. 
 


 
46
16. Hekayət 
 
Bir gün dostlarımdan biri yanıma gəlib həyatının uğursuzluğun-
dan şikayətlənərək dedi: 
– Ailəm çox, gəlirim yox, yoxsulluq dərdinə  də tab gətirə bil-
mirəm. Dəfərlərə bu fikrə düşmüşəm ki, baş götürüb özgə vilayətə 
gedim, orada necə yaşasam, nə yaxşımı bilən olar, nə pisimi. 
 
Beyt 
 
Çox ac yatmış, lakin onu bilməmişdir bir insan,  
Çox ölənin başı üstə tapılmamış ağlayan. 
 
Yenə düşmənin tənəsindən qorxub düşünmüşəm ki, məni dalda 
lağa qoyarlar, ailəm haqqında göstərdiyim səyi namərdlik hesab edib 
deyərlər: 
 
Şer 
 
Bircə sən o nanəcibə nəzər sal,  
Gülməyəcək bəxti onun üzünə,  
Tək özünə asudəlik düşünür,  
Ailəni salır çölün düzünə. 
 
Sənə məlumdur ki, mühasibat elmindən azacıq başım çıxır. Əgər 
sənin hörmətin xatirinə  mənə bir iş versələr, ürəyim rahat olar, nə 
qədər ömrüm var sənə minnətdar olaram. 
Dedim: 
– Qardaşım, şah sarayında xidmət etqməyin iki başı var: ümid və 
qorxu, yəni bir tərəfdən çörək, digər tərəfdən can qorxusu. 
Çörək ümidilə canı qorxuya salmaq isə ağıllı adamdarın işi deyil. 
 
Şer 
 
Heç bir şeyi olmayana deməzlər, 
«Torpaq və bağ vergisi ver darğaya»  
Ya qüssəyə, qəmə, dərdə razı ol,  
Ya da pay ver cigərini qarğaya. 
 
47
 
Dostum israr etdi: 
– Sözlərin istəyimə müvafiq, sualıma mütabiq olmadı. Yalnı
xəyanətkarlar sorğu–sualdan qorxar. 
 
Beyt 
 
Düzlüyü çox sevər talei yazan,  
Görmədim düz yolda yolunu azan. 
 
Filosoflar demişlər: «Dörd adamın dörd adamdan xoşu gəlməz: 
quldurun – sultandan, oğrunun – qarovulçudan, əyyaşın – xəbərçidən 
və fahişənin – darğadan. Haqq–hesabı düz olanın hesab verməkdən 
nə qorxusu!». 
 
Şer 
 
Düşməni sən aciz etmək istəsən,  
İşində heç israf eləmə zinhar.  
Sən təmiz həyat sür, kimsədən qorxma,  
Ki, daşa çırpılar natəmiz paltar. 
 
Dedim: 
–Sənin hekayətin tülkünün əhvalatına oxşayır. Bir gün gördülər 
ki, tülkü özünü itirmiş halda qaçır, özünü ora–bura vurur, gan yıxılır, 
gan durur. Bir nəfər soruşdu: «Nə olub ki, belə qorxuya düşübsən?» 
Tülkü dedi: 
– Eşitmişəm ki, dəvəni biyara aparırlar. 
Soruşan dedi: 
–Ay axmaq, dəvə ilə sənin nə əlaqən, heç sən dəvəyə oxşayırsan-
mı
Dedi: 
–Sus,  əgər paxıllar qərəzlə desələr ki, dəvədir, məni də tutub 
apararlar. Onda kim dərdimə qalıb, can yandıracaq və mənim tülkü-
lüyümü sübut edəcək? Eşitməmişsən ki, deyiblər: «Tülkü tülkülüyün 
sübut edincə, dərisini boğazından çıxardarlar?!» 
–Sən ağıllı, düz və etibarlı adamsan. Lakin paxıllar pusquda, 
düşmənlər isə küncdə gizlənmişlər. Onlar gözləyirlər ki, imkan tap-


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə