Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə16/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

 
64
 
Hökmdar onun nəsihətini bəyənib, ölümündən vaz keçdi. 
 
 
65
31. Hekayət 
 
Bir dəfə Nuşirəvanla vəzirləri mühüm bir məsələni müzakirə 
edirdilər və  hərəsi öz fikrini deyirdi. Şah da bir fikir dedi. Bozorc-
mehr də şahın fikrinə qoşuldu. Gizlində Bozorcmehrə dedilər:  
–Şahın fikrində  nə  məziyyət gördün ki, onu bu qədər ağıllı 
adamların sözündən üstün tutdun?  
Dedi:  
– İşin axırı məlum deyil, heç kəs də bilmir ki, kimin fikri doğru 
çıxacaq, kiminki yalan. Ona görə  şahın rəyinə qoşuldum ki, düz 
çıxmasa tərəfini saxladığım üçün qəzəbindən azad olam. 
 
Şer 
 
Kim şahın sözündə çıxartsa yalan,  
Yazar öz qətlinə əlilə fərman.  
Gündüzə gecədir desə şah əgər,  
Kərəkdir desinlər budur ay, ülkər. 
 
32. Hekayət 
 
Bir fırıldaqçı saçlarını  dərviş kimi hörərək həccdən gələnlərə 
qoşulub bir şəhərə daxil oldu. O, hacılarla birlikdə saraya gedib 
yazdığı bir qəsidəni hökmdara təqdim etdi. Hökmdar başqa  şairlər 
kimi onu da qəbul etdi, hörmət göstərib, çoxlu bəxşiş verdi. 
Təsadüfən hökmdarın həmən il dəniz səfərindən qayıtmış yaxı
adamlarından biri hiyləgər dərvişi görüb dedi: 
–Mən bu adamı qurban bayramı günü Bəsrədə
37
 görmüşəm. 
Məlum oldu ki, o hacı deyildir. 
Başqa birisi dedi: 
–Onun atası Mələtiyyə
38
 şəhəri xristianlarındandır, bəs bu cənab 
necə seyid ola bilər?" 
Oxuduğu  şeri də  Ənvərinin
39
 divanında tapdılar. Hökmdar onu 
bu qədər yalan danışdığına görə döyüb qovmağı əmr etdi. O isə yal-
varıb dedi: 
–Böyük hökmdar, icazə ver bir söz də deyim, doğru olmasa, nə 
cəza versəniz layiqəm. 
Hökmdar dedi: 


 
66
–Nə söz deyəcəksən? Dedi: 
 
Şer 
 
Sənə qatıq versə bir qərib əgər,  
İki qab su olar, bir çömçə ayran.  
Düzünü istəsən, ərz edim sizə,  
Dünya görmüşlər də çox deyər yalan. 
 
Hökmdarı gülmək tutub dedi: 
–Ömründə bundan doğru söz deməmisən. Sonra əmr etdi hər nə 
istəyirsə ona verib xoşluqla yola salsınlar. 
 
33. Hekayət 
 
Nağıl edirlər ki, öz tabelərinə  rəhm edən və yoldaşlarına xe-
yirxahlıq göstərən bir vəzir var idi. Təsadüfən bir gün hökmdarı
qəzəbinə  məruz qaldı. Dostları onu qurtarmağa çalışdılar, cəza 
məmurları mülayimliklə rəftar etdilər, mənsəb sahibləri isə hər yerdə 
onun yaxşı xasiyyətlərindən danışdılar. Nəhayət hökmdar onun 
təqsirindən keçdi. Arif bir şəxs bu hadisədən xəbərdar olub dedi: 
 
Şer 
 
Dostların qəlbini qazanmaq üçün,  
Ata bostanını satsan yaxşıdır. 
Xeyirxah insanın işi uğrunda,  
Var–yoxun sonuna çatsan yaxşıdır.  
Hətta pislərə də yaxşılıq elə,  
İtə də bir sümük atsan yaxşıdır. 
 
34. Hekayət 
 
Harunərrəşidin oğlanlarından biri hirslənmiş halda atasını
yanına gəlib dedi ki, filan sərhənkin oğlu anamı söydü. Harun dövlət 
başçılarından soruşdu: 
–Belə adamın cəzası nədir? 
Biri öldürməyi, dikəri dilini kəsməyi, üçüncüsü isə qovmağı 
 
67
məsləhət gördü. Harun isə oğduna müraciət edib dedi:  
–Oğlum, mərdlik odur ki, bağışlayasan. Bağışlaya bilməsən, sən 
də onun anasını söy, lakin elə etmə ki, intiqam həddini aşsın, çünki 
belə olduqda biz müttəhim olarıq, o, müddəi. 
 
Şer 
 
O adam, mərd deyil aqil yanında,  
Ki, qızmış fillərə oxuya meydan.  
Bəli, mərd odur ki, düzlüyü sevə,  
Acıqlı zamanda deməyə hədyan. 
 
Şer 
 
Bir nadan, alimə eyib tutanda,  
O dözüb dedi: ey nöqsan göstərən!  
Çalışıb məndə çox nöqsan axtarma,  
Mən qədər bilməzsən nöqsanımı sən. 
 
 
35. Hekayət 
 
Bir necə böyük şəxslərlə gəmidə oturmuşduq ki, birdən arxadan 
gələn bir ğayığın çevrildiyini gördük. İçindəki iki qardaş burulğana 
düşdü. Böyüklərdən biri gəmiçiyə dedi: 
–Onların hər ikisini xilas et, hərəsi üçün sənə əlli dinar verərəm. 
Gəmiçi dərhal suya atılıb qardaşlardan birini xilas etdi. O biri isə 
boğuldu. 
Mən dedim: 
O biri qardaşın  əcəli çatmışdı, buna görə  də  gəmiçi onu tuta 
bilməyib, bunu xilas etdi. Gəmiçi güldü və dedi: 
–Orası elədir, ancaq birincini qurtarmağa mən özüm artıq səy 
göstərdim, çünki bir dəfə biyabanda piyada qaldığım vaxt o məni 
dəvəyə mindirib xilas etmişdi, o biri qardaşdan isə  uşaqlıqda qamçı 
yemişəm. 
Dedim: 
–Allah düzgün buyurubdur: «Yaxşılıq etsən də özünə qayıdar, 
pislik etsən də».  


 
68
 
Şer 
 
Bacardıqca heç bir qəlbə toxunma,  
Ki, bu yolda, unutma, var çox tikan,  
Yoxsulların hayına qal, sənin də,  
Başqasına işin düşər bir zaman. 
 
36. Hekayət 
 
İki qardaş var idi, biri şah sarayında xidmət edər, o, birisi isə öz 
zəhmətilə çörək yeyərdi. Bir gün varlı qardaş yoxsul qardaşa 
–Nə üçün şaha qulluq etmirsən ki, canını əziyyətdən qurtarasan? 
Qardaşı dedi: 
–Bəs sən nə üçün işləmirsən ki, qulluq fəlakətindən xilas olasan? 
ıllı adamlar demişlər ki, kəmərə  qızıl qılınc bağlayıb qul kimi 
durmaqdansa, öz yavan çörəyini yeyib evdə oturmaq yaxşıdır. 
 
Beyt 
 
İsti, qaynar əhəngi sən əllərinlə yoğursan,  
Xoşdur əli döşə qoyub şah önündə durmaqdan 
 
Şer 
 
Qiymətli ömrümüz buna sərf oldu,  
Ki, yayda nə yeyim, qışda nə geyim?  
Ey qarın, bir parça çörəyə döz ki,  
Qulluqda ikiqat olmasın belim! 
 
37. Hekayət 
 
Bir adam ədalətli  Ənuşirəvanın yanına gedib, xoş bir xəbər 
apardı
–Deyirlər ki, allah sənin filan düşmənini aradan götürdü: 
Ənuşirəvan cavab verdi: – Məni öz yerimdə saxlayacaqmı
 
Şer 
 
69
 
Düşmən ölümünə olmaram dilşad.  
Bizə də əbədi deyildir həyat. 
 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə