Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə14/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   10   11   12   13   14   15   16   17   ...   53

 
56
Hökmdar belə adamı tapmağı əmr etdi. Bir kəndli oğlunu tapdılar ki, 
həkimlərin dediyi xasiyyətlərin hamısı onda var idi. Hökmdar 
oğlanın atasını cağırtdırdı. Çoxlu mal və pul verib onları razı saldı
Qazı da şərən hökm verdi ki, hökmdarın sağlamlığını qorumaq üçün 
bir kəndlini öldürmək olar. Nəhayət cəllad hazır olub oğlanın başını 
kəsmək istədi. Oğlan gülümsəyərək başını göyə qaldırıb, nə isə 
dodaqaltı danışmağa başladı. Hökmdar oğlandan nə üçün güldüyünü 
soruşdu. Oğlan dedi: 
–Ey hökmdar, övlad ata–anasına arxalanar, şikayətçi qazı yanına 
gedər, hökmdardan aman dilərlər. İndi ata–anam məni dünya malına 
satıb, cəllad  əlinə verdi, qazı ölüm hökmünü yazdı, hökmdar isə öz 
səlamətliyini mənim ölümümdə gördü. Əziz və böyük allahdan başqa 
mənim heç bir pənahım yoxdur. 
 
Beyt 
 
Mən kimə eyləyim səndən şikayət,  
Özün bax dərdimə, göstər ədalət. 
 
Hökmdar oğlanın sözündən mütəəssir olub, gözü yaşardı, dedi: 
–Bir günahsızın qanını tökməkdənsə, mənim həlak olmağı
yaxşıdır. 
Sonra oğlanı bağrına basıb, üz–kozündən öpdü, saysız–hesabsı
bəxşiş verib azad etdi. Deyirlər ki, hökmdar haman həftə içərisində 
xəstəlikdən şəfa tapdı
 
 
Şer 
 
Nil çayının sahiliidə bir filban,  
Əhaliyə söyləyirdi bir zaman:  
«Ayağının altda nəsə qarınca,  
Sən də osan fid ayağı altında». 
 
23. Hekayət  
 
Əmr Leysin
33
 qullarından biri qaçmışdı, dalınca adam saldılar. 
Nəhayət, onu tapıb gətirdilər. Vəzirin ona qarşı ədavəti vardı. «Başqa 
 
57
qullar ibrət alıb, qaçmasınlar» – deyə o, qulu öldürmək üçün göstəriş 
verdi. Yazıq qul Əmr Leysə baş əyib dedi: 
 
Beyt 
 
Qəbuldur xoşuna gələn dərdü qəm,  
Fərman səninkidir, aciz bəndənəm. 
 
Sonra sözünə davam edib dedi: 
–Lakin bu xanədanın çörəyi ilə böyüdüyümə görə, istəmirəm ki, 
nahaq qanım boynunuzda qalsın. İcazə verin mən bu vəziri öldürüm, 
siz də onun qanın almaq üçün məni öldürün. Beləliklə, tökdüyünüz 
qan nahaq olmasın. 
Qulun sözü hökmdarın xoşuna gəldi, gülüb vəzirə dedi:  
–Necə məsləhət görürsən? Vəzir dedi: 

–Ey böyük hökmdar, sizi and verirəm rəhmətlik atanızın qəb–
rinə, bu həyasızı azad edin, yoxsa məni də bəlayə salar. 
 
Şer 
 
Sapandlı adamla vuruşsan əgər,  
Başına daima sənin daş gələr.  
Düşmənə bircə ox atsan əgər sən,  
Canını hədəf tək oxlayar düşmən. 
 
24. Hekayət 
 
Zəvzən
34
 padşahının alicənab və xeyirxah bir xacəsi vardı
zahirdə hamıya hörmət edər, arxada hamının xeyrinə danışardı. Bir 
gün təsadüfən onun hansı hərəkətisə şahın xoşuna gəlmədi, əmr elədi 
ki, malını müsadirə edib, özünə cəza versinlər. Lakin ona əzab verəsi 
olan şah məmurları xacənin əvvəlki yaxşılığını unutmamış, çox şeydə 
ona borclu olduqlarını yaddan çıxarmamışdılar. Ona görə  zəmanət 
müddətində döyüb əziyyət verməyi, incidib məşəqqət etməyi rəva 
görmədilər. Xoş dindirib, mülayim rəftar etdilər. 
 
Beyt 
 


 
58
İstəsən düşmən ola sülhdə daim sən ilə.  
Dalda da eyb desə, üzdə onu təhsin et.  
Söz ki, axırda ağızdan çıxacaq əğyarın,  
Sözün acı diləməzsən dilini şirin et. 
 
O, şahın ittihamlarının bəzisini rədd edə bildi, lakin yerdə qalan-
ları üçün həbsdə oturmalı oldu. Qonşu  şahlardan birisi ona gizli 
məktub göndərdi ki, sizin ölkənin  şahı  sənin kimi böyük bir 
şəxsiyyətin qədrini bilməyib hörmətsizlik etdi, bu bizə çox ağır gəldi. 
Əgər siz alicənabın (allah aqabətinizi xeyr etsin) lütf edib bizim 
tərəflərə gəlməyə rəyi olsa, xatiri hər nə istəsə yerinə yetiriləcəkdir. 
Bizim ölkənin  əyan və  əşrafı cavabınızı gözləyir və sizi görməyi 
qəlbdən arzu edirlər. 
Xacə  məktubu alcaq qorxuya düşdü, aqibəti düşündü və  dərhal 
elə bir cavab yazdı ki, ələ keçsə ziyanı dəyməsin. 
Yaxın adamlardan biri bundan xəbər tutub şaha dedi ki, həbs 
buyurduğun filan adam qonşu şahlarla yazışır. 
Şah qəzəblənib məktubu  ələ keçirməyi  əmr etdi. Qasidi tutub 
məktubu oxudular. Yazılmışdı: «Ali zatınızın bizə verdiyi qiymət 
layiq olduğumuzdan çoxdur, buyurduqları  təklifə  gəldikdə isə, onu 
qəbul etmək bəndənizə müyəssər olmayacaqdır, çünki, mən bu 
xanədanın nemətilə  tərbiyə almışam, balaca bir məzəmmət üstündə 
öz nemət sahibinə vəfasızlıq etmək olmaz, necə ki, deyiblər: 
 
Beyt 
 
Haqqında kərəm etsə sənin əhli–nəcabət,  
Bir ömr səni incidə məzur hesab et. 
 
Xacənin haqşünaslığı  şahın xoşuna, gəldi,  ənam verdi, xələt 
bağışladı, üzr istəyib dedi: «Səhv etmişəm, nahaq səni incitmişəm!» 
Xacə dedi: – Ey yer üzünün şahı, mən burada sizdə bir səhv gör–
mürəm, qəzanın əmri belə imiş, gərək mənim başıma bu iş gələymiş 
yaxşı ki, bu sizin əlinizlə oldu, çünki sizin mənim boynumda haq-
qınız vardır. 
 
Şer 
 
 
59
Xalqdan bilmə əgər zəhmətə düşdünsə bir az, 
Çünki xalqdan nə əziyyət, nə fərağət olmaz. 
Düşməni, dostu xilafda yaşadan allahdır,  
Onların qəlbinə hakrm də haman allahdır, 
Doğrudur ki, hədəfə atsa kaman hər tiri,  
Bilik əhli, ox atanda görəcək təqsiri. 
 
25. Hekayət 
 
Bir əcəm şahı haqqında eşitmişəm ki, öz yaxın adamlarına belə 
deyirmiş: 
– Filankəsin maaşını ikiqat artırın, çünki o işə yanandır,  əmrə 
baxandır; başqaları isə eyş–işrətə alüdə olub xidmət göstərməkdə 
kanallıq edirlər. Ariflərdən biri bunu eşitdi, dərindən bir ah çəkdi. 
Dedilər: «Nə oldu?» 
Dedi: – Bəndələrin allah dərgahındakı mənzələsi də belədir. 
 
Şer 
 
İki səhər gedərsə şah yanına bir nəfər,  
Üçüncü gün yenə də şahdan mərhəmət görər.  
Ümid vardır dərgandan qayıtmazlar naümid,  
Allahına ixlasla ibadət eyləyənlər. 
 
Şer 
 
Böyüklük fərmanı qəbulda olar,  
Fərmanı tərk edən çox tez qovular.  
Hər bir kəs düzlüyə eyləsə adət,  
Tapar xidmətində böyük səadət. 
 
26. Hekayət 
 
Nağıl edirlər ki, zalım bir hakim zorla yoxsulların odununu ucuz 
qiymətə alıb, güclə varlılara baha qiymətə satarmış. Ariflərdən biri 
onun haqqında belə demişdir: 
 
Beyt 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə